1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı.
2. Qadın bəzəyi. (“Koroğlu” dastanının lüğəti)
Ərzurumun bazarına varanda,
Oğul, bir şəhərdir, gölə nisbətdir.
Çox silah götürmək başa bəladır,
Qılınc hamayıldır, belə nisbətdir.
(“El aşıqları”)
*
Koroğlu sözünü qurtaran kimi Mustafa bəy Dəmirçioğluya dedi:
– Qılımcını boynundan hamayıl elə.
Mustafa bəy özü də qılıncını boynundan həmayıl edib dedi:
– Mən belə kişiyə qulağı sırğalı qulam! (Paris nüsxəsi, 11-ci məclis. )