GÜBRƏ

is. Bitkiləri daha yaxşı qidalandırmaq və məhsuldarlığını artırmaq üçün torpağa qatılan üzvi və ya qeyri-üzvi maddə. Üzvi gübrə. Mədən gübrəsi. Torpağa gübrə vermək.

Этимология

  • GÜBRƏ Alınma sözdür. Bizdə onun yerinə puş/püş (навоз) kəlməsi işlədilib (dia­lektlərdə indi də var). Puş təbii gübrədir, kimyəvi yolla alınmır
GUYA Kİ
GÜBRƏLƏMƏ
OBASTAN VİKİ
Gübrə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr; 5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Azotlu gübrələr
Azotlu gübrələr tərkibində azot qida elementi olan gübrələrə deyilir. Bitkilərin qidalanmasında azot xüsusi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azot çatışmamazlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir və yarpaqları saralır. Bitkilər azotu onun birləşmələri, əsasən ammonium NH4+ və nitrat NO3- ionları şəklində mənimsəyir. == İstehsal tarixi == Azot gübrələri hәlә çox qәdimdәn tәtbiq edilmәkdәdir. Bu gübrәlәrdәn ilk dәfә 19-cu әsrin ortalarında Çilinin tәbii pora yataqlarından çıxarılan natrium porası tәtbiq olunmuşdur. Sonralar sәnaye ammonium-sulfat, kalsium-sianamid vә kalsium porası istehsal edilmәyә başlanmışdır. 1913-cü ildә dünyada Azot gübrələri istehsalı tәqribən 700 min tona (xalis azot) çatmışdır. Sәnaye miqyasında atmosfer havası azotundan vә hidrogendәn ammonyakın sintezi dünyada azot gübrəsi istehsalının xeyli artmasına imkan vermişdir.
Fosforlu gübrələr
Gübrələr və onlardan istifadə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr; 5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Kalium gübrələri
Kaliumlu gübrələr azotlu və fosforlu gübrələr kimi bitkilərin qidalanması üçün vacibdir. Ona görə də çıxarılan kalium duzlarının təxminən 90%-i kaliumlu gübrələr kimi istifadə olunur. Kalium hüceyrənin üzvi birləşmələrinin tərkibinə daxildir. Kalium gübrələri üçün xammal təbii kalium duzlarıdır. Torpaqda kaliumun çatışmaması məhsuldarlığı və bitkilərin əlverişsiz şəraitə davamlılığını azaldır. Kalium gübrələri xlorid və sulfatlar olmaqla iki qrupa bölünür. Kalium xlorid istehsalı üçün xammal silvinit mineralıdır ki, o, silvin (KCl) və qalit (NaCl) qarışığından ibarətdir, tərkibində K2O 12–15% olur. == Sulfat gübrələri == Aşağıdakı minerallara malik süxurlardan alınır; kainit (KCl.MgSO4.2H2O) şenit(K2SO4. MgSO4.6H2O), lanqbeynit (K2SO4.2MgSO4) və s. == Kalium xlorid (KCl) == Xırda kristallik, çəhrayı və ya boz rəngli tozdur.
Kompleks gübrələr
Tərkibində bitki üçün lazım olan iki və daha çox element (azot, fosfor, kalium, mikroelementlər) olan gübrələr kompleks gübrələrdir. Alınma üsullarına görə kompleks gübrələr mürəkkəb, kombinə olunmuş (mürəkkəb qarışdırılmış) və qarışıq gübrələrə bölünür. O gübrələr mürəkkəb gübrələrdir ki, tərkibində iki və daha çox qida elementi olan kation və anion var. Məsələn, ammofos (NH4H2PO4, diammofos (NH4)2HPO4 və s. Kombinə olunmuş və ya mürəkkəb qarışdırılmış gübrələr. Elə gübrələrdir ki, tərkibində iki və daha artıq qida elementi olur, vahid texnoloji prosesdə fosfat və nitrat turşularının, əridilmiş ammonium nitratın, fosforitlərin və ya apatitin, kalium duzlarının kimyəvi qarşılıqlı təsiri ilə alınır. Bu gübrədə bir və ya iki əvəzli kalsium fosfatlar [CaHPO4·2H2O, Ca(H2PO4)2·H2O], ammofos – NH4H2PO4, ammonium şorası – NH4NO3 və kalium şorası – KNO3 olur. Belə gübrə fosfor nitrofoskası adlanır, bu gübrədə həll olan fosfat turşusunun miqdarı maksimumdur. “A” markalı nitrofoskada 16-17% azot, 16-17% P2O5, 13-14% K2O, “B” markasında -13:16:13, “V” markasında 12:12:12% (uyğun olaraq). Bu gübrələr dənəvər olub dənələrin diametri 1-4mm olur.
Mineral gübrələr
Mineral gübrələr — tərkibində bitkilər üçün qida elementləri olan birləşmələr, əsasən duzlardır. Bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən maddələr yığımından ibarət xüsusi kimyəvi məhsullardır. Bitkilərə çox miqdarda lazım olan elementlərə (C, O, H, N, P, K, Ca, Mg, Fe, S) makroelementlər, tərkibində həmin elementlər olan gübrələrə isə makrogübrələr və ya adi gübrələr deyilir. Bitkilər üçün az miqdarda lazım olan elementlər (B, Cu, Co, Mn, Zn, Mo və s.) mikroelementlər, tərkibində həmin elementlər olan gübrələr isə mikrogübrələr adlanır. Makroelementlərin içərisində 3 element - azot, fosfor, kalium bitkilərə daha çox miqdarda lazımdır. Bütün mineral gübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium, maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir. Mineral gübrələr payız və yazda şum altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya dövründə (bitkini qidalandıran) verilir. Gübrələrin orta norması: 30-100 N, 30-60 P2O5 və 45-902 K2O. Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilmir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır.

Значение слова в других словарях