hemolitik
hemometr
OBASTAN VİKİ
Hemoliz
Hemoliz (q.yun. αἷμα qan + λυσις dağılma) — hemoqlobinin qan plazmasına çıxması ilə müşayiət olunan eritrositlərin qılafının dağılma prosesi. Eritrositlərin yaşama müddətinin qısalması hemolizə səbəb olur. Bu zaman plazma qırmızı rəngə boyanır və şaffaf olur. Eritrositlərin dağılması osmotik təzyiqin azalmasından törənə bilər. Belə halda, əvvəlcə eritrositlər şişir, sonra partlayırlar — osmotik hemoliz. Eritrositlərin osmotik dözümlülüyünün ölçüsü NaCl un konsentrasiyasıdır. İnsanlarda osmotik hemoliz NaCl un 0,4%-li məhlulunda başlayır, 0,34% li məhlulunda isə eritrositlərin hamısı dağılır. Bəzi xəstəliklər nəticəsində eritrositlərin osmotik dözümlülüyü azalır və hemoliz, plazmada NaCl un daha yüksək konsentrasiyasında başlayır. Adətən, kəskin hemoliz qeyri-adi tibbi vəziyyətlə əlaqədar baş verir, bəzən hətta meydana çıxmış hiperkaliyemiya da səbəb ola bilər.

Digər lüğətlərdə