Fris Haber
Fris Haber (alm. Fritz Haber, 9 dekabr 1868, Breslau — 29 yanvar 1934, Bazel) — yəhudi əsilli alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1918).
Fris Haber 1911-ci ilə qədər Karl Boş ilə birlikdə işləyərək,araşdırmaları nəticəsində Haber-Bosch nəzəriyyəsini yaradıb. İnqilab sayılacaq bu kəşf sayəsində onlar birbaşa olaraq hidrogen və azotdan ammonyak sintez etməyi bacardılar. Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar.
Haber, Birinci Dünya müharibəsi,xüsusilə İkinci İpr döyüşü dövründə xlor qazı və digər zəhərli qazların ixtirası və silahlanmada istifadəsi ilə bağlı apardığı ilk illərdəki fəaliyyətinə görə "kimyəvi müharibənin atası" sayılır.
Fris Haber Prussiyanın Breslau (indi Polşanın Vrotslav şəhəri) şəhərində maddi imkanları yaxşı olan yəhudi ailəsində anadan olmuşdur.:38 Ailənin övladlarına verdiyi Haber adı bölgədə yayılmış ad idi,ailə məhz bu adı,Haberin Kempnodan olan yun alveri ilə məşğul ulu babası Pinkus Selinq Haberin şərəfinə övladlarına vermişdilər. 13 mart 1812-ci ildə,Pinkus Haber də daxil olmaqla yəhudilər və ailələrinə "yerli vətəndaşlar və Prussiya vətəndaşları kimi davranılmalısı" haqqında tarixi əhəmiyyətli Prussiya fərmanı verildi. Bu cür qaydalara əsasən, Haber ailəsinin üzvləri ticarət, siyasət və hüquq sahələrində hörmətli mövqelər qura bildilər.:3–5
Fris Haber, ailələrinin ciddi müqavimət göstərməsinə baxmayaraq evlənən ilk əmiuşağı Ziqfrid və Paula Haberin oğlu idi. Frisin atası Ziqfrid, boya piqmentleri, boyalar və əczaçılıq sahəsində öz işini qurmuş şəhərdə tanınmış tacir idi.:6 Paula çətin hamiləlik yaşadı və Frisin doğumundan üç həftə sonra öldü,Ziqfrid məyus oldu və Frisi xalalarının himayəsinə verdi.:11 Fris təxminən altı yaşındaykən, Ziqfrid yenidən Hedviq Hamburqer ilə evləndi.