Osmanlı imperiyasının himayəsi və hakimiyyəti altında olmuş ölkələrin imperiyadan asılılıq müddətləri aşağıdakı kimi verilmişdir.
Bayraq | Dövlət | Dövr | Ümumi vaxt | O dövrkü adı |
Türkiyə | 1299/1516–1922[1] | 406/623 il | Anadolu əyaləti,[2] Qaraman əyaləti, Sivas vilayəti və s. | |
Bolqarıstan | 1363[3]-1878/1908/1913 | 515/545 il | Sofiya vilayəti, Tuna vilayəti, Şərqi Rumeli vilayəti | |
Şimali Makedoniya | 1371–1913 | 542 il | Manastır əyaləti | |
Yunanıstan | 1393/1456/1460[4] 1830[5][6] /1913 | 370/437/520 il | Moreya-Fessaliya | |
Serbiya | 1459–1878[7]/1913 | 419 il | Belqrad paşalığı, Niş əyaləti | |
Çernoqoriya | 1479–1878 | 399 il | Qaradağ qəzası, Şkoder vilayəti, Yeni bazar sancaqlığı | |
Bosniya və Herseqovina | 1463–1878/1908 | 415/445 il | Bosniya əyaləti,[8][9] Herseqovina əyaləti[10] | |
Xorvatiya | 1540–1687 | 147 il | Bosniya əyaləti, Kanije əyaləti | |
Kosova (de facto) | 1389–1913[11] | 524 il | Kosovo vilayəti | |
Rumıniya | 1394/1538/1541–1878 | 484/340/337 il | Valaxiya knyazlığı, Moldavia knyazlığı, Transilvaniya knyazlığı | |
Moldova | 1538–1812 | 274 il | Bessarabiya | |
Ukrayna | 1478–1774 | 296 il | Krım xanlığı, Podolye, Kazak hetmanlığı, Oçakov vilayəti | |
Macarıstan | 1526–1686/1718 | 160/192 il | Budin əyaləti, Kanije vilayəti, Əyri vilayəti, Timeşvar əyaləti | |
Slovakiya | 1663–1685 | 22 il | Uyvar vilayəti, Macarıstan krallığı | |
Albaniya | 1385/1479–1912 | 527 il | Şkoder vilayəti, Kosovo vilayəti, Yanya vilayəti |
Dövlət | Dövr | Ümumi vaxt | O dövrkü adı | |
Gürcüstan | 1480–1829/1878/1918 | 349/398 il/1 il | Çıldır əyaləti, Abxaziya, İmereti çarlığı | |
Ermənistan | 1553–1555, 1578–1605, 1724–1736 | 41 il | İrəvan xanlığı | |
Azərbaycan | 1578–1604, 1724–1736 | 26 il | Şirvanşahlar dövləti, Səfəvilər | |
Rusiya (Qafqaz) | 1475–1829, 1918 | 355 il | Dağıstan, Kabarda[12] |
Dövlət | Dövr | Ümumi vaxt | O dövrkü adı | |
İraq | 1514–1918 | 404 il | Mosul, Bağdad, Bəsrə | |
Suriya | 1516–1918 | 402 il | Hələb vilayəti, Suriya vilayəti | |
İordaniya | 1516–1918 | 402 il | Suriya vilayəti | |
İsrail | 1516–1918 | 402 il | Qüds sancaqlığı | |
Livan | 1516–1918 | 402 il | Cəbəl-i Livan sancaqlığı | |
Fələstin | 1516–1917 | 401 il | Qüds sancaqlığı | |
Küveyt | 1538–1899/1913 | 361/375 il | Küveyt qəzası, Bəsrə vilayəti | |
Səudiyyə Ərəbistanı | 1517–1803/1811–1919 | 393 il | Məkkə şərifliyi, Əl-Hasa vilayəti, Nəcd qəzası | |
Qətər | 1871–1913 | 42 il | Qətər qəzası | |
Bəhreyn | 1534–1559, 1830–1861 | 56 il | Bəhreyn əmirliyi | |
Yəmən | 1538–1635/1869–1918 | 146 il | Yəmən vilayəti | |
Oman[13] | 1551–1552/1581–1588 | 8 il | Maskat | |
Qərbi İran | 1585–1603/1635–1639/1724–1730/1915–1917/1918 | 28 il | Azərbaycan/Luristan/Əcəm İraqı | |
Şimali Kipr Türk Respublikası (de facto) | 1571–1878/1914 | 307/343 yıl | Kipr | |
Kipr | 1571–1878/1914 | 307/343 il | Kipr |
Dövlət | Dövr | Ümumi vaxt | O dövrkü adı | |
Misir | 1517–1882/1914/1923[14] | 365/397 il | Misir | |
Liviya | 1530/1551–1912 | 382 il | Trablusqərb vilayəti-Benqazi-Fəzzan | |
Əlcəzair | 1515–1830 | 315 il | Əlcəzair, Fəzzan qəzası | |
Tunis | 1512–1535 1569–1573[15] 1574–1881 | 307/330 il | Tunis | |
Sudan | 1517–1882/1914/1923[16] | 365/397 yıl | Nubiya , Darfur, Kordofan | |
Cənubi Sudan | 1821–1914 | 93 il | Bəhr-el Qəzəl | |
Eritreya | 1555–1885 | 330 il | Həbəş əyaləti | |
Cibuti | 1555–1884 | 329 il | Həbəş əyaləti | |
Somali | 1554–1885 | 361 il | Həbəş əyaləti/Sayla qəzası | |
Mərakeş[17][18][19][20] | 1545–1549,[21][22][23] 1554, 1558-?[24][25][26] 1576–1603[26][27][28][29][30][31][32][33] 1609–1627 (Marakeş)[27][28] 1638–1654[27][28] 1792–1795 (kuzeyinde)[34] | 20 il | Mərakeş sultanlığı | |
Şərqi Mərakeş | 1517–1830 | 313 il | Əlcəzair Paşalığı | |
Şərqi Efiopiya[35] | 1874–1882 | 8 il | Harar əmirliyi | |
Nigeriya[36][37] | 1875–1906 | 31 il | Fəzzan sancaqlığı/Kavar qəzası | |
Çad[37][38] | 1875–1912 | 37 il | Fəzzan sancaqlığı/Rəşadə qəzası | |
Keniya[39][40][41][42] | 1584-1589 | 5 il | Mombasa | |
Uqanda[43] | 1872–1882 | 10 il | Üstüva vilayəti |
Osmanlı imperiyası 1576-cı ildə Şərqi Avropada Polşa krallığını himayəsi altına aldı, təsir dairəsini Belarusiya, Şimali Ukrayna, Latviya, Litva və Estoniya və Baltik dənizinə qədər genişləndirə bildi.[44] Fransız Valua sülaləsindən olan II Henrinin taxta cıxmaq üçün Fransaya qaçmasından sonra Polşada başlayan ardıcıl üsyanlara Sokollu Mehmed Paşa müdaxilə etdi. O dövrdə Osmanlı imperiyasına tabe olan Transilvaniya knyazı Stefan Batori "Polşa kralı" seçildi. Qeyd edilən hakimiyyətin son illərinə doğru 1586-cı ildə taxta çıxan III Siqmunt Vasanın hakimiyyəti dövründə burada Osmanlı təsiri zəiflədi və tamamilə yox oldu.
Müxtəlif dövrlərdə Qazan xanlığı[45] (1521–1531, 1533–1546, 1546–1551), Qasım xanlığı (1486–1512),[46] Noqay Ordası (1548–1711), Həştərxan xanlığı (1532–1549) və Başqırdıstan xanlığı (1656–1738)[47] Osmanlı himayəsinə keçmiş dövlətlər idi.
Osmanlı imperiyası XVI əsrdən etibarən Orta Asiyada türk xanlıqlarına əvvəl İran, sonra isə Rusiyaya qarşı müqavimətdə kömək etmişdir. Orta Asiyadakı bu xanlıqlar, xüsusən XIX əsrdə onları işğal etməyə çalışan Rusiya imperiyası və Çinə (Buxara və Kaşqar xanlıqları kimi) qarşı mübarizə aparmaq üçün Osmanlı imperiyasından kömək istəmişdilər. Bundan başqa, Cənub-Şərqi Asiyada yerləşən Açe sultanlığına əvvəlcə Hollandiya, sonra isə Portuqaliya işğalına qarşı Osmanlı imperiyasının hərbi-siyası köməyi olub.
Ərəbistanın daxili əraziləri yerli sülalələr və onların şeyx və ya əmir adlanan yerli idarəçiləri tərəfindən idarə olunurdu. Ərəbistanın qərb hissəsi Ciddədə yaşayan Osmanlı bəylərbəyləri, şərq hissəsi isə Bağdad və ya Bəsrə bəylərbəyləri, bir vaxtlar isə Ləhsə bəylərbəyləri tərəfindən idarə olunurdu. Onlar yerli əmir və şeyxləri idarə edirdilər. Bütün Məkkə və Hicazı tamamilə Haşimilər sülaləsindən olan Şərif adlanan idarəçilər idarə edirdilər. XVI əsrin sonundan etibarən Oman və Fars körfəzində hakimiyyətini itirdi. 1871-ci ildə Qətər əmirinin dəvəti ilə Osmanlı əsgərləri Qətərə yerləşdi və Əl-Sani ailəsi Osmanlı mahalının valisi vəzifəsini icra etməyə başladı. Lakin Osmanlı imperiyasını təsiri burada uzun müddətli olmadı. XIX əsrdə həm Misir, həm də Osmanlı qüvvələrinin Ərəbistana səfərləri ilə buradakı yerli idarəçiliklər ləğv edildi.
Şimali Afrikadakı Mərakeş sultanlığı ilk dəfə 1553-cü ildə Osmanlı imperiyasının protektoratlığına keçdi . Vattasilər sülaləsinin devrilmiş kralı Əbu Hasunun yardım dəstəyini cavabsız qoymayan Əlcəzair valisi Salih Paşa həmin il Fəs şəhərinə girərək onu taxta oturtdu. Lakin 1554-cü ilin sentyabrında Səədi lideri Məhəmməd əl-Şeyx Fəs şəhərini geri aldı. Beləliklə, Osmanlının Mərakeşdəki protektoratlığı bir il davam etdi.
1576-cı ildə Səədi sultanı Əbdülməlik qardaşı oğlu Mərakeş kralı Məhəmməd əl-Mütəvəkkili devirmək və taxta çıxması üçün Osmanlı imperiyasından kömək istədi və hətta, Osmanlının Tunisi fəthi ilə nəticələnən ekspedisiyada da iştirak etdi (1574). Osmanlı ordusu 1576-cı ildə yenidən Fəsə daxil oldu, əl-Mütəvəkkil devirildi və Əbdülməlik taxta çıxarıldı. Beləliklə, Mərakeş yenidən Osmanlı himayəsinə keçdi.
Devrilmiş Sultan əl-Mütəvəkkil portuqalları köməyə çağırdı. Nəticədə 4 avqust 1578-ci ildə Portuqaliya kralı Sevastiao ilə əl-Mütəvəkkilin birləşmiş qoşunları ilə Əbdülməlik, Osmanlı ordusunun başa-başa gəldiyi Əl-Ksar-əl-Kəbirə döyüşü baş verdi. Müharibə nəticəsində, Portuqaliya ordusu böyük zərər gördü, Portuqaliya Donanması Tanjer sahillərində Osmanlılar tərəfindən darmadağın edildi və Osmanlı tərəfdarı olan Əhməd əl-Mənsur taxta çıxarıldı. Mərakeş 1576-cı ildən 1603-cü ilə qədər Osmanlı imperiyasının vassalı olaraq qaldı.[27][28]
Portuqaliya təhlükəsindən və daxili çəkişmələrdən qurtulan Mərakeş sultanlığı bugünkü Mavritaniya, Seneqal və Qambiyanı fəth etmiş, 1591-ci ildə isə Sonqay imperiyasını darmadağın edərək bugünkü Niger, Mali və Burkina-Faso torpaqlarını ələ keçirmişdir. Bu dövrdə Mərakeş 1603-cü ilə qədər, hökmdarı vəfat edənə qədər Osmanlı imperiyasının vassalı idi.[27][28] Mərakeş hökmdarı 1609-cu ildən 1627-ci ilə qədər, bütün Mərakeşi idarə edən oğlu isə 1638-ci ildən 1654-cü ilə qədər Osmanlı imperiyasından vassal asılılığında oldu.[27][28]
1692-ci ildə Əlcəzair Deyi Mərakeşə müharibə elan etdi və Moulouya döyüşündə Mərakeş ordusunu tamamilə məğlub etdi. Mərakeş kralı təslim olmaq əlaməti olaraq yeri üç dəfə öpərək, Mərakeşdəki Moulouya çayına qədər uzanan Osmanlı hakimiyyətini qəbul etdi.[48][49][50] 1701-ci ildə Mərakeş kralı 50.000 əsgərlə Əlcəzairə hücum etdi, lakin Çelif döyüşündə yalnız 7.000 türk əsgəri tərəfindən məğlub edildi.[51][52]
1785-ci ildə Mərakeş kralı Osmanlı imperiyasına tabe oldu.[53]
1552-ci ildə Əlcəzair valisi Salih Rəis ilk dəfə Böyük Səhraya yürüş edərək və Ouarqla və Touqqort şəhərlərini ələ keçirdi.[54] 1554-cü ildə Fəzzan bölgəsi Tripolitan vilayətinə ilhaq edildi. Turqut Rəisin valiliyi dövründə Çad və Niger torpaqlarına, həmçinin Niger və Kamerunun şimalına hakim olan Kanem-Bornu dövləti elçi göndərərək Osmanlı imperatorluğunun suverenliyini tanımasının qarşılığında əvvəlki kimi Sahara-Tripolitaniya karvan yolunun onlara açıq olmasını tələb etdi. İlk Osmanlı-Bornu əlaqələri bu şəkildə quruldu. 1555-ci ildə də müqavilə imzalandı. Bu müqavilə, həm də ticarət müqaviləsi, həm də dostluq ittifaqı müqaviləsi idi. 1574-cü ildə Sultan III Muradın dövründə Kanem Bornudan elçi heyəti İstanbula gəldi. Osmanlı imperiyası Kanem Bornudan Məkkə və Mədinəyə gedən Həcc və Ticarət yolunun təhlükəsizliyini təmin edəcəyini öhdəsinə götürdü, bunun qarşılığında isə Kanem-Bornu Şimali Sudandan gələn və Böyük Səhra vasitəsilə Şimali Afrikadakı Osmanlı limanlarına çatan qızıl yolunun təhlükəsizliyinin təminatını üzərinə götürdü. Strateji məqsədli bu ittifaq Osmanlı dövlətinin qızıl ehtiyacını Amerikanın kəşfindən sonra Avropaya gələn külli miqdarda qiymətli metallara qarşı təmin etməkdən ibarət idi. Digər tərəfdən Qərbi Afrikada nüfuz sahibi olan Portuqaliya Mərakeşin köməyi ilə Böyük Səhradan keçən qızıl yolunu qurdu.[55] 1580-ci ildə Bornu sultanı İdris Alaoma yenidən Osmanlı imperiyasına elçi göndərərək, təslim olduğunu təkrarlayaraq, odlu silahların göndərilməsini istədi. Sultanı III Murad bu gün Nigeriyada yerləşən Bornunun paytaxtı Nqazarqamuya 200 nəfərlik heyətlə tələb olunan silahları göndərdi və beləliklə, tarixdə ilk dəfə odlu silahlar Sahara daxil oldu.[56] Sultan Alaomanın bu istəyinin gerçəkləşməsi ilə XIX əsrin sonuna qədər bölgədə yeganə suveren dövlət olaraq sultanlığının sərhədlərini və Sahara ticarət yollarını genişləndirə bildi.
Sonralar Avstriya (1593–1606), Polşa (1620–21) və Səfəvi-Osmanlı müharibələri (1578–90, 1603–12, 1615–18, 1623–39), Cəlali üsyanları, həmçinin daxili problemlər Trablusqərb vilayətinin mərkəzi nəzarətdən uzaqlaşması ilə daxili mübarizələrlə məşğul Osmanlı imperiyasının bölgə ilə əlaqələrinin kəsilməsinə səbəb oldu. Fransız müstəmləkəçiliyinin Qərbi Afrikaya yayıldığı bir vaxtda Bornu da daxil olmaqla, bölgədəki digər müsəlman sultanlıqları yenə də ilə Osmanlı imperiyasından kömək istəyirdi. Lakin 1877–78-ci illər Rusiya–Osmanlı müharibəsindən sonra ordusu ciddi ziyan görən Osmanlı imperiyası diplomatik təşəbbüslərlə nəticə əldə etməyə çalışsa da, bölgənin tədricən Fransa işğalı altına düşməsinin qarşısını ala bilmədi.
Şərqi Afrikada XVI əsrin əvvəllərindən başlayaraq bölgədəki bir çox kiçik sultanlıqlar Portuqaliya təhlükəsinə qarşı Osmanlı imperiyasından yardım istəməyə başladılar. Osmanlı imperiyası 1585–1586-cı illərdə Somalidən Maputuya (Mozambik) qədər olan bölgəyə nəzarət etsə də, 1589-cu ildən sonra ərazidə üstünlük Portuqaliya ya keçdi.
Mərkəzi Afrikada, XIX əsrin II yarısında Uqandada Üstüva əyaləti quruldu. İmperiyanın nüfuzu, bu əyalətin ətrafındakı yerli sülalələrlə bağlanılan himayə müqavilələri ilə bugünkü Konqo, Mərkəzi Afrika Respublikası, Ruanda və Burundiyə qədər genişləndi. Bununla belə, xüsusilə Uqanda ətrafındakı sülalələr tez-tez tərəflərini dəyişərək gah Avropa, gah da Osmanlı tərəfində dururdular.