Yoşito Harada
Yoşito Harada (原田淑人, Harada Yoşito, 5 aprel 1885, Tokio – 23 dekabr 1974) – Yaponiya arxeoloqu və tarixçisi.
Yoşito Harada 1885-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. O, Tokio Universitetində Asiya tarixi sahəsi üzrə dərəcə əldə etmiş və universitetin fakültəsinə qoşulmuşdur. Saytobaru qəbirlərində aparılan qazıntı işlərində iştirak etdikdən sonra 1921–23-cü illərdə ABŞ və Avropada arxeologiya üzrə təhsil almışdır.
Harada mədəniyyət tarixi tədqiqatları ilə məşğul olmuş, Uzaq Şərqdə arxeologiya elmini inkişaf etdirmək məqsədilə 1925-ci ildə arxeoloq Kosaku Hamada ilə birlikdə Uzaq Şərq Arxeologiya Cəmiyyətini qurmuşdur. O, Muyan kimi Han sülaləsinə aid qala ərazilərində, Bohay dövlətinin şərq paytaxtında, Çinin Koreya yarımadasında yerləşən Lolan mahalında qazıntı işləri apararaq Mərkəzi Asiya, Han və Tan sülalələri aid geyimləri, eləcə də, aksessuarları tədqiq etmişdir.
"Kan rikuço no fukuşoku" (1937, "Han və Altı sülalənin geyim və aksessuarları")
"Toa kobunka kenkyu" (1940, "Şərqi Asiya mədəniyyəti üzrə tədqiqatlar")
Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983.