Mərkəzi, Qəza, Nahiyyə və Şəhər Hərbi Dairələri haqqında qanun
Mərkəzi, Qəza, Nahiyyə və Şəhər Hərbi Dairələri haqqında qanun — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi (1919, 26 may) qanunlardan biri.
Qanuna əsasən, Azərbaycan Mərkəzi Hərbi Dairəsi Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyət işləri ilə məşğul olan ali idarə orqanı oldu. Onun başlıca vəzifəsi vətəndaşların hərbi xidmətə çağırılmasını və hərbi mükəlləfiyyətləri yerinə yetirməsini təşkil etmək idi. Mərkəzi Hərbi Dairənin sədri daxili işlər nazirinin müavini, üzvləri isə hərbi və ədliyyə nazirliklərinin nümayəndələri təyin olunmuşdular. Mərkəzi Hərbi Dairə yerlərdə hərbi mükəlləfiyyət işləri ilə məşğul olan qəza, nahiyə və şəhər hərbi dairələrinin işinə nəzarət edirdi.