göyümtül-yaşıl

göyümtül-yaşıl
göyümtül-bənövşəyi
göyümtüllük
OBASTAN VİKİ
Göyümtül böyürtkən
Göyümtül böyürtkən (lat. Rubus caesius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Avrasi, Kiçik Asiya və İran hesab olunur. == Botaniki təsviri == Sildindirvari əksərən qövsvarı əyilmiş budaqlı, çox hündür olmayan koldur. Əksər budaqlar tüksüz ağımtıl, boz ləçəkli müxtəlif formalı kiçik tikanlı çox zaman tikansızdır. Yarpaqları enli lansetvaridir. Yarpaqları daim üç yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar bir növ oturan hər iki tərəfdən yaşıl seyrək tüklü kənarı qeyri bərabər kəsik dişli ucdakı rombvari yumurtaşəkilli yandaılar bir qədər enli çəp yumurtavçari qaidədən dilimlidir. Çiçək saplağı bir qədər uzun çiçək qrupu s eyrək azçiçəkli süpürgədir. Kasa yarpaqları xırda keçətuklu çox zaman vəzili və meyvəyə yapışıq kimidir.
Göyümtül damotu
Göyümtül damotu (lat. Leonurus glaucescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Göyümtül mahmızlalə
Göyümtül mahmızlalə (lat. Corydalis glaucescens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Göyümtül qaratərə
Göyümtül yukka
Göyümtül yukka (lat. Yucca glauca) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərq rayonlarında yayılmışdır. == Botaniki təsviri == Bitki gövdəsizdir. Yarpaqların uzunluğu 70 sm-dək, göyümtül-yaşıl, ağ haşiyəli və kənarlarında seyrək, nazik buruq saplıdır. Çiçək süpürgəsi ensiz, az budaqlıdır. Çiçəkləri yaşılımtıl-ağ və ya sarımtıl rəngli, uzunluğu 7 sm-dək, sallaq, müxtəlif formalı, çox vaxt zəngvaridir. Çiçək saplağının uzunluğu 300 sm-dir. Toxum və kök pöhrələri ilə çoxaldılır. == Ekologiyası == Günəşli, isti yerlərdə bitir.
Göyümtül zirinc
Göyümtül zirinc (lat. Berberis candidula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,8-1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, biraz yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli, ellipsvaridir, uzunluğu 2-3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu,salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.
Göyümtül yarpaq dovşanalması
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir.
Açıq yaşıl
Açıq yaşıl — 75% sarı və 25% yaşıl rəngləri qarışdırılaraq əldə edilir. == Ümumi məlumat == Hex dəyəri "#BFFF00", RGB dəyəri "192, 255, 0", CMYK dəyəri isə "20, 0, 100, 0"dır.
Sərmət Yaşıl
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Yaşıl kərtənkələlər
Yaşıl kərtənkələ (lat. Lacerta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. İri kərtənkələlər olararaq 70–160 mm uzunluğa malik olurlar. Yetkin fərdlərin bel nahiyyəsində parlaq yaşıl fon olur. Qarın nahiyyəsi sarı, cavan kərtənkələlərdə isə ağ olur. == Təsnifat == Hal-hazırda bu cinsə 9 növ daxildir: Lacerta agilis — Adi kərtənkələ Lacerta bilineata — Qərbi yaşıl kərtənkələ Lacerta media — Aralıq kərtənkələsi Lacerta mostoufii Lacerta pamphylica Lacerta schreiberi — İberiya kərtənkələsi Lacerta strigata — Zolaqlı kərtənkələ Lacerta trilineata — Üçzolaqlı kərtənkələ Lacerta viridis — Yaşıl kərtənkələ (növ) Lacerta cinsi "tarixi" terin olaraq, müxtəlif vaxtlarda bura 200 müasir növ kərtənkələ daxil edilirdi. XX əsrdə bu cinsdən üç yeni cins təşkil edilmişdir: Qayalıq kərtənkələləri Darevskia, Iberolacerta, Timon və b.
Yaşıl kəryənkələlər
Yaşıl kərtənkələ (lat. Lacerta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. İri kərtənkələlər olararaq 70–160 mm uzunluğa malik olurlar. Yetkin fərdlərin bel nahiyyəsində parlaq yaşıl fon olur. Qarın nahiyyəsi sarı, cavan kərtənkələlərdə isə ağ olur. == Təsnifat == Hal-hazırda bu cinsə 9 növ daxildir: Lacerta agilis — Adi kərtənkələ Lacerta bilineata — Qərbi yaşıl kərtənkələ Lacerta media — Aralıq kərtənkələsi Lacerta mostoufii Lacerta pamphylica Lacerta schreiberi — İberiya kərtənkələsi Lacerta strigata — Zolaqlı kərtənkələ Lacerta trilineata — Üçzolaqlı kərtənkələ Lacerta viridis — Yaşıl kərtənkələ (növ) Lacerta cinsi "tarixi" terin olaraq, müxtəlif vaxtlarda bura 200 müasir növ kərtənkələ daxil edilirdi. XX əsrdə bu cinsdən üç yeni cins təşkil edilmişdir: Qayalıq kərtənkələləri Darevskia, Iberolacerta, Timon və b.
Yaşıl mamırlar
Bryaceae (lat. Bryaceae) — bitkilər aləminin mamırkimilər şöbəsinin yarpaqlı mamırlar sinfinin yaşıl mamırlar dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 17 cinsə aid 1300-ə yaxın növ daxildir.
Yaşıl müqavimət
Yaşıl müqavimət (ərəb. أخضر المقاومة) — Müəmmər əl-Qəzzafinin öldürülməsindən sonra yaranan hərbi təşkilat. Müqavimət Seyf əl-İslam Müəmmər əl-Qəzzafi tərəfindən Liviya torpaqlarını Milli Keçid Şurasından və xarici işğalçılarından azad etmək məqsədilə yaradılıb. == Yaranması == Müəmmər Qəddafinin devrilməsinə və Cəmahiriyyə quruluşunun süquta uğramasına rəğmən, Liviyada bir çox insan hələ də keçmiş hökuməti dəstəkləyir. Keçid Şurasının təhlükəsizliyi təmin edə biləcək vahid, güclü hökuməti qura bilməməsi, həmçinin ərzaq məhsullarının qiymətinin qalxmasına və işıqların mütəmadi söndürülməsinə görə Şuradan narazılıq günü-gündən artır. Bütün bunlar səbəb olub ki, Keçid Şurasına qarşı bir təşkilat yaransın. Yaşıl Müqavimət Müəmmər Qəzzafinin ölümündən cəmi bir neçə həftə sonra Seyf əl İslam tərəfindən təsis edildi. Təşkilatın qabağında ilkin hədəf kimi zindanlarda saxlanılan günahsız insanları azad etmək qoyulub. Yarandıqdan dərhal sonra, Yaşıl Müqavimət Liviya xalqının böyük rəğbətini qazanıb. Əhalisinin 70%-ni yəhudilər təşkil edən Misurata istisna olmaqla, Liviyanın hər şəhərində təşkilatı dəstəkləyənlər var.
Yaşıl nezara
Yaşıl nezara (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Əksər hallarda bədəni tamamilə yaşıl, bəzən isə tutqun boz, səthi sıx, zərif xətlidir. Baş nisbətən qabağa çıxmış və əyilmiş formadadır. Qarnının II seqmentindən (buğumundan) qabağa doğru şiş çıxıntı uzanmışdır. İy vəzilərinin dəliyi qısa və enlidir. İy vəzinin axarı arxa döşün ortasına qədər ancaq uzanır. Bu ön tərəfdən kəsik və bir qədər qalxmış haldadır. Bədəninin uzunluğu 11 – 17 mm – dir. İmaqo mərhələsində qışlayır.
Yaşıl noxud
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Yaşıl nərə
Yaşıl nərə (lat. Acipenser medirostris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Yaşıl psixotriya
Yaşıl psixotriya (lat. Psychotria viridis) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü. == Sinonimləri == Palicourea viridis (Ruiz & Pav.) Schult. Psychotria glomerata Kunth Psychotria microdesmia Oerst. Psychotria trispicata Griseb.
Yaşıl qurbağa
Yaşıl qurbağa(lat. Hyla savignyi) — Ağac qurbağaları fəsiləsinə aid növ. Növün latın adı fransız zooloqu Sezar Savininin şərəfinə adlandırılmışdır Uzunluğu 47 mm təşkil edir. Aşağı hissəsi limon və ya qırmızı rəngdə olur. Onlara yarımsəhra və səhra ərazilərində belə rast gəlinir. Onlara insanların yaşayış məntəqələrinə yaxın ərazilərində belə rast gəlinir. Onlara 400–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Gizli həyat tərzi keçirir və uzun müddət tərpənməz qalır. Əsasən ikiqanadlılar və hörümçəklərlə qidalanır. Qışlama noyabr ayından başlayır.
Yaşıl qılıncbalıq
Yaşıl qılıncbalıq (lat. Xiphophorus hellerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin qılıncbalıq cinsinə aid heyvan növü. Yaşıl qılıncbalıq əsasən gur axıntıya sahib Mərkəzi Amerika çaylarında, istiliyi 20-30 dərəcəyə çatan şirin sularda yaşayır. Bu balıqlar üçün ideal su istiliyi +26-28 dərəcədir. Dişi fərdlər erkək fərdlərdən daha böyük olur. Erkək fərdlər quyruqlarında qılıncı xatırladan çıxıntı ilə fərqlənir. Yosunla qidalanırlar, quru yemlərinin tərkibində spirulinanın olması sağlam inkişafları üçün vacib əhəmiyyət daşıyır. Yağlanmamaları, iç parazitlərin meydana gəlməməsi üçün canlı yem və bol zülallı qidalarla az bəslənmələri gərəkdir. Erkək fərdlər bir-birinə qarşı aqressiv davranır; ancaq akvariumdakı başqa balıq növləri ilə yaxşı yola gedirlər. Əsasən suyun orta və üst hissəsində üzürlər.
Yaşıl qızlarquş
Yaşıl qızlarquş (lat. Merops persicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin qızlarquşular fəsiləsinin qızlarquşu cinsinə aid heyvan növü. Əsasən Əlcəzair, Mərakeş, Türkiyə, Azərbaycan və Qazaxıstanda yayılıb.
Yaşıl qızlarquşu
Yaşıl qızlarquş (lat. Merops persicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin qızlarquşular fəsiləsinin qızlarquşu cinsinə aid heyvan növü. Əsasən Əlcəzair, Mərakeş, Türkiyə, Azərbaycan və Qazaxıstanda yayılıb.
Yaşıl qızılağac
Yaşıl qızılağac (lat. Alnus alnobetula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. Bu bitki iri kol, yaxud hündürlüyü 3–12 m olan və hətta yaşlı vaxtlarda belə hamar boz gövdəyə malik ağacdır. Uzunluğu 3-8 sm, eni 2-6 sm sm olan yaşıl, parlaq yarpaqlara malikdir. Çiçəkləri salxım şəkilli olub, yazın sonlarında yarpaqlar açdıqdan sonra açır. Erkəkcik salxımların uzunluğu 4-8 sm, dişicik salxımların uzunluğu 1 sm, eni 0,7 sm olur. Meyvəsi payızın sonlarında yetişir. Toxumları 1–2 mm uzunluğunda açıq qəhvəyi rəngdə olur. == Sinonimləri == Betula viridis Chaix Alnaster viridis (Chaix) Spach Semidopsis viridis (Chaix) Zumagl.
Yaşıl rəng
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir.
Yaşıl santolina
Yaşıl santolina (lat. Santolina rosmarinifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin santolina cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizi sahilləridir. == Botaniki təsviri == Hündürlüyü 60 sm-ə çatan yiğcam çətirli yarımkol bitkisidir. Yarpaqları ətirlidir. İyun ayında çiçəkləyir, toxumları sentyabrda yetişir. Santolinanın borucuq çiçəkləri xırda, yarımkürə formalı səbətlərə yığılmışdır. Toxum və qələmlə çoxaldılır. == Ekologiyası == İsti, günəşli yerləri sevir, quraqlığa davamlıdır, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində introduksiya olunmuşdur.

Digər lüğətlərdə