sif. [
ər. ]
1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən (haram əksi).
// köhn. Kəbinli, nikahlı; qanuni.
Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın] halal arvadı olub qalırdı. S.Hüseyn.
// İs. mənasında.
köhn. Kəbinli arvad.
[Cavad bəy:] Müqabilinizdə oturan arvad ağıllı və dövlətli bir şəxsin halalıdır. İ.Musabəyov.
2. məc. Zəhmətlə, namusla, təmiz əməklə, qanuni yolla qazanılmış, əldə edilmiş.
[Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan!… – deyərək uzun-uzadı deyinərdi. S.Hüseyn.
Onun halal çörəyilə qüvvət gəlir ürəklərə; Bərkiyərək polad olur övladımın sümükləri. S.Rüstəm.
// məc. Halal şey qazanmaq, əldə etmək üçün çəkilən, sərf edilən.
İmran kişinin nəzərində Dilman başqalarının halal əməyi ilə öz eyiblərini örtən bir adamdı. M.Hüseyn.
3. Halaldır şəklində – bax
halal olsun! ◊ Halal etmək köhn. – borcunun, yaxud vaxtilə etmiş olduğu pisliyin üstündən keçmək, bağışlamaq.QUOTE [Xan:] Arvad, ay gözəl arvad, bircə asudəlikdə qədrini bilmədim. Məni halal elə. @@@
Çəmənzəminli. [Səriyyə:] Ah! Hüsniyyə… Məni halal elə, doqquz il səninlə bir məktəbdə bacılıq etmişəm. C.Cabbarlı.
Halal xoşun(uz) olsun! – bax
halal(ın) olsun! [Əliməmməd eşikağasına:] Elə bu yüz əşrəfini gətirə bildim, sənə peşkəşdir.
Yuxarıda Allah, yerdə sən, halal xoşun olsun. Çəmənzəminli.
Halal(ın) olsun! – bir şeyi könüllü, əvəzsiz olaraq birinə verəndə deyilir – halaldır, halal xoşun olsun.
Halal olsun İskəndərə; Unudub dünya cifəsin; Tabe olub peyğəmbərə… Aşıq Ələsgər.
Halal süd əmmiş – namuslu, düz, təmiz vicdanlı.
[Kərbəlayı:] Doğrudan arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı olardı. Çəmənzəminli.
[Südabənin anası:] Oğlum, Firidun, sən mənim oğlumsan, halal süd əmmiş bir adama oxşayırsan. M.İbrahimov.