Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abdelhak Nuri
Abdelhak Nuri (nid. Abdelhak Nouri; 2 aprel 1997, Amsterdam) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Niderland futbolçusu. Əsasən hücumameyilli yarımmüdafiəçi kimi oynayan Nuri, bəzən vinger vəzifəsini də yerinə yetirirdi. "Ayaks" klubunun yetirməsi olan futbolçu klubun əvəzedici və əsas komandasında 2 il çıxış edib. O, həmçinin müxtəlif yaş qruplarında Niderland millisini təmsil etmişdir. Nuri 2017-ci ilin iyul ayında, 20 yaşında olarkən mövsüm əvvəli yoldaşlıq oyunu zamanı yerə yıxılaraq huşunu itirib. Ürək aritmiyası keçirən futboçu, nəticədə ağır və daimi beyin zədəsi almış və bu səbəbdən futbolçu karyerasını davam etdirə bilməmişdir. == Erkən illəri == Amsterdamda doğulan Nuri Mərakeş əsillidir. O, əsasən gənclər komandasında çıxışı ilə tanınmışdır. Bir çox nəşrlər onu gələcəyin ulduzu hesab edirdilər.
Mehrdad Nuri
Mehrdad Nuri — İran futbolçusu, Traktor Sazi klubunun yarımmüdafiəçisi.
Məhəmməd Nuri
Məhəmməd Nuri (22 dekabr 1929, Rəşt – 31 iyul 2010, Tehran) — İranın qabaqcıl xalq və pop müğənnilərindən biri idi. O, Tehran Universitetində ingilis dili və ədəbiyyatı öyrənmişdir, lakin öz peşəkar karyerasını musiqidə davam etdirdi.. O,Fars dili ilə yanaşı, Azərbaycan dilində də mahnılar ifa edib."Nazənin-e-Məryəm" ya "Can-e Məryəm" onun fars dilinəki ən gözəl mahnılarındandır.
Nuri Dəmirağ
Məməd Nuri Dəmirağ (1886, Sivas – 13 noyabr 1957, İstanbul) — Türk iş adamı, siyasətçi. Türkiyə Respublikası Dövlət Dəmiryolları tikintisinin ilk mütəxəssislərindən biri. Türkiyənin 10 min km-lik dəmiryolu şəbəkəsinin 1250 km-lik hissəsinin tikintisini reallaşdırmış və bu səbəblə Mustafa Kamal Atatürk tərəfindən "Dəmirağ" soyadı verilmişdir. Respublika dövrünün saylı zənginləri arasına girmiş və xeyriyyəçiliyi ilə tanınmış bir iş adamıdır. Türkiyədə ilk təyyarə zavodunun quruluşu, ilk siqaret kağızı istehsalı, ilk yerli paraşüt istehsalı kimi böyük işləri həyata keçirən, İstanbul boğazı üzərində körpü inşa edilməsi, Kebana böyük bir anbar edilməsi düşüncələrini ilk dəfə gündəmə gətirən adamdır. Xüsusilə aviasiya sənayesində müvəffəqiyyətləri ilə xatırlanır.Türkiyə Respublikasının ilk müxalifət partiyası olan Milli İnkişaf Partiyasının qurucusudur. == Həyatı == 1886-ci ildə, Sivasın Divriği mahalında dünyaya gəldi. Möhrdarzadə Ömər bəyin oğludur, anasının adı Aişə xanımdır. Üç yaşında ikən atasını itirdi, anası tərəfindən böyüdüldü. Orta məktəbii Divriği Rüştiyə məktəbində tamamladıqdan sonra məktəbdəki müvəffəqiyyəti səbəbiylə müəllim köməkçisi olaraq bir müddət öz məktəbində işlədi.
Nuri Oxudan
Nuri Oxudan (6 dekabr 1962) — Türk dövlət xadimi. == Həyatı == Əvvəllər Gönen Kənd İnstitutu olaraq bilinən indiki adı ilə Gönen Anadolu Müəllim Liseyini bitirib. 1986-cı ildə Mülküyə Məktəbi, İş idarəçiliyi bölməsini bitirib. Uludağ Universiteti, Sosial Elmlər Fakültəsi, İdarəetmə-Təşkilat şöbəsində magistr dərəcəsini oxuyub. 1989–1990-cı illərdə İngiltərədəki Canterbury və Margate-də bir il peşəkar bilik, ədəb və dil təhsili aldı. 1986-cı ildə Daxili İşlər Nazirliyinin açdığı bir aylıq planlaşdırma idarəetmə kursuna qatılıb. 1986-cı ildə 6 ay bir planlaşdırma mütəxəssisi olaraq işlədikdən sonra Bitlis bölgə qubernatoru, Amasya-Taşova bölgə baş məmuru, Bursa-Harmancıq, Van-Baxçasaray, Ərzurum-Narman, Gümüşxana-Kəlkid rayonlarında namizəd olmuşdur. Taşovada qubernator köməkçisi, Harmancıq, Baxçasaray, Narman, Kəlkit də bölgə qubernatorluğu, Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi daxilində şöbə müdiri, ümumi müdir köməkçisi, Sakarya qubernatoru olmuşdur. 7 mart 2007-ci ildə Trabzon qubernatoru təyin edilib. Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin 10 iyun 2009-cu il tarixli 10030 nömrəli məktubu və Nazirlər Kabinetinin 11 iyun 2009-cu il tarixli qərarı ilə Şanlıurfa qubernatoru təyin edilmişdir.
Nuri Saryal
Nuri Saryal (2 sentyabr 1929, Bakı – 22 dekabr 2020) — Azərbaycan əsilli türk elm adamı, maşınqayırma mühəndisi, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin fəalı və Orta Doğu Texniki Universitetinin keçmiş rektoru. == Həyatı == 1929-cu ilin 2 sentyabrında Bakı şəhərində anadan olmuşdur. Atası Azərbaycanın tanınmış mühəndislərindən və cümhuriyyət tələbələrindən olan Mir İsmayıl Seyidzadədir. Anası isə alman Elena Hoffmanndır. Anası Elena 1935-ci ildə İslamı qəbul edərək adını Leyla olaraq dəyişdirmişdir. Ailə 1931-ci ildə Türkiyə Respublikası vətəndaşlığına keçərkən Saryal soyadını qəbul etmişdir. === Təhsili === Nuri Saryal, 1941-ci ildə Ankara Türk Maarif Cəmiyyətinin ibtidai məktəbini bitirmişdir. Bundan sonra 1947-ci ildə Ankara Atatürk Liseyini bitirmişdir. 1947–1948-ci illərdə Robert Kollecində ingilis dili təhsili almışdır. 1948–1952-ci illərdə Robert Kollecinin Mühəndislik Məktəbini əla qiymətlərlə bitirmiş və maşınqayırma mühəndisi diplomunu almışdır.
Nuri Səid
Nuri Səid (ərəb. نوري السعيد‎‎; dekabr 1888 və ya 1888, Bağdad – 15 iyul 1958[…] və ya 1958, Bağdad) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur. == Həyatı == Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Batatu, Hanna: The Old Social Classes and New Revolutionary Movements of Iraq, al-Saqi Books, London, 2000, ISBN 0-86356-520-4 Gallman, Waldemar J.: Iraq under General Nuri: My Recollection of Nuri Al-Said, 1954–1958, Johns Hopkins University Press, Baltimore, 1964, ISBN 0-8018-0210-5 Lukutz, Liora: Iraq: The Search for National Identity, pp. 256-, Routledge Publishing, 1995, ISBN 0-7146-4128-6 O'Sullivan, Christopher D. FDR and the End of Empire: The Origins of American Power in the Middle East.
Nuri Sərinləndirici
Nuruyev Vüqar Rəşid oğlu və ya səhnə adı ilə Nuri Sərinləndirici (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi. == Həyatı == Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir: "Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar. == Karyerası == Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub. Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinfi də elə həmin məktəbdə bitirib.
Nuri Yamut
Mehmet Nuri Yamut (1890, Saloniki – 5 iyun 1961, İstanbul), Türk Silahlı Qüvvələrinin 6-cı Ordusu. Baş Qərargah rəisidir . == Hərbi xidməti == 1908-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Manastır 6. Korpus 50. Alay 3. Eskadronda olarkən 1912-ci ildə tutuldu. Əsirlikdən qayıdaraq 1913-cü ildə Hərbi Akademiyaya daxil oldu. 1 il oxuduqdan sonra təhsilini tərk edib Ordu sıralarına girdi. Balkan müharibəsinə və Birinci Dünya Müharibəsinə qatıldı.
Nuri Şahin
Nuri Şahin (5 sentyabr 1988) — karyerasını "Borussiya Dortmund"da davam etdirən Almaniyada doğulan türk əsilli futbolçu. Qismən də olsa Almaniya vətəndaşlığına sahibdir. == Bioqrafiya == Kırşəhərli işçi bir ailənin 2 övladınnan biridir. Ufuk adında qardaşı var.
Xəyal Nuri
Xəyal Şakir oğlu Nuri (12 fevral 1997, Ağayrı, Biləsuvar rayonu – 4 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Nuri 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. 2002–2013-cü illərdə Ağayrı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Nuri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Nuri noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Ağayrı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.
Yaşar Nuri
Yaşar Nuri (tam adı: Yaşar Məmmədsadıq oğlu Nuriyev; 3 sentyabr 1951, Bakı – 22 noyabr 2012, Yasamal rayonu) — azərbaycanlı aktyor, rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir. == Səhnədə ilk addımları == Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir. Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi.
Yunis Nuri
Yunis Nuri və ya Yunus Nuri (tam adı: Yunis Hacı Süleyman oğlu Süleymanov; 23 yanvar 1878, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 5 yanvar 1950, İrəvan, Ermənistan SSR, SSRİ) — Azərbaycan aktyoru, Ermənistan SSR əməkdar artisti (1935). İrəvanda Azərbaycan teatrının yaradıcılarındandır. == Həyatı == Yunis Nuri 1878-ci il yanvarın 23-də İrəvanın Şəhər məhəlləsində, Hacı Novruzəli məscidinin yanındakı ata-baba evində şəhərin mötəbər şəxslərindən olan Hacı Süleymanın ailəsində anadan olmuşdur. Y. Nurinin ulu babaları Ağrı vadisində yerləşən Qəmərli rayonunun (indiki Artaşat) Sabunçu kəndindən imişlər. İstər əcdadı, istərsə özləri, bu kəndlə bağlı olan qohumlar ya qohum olmayan azərbaycanlıların hamısı orada yaşayıb-yaşamalarından asılı olmayaraq özlərini sabunçulu adlandırmışlar. Hacı Süleyman da, Y. Nuri də İrəvanda doğulub böyümələrinə baxmayaraq özlərini daima iftixarla sabunçulu hesab edərmişlər.Yunis Nuri hələ beş yaşında ikən atası vəfat etdi. Yunisin təlim-tərbiyəsi ilə anası Leyla xanım məşğul oldu. Maddi çətinlik içərisində yaşasa da oğlunu molla məktəbinə qoydu. Yunis burada cəmi altı il oxudu, öz fitri istedadı, səyi və çalışqanlığı sayəsində Azərbaycan dili ilə yanaşı fars və ərəb dillərini də öyrəndi. Şərq ədəbiyyatı ilə tanış oldu.
Əlizadə Nuri
Nuriyev Əlizadə Mətləb oğlu (28 dekabr 1962, Adnalı (Cəlilabad), Astraxanbazar rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994-cü il). == Həyatı == Əlizadə Nuri 1962-ci il dekabrın 28-də Cəlilabad rayonunun Adnalı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1981-1983). Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fılologiya fakültəsində, (1983-1988), Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Şeirləri müntəzəm olaraq Azərbaycan qəzet və jurnal səhifələrində dərc olunur. == Əsərləri == 1.Pəncərəmdə ağlayan yağış. Bakı: Azərnəşr, 1993, 176 səh. 2.Tanrı, gəl tanış olaq. Bakı: Gənclik, 1994, 70 səh. 3.Durna lələyidi bu yağan yağış.
Nuri Paşa
Nuri Killigil və ya Nuru Paşa (1889, Konstantinopol, Osmanlı imperiyası – 2 mart 1949, Sütlücə, İstanbul, Türkiyə) — Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar. O, 1949-cu il mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayış nəticəsində faciəli surətdə həlak olmuşdu. == Həyatı == === Erkən illəri === === Hərbi karyerasının başlanğıcı === === Rus-yapon müharibəsi === === Artilleriya Zabitləri məktəbində xidməti === === Birinci dünya müharibəsi === === Azərbaycanda xidməti === === Türkiyəyə qayıdışı === Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı. Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı. Bir tərəfdən də dolanışıq çətinliklərinin mövcudluğu Nuru paşanın həyatında ağrılı səhifələrdən birini açdı.
Asan-Nuri Abdulla
Asan Nuri Abdulla oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Krım vilayəti, Kuybışev rayonunun Qavro kəndində anadan olmuşdur. 1936-cı ildə "Neft-mədən işi" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1940-cı ilə qədər "Azneftlayihə" trestində mühəndis, böyük mühəndis, layihənin baş mühəndisi işləmişdir. 1940–1942-ci illərdə "Neftmaşınqayırmalayihə" institutunda (Moskva ş.) layihənin baş mühəndisi işləmişdir. 1942–1946-cı illərdə Narkomneftdə mühəndis, böyük mühəndis, texniki şöbəni xüsusi texniki qrupunda rəis müavini işləmişdir. 1946–1948-ci illərdə Şərqi neft sənayesi nazirliyinin qazıma şöbəsinin rəisi, texniki idarədə rəis müavini olub. 1946-cı ildə "Hərbi əməliyyatlarla əlaqədar Qroznı və Krasnodar rayonlarının köçürülməsi zamanı ləğv edilmiş neft quyularının bərpası" mövzusunda namizədlik, 1969-cu ildə isə "Dəniz estekada neft mədəni" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1948–1949-cu illərdə SSRİ Neft sənayesi nazirliyinin texniki şurasının sədr müavini işləyib. 1949–1950-ci illərdə "Başqərbneftverimi" trestində böyük mühəndis, dəniz mədənlərinin tikintisi şöbəsinin şöbə rəhbəri işləmişdir. 1950–1953-cü illərdə SSRİ neft sənayesi nazirliyi "Başdənizneft"də böyük mühəndis, şöbə rəisi, rəisin birinci müavini işləmişdir. 1953–1957-ci illərdə "Başqərbnefthasilatı"nın Texniki şöbəsinin rəisi, SSRİ Neft sənayesi nazirliyinin Texniki idarəsində rəis müavini olub.
Hüseynqulu xan Nuri
Hüseynqulu xan Nuri (1850–1899) — İranın Qacar dövrünün səfiri, dövlət xadimi == Həyatı == Hüseynqulu xan Mirzə Ağa xan oğlu 1850-ci ildə anadan olmuşdur. Hüseynqulu xan Nuri İranda "Hacı Vaşinqton" adı ilə tanınırdı. O, İranın Fransa, ABŞ və başqa ölkələrdə səfiri olmuşdu. Hüseynqulu xan Nuri 1899-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Kürəkən Nuri Paşa
Mehmed Nuri Paşa (d. 1840 - ö. 21 iyul 1890) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcid dönəmi dövlət adamlarından Arif Paşa idi. Gənc yaşda saraya girdiyi bilinsə də, tutduğu vəzifələr haqqında yetərli məlumat yoxdur. 24 mart 1859-cu ildə Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından sultanın Baltalimanındakı sarayında yaşamağa başlayan cütlüyün Sultanzadə Mehmed Fuad bəy (ö. iyul 1862) adlı oğlu və Əminə Lütfiyə xanım Sultan (ö. 13 avqust 1865) adlı qızı dünyaya gəlsə də, hər iki övladı uşaq yaşlarında vəfat etdi. 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi.
Mədəni Məhməd Nuri
Mədəni Mehmet Nuri (24 noyabr 1859, Üsküdar – 29 iyul 1927, Üsküdar, İstanbul ili) —Osmanlı imperiyasının son şeyxülislamı. == Həyatı == Bütün Osmanlı müəssisələrində olduğu kimi, bu müəssisə də, XVI əsrin son illərindən və xüsusilə XVII əsrdən etibarən yavaş-yavaş tənəzzülə üz tutmuşdur. Beləliklə, tarixi seyri içində keçirdiyi müxtəlif mərhələlərdən sonra nəhayət, şeyxülislam Mədəni Mehmet Nuri əfəndinin (1920–1922), daxil olduğu son Osmanlı kadrı ilə birlikdə istefası nəticəsində şeyxülislamlıq vəzifəsi, Osmanlılarla birlikdə İslam aləmində də ortadan qalxaraq tarixə keçdi. 24 noyabr 1859-cu ildə İstanbulun Üsküdar Sultantəpəsində anadan olub. Atası 1821-1896-cı illərdə İstanbulda yaşamış və öldüyü zaman "Tədqiqat-i Şər'iyyə Məclisi"nın sədri, Anadolu və Rumeli Qazəsgəri dərəcəli, baş münəccin əl-Hac, es-Seyyid Tarsusizadə Osman Kamil Əfəndi (İstanbuldan) ), anası isə Fındıkzadə (Fındıkgil) Şərifə Hatice xanımdır. İstanbulun Vəfa səmtində böyüyən Mədəni Mehmet Nuri Əfəndi ibtidai təhsilə atası ilə başlamış, Şehzade və Fatih məscidi mədrəsələrini, Mekteb-i Nüvvabı bitirmiş, İstanbul müdərrisi olmuşdur. Zamanla yüksəldi və Mahreç rütbəsi aldı. 22 yaşında rus maaşı ilə işə başlamış və Osmanlı hüquq təşkilatının müxtəlif qurumlarında tədricən yüksəlmiş və 1912-ci ildə Misirin qazısı olmuşdur. 1912-ci ilin martından 1915-ci ilin avqustuna qədər Qahirədə yaşamış və Misirin qazısı olmuş, daha sonra Adana vilayətinin mərkəzi kadısı vəzifəsinə təyin edilmiş və bir ay sonra istefa edərək qazılıqdan ayrılmışdır. 1920-ci ildə aldığı Anadolu Qazəsgəri rütbəsi ilə defakto qazəsgər olaraq çalışmış, 26 sentyabr 1920-ci ildə Şeyxülislam təyin edilmiş, hökumət istefa verəndə ayrılmış və sonuncu Osmanlı kabineti qurulanda, 1920-ci il noyabrın 4-də yenidən Şeyxülislam təyin olunmuşdur.
Mədəni Məhmət Nuri
Mədəni Mehmet Nuri (24 noyabr 1859, Üsküdar – 29 iyul 1927, Üsküdar, İstanbul ili) —Osmanlı imperiyasının son şeyxülislamı. == Həyatı == Bütün Osmanlı müəssisələrində olduğu kimi, bu müəssisə də, XVI əsrin son illərindən və xüsusilə XVII əsrdən etibarən yavaş-yavaş tənəzzülə üz tutmuşdur. Beləliklə, tarixi seyri içində keçirdiyi müxtəlif mərhələlərdən sonra nəhayət, şeyxülislam Mədəni Mehmet Nuri əfəndinin (1920–1922), daxil olduğu son Osmanlı kadrı ilə birlikdə istefası nəticəsində şeyxülislamlıq vəzifəsi, Osmanlılarla birlikdə İslam aləmində də ortadan qalxaraq tarixə keçdi. 24 noyabr 1859-cu ildə İstanbulun Üsküdar Sultantəpəsində anadan olub. Atası 1821-1896-cı illərdə İstanbulda yaşamış və öldüyü zaman "Tədqiqat-i Şər'iyyə Məclisi"nın sədri, Anadolu və Rumeli Qazəsgəri dərəcəli, baş münəccin əl-Hac, es-Seyyid Tarsusizadə Osman Kamil Əfəndi (İstanbuldan) ), anası isə Fındıkzadə (Fındıkgil) Şərifə Hatice xanımdır. İstanbulun Vəfa səmtində böyüyən Mədəni Mehmet Nuri Əfəndi ibtidai təhsilə atası ilə başlamış, Şehzade və Fatih məscidi mədrəsələrini, Mekteb-i Nüvvabı bitirmiş, İstanbul müdərrisi olmuşdur. Zamanla yüksəldi və Mahreç rütbəsi aldı. 22 yaşında rus maaşı ilə işə başlamış və Osmanlı hüquq təşkilatının müxtəlif qurumlarında tədricən yüksəlmiş və 1912-ci ildə Misirin qazısı olmuşdur. 1912-ci ilin martından 1915-ci ilin avqustuna qədər Qahirədə yaşamış və Misirin qazısı olmuş, daha sonra Adana vilayətinin mərkəzi kadısı vəzifəsinə təyin edilmiş və bir ay sonra istefa edərək qazılıqdan ayrılmışdır. 1920-ci ildə aldığı Anadolu Qazəsgəri rütbəsi ilə defakto qazəsgər olaraq çalışmış, 26 sentyabr 1920-ci ildə Şeyxülislam təyin edilmiş, hökumət istefa verəndə ayrılmış və sonuncu Osmanlı kabineti qurulanda, 1920-ci il noyabrın 4-də yenidən Şeyxülislam təyin olunmuşdur.
Məhəmməd Nuri Sarıkərimli
Məhəmməd Sarıkərimli və ya Məhəmmədnuru Berköz (türk. Mehmet Nuri Berköz) - əslən Şəkidən olan Osmanlı dövlətinin və Türkiyə Respublikasının zabiti, general-leytenant, tanınmış hərbi xadim və Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı. == Həyatının ilk illəri == Məhəmməd Hacı İlyas oğlu Sarıkərimli 1889-cu ildə Şəkidə anadan olub. İbtidai təhsilini Şəkidəki rus-tatar məktəbində almışdır. İbtidai təhsilini başa vurduqdan sonra atası Hacı İlyas Sarıkərimli XX əsrin əvvəllərində Osmanlı dövlətinə köçməyə qərar vermişdir. Ailənin Bursaya yerləşməsindən qısa müddət sonra Hacı İlyas Sarəkərimli vəfat etmişdir. == Təhsili == O və qardaşı Bursaya yerləşdikdən sonra Bursadakı Hərbi liseyə qəbul olmuş, buradakı təhsillərini başa vurduqdan sonra Bursa Ali Hərbi Məktəbinə (bugünkü İşıqlar Hərbi Hava Qüvvələri Ali Məktəbi) qəbul olmuşdur. 1909-cu ildə buradakı təhsilini də başa vuraraq Osmanlı Hərb Akademiyasına qəbul olmuşdur. 1912-ci ildə buranı bitirərək leytenant rütbəsi ilə Osmanlı ordusu sıralarında hərbi xidmətə başlamışdır. == Hərbi karyerası == === Birinci Dünya müharibəsindən əvvəl === 1912-ci ilin mart ayında leytenant olaraq əvvəlcə Vanda XI Ordu korpusu, XXXIII tümən, 97-ci alay, I tabor, II bölüyün taqım komandanlığına təyin edilmiş, 1913-cü ilin aprelində isə Vandakı 52-ci alayın birinci bölüyünə təyin edilərək, gerilla döyüşü təşkil etməsi və rus ordusunun analiz edilməsi üçün qısa bir müddətlik Cənubi Azərbaycana göndərilmişdir.1913-cü ilin iyul ayında yenidən Osmanlı dövlətinə geri dönməsindən sonra baş leytenant rütbəsinə qaldırılmışdır.
Osman Nuri Ağçoqraqlı
Osman Nuri-Asanoviç Ağçoqraqlı — (krımtat. Osman Nuri-Asan oğlu Aqçoqraqlı; 3 yanvar 1879, Bağçasaray, Tavriya vilayəti - 17.04.1938, Simferopol) - Krım tatarları mədəni dirçəlişinin fəalı,şair, yazıçı, jurnalist, tarixçi-arxeoloq, şərqşünas, dilçi-poliqlot, etnoqraf, ədəbiyyatşünas, müəllim. == Həyatı == O, 3 yanvar 1878-ci ildə Baxçasarayda mükəmməl ərəbcə yazısı ilə məşhur olan və bacarıqlarını oğluna ötürən xəttat ailəsində anadan olub. İlk təhsilini Baxçasaray Zincirli mədrəsəsində almışdır. 1894-1896-cı illərdə Konstantinopolda "Daud Paşa" gimnaziyasında oxudu. 1908-ci ildə təhsil məqsədi ilə Qahirəni ziyarət etdi və burada Əl-Əzhər şeyxlərindən,Şərq tarixi, ərəb ədəbiyyatı və arxeologiyasından xüsusi dərslər aldı. Anketlərdə təvazökarlıqla öz təhsilini "natamam orta" olaraq göstərirdi. Lakin bu, universitetlərin onu müəllim kimi dəvət etməsinə mane olmurdu. Əmək fəaliyyətinə Sankt-Peterburqda başlamışdır. Sankt-Peterburq Universitetinin Şərq dilləri fakültəsində xəttatlıqdan dərs verdi (İqnati Kraçkovski ilə birgə), Sankt-Peterburq və Baxçasaraydakı bəzi məscidləri bəzək əşyaları və Qurandan sitatlarla bəzədi.
Osman Nuri Koptagəl
Osman Nuri Koptagəl (türk. Osman Nuri Koptagel; 1874, Ərzincan, Ərzurum vilayəti – 22 noyabr 1942, Ankara) — Türk hərbi xadim. == Fəaliyyəti == === Hərbi fəaliyyəti === Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1919-cu ildə Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Böyük hücumda polkovnik rütbəsi ilə 12-ci tümən komandiri oldu. Müharibədən sonra qırmızı lentli "İstiqlaliyyət medalı" ilə təltif edildi. 8 may 1934-cü ildə təqaüdə çıxdı. === Siyasi fəaliyyəti === Türkiyə Böyük Millət Məclisinin V və VI dövrlərində Malatyanın millət vəkili oldu. 22 noyabr 1942-ci ildə Ankarada vəfat etmişdir. == Təltif və mükafatları == Məcidiyyə ordeni "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İmtiyaz" medalı (Osmanlı imperiyası) Dəmir xaç ordeni "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.
Osman Nuri paşa
Qazi Osman Paşa (1832, Tokat – 5 aprel 1900, Konstantinopol) — türk marşalı. Osmanlı Ordusunda hərbi vəzifəsi boyunca bir çox döyüşdə müvəffəqiyyətli nəticələr almış, Pləvne Muharabeleri'ndeki üstün müdafiə ardından Sultan II Əbdülhəmid tərəfindən "Qazi" ünvanına layiq görülmüş, o gündən bu günə Qazi Osman Paşa olaraq da xatırlanan Türk sərkərdəsidir. == Həyatı == Yağcıoğulları ailəsinin bir fərdi olaraq 1832'de Tokatda doğulan Osman Paşa, Beşiktaşdakı hərbi məktəbə və Qülləli Əsgəri İdadisində oxudu. Kara Hərb Məktəbini iyirmi yaşında ikincilikle bitirdi və Hərb Akademiyasına girdi. Krım müharibəsinin çıxması üzərinə Tuna cəbhəsinə göndərildi. Burada dörd il qalaraq, leytenant rütbəsinə, döyüşün sonunda isə kapitan rütbəsinə qaldırdı. Ölümünün ardından Pləvnenin Savunması'nda Osmanlı birliklərinin komandirliyini edən Osman Paşa xatirəsinə "Pləvne Marşı" bəstələnmişdir. == Mənbə == Parry Melanie (ed.) (1997) "Osman Nuri Pasha" Chambers Biographical Dictionary (6th ed.) Larousse Kingfisher Chambers, New York, ISBN 0-550-16060-4 ; Dupuy, Trevor N.; Johnson, Curt; and Bongard, David L. (1992) "Osman Nuri Pasha" Harper Encyclopedia of Military Biography HarperCollins Publishers, New York, ISBN 0-06-270015-4 ; Herbert, Frederick William von (1895) The Defence of Plevna: 1877.
Sabir Nuri Türkel
Nuriyev Sabir Ayyət oğlu (Sabir Nuri Türkel) (1938-2009) — azərbaycanlı şair, ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Sabir Nuri Türkel 1938-ci il iyulun 16-da Sabirabad rayonunun Qəzli kəndində, el xanəndəsi Ayyət Nuri oğlunun və dini təhsilli şamaxılı qızı Məşədi Ceyranxanımın ailəsində dünyaya gəlmişdir. Kiçik yaşlarında valideynlərini itirdiyindən qardaş himayəsində tərbiyə və təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Bakı şəhərindəki 10 saylı texniki peşə məktəbinə qəbul olunmuşdur. Bu məktəbi bitirdikdən sonra, 1956-cı ildə Bakı Pedaqoji Sənaye Texnikumuna göndərilmiş, 1960-cı ildə isə bu texnikumu bitirərək inşaatçı-texnik ixtisasına yiyələnmişdir. 1961-1962-ci illərdə Bakının Sabunçu qəsəbəsindəki 6 saylı texniki peşə məktəbində tərbiyəçi-müəllim, 1970-1972-ci illərdə Sumqayıtda və Bakıda inşaat ustası və iş icraçısı, daha sonra Kolxozlararası Layihə İnstitutunda smetaçı-mühəndis vəzifələrində çalışmışdır. Lakin yazıb-yaratmağa, o cümlədən, mətbuata olan böyük həvəs onu müvafiq ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Universitetinə gətirmiş və 1972-ci ildə bu universitetin filologiya fakültəsini bitirmişdir. Bununla yanaşı, o, Azərbaycan Jurnalistlər İttifaqı Jurnalist Sənətkarlığı İnstitutunu (1977) və Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini (1991) də bitirməyə müvəffəq olmuşdur. Ümumiyyətlə, Sabir Nuri Türkel ədəbiyyat aləminə ötən əsrin 50-ci illərində ilk qələm təcrübələri – şeirləri ilə qədəm qoymuşdur. İlk məqaləsi 1953-cü ilin fevralında "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur.
Nura Suri
Aynurə Qəzənfər qızı və ya tanınan adı ilə Nura Suri (15 aprel 1976, Bakı şəhəri) — Azərbaycanlı estrada müğənnsi. == Həyatı == Nura Suri 1976-cı il aprelin 15-də Bakı şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Müğənninin valideynlərinin hər ikisi — atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. Nura Suri ali təhsillidir. 1991-ci ildə məşhur "İmkan" qrupunda fəaliyyət göstərib. == Karyerası == Şou-biznesə isə 2004-cü ildə möhtəşəm qayıdışı ilə yadda qalıb. Belə ki, Nura İsa Məlikovun "Yol" kompozisiyası ilə şou aləmdə səs yaratdı. Bu uğur Nurada inamı çoxalda bilir və o, həmin mahnıya Kənan M.M-in rejissorluğu ilə klip çəkdirir. Müğənninin uğurunu amerikalı reper Brendonla olan duet mahnıları - "Əlini çək" bir qədər də gücləndirdi. Müğənni bu layihəsinə görə bir neçə mükafata – "Qrand" və "İlin Mahnısı"na layiq görülüb.
Luri
Lur dili (لری,لوری – lori, luri) Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dildir. İranın (Luristan, Çahar-Mahal və Bəxtiyari, Kohgiluyə və Boyer-Əhməd, Xuzistan, İsfahan, Fars) ostanlarında və İraq ərazilərində yaşayan lur oymaqlarının dilləridir.
Nori
Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır. == Xüsusiyyətləri == Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır == İstifadəsi == Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir.
Nuru
Nuru — kişilərə verilən şəxsi ad. Nuru Paşa — Türkiyə Osmanlı ordusunun generalı. Nuru Abdullayev — İkinci dünya müharibəsi veteranı Nuru Səfərov — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Nuru Məmmədov — Tarix elmləri namizədi (1976), dosent (1998) === Bu ada oxşar adı olan insanlar === Nuruş Əliyev (1911-1995) — Sosialist Əməyi Qəhrəmanı === Bu ad təxəllüsü olan insanlar === Vüsal Nuru — yazıçı, ssenarist. == Qəsəbə, kənd və bələdiyyələr == Qara Nuru — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Başqa mənalarda == Haqqın nuru (qəzet) — Qafqaz Müsəlmanları İdarəsi nin həftəlik dini-ictimai qəzeti.
Yuri
Yuri — Rus adı. Yuri Andropov — SSRİ-nin dövlət və partiya xadimi. Yuri Başmet — dirijor. Yuri Daniloçkin — Belaruslu dağ-xizək idmançısı. Yuri Fidler — şair-tərcüməçi. Yuri Osipov — Rusiya riyaziyyatçısı və mexaniki. Yuri Pompeyev — mədəniyyətşünas. Yuri Xaçaturov — general-polkovnik. Yuri Karyakin — Sovet və Rusiya ədəbiyyatşünası. Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı.
Kitabi-Dədəm Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI–XII əsrlər). "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir.Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy". 2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. == Nüsxələr == Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XV əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı lama obrazı mauqlinin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.
Karl Diyem
Karl Diyem(d. 24 iyun, 1882,Vürtsburq- ö. 17 dekabr, 1962,Köln)— Almaniyanın idman administratoru, Berlin Olimpiya Oyunlarının Təşkilat Komitəsinin Baş Katibi və 1936 Yay Olimpiya Oyunlarının əsas təşkilatçısı idi. O, xüsusilə Olimpiya oyunları sahəsində nüfuzlu idman tarixçisi idi. Karl Diyem 1936-cı ildə Yay Olimpiya Oyunlarını təşkil edəndə, Olimpiya məşəlinin estafeti ənənəsini yaradıb. == Məşəlin estafeti ideyasının irəli sürülməsi == Məşəlin estafetini kimin irəli sürdüyü barədə həmişə mübahisələr olub. Rəsmi məlumatlara görə, Yay Olimpiya oyunlarının Təbliğat Komitəsində Təbliğat Naziri inzibatçı cənab Haeggert son həftələrdə oyunlar haqqında ictimai məlumatlılığı artırmaq və təbliğ etməyi yerinə yetirirdi. 1934-cü il Olimpiya konfransına görə Yunanıstana səfərində Diyem və Levald Almaniya keçiriləcək oyunlar üçün təmrtəraqlı tamaşanın yeni simvolunu kəşf etdilər. Bu Olimpiya məşəlinin estafetlə Yunanıstandan Berlinə gətirilməsi idi. Diyem həm də 1910-cu ildən şəhərlərarası yol ötürücü təşkilatında təcrübəyə malik idi.
Karpe Diem
Karpe diem (azərb. Carpe diem‎) — Latın ədəbiyyatının məşhur şairi Horatiusun "Odessa" əsərindəki bir şeirdə işlədilən “anı yaşa” mənasına gələn ifadədir. Bu ifadə bəzən epikürçülük fəlsəfəsini müdafiə edən bir söz kimi başa düşülür. == Tərcüməsi == Karpe latın dilində “tutmaq, götürmək” mənasına gələn carpō felinin ikinci şəxsin təkində işlədilən əmr formasıdır. Diem “gün” isminin təsirlik halıdır. Karpe diemin daha bədii tərcüməsi “anı yaşa”, yəni indiki zamandan həzz al ola bilər. Hazırda bu ifadə qərb ədəbiyyatında “gün ərzində qarşına çıxan fürsətlərdən istifadə et” mənasında işlənir. == Mənası == "Odessa" əsərində bu ifadə “sabaha mümkün olduqca az inan, anı yaşa “ mənasına gələn "carpe diem, quam minimum credula postero" cümləsinin bir hissəsidir. Şeirdə deyilir ki, gələcəyi görmək mümkünsüzdür, insan gələcəkdə baş verəcək hadisələrə ümid bəsləməkdənsə öz gələcəyini yaxşılaşdırmaq üçün edə biləcəyi hər şeyi bu gün etməlidir. Çox zaman bu ifadənin Horatiusun epikürçü fəlsəfəsi ilə əlaqəli olduğu düşünülür.
Türi
Türi (est. Türi, alm. Turgel‎) — Estoniyanın mərkəzində, Yarvamaa bölgəsində şəhər. Əhalisi 6 minə yaxındır. == Qardaşlaşmış şəhərlər == Türi 1991-ci ildən aktiv olaraq Douzelage adlı birliyə daxil oldu. Bu birliyə Avropa Birliyindən həmçinin 24 şəhərdə daxildir. Hər il bu şəhərlərdə müxtəlif festivallar və bayram şənlikləri keçirilir.
Küri
Pyer Küri
Bidam
Bidam (Koreya[d] – 17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir. == Üsyan == Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən Baekje və Goguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu.
Bidət
Bidət — dində olmayan şeyi qanun kimi dinə daxil etmək - İslam dinində böyük günahlardan biri sayılır. Bu işə İslam dinindəki qanunlara təcavüz kimi baxılır. Müqəddəs İslam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna etinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ İslam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün edam hökmü təyin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs İslam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Bu barədə Əli(ə) buyurub: "Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ənənələri götürüb, yerinə yabançı adət-ənənələri gətirən dövlət rəhbəridir". Vəhhabilik və təkfirçilər şiələri bidətçi hesab edirlər. == Bidətlə mübarizə == Peyğəmbərdən (s) nəql olunan hədisdən məlum olur ki, insanlar arasında bidət hökm sürəndə alimlərin ilk növbədə vəzifəsi onları islah etməkdir: "Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun".
Didcey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır.
Diddu
Diddu (mald. ދިއްދޫ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Xaa Alif atolu ərazisinə daxildir. Maldiv adalarının şimalında yerləşir. == Coğrafi yerləşmə == Diddu adası Xaa Alif atoluna daxil olan 43 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 304 km şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 2512 nəfər yaşayır: 45 % kişi və 55 % qadın. Şəhər əhalisinin artım dinamikası:{| class="wikitable" border="1" |+ ! 1995 !! 2000 !! 2006 |- | 2486 || 2766 || 2512 |} Əhalinin yaş strukturu: 48,6 % — 18 yaşından aşağı; 12,5 % — 19 - 25 yaş arası; 33,2 % — 26 - 64 yaş arası və 5,7 % — 65 yaş və yuxarı.
Didjey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır.
Didro
Deni Didro (5 oktyabr 1713[…], Lanqr[d][…] – 31 iyul 1784[…], Paris) — görkəmli Fransa maarifçisi, filosof və yazıçısı, ensiklopedist. == Həyatı == Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didro (1713–1784) sənətkar ailəsində doğulmuşdur. D. Didro əvvəl "Fəlsəfi düşüncələr" ardınca isə "Korların məktubu və gözlülərə nəsihət" adlı əsərlərini yazır. İctimai formasiyanın tənqidinə həsr olunan əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. Onların çoxu ensiklopediya və ya elm, incəsənət və sənətlərin izahlı lüğətinin hazırlanmasında iştirak etmişlər. Didro dövrünün tanınmış intellektuallarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət arasında böyük nüfuza malik idi.
Digər
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.