Hayfon
hazırcavab
OBASTAN VİKİ
Hazır qəhvə
Hazır qəhvə ya da qəhvə tozu, mayalanmış qəhvə çərdəklərindən əldə edilən içkidir. Qurutma prosesi dondurularaq və ya sprey köməkliyi ilə həyata keçirilir. Sıxışdırılmış maye halında olan hazır qəhvə növləri də vardır. Hazırlama qaydası (isti suda asanlıqla həll olması), qəhvə çəyirdəyinə müqaisədə daha yüngül olması və uzun müddətli ömrü hazır qəhvənin üstünlükləri arasında yer alır. Bundan başqa, yaxşı qurudulmamış hazır qəhvə asanlıqla xarab ola bilər. == Tarixi == Hələ Amerika Vətəndaş Müharibəsi zamanı, birlik ordusu üçün "Essence of Coffee" adı altında konsentratlaşdırılmış qəhvə/süd/şəkər qarışığı istehsal edilir. Bu cür hazır qəhvə, bir çay qaşığı bir fincan isti su ilə qarışdırılaraq içilirdi. Ancaq bu qarışıq qoşunlar arasında o qədər populyar olmadığı üçun, tezliklə istehsalı dayandırılır. Hazır və ya həll olunan qəhvə 1890-cı ildə Yeni Zelandiyanın "Invercargill" şəhərində yaşayan David Strang tərəfindən ixtira edilmiş və 3518 nömrəsi ilə patentləşdirilmişdir Patentləşdirilmiş məhsul, "Quru isti hava" prosesinə istinad edilərək "Strang's Coffee" ticarət markası adı altında satılmağa başlamışdır. Bəzi müasir mənbələr isə, ixtiranın fransız yumorist və yazıçı Alphonse Allaisa məxsus olduğunu qeyd edirlər.
Hazır ol (film, 1939)
== Məzmun == Təxribatçı sərhədi gizli yolla keçərkən onu tutub saxlamağa çalışan traktorçunu ağır yaralayır. Həyəcan siqnalı ilə ayağa qaldırılan sərhədçilər axtarışdan və təqiblərdən sonra sərhədi pozanları tuturlar. Yaralanmış traktorçunu isə Bakıya göndərirlər. Burada vaxtında görülən cərrahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində onun həyatı xilas edilir. Dövlət sərhədinin pozulması ilə bağlı macəralı hadisələr fonunda qanköçürmənin müalicəvi üstünlükləri və donorluq təbliğ olunur. == Film haqqında == Film Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilmişdir. Kinolent ölkəmizdə donorluğun əhəmiyyəti haqqında söhbət açır. Filmdə görkəmli cərrah Fuad Əfəndiyev bu sahədəki elmi təcrübələrini nümayiş etdirir. Kinolentin bir parçası Azərbaycan Dövlət Film Fondunda saxlanılır. Filmin tamamı saxlanılmayıb.
Entomoloji mikropreparatların hazırlanma texnikası
Hal-hazırda yaşayan yüz dahi
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. == Siyahının liderləri == 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...
Hal-hazırda yaşayan yüz dahi (layihə)
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. == Siyahının liderləri == 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...
Hazırım
Hazırım, Candan Erçetin'in ilk albomudur. Bu albomu 1996 ildə çıxardıb.
Hazırəhmədli
Hazırəhmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Hazırəhmədli kəndi Gəncə-Qazax düzənliyindədir. Oykonim qızılbaşların zülqədər tayfasının hazırlı qolunun və həmin qolun əhmədli tirəsinin adını əks etdirir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1056 nəfər əhali yaşayır.
Hazırəhmədli bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Liverpul FK-nun tarixi (1985-hazırda)
1985-ci ildəki Eyzel faciəsinə görə, məşqçi Feqan istefa verdi. Co Feqandan sonra, baş məşqçilik postuna Kenni Dalqliş keçir. O, oynayan məşqçi olur. Kenninin dövründə "Liverpul" 3 dəfə liqada 1-ci olur, 2 dəfə İngiltərə kubokunu qazana bilir. 1985/86 sezonunda "Liverpul" klassik dublya imza atır. Həmin sezon "Liverpul" həm çempionatı, həm də İngiltərə Kubokunu qazana bilir. 15 aprel 1989-cu ildə "Hillsboro" faciəsi baş verir. 96 "Liverpul"lu həlak olur. 1988/89 sezonu "Liverpul" pərəstişkarları üçün ən drammatik sezon oldu. "Arsenal"ın "Liverpul"la eyni xalı olmasına baxmayaraq, top fərqində "kanonirlər" "qırmızılar"dan üstün oldular.
Prototiplərin sürətli hazırlanması
Prototiplərin sürətli hazırlanması (ingiliscə Rapid Prototyping) maketlərin, sınaq nümunələrinin və ya işlək modellərin konstruksiya verilənlərinin bazasında sürətli hazırlanma texnologiyasıdır. Bu prototiplər hazırlama prosesinin sonrakı mərhələsində dəqiqləşdirilir və beləliklə seriya istehsalım üçün yararlı hala gətirilirlər. 1987-ci ildə ilk dəfə olarag kompyüterden bir başa üçölçülü modellərin hazırlanması mümkün olmuşdur. Modellər istənilən həndəsi formaya malik ola bilirlər. Daxili boşlugları, arxa səthlərı və yuvaları problemsiz hazırlamag mümkün olmuşdur. İlk vaxtlarda bu üsulla hazırlanan modellərə sərf olunan vaxt adi üsulla, yəni mexaniki e`mal vasitəsi ilə hazırlananlardan bir neçə saat az idi. Bu modellər süni materialdan hazırlandığı üçün yalnız əyani nümayiş üçün və ya da dizayn modeli kimi istifadə edilirdi. Onların "funksional prototip" kimi istifadə edilməsi mexaniki və ya termiki yükləmə baxımından mümkün deyildi. Modellərin yeni üsulla hazırlanması qabaqlar tətbiq olunan xüsusu alətlərdən, formalardan və avadanlıqlardan imtina etməyə şərait yaratmışdır. Bu yeni üsulu ilk dəfə həyata keçirmək üçün hissənin üc ölçülü həndəsi forması haqqinda informasiyanı daşıyan bir kompüter proqramı və bu qrafiki informasiyanı qat şəklində addım və addım fotopolimerləşdirmə vasitəsilə qətrandan əyani cismə çevirən qurğu tətbiq edilmişdir.
Toxumun Hazırlanması (1953)
İnternetdə mövcud bomba hazırlama təlimatları
İnternetdə bomba hazırlamaq təlimatının mövcudluğu qanunvericilər və siyasətçilər arasında onlayn mövcud olan "təhlükəli" hesab edilən müəyyən növ məlumatlara senzura tətbiq etməklə internet sərhədini cilovlamaq niyyətində olan şöhrətə səbəb olub. Ucuz, asanlıqla əldə olunan inqrediyentlərdən yaradılmış partlayıcı maddələrin "sadə" nümunələri verilmişdir. Federal Təhqiqatlar Bürosu bildirir ki, 1989-cu ildə 1699, 1994-cü ildə isə 3163 bombalama cinayəti törədilib. 19-cu əsrin sonlarında İohan Most Avstriya hərbi sənədlərini "İnqilabi Hərb Elmi" başlığı altında partlayıcı maddələrin istifadəsini nümayiş etdirən kitabçaya çevirdi və heç bir əks-səda vermədən anarxist pikniklərdə payladı. İnternetdə təlimatları dərc etməkdə ittiham olunan amerikalı anarxist Şerman Ostinin mühakimə olunmasını tənqid edənlər qeyd ediblər ki, Molotov kokteylləri ilə bağlı Vikipediya məqaləsi Ostinin vebsaytından daha ətraflı şəkildə əldə edilən partlayıcı maddələrin istehsalına dair təlimatları ehtiva edir. 1986-cı ildə internetin geniş istifadəsindən əvvəl polis özünü "Phoenix Force" adlandıran sinif yoldaşları ilə birlikdə və sadaladığı bombaların çoxunu hazırlamaq üçün sınaqdan keçirən bir qrup tərəfindən yazılmış "Partlayıcıların Tam Kitabı" adlı rəqəmsal dərslikdən kompüter çapının paylaşılmasını araşdırdı. 1995-ci ildə Oklahoma Siti bombalanmasından sonra, anonim usenet yazıları bombanın inşasını tənqid etdi və bombanın maksimum nəzərdə tutulan zərəri verməməsinin aradan qaldırılmasına dair təkliflər verdi. 23 mart 1996-cı ildə "Terrorçu Təlimatı"nın tam mətni, təklif olunan təkmilləşdirmələrlə birlikdə bombardmanda istifadə edilən bombanın yaradılmasına dair təlimatlar da daxil olmaqla onlayn nəşr olundu. Məhəmməd Osman Sadiq 2006-cı ildə həbs edildikdə, o, CD-ROM-da təlimatın nüsxəsinə malik olduğu üçün "terror aktı törədən və ya hazırlayan şəxs üçün faydalı ola biləcək məlumatı ehtiva edən sənəd və ya qeydlərə sahib olmaqda" ittiham edildi. 1999-cu ildə Devid Koplənd Londonda mismar bombası yerləşdirdi, 3 nəfərin ölməsinə və 139 nəfərin yaralanmasına səbəb oldu, bombanı "Terrorçu Təlimatı" və "Bombalar Necə Hazırlanır: İkinci Hissə" başlıqlı internetdən yüklədiyi kitablar əsasında hazırlamışdı.
Şən və Hazırcavablar Klubu
KVN ("Şən və hazırcavablar klubu"; rus. Клуб весёлых и находчивых) — müxtəlif komandalarının iştirak etdiyi televiziya yumor oyunları.
Azərbaycan–Ermənistan sərhəd böhranı (2021–hal-hazırda)
Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı yaranan sərhəd anlaşılmazlığıdır. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir. == Zəmin == Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır. == Hadisələr == === May 2021 === === İyul 2021 === İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Fərman Yaqublu Telman oğlu şəhid olmuşdur. Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində qarşı tərəf susdurulmuşdur. === Avqust 2021 === === Sentyabr 2021 === === Oktyabr 2021 === === Noyabr 2021 === 16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Hal-hazırda Osmanlı imperiyası ərazisində yerləşən dövlətlərin siyahısı
Osmanlı imperiyasının himayəsi və hakimiyyəti altında olmuş ölkələrin imperiyadan asılılıq müddətləri aşağıdakı kimi verilmişdir. == Osmanlı imperiyasına birbaşa tabe olan ərazilərin siyahısı == === Avropa === === Qafqaz === === Orta Şərq === === Afrika === == Digərləri == === Polşa krallığı === Osmanlı imperiyası 1576-cı ildə Şərqi Avropada Polşa krallığını himayəsi altına aldı, təsir dairəsini Belarusiya, Şimali Ukrayna, Latviya, Litva və Estoniya və Baltik dənizinə qədər genişləndirə bildi. Fransız Valua sülaləsindən olan II Henrinin taxta cıxmaq üçün Fransaya qaçmasından sonra Polşada başlayan ardıcıl üsyanlara Sokollu Mehmed Paşa müdaxilə etdi. O dövrdə Osmanlı imperiyasına tabe olan Transilvaniya knyazı Stefan Batori "Polşa kralı" seçildi. Qeyd edilən hakimiyyətin son illərinə doğru 1586-cı ildə taxta çıxan III Siqmunt Vasanın hakimiyyəti dövründə burada Osmanlı təsiri zəiflədi və tamamilə yox oldu. === Qızıl Orda xanlıqları === Müxtəlif dövrlərdə Qazan xanlığı (1521–1531, 1533–1546, 1546–1551), Qasım xanlığı (1486–1512), Noqay Ordası (1548–1711), Həştərxan xanlığı (1532–1549) və Başqırdıstan xanlığı (1656–1738) Osmanlı himayəsinə keçmiş dövlətlər idi. === Asiya === ==== Mərkəzi və Cənub-Şərqi Asiya ==== Osmanlı imperiyası XVI əsrdən etibarən Orta Asiyada türk xanlıqlarına əvvəl İran, sonra isə Rusiyaya qarşı müqavimətdə kömək etmişdir. Orta Asiyadakı bu xanlıqlar, xüsusən XIX əsrdə onları işğal etməyə çalışan Rusiya imperiyası və Çinə (Buxara və Kaşqar xanlıqları kimi) qarşı mübarizə aparmaq üçün Osmanlı imperiyasından kömək istəmişdilər. Bundan başqa, Cənub-Şərqi Asiyada yerləşən Açe sultanlığına əvvəlcə Hollandiya, sonra isə Portuqaliya işğalına qarşı Osmanlı imperiyasının hərbi-siyası köməyi olub. ==== Daxili Ərəbistan və Oman ==== Ərəbistanın daxili əraziləri yerli sülalələr və onların şeyx və ya əmir adlanan yerli idarəçiləri tərəfindən idarə olunurdu.
Hazırkı monarxların siyahısı
Monarx hər hansısa bir dövləti ömürlük və ya abdikasiyaya qədər idarə edən və taxtı doğumla əldə edən şəxs tərəfindən idarə olunan hökumət forması olan monarxiyanın başçısıdır. Monarxlar avtokrat ola bilər (bütün mütləq monarxiyalarda olduğu kimi) və ya sadəcə məhdud səlahiyyətləri olan və yaxud heç bir səlahiyyəti olmayan, başlıca səlahiyyətin qanuni orqan və/və ya icra kabinetində olduğu (bir çox konstitusional monarxiyada olduğu kimi) mərasim fiquru ola bilər. Çox vaxt monarx həmçinin dövlət dini ilə də əlaqəli olur. Siyasi və sosiokultural elmlərdə monarxiyalar irsi idarəetmə ilə əlaqələndirilir. Belə ki, həm tarixi, həm də müasir dövrdə çox monarx kral ailəsində doğulmuş və böyümüşdür. Bəzi monarxiyalar isə irsi xarakter daşımırlar. Belə ki, hökmdar seçkili proseslə müəyyən edilir. Buna müasir nümunə Malayziyadır.
Osmanlı imperiyası ərazisində hal-hazırda yerləşən dövlətlərin siyahısı
Osmanlı imperiyasının himayəsi və hakimiyyəti altında olmuş ölkələrin imperiyadan asılılıq müddətləri aşağıdakı kimi verilmişdir. Osmanlı imperiyası 1576-cı ildə Şərqi Avropada Polşa krallığını himayəsi altına aldı, təsir dairəsini Belarusiya, Şimali Ukrayna, Latviya, Litva və Estoniya və Baltik dənizinə qədər genişləndirə bildi. Fransız Valua sülaləsindən olan II Henrinin taxta cıxmaq üçün Fransaya qaçmasından sonra Polşada başlayan ardıcıl üsyanlara Sokollu Mehmed Paşa müdaxilə etdi. O dövrdə Osmanlı imperiyasına tabe olan Transilvaniya knyazı Stefan Batori "Polşa kralı" seçildi. Qeyd edilən hakimiyyətin son illərinə doğru 1586-cı ildə taxta çıxan III Siqmunt Vasanın hakimiyyəti dövründə burada Osmanlı təsiri zəiflədi və tamamilə yox oldu. Müxtəlif dövrlərdə Qazan xanlığı (1521–1531, 1533–1546, 1546–1551), Qasım xanlığı (1486–1512), Noqay Ordası (1548–1711), Həştərxan xanlığı (1532–1549) və Başqırdıstan xanlığı (1656–1738) Osmanlı himayəsinə keçmiş dövlətlər idi. Osmanlı imperiyası XVI əsrdən etibarən Orta Asiyada türk xanlıqlarına əvvəl İran, sonra isə Rusiyaya qarşı müqavimətdə kömək etmişdir. Orta Asiyadakı bu xanlıqlar, xüsusən XIX əsrdə onları işğal etməyə çalışan Rusiya imperiyası və Çinə (Buxara və Kaşqar xanlıqları kimi) qarşı mübarizə aparmaq üçün Osmanlı imperiyasından kömək istəmişdilər. Bundan başqa, Cənub-Şərqi Asiyada yerləşən Açe sultanlığına əvvəlcə Hollandiya, sonra isə Portuqaliya işğalına qarşı Osmanlı imperiyasının hərbi-siyası köməyi olub. Ərəbistanın daxili əraziləri yerli sülalələr və onların şeyx və ya əmir adlanan yerli idarəçiləri tərəfindən idarə olunurdu.
Qəzzədə müharibə (2023–hal-hazırda)
Qəzzədə müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı. Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi. Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi. Həmas tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir. Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
Sudanda müharibə (2023–hal-hazırda)
Sudanda toqquşmalar - 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib. Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər baş verib. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb. Sudanın etnik və dini müxtəlifiliyi ölkədə hər zaman silahlı toqquşmaların baş verməsinə zəmin hazırlamışdır. Qiymətli resuslara nəzarət üzərində başlayan ilk toqquşmalar oturaq fermerlər və köçəri çobanlar arasında baş vermişdir. Kənd təsərrüfatı Sudan iqtisadiyyatında və gündəlik həyatında mühüm yer tutmaqdadır.
Sudan vətəndaş müharibəsi (2023–hal-hazırda)
Sudanda toqquşmalar - 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib. Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər baş verib. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb. == Arxa plan == Sudanın etnik və dini müxtəlifiliyi ölkədə hər zaman silahlı toqquşmaların baş verməsinə zəmin hazırlamışdır. Qiymətli resuslara nəzarət üzərində başlayan ilk toqquşmalar oturaq fermerlər və köçəri çobanlar arasında baş vermişdir. Kənd təsərrüfatı Sudan iqtisadiyyatında və gündəlik həyatında mühüm yer tutmaqdadır.
Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)
Sudanda toqquşmalar - 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib. Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər baş verib. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb. == Arxa plan == Sudanın etnik və dini müxtəlifiliyi ölkədə hər zaman silahlı toqquşmaların baş verməsinə zəmin hazırlamışdır. Qiymətli resuslara nəzarət üzərində başlayan ilk toqquşmalar oturaq fermerlər və köçəri çobanlar arasında baş vermişdir. Kənd təsərrüfatı Sudan iqtisadiyyatında və gündəlik həyatında mühüm yer tutmaqdadır.
Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həbslər (2023–hal-hazırda)
Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həbslər (2023–2024) — 2023-cü ilin noyabrında Azərbaycanın Birləşmiş Ştatlar və qərblə münasibətlərinin pisləşməsi fonunda vətəndaş cəmiyyəti nümayəndələrinə və azad medialara qarşı aparılan total həbslər dalğasıdır. Həbslərə 2023-cü ilin noyabrın 20-də araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinin təsisçisi Ülvi Həsənlinin və baş redaktoru Sevinc Vaqifqızının həbs edilməsi ilə başlanılmışdır. Ümumi olaraq noyabr-yanvar ayları ərzində "AbzasMedia"nın rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilmişdir. Onların hər birinə qarşı "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılmışdır. İstintaq müddəti ərzində "Abzas Media işi" ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılanların sayı 15-dən çox olmuşdur. Jurnalistlərə qarşı həbslər 2024-cü ilin mart ayında da davam etmiş, martın 6-da Toplum TV ofisinə basqın edilmiş, nəticədə media orqanının üç işçisinə qarşı eyni maddələr üzrə cinayət işi açılmışdır. Həmçinin həmin ofisdə yerləşən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) təsisçisi və rəhbəri Akif Qurbanov və institutun işçiləri Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev barəsində isə "qaçaqmalçılq" maddəsi ilə cinayət işi açılmışdır. Hadisədən 2 gün sonra Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də eyni iş üzrə həbs edilmişdir. Aprel ayında Azərbaycan parlamentinin fəaliyyətini monitorinq edən "Meclis.info" nəşrinin təsisçisi İmran Əliyev, bir həftə sonra isə insan haqları fəalı Anar Məmmədli də "qaçaqmalçılq" maddəsi üzrə həbs edilmişdirlər. Bu dönəm ərzində həm də Milli Şuranın üzvü Tofiq Yaqublu, Vətəndaş Hüquqları İnstitutunun işçisi, hüquq müdafiəçisi İlhamiz Quliyev də daxil olmaqla ona yaxın ictimai fəal və partiya fəalı da müxtəlif ittihamlar üzrə həbs edilmişdir.
Hizbullah–İsrail münaqişəsi (2023–hal-hazırda)
İsrail-Hizbullah münaqişəsi İsrail və Hizbullah arasında baş verən münaqişədir. İsrail və Livanın Hizbullah silahlı qruplaşması arasında 8 oktyabr 2023-cü ildən bəri İsrail-Livan sərhədində və İsrailin işğal etdiyi Colan təpələrində zərbələr mübadiləsi aparılır. Bu, İsrail-Həmas müharibəsinin yayılmasının bir hissəsidir və 2006-cı ildə Livan müharibəsindən sonra Hizbullah-İsrail münaqişəsinin kəskinləşməsidir. 8 oktyabr 2023-cü ildə Hizbullah, Həmas-ın İsrailə hücumundan və İsrailin Qəzza zolağını bombalamağa başlamasından sonra fələstinlilərlə həmrəy olduğunu bildirərək, işğal altındakı Şəba tarlalarında İsrail mövqelərinə idarə olunan raket və artilleriya mərmiləri atmağa başladı. İsrail buna cavab olaraq İsrailin işğalı altında olan Qolan Təpələri ilə Livan sərhədi yaxınlığında Hizbullah mövqelərinə pilotsuz təyyarələr və artilleriya zərbələri endirib. İsrailin şimalında davam edən qarşıdurma təxminən 96.000 insanı evlərini tərk etməyə məcbur edib, Livanda isə təxminən 1 milyon insan köçkün düşüb. 21 oktyabr 2023-cü il və 20 fevral 2024-cü il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) Mavi Xəttin cənubundan (İsraildən Livana) təxminən 7,948 artilleriya atəşi və şimal tərəfdən 978 artilleriya atəşi qeydə aldı.
İsrail-Hizbullah münaqişəsi (2023–hal-hazırda)
İsrail-Hizbullah münaqişəsi İsrail və Hizbullah arasında baş verən münaqişədir. İsrail və Livanın Hizbullah silahlı qruplaşması arasında 8 oktyabr 2023-cü ildən bəri İsrail-Livan sərhədində və İsrailin işğal etdiyi Colan təpələrində zərbələr mübadiləsi aparılır. Bu, İsrail-Həmas müharibəsinin yayılmasının bir hissəsidir və 2006-cı ildə Livan müharibəsindən sonra Hizbullah-İsrail münaqişəsinin kəskinləşməsidir. 8 oktyabr 2023-cü ildə Hizbullah, Həmas-ın İsrailə hücumundan və İsrailin Qəzza zolağını bombalamağa başlamasından sonra fələstinlilərlə həmrəy olduğunu bildirərək, işğal altındakı Şəba tarlalarında İsrail mövqelərinə idarə olunan raket və artilleriya mərmiləri atmağa başladı. İsrail buna cavab olaraq İsrailin işğalı altında olan Qolan Təpələri ilə Livan sərhədi yaxınlığında Hizbullah mövqelərinə pilotsuz təyyarələr və artilleriya zərbələri endirib. İsrailin şimalında davam edən qarşıdurma təxminən 96.000 insanı evlərini tərk etməyə məcbur edib, Livanda isə təxminən 1 milyon insan köçkün düşüb. 21 oktyabr 2023-cü il və 20 fevral 2024-cü il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) Mavi Xəttin cənubundan (İsraildən Livana) təxminən 7,948 artilleriya atəşi və şimal tərəfdən 978 artilleriya atəşi qeydə aldı.

Значение слова в других словарях