HÖVSƏLƏ

Ərəb mənşəlidir (həvsalət; kök samitləri, h,v,s –dır) və bir neçə mənada işlədilir: səbir; dözüm; sümük (hövsələ sümüyü); çinədan (quşların qida boru­su­nun yoğun hissəsi), kisə; qutan (iri dimdiyinin altında kisəsi olan su quşu) və s. Sözün ərəb dilindəki əsl mənası “kisə”, “qutan” və “çinədan” deməkdir. Ona görə də dilimizdə darqursaq kəlməsi hövsələsi çatmayan(kəmhövsələ, səbirsiz) bir­ləş­məsinin mənasını əks etdirir. Deməli, hövsələ(kisə)qursaq mənaca yaxın kəlmələrdir. Hər ikisi “çökəklik”, “qazan”, “yemin toplandığı yer” deməkdir. Qursaq dar, yemək isə normadan artıq olduqda adama əziyyət verir. Darqursaq anlayışı bununla bağlıdır. Hövsələ sözünün bizim dildə “səbir” mənasını kəsb etməsi onun kisə anlamı ilə bağlıdır: hövsələli “kisəsi (qursağı) geniş olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HÖRÜMÇƏK
HÖYÜR

Digər lüğətlərdə

гип-ги́п дышлова́я насолоди́ть огнемёт отре́з полчаса́ япо́нец верифика́ция какими судьба́ми! несправедли́вый перещи́пывание подлепи́ть полугла́сно сиде́нье attached hag-rode scutate suckerfish Tashkent tiger's eye womenkind нагревать необдуманность репатриантка черновик