havanın müqaviməti

ру сопротивление воздуха en air resistance de Luftwiderstand fr résistance de l'air es resistencia del aire it resistenza dell'aria
havanın kondisionerləşdirilməsi üçün qurğu
havanın nəmliyi
OBASTAN VİKİ
Havanın kondisiyalaşdırılması
Bağlı yerlərdə (bina daxilində, otaqda), nəqliyyat vasitələrində və s.-dəki hava mühitinin parametrlərinin (havanın temperaturunun, nisbi nəmliyinin, tərkibinin və təzyiqinin) adamların səhhəti üçün, bəzi istehsalat prosesləri aparmaq, avadanlıq, məhsul saxlamaq və s. üçün ən əlverişli hədlərinin yaradılması və onların avtomatik olaraq saxlanılması. Havanın kondisiyalaşdırılması sistemlərindən yaşayış (cənub rayonlarında), ictimai, mülki, sənaye binalarında, təyyarə salonlarında, qatar, avtomobil və gəmilərdə, elmi tədqiqat institutlarında, arxiv, muzey, səhiyyə ocaqları, isti şitilliklər və s.-də istifadə edilir. Havanın kondisiyalaşdırılması sistemi, əsasən, havanı tozdan təmizləmə, qızdırma, soyutma, qurutma və nəmləşdirmə, habelə onun parametrlərini avtomatik tənzimləmə, idarə və nəzarət vasitələri ilə təchiz edilir. Havanın kondisiyalaşdırılması üçün kondisioner adlı aqreqatlardan istifadə olunur.
Havanın rütubətliyi
Havanın rütubəti havada olan su buxarının miqdarına deyilir. Su buxarı, əsasən atmosferin aşağı qatlarında cəmlənmişdir. Bütün qazlar kimi onun da təzyiqi var. Havada olan su buxarının limit qiyməti olaraq doymuş buxarın elastikliyi götürülür. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olar. Məsələn, −20 °C temperaturda o, 1,0mm, +20 °C temperaturda isə 17,5mm təşkil edir. Havanın rütubətliyi mütləq və nisbi rütubət olaraq iki əsas göstərici ilə səciyyələnir. Mütləq rütubət(a) – 1m³ havadakı su buxarının kiloqramla miqdarıdır. Nisbi rütubət(f) – Su buxarının e elastikliyinin doymuş buxarın E elastikliyinə olan nisbətinin faizlə ifadəsidir: f = p / p 0 ∗ 100 % {\displaystyle f=p/p0*100\%} Su buxarının elastikliyi meteoroloji budkadakı quru və yaş termometrlərin göstəricilərinə əsasən Psixrometrik cədvəldən tapılır. Havanın rütubətinin növbəti xarakteristikaları vardır: Su buxarının elastikliyi(e) – verilən temperaturda havadakı su buxarının parsial təzyiqidir.
Havanın temperaturu
Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperatur. Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsilə qeyd olunur. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Atmosferin yüksək təbəqələrində Havanın temperaturu şarzond, təyyarə və s.
Elektrik müqaviməti
Elektrik müqaviməti — naqilin uzunluğu ilə düz, en kəsiyinin sahəsi ilə tərs mütənasib olub onun növündən asılıdır və cərəyanın keçməsinə mane olan keyfiyyətdir, R=ρl\S Burada R - naqilin müqaviməti, ɭ - uzunluğu, S - en kəsiyinin sahəsi, ρ - xüsusi müqavimətdir. R=U/İ R-elektrik müqaviməti, U-gərginlik və İ-cərəyan şiddətidir. Elektrik müqavimətinin vahidi BS-də alman alimi Georq Simon Om-un şərəfinə 1 om götürülür. 1 Om - elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Xüsusi müqavimət - tili 1 m olan kub şəkilli naqildən kubun tili istiqamətində cərəyan keçən zaman yaranan müqavimətdir. Xüsusi müqavimətin BS-də vahidi 1 om·m-dir. Xüsusi müqavimətin texniki vahidi - 1 m uzunluqlu 1mm2 en kəsikli naqilin müqavimətidir. Xüsusi müqavimət cədvəllərində hər iki vahidlə qiymət verilir. 1Om mm2\m=10−6Om·m. Kifayət qədər yüksək temperaturlarda metalların müqavimətləri temperaturdan xətti asılıdır, Rt=R0(1+αt).
Materiallar müqaviməti
Materiallar müqaviməti — maşın və cihazların hissələrinin möhkəmliyi, bərkliyi və etibarlığı haqqında elmdir. Materiallar müqaviməti mühəndislik hazırlğının ümumi fənnlər qrupuna aid olub ali təhsildə tədris edilir. Bu fənn ilk dəfə olaraq nəzəri elmlər (fizika, ali riyaziyyat və nəzəri mexanika) və tətbiqi məsələlərin həlli üçün məlum üsulların maşın hissələrinin layihələndirilməsi arasında əlaqə yaratmışdır. Bütün sahələr üzrə təhsil verən mühəndislik ixtisaslarında materiallar müqaviməti fənni öyrədilir. Çünki, bu fənnin tətbiqi olmadan yeni texnikanın analizi və qiymətləndirilməsi mümkün deyil. Materiallar müqaviməti maşın hissələrinin xarici qüvvənin və istiliyin təsirindən deformasiya olunması və gərginliyi kimi məsələləri araşdırır. Fizikanın nəzəri sahələrindən fərqli olaraq burada praktikada asan tətbiq oluna biləcək düsturlardan istifadə edilir. Nəticədə hesablamlar tam dəqiq alınmasa da, böyük ehtimalla maşınların layihələndirilməsini aparmaq olur. Hesabat zamanı təhlükəsizlik baxımından maşın hissələrinin möhkəmliyi böyük ehtiyat əmsalı ilə hesablanır. Tətbiq olunan qüvvədən asılı olaraq maşın hissələrində statik və dinamik möhkəmlik, istiqamətinə görə, dartma və sıxılmada möhkəmlik, həmçinin əyilmə, burulma və kəsilmədə möhkəmlik fərqləndirilirlər.
Havanın mütləq rütubətliyi
Yeni erməni müqaviməti
Yeni erməni müqaviməti – erməni terror qrupu. 1977-ci ildən Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyəyə qarşı bir sıra terror aktları törətmişdir. Qrupun fəaliyyəti barədə çox az məlumat mövcuddur. Bu qrupdan olan terrorçular həmçinin Britaniyaya, İsrailə və hətta SSRİ-yə qarşı da terror aktları törətmişlər. Bu təşkilatdan başqa heç bir erməni terror təşkilatı SSRİ-yə qarşı terror aktları həyata keçirməyib. “Yeni erməni müqaviməti” təşkilatı həmçinin SSRİ-yə qarşı mübarizə aparan “Birləşmiş milli partiyanı” və onun rəhbəri Paruyr Hayrikyanı da dəstəkləyirdi. Qrupun son aksiyası 1983-cü ilin fevralında Belçikada türk turizm agentliyinə qarşı olub. Bundan sonra qrup heç bir terror aktı törətməyib və fəaliyyətini dayandırıb.
İraqda İslam Müqaviməti
İraqda İslam Müqaviməti (ərəb. المقاومة الإسلامية في العراق‎) — ümumi brend və ya şəbəkə kimi müəyyən edilən İraqdakı şiə islamçı üsyançı qruplar üçün istifadə edilən çətir termin.