HÜDA

1. həqiqət yolu; 2. düz və geniş yol.
HÜCÜRA(Ə)T
HÜDUDALLAH
OBASTAN VİKİ
Hüda Şəravi
Hüda Şə’ravi (ərəb. هدى شعراوي‎; 23 iyun 1879, Əl-Minya, Misir xidivliyi – 12 dekabr 1947 və ya 1947, Qahirə, Misir krallığı[d]) — Misirli feminist və aktivist.
HÜDA PAR
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər. 20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.
Seyid Mürtəza Ələmül-hüda
Seyid Mürtəza Ələmül-hüda — Seyid Mürtəza ləqəbi ilə məşhur olan "Əbul-Qasim Əli ibn Hüseyn ibn Musa Ələmul-Hüda" beşinci əsrin əvvəllərində yaşamış görkəmli şiə alimidir. O, Şeyx Müfidin şagirdidir. O, həmçinin Nəhcül-Bəlağəni toplayan Seyid Rəzinin qardaşıdır. Seyid Mürtəza Ələmul-hüda Bağdad şəhərində dünyaya gəlmiş və Bağdad şəhərində də vəfat etmişdir. Onun qəbri Kərbəla şəhərində Hüseyn ibn Əli (ə)-ın məqbərəsinin kənarındadır. Seyid Mürtəza Ələmül-hüda və onun Nəhcül-Bəlağəni toplayıb və tərtib edən qardaşı Seyid Rəzi uşaqlıqlarından şiənin böyük fəqih və alimlərindən olan Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məsciddə oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən tutmuş və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx Müfid ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır.
Dərya Hüdayı
Dərya Hüdayı (fars. دريا هدائى‎, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur.
Mahmud Hüdayi
Mahmud Hüdayi Həzrətləri (d. 1541, Şərəfliqoçhisar - ö. oktyabr 1628, İstanbul) — Anadoluda yetişən böyük sufilərdən biri, Sufi İslam təriqətinin bir alt qrupuna aid Bayrami təriqətinin davamı olan Cəlvəti təriqətinin də qurucusudur. 1598-ci ildə Üsküdarda öz adına məscid və dərgah inşa etdirmişdir. Əsl adı Mahmuddur, Hüdayi adını isə sonradan almışdır. Mahmud Əfəndi Həzrətləri 1541-ci ildə Ankaranın Şərəfliqoçhisar bölgəsində dünyaya gəlmişdir. Atasının adının Fəzlullah ibn Mahmud olduğu bilinir. Uşaqlıq illərini Əskişəhərin Sivrihisar bölgəsində keçirdi. İlk dini təhsilini də məhz burada almağa başladı. Ardından İstanbula gələrək Kiçik Ayasofya mədrəsəsində təhsilini davam etdirdi.

Digər lüğətlərdə