Halley kometası
Halley kometası — Hər 75-76 ildən bir günəş sisteminə daxil olan və yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ulduza, onunla maraqlanan Edmund Halleyin şərəfinə "Halley kometi" adı verilib. Halley kometi, normal insan gözü ilə görülə bilən tək kometdir.
Kometani ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi. Təbii ki, o dönəmdə buna, kometin "şeytani varlıq" olduğuna inananların sayı çox idi. Lakin Edmund Halley, mövhumata inanıb, onunla razılaşmaq əvəzinə elmi seçdi. Kometin 1682-ci ildə təkrar göründüyü deyilir. Elə Halley də öz müşahidələrinə bu zaman başlamışdı. İlkin olaraq, Halley, hesablamalarına əsasən 1532 və 1607-ci illərdə (eyni zamanda 1682ci ildə) görünən kometlər ilə bu kometin eyni olduğunu və kometin təkrarən 1758-ci ildə geri dönəcəyi nəzəriyyəsini irəli sürdü.