HADİSƏ
HAFİZƏLİ
OBASTAN VİKİ
Hafizə
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır. Psixologiyada yaddaş — insanın məlumatları qəbul etməsi, saxlaması və sonradan geri çağırması prosesini öyrənən bir sahədir. Yaddaş insanın gündəlik həyatında mühüm rol oynayır, çünki onun vasitəsilə öyrənmə baş verir və keçmiş təcrübələr əsasında gələcəkdə qərarlar qəbul olunur. == Yaddaşın növləri == Sensor yaddaş (ing. Sensory Memory) — bu yaddaş növü qısamüddətlidir və hisslərin qavradığı məlumatları çox qısa bir müddət ərzində saxlayır. Məsələn, bir görüntü gözünüzün qabağında bir neçə saniyə qalsa da, yaddaş tez itir. Qısamüddətli yaddaş (ing. Short-term Memory) — bu yaddaş növü qısamüddətlidir və məlumatları təxminən 20-30 saniyə ərzində saxlayır. Əgər bu məlumat təkrar olunmazsa, unudula bilər.
Hafizə Əsgərova
Hafizə Əsgərov Hüseyn qızı (d.1950-ci ildə 20 mart Cəbrayıl rayonunun Soltanlı kəndi) coğrafiya elmlər doktoru, Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti. == Həyatı == Əsgərova Hafizə Hüseyn qızı 1950-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1967-ci ildə ADPU-nun Coğrafiya fakültəsinə qəbul olmuş, 1971-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1971-ci ildən 1979-cu ilə kimi təyinatla Xırdalan şəhərində 2 saylı orta məktəbdə müəllim işləmiş, 1979-cu ildə Pedoqoji Universitetin coğrafiya fakültəsində ümumi coğrafiya kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ildən kafedrada müəllim, baş müəllim işləmişdir. 1999-cu ildə AMEA ak H.Əliyev adına Coğrafiya İnstitutunun “Fiziki coğrafiya” şöbəsinin “landşaftşünaslıq” bölməsində “Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi Kiçik Qafqazın şimal-şərq və Ceyrançöl alçaq dağlığı timsalında” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adını almışdır. == Elmi əsərləri == O, bir ixtisasçı kimi səhralaşma sahəsi üzrə 34 məqalə, 4 tezis çap etdirmişdir, 4 tədris proqramı, 2 metodik göstərişin müəllifidir. “Landşaftın geokimyası” kursunun proqramı. Pedaqoji universitet və institutlarda magistr hazırlığı üçün. Bakı, ADPU, 2005, səh 24-28.

Значение слова в других словарях