Fəlsəfə və Hüquq İnstitutu
Fəlsəfə və Sosiologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.
== Tarixi ==
Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu müstəqil elmi qurumu kimi 1945-ci ildə təşkil olunmuşdur. İnstitut 1945–1950, 1950–1956-cı illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956–1967-ci illərdə Azərbaycan EA fəlsəfə sektoru, 1967-ci ildən 2002-ci ilin iyun ayına qədər Fəlsəfə və Hüquq İnstitutu, 2002-ci ildən 2009-cu ilin yanvarınadək Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, 2009-cu ilin yanvarından 2014-cü ilin fevralına qədər Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adı ilə fəaliyyət göstərmişdir. AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adı dəyişdirilərək Fəlsəfə və Hüquq İnstitutu adını almışdır. Nazirlər Kabinetinin 3 oktyabr 2020-ci il tarixli 374 nömrəli Qərarı ilə Fəlsəfə İnstitutunun adı dəyişdirilərək "Fəlsəfə və Sosiologiya İnstitutu" adlandırılmışdır.
== Fəaliyyət istiqamətləri ==
Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, məntiq elminin təşəkkülü və inkişafı, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri, informasiya cəmiyyətinin və vətəndaş etikasının formalaşması, davamlı inkişafın nəzəri-fəlsəfi və sosioloji problemlərini, Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkə daxili siyasi proseslərin fəlsəfəsi və sosiologiyasını əhatə edir.
Azərbaycan Respublikasında hüquqi dövlətin formalaşması;
Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkədaxili siyasi proses.
== Rəhbərləri ==
Müxtəlif illərdə instituta rəhbərlik edənlər:
1945–1950-ci illər – akademik Makovelski Aleksandr Osipoviç;
1950–1956-cı illər – f.e.d. Səmədov Vitali Yunisoviç, t.e.d. İsgəndərov Məmməd Salman oğlu, t.e.d.Quliyev Əliövsət Nəcəfqulu oğlu;
1958-ci il – f.e.d.