Haue

die; -, -n 1. (Hacke) külüng, toxa, kərki; 2. nur sg. kötək; F ~ kriegen kötək yemək
Haudegen
hauen
OBASTAN VİKİ
Ketrin Hauerd
Ketrin Hauerd (İngiliscə: Catherine Howard) (d. 1523 - ö. 13 fevral 1542) - İngiltərə kralı VIII Henrinin beşinci qadınıdır. Lord Edmond Hauerd və Coys Kalpeperin qızıdır. Ketrin Hauerd Lort Edmond Hauerd və Joyce Culpeper`in qızı və Thomas Hauerd`in qardaşı qızı idi. VIII Henrinin ikinci qadını Anna Boleyn`in yaxın qohumu idi. Əmisinin köməkliyi ilə 15 yaşında ikən saraya Klevezli Annanın nədiməsi olaraq daxil olmuş, Klevezli Annanın qısa davam edən saray həyatından sonra aralarında 38 yaş fərq olmasına baxmayaraq Kral VIII Henri ilə evləndi. VIII Henri Klevezli Annadan boşandıqdan sonra eyni il Ketrin Hauerdlə evləndi. Ketrin həm mərhum qadını Anna Boleynin qohumu idi, həm də ona çox bənzəyirdi. İki il davam edən bu nikah kraliçanın qohumu Thomas Culpeper`lə olan gizli münasibətinin aşkara çıxmasıyla başa çatdı.
Rutger Hauer
Rutger Ulsen Hauer (Nid.: [ˈrɵtxər ˈulsə(n) ˈɦʌuər]; 23 yanvar 1944[…], Bryokelen[d], Utrext – 19 iyul 2019[…], Betsterzvaq[d], Frislandiya[d]) — hollandiyalı aktyor, yazıçı və ekoloq. Həm holland, həm də ingilisdilli seriallarda və filmlərdə rol alıb. Onun karyerası Hollandiya televiziyasında yayımlanan "Floris" serialındakı rolu ilə 1969-cu ildə başladı və 1973-cü ildə kütləvi uğur əldə edən "Türk şirniyyatı" filmi ilə daha da gücləndi. 1977-ci ildə o, "Narıncı əsgər" filmi ilə dünya miqyaslı ulduza çevrildi və Amerika filmlərində çəkilməyə başladı. "Gecə qırğıları" filmində beynəlxalq terrorçu, Blade Runner filmində öz mövcudluğunu dərk edən android Roy Battini canlandırır. Bu filmlərdə nümayiş etdirdiyi aktyor bacarığı onun "Ostermanın uikendi", "Ledi-şahin", "Bədən və qan", "Yol yoldaşı", "Sobibordan qaçış" (bu rola görə Ən yaxşı ikinci plan aktyoru nominasıyasında Qızıl Qlobus mükafatı), "Kor qəzəb", "Qəhrəmanların qanı" və "İzdivac" filmlərində aparıcı rollar almasına səbəb oldu. 1990-cı illərdə o "Baffi – vampirlərin qatili", "Təhlükəli adamın etirafları", Sin City, Batman başlayır, "Ayin" kimi filmlərdə məşhur köməkçi rollar, habelə "Tüfəngli evsiz" filmində baş rol oynadı. Hauer ekoloq idi. O, həmçinin Rutger Hauer Dəniz Ulduzları Dərnəyi adlı QİÇS haqda məlumatlılıq təşkilatı qurmuşdu. Hauer 23 yanvar 1944-cü ildə, Hollandiya İkinci Dünya Müharibəsi dövründə alman işğalı altında olarkən Bryokelendə anadan olmuşdur.