Halqaşəkilli bulvar
Halqaşəkilli bulvar (erm. Օղակաձև Զբոսայգի), həmçinin Cavanlıq Parkı — Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən park.
== Tarixi ==
Tikintisi şəhərin inkişafının əsas planında 1924-cü ildə nəzərdə tutulmuşdur. Nəticədə layihə qismən həyata keçirildi. Park şimaldan, şərqdən və cənub-şərqdən şəhərin mərkəzi hissəsini əhatə edir. Bulvar Tiqran Mesa prospekti və Poplavok gölünə, şimaldan Maştots prospektinə qədər, cənubdan isə Müqəddəs Qriqor Lusaroviç Kilsəsinə qədər olan ərazini əhatə edir. Təxminən 2,5 km uzunluğa və 120 metr enə malik oraqşəkilli ərazidir. Moskovyan və Xandjyan küçələri bulvarın daxili sərhədini təşkil edir. Bulvarın xarici sərhədini isə İsaakyan, Alek Manukyan və Yervand Koçar küçələri təşkil edir. Şimaldan cənuba doğru bulvar boyunca Teryan, Abovyan, Nalbandyan, Qeratsi, Vardanyan küçələri və Sayat Nova prospekti uzanır.