HAVADAR₁

is. [ ər. həva və fars. …dar] Birinin tərəfini saxlayan, ona tərəf çıxan, onu müdafiə edən; tərəfgir, tərəfkeş, tərəfdar.
[Göyüş dayı:] Gəl oğul, gəl Məmməd, havadarım, gəl! Namusum, qeyrətim, etibarım gəl! Z.Xəlil.
Müşavirədə bircə adam da Muxtara havadar olmamışdı. B.Bayramov.

// Eyni mənada bəzən mənfilik çaları ilə. Xanlar zahirdə kirimiş durmaqla Cəmilin başını yastığa qoyurdu.
Xəlvətdə öz havadarlarına deyirdi. Mir Cəlal.
[Yusif:] Hümmətin də havadarı Alməmmədov olubdur, yoldaş katib! B.Bayramov.

□ Havadar çıxmaq – tərəfdar çıxmaq, tərəfini saxlamaq, razı olmaq.
Güllü arvad da indi qayıdıb tək evdə otura bilməyəcəyini hiss edərək, Maralın fikrinə havadar çıxdı… Ə.Əbülhəsən.

Синонимы

  • HAVADAR HAVADAR Könlümdən keçəni duymadınsa da; Ömrümə, günümə havadar oldun (B.Vahabzads); ADAM (məc.) [Mahnı:] Tək pulnan getmir e? Adamın gərək adamı olsun
  • HAVADAR tərəfdar — himayədar

Антонимы

  • HAVADAR HAVADAR – HİMAYƏSİZ Könlümdən keçəni duymadınsa da; Ömrümə, günümə havadar oldun (B.Vahabzadə); Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir pa

Этимология

  • HAVADAR Hava (əsli:havi) ərəbcədir,ehtiva sözü ilə kökdaşdır, “əhatəyə alan”, “sevən” deməkdir; -dar farscadır, daştən(malik olmaq) məsdərinin əsasıdır
HAVADAR₂
HAVADARLIQ
OBASTAN VİKİ
Gecənin havadarlığı (film, 2016)
Gecənin havadarlığı (ing. Nocturnal Animals) — Tom Fordun rejissorluğu və prodüsserliyi ilə 2016-cı ildə, yazıçı Ostin Raytın 1993-cü ildə nəşr olunmuş Toni və Syuzan adlı romanı əsasında çəkilmiş ABŞ psixoloji triller filmidir. Filmdə əsas rolları Emi Adams, Ceyk Cillenhol, Maykl Şennon, Aaron Teylor-Conson, Ayla Fişer, Armi Hammer, Laura Linni, Andrea Reysboro və Maykl Şin ifa edirlər. Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlamışdır. Film, 73-cü Venesiya Film Festivalında Qızıl Şir uğrunda mübarizə aparmaq üçün seçilmiş və Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür. Filmin 18 noyabr 2016-cı ildə Focus Features tərəfindən ABŞ-də çıxarılacağı gözlənilir. == Məzmunu == Ayrılmalarınan uzun müddət sonra Syuzan Morrounun (Emi Adams) keçmiş həyat yoldaşı Edvard (Ceyk Cillenhol) "Gecənin havadarlığı" adlı ilk romanının əlyazmasını Syuzana göndərərək oxumağı və ədəbi baxımdan dəyərləndirməyi xahiş edir. Əsərin baş qəhrəmanı Toni Qastinqsin tətili təhlükəli və ölümcül hadisəyə çevrilir. Romanı oxuyan Syuzana əsər o qədər təsir edir ki, keçmiş həyat yoldaşı ilə münasibətlərinə yenidən baxır. Çünki, kitab oların keçmiş birgə həyatlarına çoxlu istinad və işarələrlə zəngindir.

Значение слова в других словарях

запека́ть оторопе́ло предвычисля́ть сбо́рность ска́зывать ужима́ть хоботные ше́леп ивня́к областно́й попу́тнический слоно́вник философи́чность электролюминесце́нция ворог сальный azygous final product fish-dive handicuffs Haverfordwest luna moth neckline unadjusted десяток