Hairenik
Hairenik (erm. Հայրենիք, hərf. vətən) — ABŞ-nin Massaçusets ştatının Votertaun şəhərində Hayrenik Assosiasiyası tərəfindən erməni dilində nəşr olunan həftəlik qəzet. Qəzet Ermənistanın Daşnaksutyun Partiyasına məxsusdur. Daşnaksutyun ilə yanaşı, erməni diaspor təşkilatı – Amerika Erməniləri Milli Komitəsinin fikir və mülahizələrini də əks etdirir.
ABŞ-də Levon Turyanın qətlində rolu, həmçinin nasizm, faşizm və antisemitizm kimi ideologiyalara simpatiyası ilə tanınır.
Levon Turyan erməni arxiyepiskopu idi və Daşnaksutyun üzvləri tərəfindən bıçaqlanaraq öldürülmüşdür. Sui-qəsddən əvvəl "Harenik" qəzeti belə təhdid mesajları dərc etmişdir:
Hətta "Turyanı başa salacaq" birinə 100 dollar mükafat təklif etmişdir. Daha sonra Turyan polisdən müdafiə istəmişdir.
Qəzet nasizmə, faşizmə, antisemitizmə, Adolf Hitlerə və s. rəğbət bəsləyən sitatlara və fikirlərə görə tənqid olunur.