Hüquq

ümumi cəmiyyət səviyyəsində ictimai münasibətlərin hüquqi reqlamentini təmin edən məcburi sosial normalar sistemi.
Hücum
Hüquq Məsləhətçisi
OBASTAN VİKİ
Ekoloji hüquq
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Hakim (hüquq)
Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu, onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır.
Hüquq Klinikası
Hüquq Klinikası — Hüquq klinikası (eyni zamanda qanuni klinika və ya hüquq fakültəsi klinikası) müxtəlif müştərilərə xidmət göstərən və tez-tez hüquq fakültəsi tələbələrinə hüquqi təcrübə verən bir hüquqi yardım və ya hüquq fakültəsi proqramıdır. Klinikalar , ümumiyyətlə, klinik professorlar tərəfindən idarə olunur. Hüquq klinikaları müəyyən bir sahədə pro — bono işi aparır və müştərilərə pulsuz hüquqi xidmətlər göstərir. Hüquq klinikası Palacky Universitetində tələbələrin hüquqi yardım ofisində iş üzərində işləyərkən hüquq fakültəsi tələbələrinin praktik tədrisi metodu kimi yaranıb, lakin bu gün akademik əlaqələri olmayan pulsuz hüquqi yardımı da əhatə edir. Vəkillərə, hakimlərə və hüquqşünaslara qanunun tətbiqi — etik ölçüləri barədə praktiki bacarıqları təmin edən , akademik əlaqəsi olmayan təcrübi əsaslı hüquq klinikaları mövcuddur ki , onlar eyni zamanda pulsuz ictimai hüquqi xidmətləri də təklif edirlər. Avani Bansalın sözlərinə görə, tərəflərin vəkil tuta bilmədikləri və dövlət tərəfindən hüquqi xidmətlər göstərildiyi hallarda, bu qanuni nümayəndəliyin keyfiyyəti çox vaxt şübhə doğurur. Bu səbəbdən hüquqşünasların kasıb insanlara hüquqi məsləhət verə biləcəyi hüquq fakültələrindəki hüquqi yardım klinikaları və ya qanuni yardım klinikaları yaradılmasına ehtiyac vardır. Tələbələr, ümumiyyətlə, araşdırma, hüquqi dəlillər hazırlamaq və müştərilərlə görüşməkdə kömək edirlər. Bir çox halda, klinikanın professorlarından biri Məhkəmə qarşısında şifahi mübahisələrdə iştirak edir. Bununla birlikdə, bir çox yurisdiksiyada hüquq klinikasında tələbələrinin məhkəməyə çıxıb mübahisə etməsinə imkan verən "tələbə təcrübəsi" qaydaları mövcuddur.
Hüquq fakültəsi
Hüquq fakültəsi — hüquq elminin tədris olunduğu və bu elm daxilində müxtəlif sahələr üzrə tədqiqatların aparıldığı fakültədir. Onun məzunları hüquqşünas, hakim, prokuror, hüquq məsləhətçisi, notarius və icra hakimi kimi fəaliyyət göstərə bilərlər. Türkiyədə təhsil müddəti 4 ildir. Türkiyədə ilk hüquq fakültəsi 1874-cü ildə yaradılan İstanbul Universiteti Hüquq Fakültəsi olub, Respublika dövründə isə ilk yeni açılan fakültə 1925-ci ildə yaradılmış Ankara Universiteti Hüquq Fakültəsi olmuşdur. Ankara Universiteti Hüquq Fakültəsi 5 Noyabr 1925-ci ildə Atatürk tərəfindən Ankara Ədliyyə Hüquq Məktəbi adı ilə təsis edilmişdir. İstanbul Hüquq Fakültəsinin əsasını 1874-cü ildə Qalatasaray Liseyində “Dârülfünun-u Sultani” şöbəsi olaraq açılan “Məktəb-i Hüquq” təşkil edir. Konya Hüquq Məktəbi 1907-ci ildə qəbul edilmiş qərarla yaradılmış və 1908-ci ildən bu universitetdə təhsil verilməyə başlanmışdır. Ege Universiteti Hüquq Fakültəsi 1978-ci ildə yaradılmışdır. 1982-ci ildə Dokuz Eylül Universitetinin yaradılması ilə hüquq təhsili bu universitetə ​​keçmişdir.
Hüquq jurnalistikası
Hüquq jurnalistikası, ictimai və ya siyasi məqsəd üçün qəsdən və şəffaf şəkildə qərəzsiz bir nöqteyi-nəzərdən qəbul edilən jurnalistika janrıdır. Çünki, həqiqətə uyğun və təbliğatdan fərqlidir. Həm də medianın qərəzli olması və mediada obyektivliyin olmaması hallarından fərqlənir, çünki qərəz olduğu ehtimal olunur. Bəzi insan haqları jurnalistləri ənənəvi obyektivlik idealının ya bütövlükdə, ya da reklamda korporativ sponsorların olması səbəbindən mümkün olduğunu inkar edirlər. Bəziləri ictimai marağın fərqli şəffaf baxışları olan müxtəlif KİV-lər tərəfindən daha yaxşı təmin olunduğunu və ya təbliğat jurnalistikasının makkraker və ya məlumat verən kimi eyni rol oynadığını düşünürlər. Müstəqil Media Mərkəzi olan "alternativ" jurnalist kooperativinin bir yazarı fəaliyyətə çağırışda aşağıdakıları yazır: Jurnalistikanın klassik prinsipləri obyektivlik və neytrallıq tələb edir. Bunlar artıq ümumdünya hörməti olmayan köhnəlmiş prinsiplərdir … Onlara bağlılığımızı hiss etməməliyik. Əgər biz hər zaman mənalı dəyişiklik etmək istəyiriksə, təbliğat jurnalistikası zəruri təşkilatı təmin edən ən vacib element olacaqdır. Buna görə də, təbliğat sahəsində uğurlu jurnalist olmağı öyrənməyimiz çox vacibdir. Çoxları üçün bu, məqsədləri müəyyənləşdirmək və əldə etmək üçün fərqli bir yol tələb edəcəkdir.
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Hüquq normaları
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq norması
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq prinsipləri
Hüquq prinsipləri — hüquqi tənzimlənmənin məzmununu və istiqamətlərini müəyyən edən rəhbər qanunlardır. Bir tərəfdən, müəyyən hüquq qanunlarını ifadə edirlər, digər tərəfdən, hüquqi tənzimləmə bütün sahələrində tətbiq olunan və bütün subyektlərə tətbiq olunan ən ümumi normaları təmsil edirlər. Bu normalar ya qanunda birbaşa ifadə olunur, ya da qanunların ümumi mənasından irəli gəlir. Qanun prinsipləri qanunverici üçün istiqamətləndirici fikirlər kimi çıxış edərək, standartların təkmilləşdirilməsinin yollarını müəyyənləşdirir. Bunlar cəmiyyətin inkişafı və fəaliyyətinin əsas qanunları ilə hüquq sistemi arasındakı əlaqədir. Prinsiplər sayəsində hüquq sistemi bir insanın və cəmiyyətin ən vacib maraqlarına və ehtiyaclarına uyğunlaşır, onlarla uyğunlaşır. Hüquq prinsipləri bütövlükdə qanuna xas olanlara (ümumi hüquqi), onun ayrı-ayrı sahələrinə (sənayesinə) və ya əlaqəli sahələr qrupuna (sektorlararası) bölünür. Məsələn, filial prinsipi cəza hüququnda cəzanın fərdiləşdirilməsi prinsipini, şöbələrarası prinsip mülki prosessual və cinayət-prosessual hüquqdakı rəqabət prinsipini özündə cəmləşdirir. Hüquq prinsipləri bir çox səbəbə görə təsnif edilə bilər. Ən vaciblərindən biri ictimai həyatın bu və ya digər sahəsidir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Hüquq sosiologiyası
Hüquq sosiologiyası — hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır. "Hüquq sosiologiyası" konsepsiyası ilk dəfə Dionisio Antsilotti tərəfindən 1892-ci ildə təqdim edilmişdir və 1913-cü ildə "Hüquq Sosiologiyasının əsasları" adlı əsər avstriyalı Oyhen Erlix tərəfindən nəşr edilmişdir. Daha sonra, hüquq sosiologiyası Maks Veber, Emil Durkhaym və Leon Düqinin araşdırmaları sayəsində inkişaf etdi. Xüsusilə, Maks Veber və Emil Durkhaym qanunların ictimai münasibətlərə təsirini araşdırdılar. Hüquq sosiologiyası və hüquq elmləri mövzusu tez-tez təmasda olur, lakin müəyyən hüquqi münasibətlərin öyrənilməsinə yanaşmalar çox fərqlidir. Hüquq elmini ilk növbədə sosial münasibətlərin hüquqi forması maraqlandırır, sosiologiya isə bu münasibətlərin sosial funksiyaları və digər qeyri-hüquqi aspektləri ilə maraqlanır.
Korporativ hüquq
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir. Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla korporativ hüquqi münasibətləri birləşdirir. Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir. Emin Kərimov. Azərbaycan korporativ (şirkətlər) hüququ. Bakı, 2014, 233 səh.
Müdafiəçi (hüquq)
Müdafiəçi — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə fəaliyyət göstərən vəkil. Ümumi hüquq sistemli ölkələrdə bu fəaliyyətlə əsasən barristerlər məşğul olur. ABŞ-də müdafiəçilər həbs, cinayətlərin istintaqı, cinayət təqibi, hökm çıxarılması, apelyasiya və məhkəmə araşdırmaları ilə bağlı məsələlərlə məşğul olurlar. Çox zaman vəkillərin bir qismi xüsusi olaraq müdafiəçi kimi ixtisaslaşırlar. Məsələn, ABŞ-də narkotik vasitələrlə əlaqədar törədilən cinayətlər üzrə müdafiəçilər və sərxoş vəziyyətdə nəqliyyat vasitəsitəsinin idarə edilməsi cinayətləri üzrə ixtisaslaşmış müdafiəçilər fəaliyyət göstərirlər. Müdafiəçilər, həmçinin, müdafiə etdikləri şəxslərin ittiham olunduqları cinayət üzrə cinayət tərkibinin əlamətlərini də araşdırırlar. Onlar öz müştərilərinə prokuror tərəfindən ittiham aktı tərtib olunanadək yardım edə bilirlər. Bu, adətən, həmin şəxs haqqında təhqiqat aparılanda və ya şəxs tutulanda həyata keçirilir. Təqsirləndirilən şəxslər polis və digər təhqiqatçılarla münasibətlərdə təmsil edilmək, cinayət işi barədə təhqiqat aparılması, eləcə də prokurorun ittihamlarına qarşı müdafiə olunmaq məqsədilə sübutların toplanması üçün müdafiəçi tuturlar. ABŞ-də qraflıq, dövlət və federal hökumətİ kimi dövlət idarələrində çalışan müdafiəçilərə çox zaman ictimai müdafiəçilər və ya məhkəmə tərəfindən təyin edilmiş vəkillər də deyilir.
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Müqayisəli hüquq
Müqayisəli hüquq, hüquqi müqayisəli təhlil, hüquqi müqayisəli araşdırmalar — eyni adlı dövlət və hüquq institutlarını, onların əsas prinsiplərini və kateqoriyalarını müqayisə edərək müxtəlif dövlətlərin hüquq sistemlərini araşdıran fiqur (bölmə). Müqayisəli qanun, yüksək teorisiyaya baxmayaraq, qanunvericilik fəaliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti sahəsində ən populyar elmlərdən biridir. Müqayisəli qanunun əsas məqsədləri arasında ayırd etmək adətlidir: epistemoloji məqsəd; praktik məqsədlər. Müqayisəli qanunun epistemoloji məqsədi hüquqi fenomen və təsisatların inkişafının ümumi nümunələrini müəyyənləşdirməkdir, çünki yalnız fərqli hüquq sistemlərinin müqayisəsi qanunda ümumi və xüsusi, təsadüfi və nizamlılığı ayırd etməyə imkan verir. Beləliklə, hər hansı bir hüquqi araşdırmada nisbətən hüquqi metod vacibdir. Başqa sözlə, xarici hüquq bilikləri öz qanunlarınızı daha yaxşı başa düşməyə, üstünlüklərini və mənfi cəhətlərini görməyə imkan verir. Bu baxımdan, müqayisəli hüququn əsaslarının öyrənilməsi gələcək hüquqşünasların hüquqi təfəkkürünün formalaşmasında mühüm tərkib hissəsidir, onu daha "həcmli" və çevik etmək olar. Müqayisəli qanun sırf epistemoloji ilə yanaşı, aşağıdakı praktik məqsədləri də daşıyır: açıq-aydın zərurət yarandığı ərazilərdə (ilk növbədə mülki, ticarət, humanitar hüquq) müxtəlif dövlətlərin qanunvericiliyinin yaxınlaşmasına və birləşdirilməsinə kömək etmək; xarici ölkələrin hüquq təcrübəsinin öyrənilməsi əsasında öz milli hüquq sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması. Bu sırf praktik məqsədlərə çatmaq hazırda Avropa Birliyindəki genişmiqyaslı inteqrasiya prosesləri və Avropa Vətəndaş Məcəlləsi, ümumən Avropa Konstitusiyası kimi Avropa aktlarının qəbul edilməsi layihələri səbəbindən xüsusilə aktualdır. Müqayisəli hüquqi tədqiqat metodu qədim dövrlərdə tətbiq olunmağa başladı.
Qanun (hüquq)
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Subyektiv hüquq
Subyektiv hüquq, subyektiv mənada hüquq, və ya hüquq; c.h. hüquqlar — subyektin hər hansı bir yaxşı və ya davranış forması üçün tanınmış tələbi. Subyektiv qanun xüsusi sosial normaların kompleks sistemi olan və sosial tənzimləyici rolunu oynayan obyektiv qanundan (obyektiv mənada qanun) fərqlənməlidir. Subyektiv hüquq hüquqşünaslığın ən vacib kateqoriyalarından biridir və azadlıq, vəzifə və qadağa anlayışları ilə yanaşı hüquq nəzəriyyəsinin əsas anlayışlarından birini ifadə edir. Azadlıq kimi, subyektiv hüquq, öhdəliyin əksinə — düzgün davranış ölçüsü və qadağan — yolverilən davranış ölçüsü, uyğun bir subyektin mümkün (yəni icazə verilən) davranışının ölçü və hədlərini müəyyənləşdirir. Subyektiv qanun, obyektiv hüquq normaları əsasında mövcuddur, onların hüquqi tənzimlənməsi nəticəsində hüquqi iştirakçılara subyektiv hüquqları və qanuni öhdəlikləri olan münasibətlər olur. Hüquq münasibətlərinin məzmunu subyektiv hüquqların həyata keçirilməsinə və qanuni vəzifələrin yerinə yetirilməsinə yönəlmiş iştirakçıların davranışıdır. İctimaiyyətlə əlaqələr çərçivəsində subyektiv hüquq və vəzifələr iştirakçılar arasında qarşılıqlı əlaqə zamanı özünü göstərir. Obyektiv hüquq norması müəyyən şəxslərin qanuni davranışlarını müəyyənləşdirir, yəni müəyyən subyektiv hüquq və vəzifələrin kimə məxsus olduğunu göstərir. Subyektiv hüquq, subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir.
Təbii hüquq
Təbii hüquq (lat. lex naturalis) – dövlətdən asılı olmayan, insan zəkasından və "təbiətindən"irəli gələn ideal hüquq haqqında təlim. Təbii hüquq ideyaları hələ antik dövrdə irəli sürülmüş (Sokrat, Platon və b.) orta əsrlərdə ilahiyyat qanununun çalarlarından biri hesab edilmişdir (Foma Akvinalı). Təbii hüquq ideyaları Qərbdə burjua inqlabları dövründə (XVII-XVIII əsrlər) daha çox yayılmışdır. Təbii hüquq haqqında təlimin tərəfdarları Qrotsi, Benedikt Spinoza, Con Lokk, Jan Jak Russo, Şarl Lui Monteskyö, Holbax, Kant, Radişşev və b. bu təlimdən formalizmin tənqidində, burjua cəmiyyətinin "təbiiliyinin" və "zəkaya uyğunluluğunun" əsaslandırılması üçün istifadə etmişlər. Чичерин Б. Н. «История политических учений» (М., 1869—77); его же, «Политические мыслители древнего и нового Мира» (M., 1897); Четвернин В. А. Современные концепции естественного права. М.: Наука, 1988. Stahl, «Geschichte der Rechtsphilosophie» (3-е изд., Гейдельб., 1856); Bergbohm, «Jurisprudenz und Rechtsphilosophie» (т. I, Лпц., 1892); Hildenbrand, «Geschichte u.
Varis (hüquq)
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
İctimai hüquq
İnzibati hüquq
İnzibati hüquq — idarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusundan ibarətdir. İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn ictimai münasibətləri nizama salan hüquq sahəsidir. İnzibati hüquqla tənzimlənən ictimai münasibətlər xarakterinə, məzmununa və təyinatına görə müxtəlifdir. İnzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir. İnzibati hüquq münasibətinin obyektini insanların hərəkətləri təşkil edir. Bu hərəkətlər idarəetmə vəzifələri ilə sıx bağlı hərəkətlərdir. İnzibati hüquq münasibətinin iştirakçıları, yəni subyektləri on altı yaşı tamam olmuş fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. İnzibati hüquq münasibətlərində iştirak edən tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarında nəzərdə tutulmuşdur. İnzibati hüquq normalarını cəmləşdirən hüquqi aktlar inzibati hüququn mənbələrini təşkil edir. İnzibati hüququn mənbəyi Azərbaycan konstitusiyasından, hamılıqla qəbul edilmış beynəlxalq hüquq normalarından və prinsiplərindən ibarətdir.
Şikayət (hüquq)
Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Prosessual hüquq
Prosessual hüquq — prosessual qaydanı tənzimləyən hüquq normalarının məcmusu, maddi hüququn praktiki həyata keçirilməsi və icrası prosedurları. Prosessual hüquq onun həyata keçirilməsi və qorunması üçün zəruri olan prosessual formaları müəyyən etdiyi üçün maddi hüquqla ayrılmaz şəkildə bağlıdır. Məhkəmə prosesinin aşağıdakı əsas formaları var: konstitusiya, mülki, cinayət, inzibati. Mülki prosessual hüquq – mülki işlərin məhkəmələr tərəfindən həlli qaydasını tənzimləyən hüquq normalarının məcmusudur (hüquq sahələrindən biri). Məsələn, hazırda Rusiyada geniş məhkəmə orqanları sistemi (Konstitusiya Məhkəməsi, Arbitraj məhkəmələri, ümumi yurisdiksiya məhkəmələri) mövcuddur. Mülki prosessual hüququn predmeti yalnız ümumi yurisdiksiya məhkəmələrində mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yaranan ictimai münasibətlərin məcmusudur. Xüsusiyyətləri İşin başlanması təşəbbüsü maraqlı şəxslərə məxsusdur (o cümlədən kassasiya və apellyasiya icraatında). Mövzu tərkibinin spesifikliyi ondan ibarətdir ki, hüquq-mühafizə orqanı mütləq iştirak edir - məhkəmə və ona səlahiyyət verilir, məhkəmə ilə iştirakçılar arasındakı münasibət həmişə tabeçilik səlahiyyəti üzərində qurulur, lakin cavabdeh arasında münasibətlər. və iddiaçı həmişə bərabərlik üsuluna görə qurulur (bu, iki üsulun birləşməsidir). Mülki prosessual hüquqda sanksiyaların unikallığı, ən çox yayılmış əlverişsiz prosessual nəticələrdir (bu sanksiya yalnız mülki prosessual hüquqda istifadə olunur): kassasiya şikayəti vermək üçün son tarix buraxılıbsa, siz onu verə bilməzsiniz; cavabdeh məhkəməyə gəlməzsə, işə onun iştirakı olmadan baxılır ki, bu da açıq-aşkar iddiaçının əlinə keçir; və digər unikal sanksiyalar - aşağı orqanın prosessual aktının ləğvi, məcburi icra və s.
Sübut (hüquq)
Hüquqda Sübut — qanunla müəyyən edilmiş qaydada əldə edilmiş, onların əsasında işə düzgün baxılması və həlli üçün əhəmiyyət kəsb edən halların olub-olmadığını müəyyən edən faktlar haqqında məlumat. Beləliklə, fiqhdə dəlil məlumat, yəni idrak fəaliyyətinin nəticəsi kimi başa düşülürsə, məntiqdə dəlil həqiqətin, yəni əməlin əsaslandırılmasıdır. Həqiqəti müəyyən etmək üçün dəlil əldə etməyə yönəlmiş idraki fəaliyyət fiqhdə sübut adlanır. Sübut sübutların toplanması, təmin edilməsi, yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Sübut hüququnda ən mühüm anlayışlar sübut predmeti və müxtəlif iş kateqoriyaları üçün fərqli şəkildə müəyyən edilən sübutun hüdudlarıdır.
Daşkənd Dövlət Hüquq Universiteti
Daşkənd Dövlət Hüquq Universiteti (DDHU) — dövlət ali təhsil müəssisəsi. Ölkənin paytaxtı Daşkənddə yerləşən aparıcı Özbəkistan hüquq tədqiqat mərkəzlərindən biridir. Universitet Özbəkistanda milli hüquq elmləri və təhsil mərkəzi kimi tanınan aparıcı universitetlərdən biridir, nüfuz yerli səviyyədə geniş yayılıb və respublikadan çox kənara çıxır. 2021-ci ildə Daşkənd Dövlət Hüquq Universiteti Times Higher Education-a görə dünyanın TOP-500 universitetlərinə daxil edilmişdir. Universitetin tərkibinə on iki ixtisas və üç ümumi təhsil şöbəsi, beynəlxalq standartlara uyğun peşə hüquq təhsili və karyera inkişafı mərkəzi, cinayətlərin qarşısının alınması, ictimai təhlükəsizlik sahəsində hüquqi kadrların hazırlanması və yenidən hazırlanması üzrə ixtisaslaşmış şöbə və akademik lisey daxildir. Bundan əlavə, universitet Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin təhsil sisteminə daxil olan 14 peşə hüquq kollecinə metodiki rəhbərlik və koordinasiya da təmin edir. Universitetin rektoru - hüquq elmləri doktoru Xakimov Rəhim Rəsulhonoviç. DDHU Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin yurisdiksiyasındadır. Beləliklə, Universitetin rektoru eyni zamanda Özbəkistan Respublikası ədliyyə nazirinin müavinidir. Universitetin tarixi 1918-ci il aprelin 21-də Türkistan Dövlət Universitetinin sosial-iqtisadi fakültəsi əsasında bir hüquq şöbəsinin yaradıldığı vaxtdan başlayır.
Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi
Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi (ing. Universal Declaration of Linguistic Rights; "Barselona Bəyannaməsi" olaraq da tanınır) — 1996-cı ildə Beynəlxalq PEN Klubu və bir sıra qeyri-hökumət təşkilatları tərəfindən dil hüquqları, xüsusilə nəsli kəsilməkdə olan dillərin hüquqlarını dəstəkləyən bir sənəd. Bəyannamə 6-9 iyun 1996-cı il tarixlərində Barselonada keçirilən Dünya Dil Hüquqları Konfransının yekununda qəbul edildi . Elə həmin il Bəyannamə YUNESKO-nun Baş direktoruna təqdim edildi, lakin YUNESKO-dan rəsmi təsdiq almadı . 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (UİHB) dildən insan hüququ kimi bəhs edilsə də, dil hüququ açıq şəkildə sadalanmır və göstərilmir. Sonradan qəbul edilmiş bir sıra beynəlxalq insan hüquqları sənədləri, dillərin hüquqları ilə bu və ya digər şəkildə, xüsusən: Milli və ya etnik, dini və linqvistik azlıqlara mənsub olan şəxslərin hüquqları haqqında bəyannamə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası Regional Dillər üçün Avropa Xartiyası Milli Azlıqların Müdafiəsi Çərçivə Konvensiyası Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt Xalqların Kollektiv Hüquqlarının Ümumdünya Bəyannaməsi. Eyni zamanda, qlobal miqyasda bütün dillərin və ya dil hüquqlarının qorunması ilə əlaqəli heç bir məcburi sənəd yox idi . Bu baxımdan bu boşluğu doldurmaq üçün cəhdlər edilmişdir. Ümumdünya Dil Haqları Bəyannaməsi ideyası ilk dəfə 1984-cü ildə Beynəlxalq Müasir Dil Müəllimləri Federasiyasında (FIPLV) ifadə edilmişdir. Bəzi əsas dil hüquqlarını və təhsilə təsirlərini formalaşdıran Braziliya Dilçilik Dərnəyinin keçmiş prezidenti professor Fransişku Qomeş de Matuş tərəfindən irəli sürülmüşdür.
Dövlət və hüquq nəzəriyyəsi
Dövlət və hüquq nəzəriyyəsi — daimi qarşılıqlı əlaqədə dövlətin və hüququn mənşəyini, inkişafını və fəaliyyətinin mahiyyətini, ən ümumi qanunlarını və meyllərini öyrənən, eyni zamanda bütün hüquq elmləri üçün ümumi anlayışlar və kateqoriyalar təşkil edən fundamental hüquq elmi. Bunu mənimsəmədən əsas hüquq elmlərinin istifadə etdiyi dövlət və hüquq haqqında daha spesifik, empirik bilikləri başa düşmək problemlidir. Dövlət və hüquq nəzəriyyəsində elmi araşdırmalar tək bir ölkədə və heç bir tarixi dövrdə deyil, hazırda ən çox inkişaf etmiş hüquq və dövlətçiliyin formalarına istiqamətlənmiş şəkildə aparılır. Dövlət və hüquq nəzəriyyəsi əsasən Rusiya elmidir (postsovet, daha əvvəllər - Sovet elmi), qitə Avropasının bir çox ölkələrində, mövzusu hüquq və dövlət olan fənlər ayrıca tədris olunur. Son illərdə dövlət və hüquq nəzəriyyəsinin rolu və subyektinin Avropa dövlət və hüququ öyrənmə ənənəsi ilə izah edilən bir hüquq fəlsəfəsi səviyyəsinə yüksəldilməsi prosesi mövcuddur. Vahid bir elmi həm dövlət nəzəriyyəsini, həm də hüquq nəzəriyyəsini öyrənən bir elm adlandırmaq çətindir: dövlətin ayrı bir nəzəriyyəsi var (dövlətin ümumi bir doktrinası - dövlətin mənşəyini, dövlətin növlərini, formalarını, elementlərini (quruluşunu) və funksiyalarını, habelə dövlətin perspektivlərini və hüquq nəzəriyyəsini öyrənir; əsasən hüquqi doğma məsələlərini (hüquq mənbələri, hüquq normalarının növləri, qanun yaradıcılığı və hüquq tətbiqi, hüquqi texnikası, hüquq normalarının ziddiyyəti, qanunun şərhi, hüquqi məsuliyyət və s.) öyrənmək. Ədəbiyyatda dövlət və hüquq nəzəriyyəsinin predmetini müəyyənləşdirməyə vahid yanaşma yoxdur. Beləliklə, bəzi müəlliflər bu elmin mövzusunun "dövlətin və qanunun yaranması, inkişafı və fəaliyyət göstərməsinin ümumi qanunları və dövlətin yaranması, inkişafı və fəaliyyət göstərməsinin xüsusi qanunları və ayrı-ayrılıqda alınan hər bir sinfi qanunu ("tarixi" termini tez-tez istifadə olunur) tip olduğunu göstərir. ”ifadələrini istifadə etdi. Digərləri yazırlar ki, dövlət və hüquq nəzəriyyəsinin mövzusu "sinif cəmiyyətinin hərəkətinin müxtəlif tarixi mərhələlərində dövlətin və qanunun yaranması və inkişafının müntəzəm prosesi, dövlət və hüququn mahiyyəti, məzmunu, forma və funksiyaları, dövlət və hüquq münasibətləri, qanunverici və hüquq mühafizə ..." .
Dövlət və hüquq tarixi
Dövlət və hüquq tarixi — dövlət və hüquq sisteminin tarixi inkişaf qanunauyğunluqlarını öyrənən və üzə çıxaran tarix-hüquq elmi. Mövzu müəyyən dövrdə dövlət və hüququn, dövlət orqanlarının, konkret dövlətlərin və xalqların təsisatlarının yaranması, inkişafı və növlərinin və formalarının tədqiqidir. Milli dövlət və hüquq tarixi ümumi tarixi intizam deyil, siyasi və hüquqi bir elmdir. Tarix-hüquq elmi kimi nəzəri və praktiki biliklər üçün zəmin yaratmağa imkan verir, geniş siyasi dünyagörüşü formalaşdırır. Dövlət və hüquq tarixini həm ayrı-ayrı dövlətlərin (məsələn, Rusiya və ya Almaniya) timsalında, həm də qlobal kontekstdə öyrənmək olar. Sonuncu halda o, təkcə ayrı-ayrı xalqların hüququnun formalaşmasını deyil, həm də bütün tarixi formalarında — ibtidai qəbilə hüququndan tutmuş müasir ictimai daxili və beynəlxalq hüquqa qədər bir sosial institut kimi hüququn qurulmasının ümumi təcrübəsini nəzərdən keçirir. Ümumbəşəri (bütün hüquq sistemləri üçün xarakterik olan) hüquq prinsiplərinin və institutlarının formalaşması, hüquq sahələrinin (beynəlxalq hüquq kimi) yaranması, hüquqi anlayışa yanaşmalar (məsələn, təbii hüquq) nəzərdən keçirilir. Bu kontekstdə ona aid olan elmlər siyasi-hüquqi təlimlər tarixi və ümumi hüquq nəzəriyyəsidir. Dövlət və hüquq tarixini ictimai quruluşun dinamikasını, onda mövcud olan sosial normaları, sosial təbəqələşməni və sosial siniflər arasında münasibətləri öyrənən sosial tarixin tərkib hissəsi kimi qəbul etmək olar. Dövlət və hüquq tarixi ictimai münasibətlərin hüquqi komponentini, münaqişələrin həllinin hüquqi əsaslarını, ümumi mənafeyə nail olmaq üçün cəmiyyətin davamlı fəaliyyətini təmin edir.
Dövlətlərdə və territorial ərazilərdə LGBT hüququ
Lezbiyan, gey, biseksual və transgenderlərin hüquqları — ölkələr üzrə, azadlıqdan məhrum etmə və ölüm cəzasından başlayaraq leqallaşdırılmış eynicinsli nikah və eynicinsli partnyor əlaqələrə kimi bir-birindən kəskin surətdə fərqlənir. LGBT vətəndaşları ilə bağlı qanunlara daxildir: dövlət tərəfindən eynicinsli münasibətlərin tanınması, açıq şəkildə silahlı qüvvələrdə xidmət etmək hüququ, eynicinsli ailələr tərəfindən uşaqların övladlığa götürülməsi və ya adaptasiyası, immiqrasiya və anti ayrı-seçkilik qanunlarının qəbul edilməsi, LGBT icmasına olan nifrət və cinayətlərin yatırılması və s.
Dünyanın hüquq coğrafiyası
Dəniz hüququ haqqında Konvensiya
Dəniz hüququ haqqında Konvensiya — Birləşmiş Millətlər Təşkilatının 29 aprel 1958-ci il tarixli Cenevrədəki konfransının nəticələrindən sonra bağlanmış beynəlxalq müqavilə. 30 sentyabr 1962-ci ildə qüvvəyə minmişdir. Sənədin rəsmi orijinal dilləri ingilis (ing. Convention on the High Seas), ispan (isp. Convención sobre Alta Mar), Çin (çin. 公海公約), Rus və Fransız dilləridir (fr. Convention sur la haute mer). SSRİ konvensiyanı 20 oktyabr 1960-cı ildə təsdiqlədi. 63 ölkə tərəfindən təsdiqlənən 2018-ci il üçün: son dəfə Çernoqoriya tərəfindən 2006-cı ildə təsdiq edilmişdir. Bu Konvensiyaya üzv dövlətlər, dəniz hüququna dair bütün məsələlərin qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda həll olunmasını arzulayaraq və bütün dünya xalqları arasında sülhün, ədalətin və tərəqqinin saxlanılması üçün əhəmiyyətli əməkdaşlığın təmin edilməsi üzrə bu Konvensiyanın tarixi zəruriliyini dərk edərək, Birləşmiş Millətlər Təşkilatının 1958-ci və 1960-cı illərdə Cenevrədə keçirilmiş Dəniz Hüququ üzrə konfranslarından sonra baş verən inkişafın dəniz hüququna dair yeni və ümumi qəbul olunmuş Konvensiyaya ehtiyac yaratdığını qeyd edərək, okean məkanı problemlərinin sıx əlaqəli olduğunu və bütövlükdə nəzərdən keçirilməsinə ehtiyacın olduğunu dərk edərək, Konvensiya ilə bütün dövlətlərin suverenliyi əsasında, beynəlxalq kommunikasiyanı asanlaşdıracaq, dəniz və okeanların dinc məqsədlərlə istifadəsini, onların ehtiyatlarından bərabər və səmərəli şəkildə faydalanmağı, canlı ehtiyatlarının mühafizəsini və dəniz mühitinin qorunub saxlanılmasını və öyrənilməsini təşviq edəcək dəniz və okeanlar üzrə hüquqi rejim yaradılması arzusunu vurğulayaraq, bu məqsədlərə nail olunmasının bütün bəşəriyyətin maraqlarını və ehtiyaclarını, xüsusilə sahilyanı olmasından və ya dənizə çıxışı olmamasından asılı olmayaraq, inkişaf etməkdə olan ölkələrin xüsusi maraq və ehtiyaclarını nəzərə alacaq ədalətli və bərabərhüquqlu beynəlxalq iqtisadi qaydanın yaradılmasına töhfə verəcəyini dərk edərək, Konvensiya ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının milli yurisdiksiyanın hüdudlarından kənar dəniz və okeanların dibinin və təkinin, habelə onların ehtiyatlarının bəşəriyyətin ümumi irsi olduğunu və onların tədqiqatı və istismarının dövlətlərin coğrafi mövqelərindən asılı olmayaraq, bütövlükdə bəşəriyyətin mənfəəti üçün aparılacağını təntənəli şəkildə elan etdiyi 1970-ci il 17 dekabr tarixli 2749 (XXV) nömrəli Qətnaməsində öz əksini tapmış prinsipləri inkişaf etdirmək arzusunda olaraq, bu Konvensiya ilə əldə edilən dəniz hüququnun məcəllələşdirilməsi və mütərəqqi inkişafının ədalətli və bərabərhüquqlu prinsiplər əsasında bütün dövlətlər arasında sülhün, təhlükəsizliyin, əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş məqsəd və prinsiplərə əsasən, dünyanın bütün xalqlarının sosial və iqtisadi inkişafına yardım edəcəyinə inanaraq, bu Konvensiya ilə tənzimlənməyən məsələlərin ümumi beynəlxalq hüququn qayda və prinsipləri əsasında tənzimlənməkdə davam edəcəyini təsdiq edərək, aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1: Dövlətlərin ərazi və ya daxili suları xaricindəki bütün sular olaraq "açıq dəniz" tərifi.
Ekologiya hüququ
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Eldar Həsənov (hüquqşünas)
Eldar Hümbət oğlu Həsənov (10 oktyabr 1955, Laçın, Kəlbəcər rayonu) — Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri. Eldar Həsənov Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışmışdır. Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunmuşdur. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab (son 2 kitabı: Rumıniyada könüldən diplomatiya və Balkanların dostluq körpüsü boyunca), dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir. Professor, hüquq elmləri doktoru Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru Serbiya Kral Akademiyasının üzvü Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olmuşdur. 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur.
Elnur Əliyev (hüquqşünas)
Elnur Əliyev Aydın oğlu (4 iyun 1983, Kirovabad) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini (2022-ci ildən), iqtisadiyyat nazirinin müavini (2020–2022), vergilər nazirinin müşaviri (2017–2020-ci illər). Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1998–2002-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2002–2006-cı illər – Bakı Dövlət Universitetində cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2008–2009-cu illər – Azərbaycan Respublikası Prezidentinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb. 2005–2009-cu illər – İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2010–2013-cü illər – Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb. 2013–2017-ci illər – Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdirinin müavini, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. 2017 – 2020-ci illər – Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.
Elşad Abdullayev (hüquqşünas)
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Həsənov (hüquqşünas)
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var. Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.
Elşad Nəsirov (hüquqşünas)
Elşad Nəsirov (Elşad Haqverdi oğlu Nəsirov; d. 1 iyul 1971. Babacan, Vardenis rayonu, Ermənistan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin dekan müavini, fakültə Elmi Şurasının katibi. Konstitusiya hüququ kafedrasının baş müəllimi. Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib. 1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir. 1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır.
Emin Hüseynov (hüquq müdafiəçisi)
Emin Rafiq oğlu Hüseynov (4 dekabr 1979, Bakı) — azərbaycanlı jurnalist, insan hüquqları üzrə aktivist. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri. Azərbaycanda həbs olunmaqdan yayınmaq üçün, o, gizlənməyə məcbur oldu. Müəyyən müddətdən sonra Emin Hüseynov Azərbaycandan qaçdı və hal-hazırda İsveçrədə məcburi köçkün kimi yaşayır. Azərbaycanda baş verən böyük problemləri Avropa qurumlarında və məhkəmələrində dəfələrlə öz sübutu ilə açıqlamaya çalışıb. Emin Hüseynov 4 dekabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub. 2002-2005-ci illərdə Bakıda yerləşən Turan İnformasiya Agentliyində işləyib.[1] 2006-cı ildə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təsisçi üzvü və sədri oldu.[2][1] O, 2014-cü ildə gizlənənə qədər sədr vəzifəsində qalıb. 2008-ci ildə İTV telekanalının monitoru olub. 2010-cu ildə O, Objective TV-nin təsisçi üzvü və sədri oldu.[1] O, Amerika vətəndaşı olan Sarah Paulsworth ilə evlidir.[3] 2008-ci ildə Hüseynov dinc aksiyaların Azərbaycan polisi tərəfindən dağıdılması barədə məlumat verib.
Etibar Əliyev (hüquqşünas)
Etibar Əliyev (15 aprel 1957, Astarxanbazar) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əli oğlu Əliyev 15 aprel 1957-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə orta məktəbdə təhsil almışdır. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) "Avtomobil nəqliyyatı" fakültəsinə daxil omuş, 1978-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Həmin ildə təyinatla Azərbaycan Respublikasının daxili işlər orqanlarına göndərilmişdir. 1983-cü ildə SSRİ DİN Ali İstintaq Məktəbinə qəbul olmuş və 1988-ci ildə həmin məktəbi hüquqşünas ixtisası ilə bitirmişdir. Polis polkovniki Etibar Əliyev 2008-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci və 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisinin müavini vəzifəsində çalışır. Müharibə veteranıdır.
Fikrət Məmmədov (hüquqşünas)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycanın ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Fotoqrafiya və hüquq
Fotoqrafların intellektual mülkiyyət hüququ müxtəlif yurisdiksiyalardakı müəlliflik hüquqları vasitəsilə qorunur. Bəzi hallarda fotoqrafiya mülki hüquq və yaxud cinayət qanunları ilə çərçivələnə bilər. Müəyyən şəkilləri dərc etmək məxfilik siyasəti və digər qanunlarla məhdudlaşdırıla bilər. Fotoqrafiyanın ümumilikdə ictimai maraqlar və uşaqların qorunması çərçivəsində limitlənməsi mümkündür. Fotoqrafiyaya olan reaksiyalar cəmiyyətdən cəmiyyətə dəyişir və hətta rəsmi qadağalar olmayan yerlərdə belə insanları və məkanları çəkməyə qarşı narazılıqlar yarana bilir. Qanuni olan fotoqrafiyaya reaksiyalar müxtəlif olur, belə ki, şikayətdən zorakılığa qədər hüdudlanır. Birləşmiş Krallıqda ictimai yerlərdə şəxsi mülkiyyətin fotolarını çəkməyi qadağan edən qanunlar yoxdur. O cümlədən, mülkədarın icazəsi olduğu təqdirdə şəxsi əmlakda çəkilən şəkillərə qadağa qoyulmur. Lakin, əmlak sahibləri əmlaklarına daxil olunduğu halda istədikləri şərtləri (fotoşəkili qadağa etmək və ya limitləmək daxil olmaqla) tətbiq etməkdə sərbəstdirlər. Birləşmiş Krallıqdakı iki ictimai yer, Trafalqar Meydanı və Parlament Meydanının kommersiya məqsədilə Mayorun, Meydan İdarəetmə Komandasının icazəsi olmadan və xidmət haqqı ödənilmədən çəkilən şəkillərə qarşı xüsusi təminatı vardır.
Fəlsəfə və Hüquq İnstitutu
Fəlsəfə və Sosiologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu müstəqil elmi qurumu kimi 1945-ci ildə təşkil olunmuşdur. İnstitut 1945–1950, 1950–1956-cı illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956–1967-ci illərdə Azərbaycan EA fəlsəfə sektoru, 1967-ci ildən 2002-ci ilin iyun ayına qədər Fəlsəfə və Hüquq İnstitutu, 2002-ci ildən 2009-cu ilin yanvarınadək Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, 2009-cu ilin yanvarından 2014-cü ilin fevralına qədər Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adı ilə fəaliyyət göstərmişdir. AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adı dəyişdirilərək Fəlsəfə və Hüquq İnstitutu adını almışdır. Nazirlər Kabinetinin 3 oktyabr 2020-ci il tarixli 374 nömrəli Qərarı ilə Fəlsəfə İnstitutunun adı dəyişdirilərək "Fəlsəfə və Sosiologiya İnstitutu" adlandırılmışdır. Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, məntiq elminin təşəkkülü və inkişafı, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri, informasiya cəmiyyətinin və vətəndaş etikasının formalaşması, davamlı inkişafın nəzəri-fəlsəfi və sosioloji problemlərini, Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkə daxili siyasi proseslərin fəlsəfəsi və sosiologiyasını əhatə edir. Azərbaycan Respublikasında hüquqi dövlətin formalaşması; Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkədaxili siyasi proses. Müxtəlif illərdə instituta rəhbərlik edənlər: 1945–1950-ci illər – akademik Makovelski Aleksandr Osipoviç; 1950–1956-cı illər – f.e.d. Səmədov Vitali Yunisoviç, t.e.d. İsgəndərov Məmməd Salman oğlu, t.e.d.Quliyev Əliövsət Nəcəfqulu oğlu; 1958-ci il – f.e.d.
Fərid Əhmədov (hüquqşünas)
Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Azərbaycan Respublikasının ədliyyə naziri (2024-cü ildən), Rəqəmsal i̇nkişaf və nəqliyyat nazirinin müavini (2022–2024), Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022), Azərbaycan Universitetinin rektoru (2015–2017), BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru. Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır. Beynəlxalq hüquq sahəsində nüfuzlu elmi nəşrlərdə dərc edilmiş monoqrafiya, bir sıra elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan, rus və ingilis dillərini bilir.
Geri qayıtmaq hüququ
Geri qayıtmaq hüququ — insan hüquqlarının Ümumdünya Bəyannaməsində və Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış, öz ölkəsinə qayıtmaq hüququ verən beynəlxalq hüququn qanunvericilik prinsipidir. Geri qayıtmaq hüququ əyalətin konstitusiyasında, immiqrasiya qanununda göstərilə bilər və ya diasporadan repatriasiya haqqında ayrıca bir qanun olaraq rəsmiləşdirilə bilər. Yəqin ki, geri dönüş hüququnun ilk tanınması 1789-cu il Fransa inqilabından sonra Fransada 15 dekabr 1790-cı ildə qəbul edilmiş Hugenotlar Aktında əksini tapdı. Hugenotlara bütün vətəndaş hüquqlarının verilməsi ilə eyni vaxtda qanun, Fransa vətəndaşlarını dini təqiblər səbəbiylə xaricdə doğulmuş və fransız soyundan olan, qovulmuş və ya qaçan bütün insanları elan etdi. And içən geri qayıdan bütün vətəndaş hüquqlarına sahib idilər. Eyni zamanda, hugenotların böyük hissəsi bundan bir əsr əvvəl qovulmuşdu və bir çoxları İngiltərə, Almaniya və Cənubi Afrikanın yerli əhalisi ilə qarışmağı bacardılar. Qanun, 19 oktyabr 1945-ci ilə qədər qüvvədə qaldı, aralarında Nazizm tərəfdarlarının da ola biləcəyi Almaniyaya assimilyasiya olunmuş hugenotlar nəslinin köçməsinə icazə verilməməsi səbəbindən ləğv edildi. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 13-cü maddəsində deyilir ki, "hər kəs öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir". Bu maddənin mənası ilə bağlı fikir birliyi yoxdur, çünki əvvəlki bənddə "dövlət" ("hər kəsin hər bir əyalət daxilində sərbəst hərəkət etmək və yaşayış yerini seçmək hüququ") ifadəsi işlədildiyindən "ölkə" anlayışına icazə verilir. fərqli şərh edir.
Gürcüstanda insan hüquqları
Gürcüstanda insan hüquqları — 1990-cı illərin əvvəllərindən bəri insan hüquqları təşkilatları və ictimai xadimlərin diqqət mərkəzindədir. Gürcüstan hakimiyyəti müxalifətçiləri öldürməkdə, dinc nümayişləri dağıtmaqda və döyməkdə, saxta sübutlara əsaslanaraq siyasi rəqiblərə qarşı həbs etməkdə, təqib etməkdə və cinayət işi qurmaqda ittiham olunur. Mixail Saakaşvili hakimiyyətə gələndən sonra insan haqları təşkilatlarının ittihamları dinlənilməyə davam edir. Ən ciddi ittihamlardan bəziləri soyqırım və osetinlərin etnik təmizlənməsi ilə bağlıdır. 2007-ci ilin noyabr ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Luiza Arbur, "xüsusilə Gürcüstan Ombudsmanına qarşı orantısız güc tətbiqi, müxalifət liderlərinin həbsləri və nümayişçilərin döyülməsi xəbərlərindən narahat olduğunu" söylədi. Arbur, müstəqil televiziyaların işini dayandırmağa məcbur edən təhlükəsizlik qüvvələrinin fəaliyyəti ilə bağlı məlumatlardan narahatlığını ifadə etdi. Gürcüstan Ombudsmanı Sozar Subari dəfələrlə Gürcüstan hakimiyyətini sərt tənqid edib. 2006-cı ilin mart ayında Subari, ölkənin Daxili İşlər Nazirliyini, xüsusən də Gürcüstan banklarından birinin əməkdaşı Sandro Girqvlianinin qətlində günahlandırdı. 2007-ci ilin noyabrında hakimiyyət müxalifətin çıxışlarını yatırmaq üçün xüsusi təyinatlı dəstələrdən istifadə edirdi. Noyabrın 2-də müxalifət siyasi məhbusların azad edilməsi tələbləri ilə mitinqlərə başlayır.
Harvard Universitetinin Hüquq fakültəsi
Harvard Universitetinin Hüquq fakültəsi (Harvard hüquq məktəbi, ing. Harvard Law School) — Harvard Universitetinin bir hissəsi olan ABŞ-də ən qədim hüquq məktəbi, Kembricdə (Massaçusets) yerləşir. 1817-ci ildə əsası qoyulmuş, dünyanın ən böyük hüquq kitabxanasına malikdir və dünyanın ən nüfuzlu kitabxanalarından biri hesab olunur. 1870-ci illərdə Dekan Kristofer Lenqdelin rəhbərliyi altında Amerika hüquq məktəblərində hələ də üstünlük təşkil edən hüququn tədrisi metodu işlənib hazırlanmışdır. 1900-cü ildə Amerika Hüquq Məktəbləri Assosiasiyasının yaradılmasından bəri o, akkreditasiya üçün ona müraciət etmiş hüquq məktəblərində də bu metodu təbliğ etmişdir. Bu üsul bəzi hüquqşünaslar tərəfindən tənqid olunsa da, XX əsrdə Harvard Hüquq Məktəbinin tədrisində üstünlük təşkil edirdi. 2000-ci illərdə Dekan Yelena Kaqan Lenqdel kurrikulumundan sonra əhəmiyyətli elmi dəyişikliklərə kömək etdi. 2006-cı ildə fakültə növbəti bir neçə ildə bir neçə mərhələdə həyata keçirilən və 2011-ci ildən tam tətbiq olunan yeni kurrikulumun təsdiqinə yekdilliklə səs verdi.
Həsən Seyidov (hüquqşünas)
Həsən Həmid oğlu Seyidov (16 may 1923, Şahtaxtı, Naxçıvan MSSR – 3 iyun 1997, Bakı) — Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurasının sədri, İliç Rayon Partiya Komitəsinin birinci katibi, Ədliyyə Nazirinin birinci müavini. Həsən Seyidov 16 may 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1952-ci ildə İ.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin üzvü, sədr müavini, Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şürasının sədri, Şərur Rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən isə ömrünün sonuna kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məshul vəzifələrdə işləmişd, Ədliyyə Nazirinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin orqanı olan “Qanunçuluq” jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1992-ci il 358 Nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası fəxri adına layiq görülmüşdür. 1997-ci il iyun ayının 3-də 74 yaşında Bakı şəhərində vəfat etmişdir.

Значение слова в других словарях