Gizləntut, gizləntap, gizlənpaç, gizlənpus kimi müxtəlif formalarda işlədilir. Ədəbi dilimizdə gizlənpaç variantı sabitləşib. Belə güman edirəm ki, gəlmə gizlənmək və pusmaq sinonimlərinin birləşməsindən əmələ gəlib (pus - türk dillərinin çoxunda “спрятатьтся” mənasını verir). Gizlənpaç sözü Anadolu türklərində saklambaç, Aşqabad türklərində qizlənqeçek kimi yazılır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)