Abdullah ibn əl-Mübarək
İbn əl-Mübarək kimi tanınan Əbu Abdu-r-Rəhman Abdullah ibn əl-Mübarək əl-Mərvazi (736, Mərv – 1 noyabr 797, Hit) — müsəlman ilahiyyatçı və hədis alimidir.
Onun tam adı: Əbu Abdu-r-Rəmman Abdullah ibn əl-Mübarək ibn Vadix əl-Hanzəli at-Turki al-Mərvazi (ərəb. أبو عبد الرحمن عبد الله بن المبارك بن واضح الحنظلي، التركي ثم المرْوزي). Atası türk, ərəb qəbiləsinin Bənu Təmim qollarından olan Bənu Xanzalə qəbiləsindən olan tacirin azad edilmiş (məula) adamı idi. Anası xarəzmlı idi. O, 736-cı ildə anadan olub.
O, 20 yaşında İslam elmlərini öyrənməyə başlayır. Onun ilk müəllimi ər-Rəbi ibn Ənəs əl-Xorasani olmuşdur. 758-ci ildən başlayaraq elm axtarışında İslam dünyasını gəzir. Süleyman ət-Taimi, Hişama ibn Urvə, Süleyman əl-Əməş, Abdullah ibn Aun, əl-Avzai, Əbu Hənifə, İbn Cureyc, Süfyan əs-Sevri, Şubə ibn əl-Həccac, Malik ibn Ənəs, əl-Leysdən ibn Səd, İsmayıl ibn Əyyaş, Süfyan ibn Uyeynə və bir çox başqalarından hədis öyrənmişdir.