HAVALI

HAVALI I sif. Lovğa, özündən razı. Gəzirlər havalı ağalar, bəylər; Çalışır qan-tərdə naxırçı, nökər (Aşıq Ələsgər).

HAVALI II sif. Əsəbi, həyəcanlı, qızğın. Görünür havalı başlar; Hər şeyi tez unudar (R.Rza).

HAVALI III sif. Havası olan. İşıqlı, havalı evimdə mənim; Qəfəsə salınmış bir turacım var (H.Arif).

HAVALI IV sif. Ağlını itirmiş. Sən də bilirsən ki, havalı bir şeydir, tutması var, şəkil kimi gözəlliyinə sözüm yox (M.İbrahimov).

HAVA
HESAB

Digər lüğətlərdə