Göyümtül zirinc
Göyümtül zirinc (lat. Berberis candidula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Qərbi Çində yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 0,8-1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, biraz yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli, ellipsvaridir, uzunluğu 2-3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu,salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.