Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hemoliz
Hemoliz (q.yun. αἷμα qan + λυσις dağılma) — hemoqlobinin qan plazmasına çıxması ilə müşayiət olunan eritrositlərin qılafının dağılma prosesi. == Haqqında == Eritrositlərin yaşama müddətinin qısalması hemolizə səbəb olur. Bu zaman plazma qırmızı rəngə boyanır və şaffaf olur. Eritrositlərin dağılması osmotik təzyiqin azalmasından törənə bilər. Belə halda, əvvəlcə eritrositlər şişir, sonra partlayırlar — osmotik hemoliz. Eritrositlərin osmotik dözümlülüyünün ölçüsü NaCl un konsentrasiyasıdır. İnsanlarda osmotik hemoliz NaCl un 0,4%-li məhlulunda başlayır, 0,34% li məhlulunda isə eritrositlərin hamısı dağılır. Bəzi xəstəliklər nəticəsində eritrositlərin osmotik dözümlülüyü azalır və hemoliz, plazmada NaCl un daha yüksək konsentrasiyasında başlayır. Adətən, kəskin hemoliz qeyri-adi tibbi vəziyyətlə əlaqədar baş verir, bəzən hətta meydana çıxmış hiperkaliyemiya da səbəb ola bilər.
Lemoniz AES
Lemoniz AES (bask Lemoizko zentral nuklearra; isp. Central nuclear de Lemóniz) — İspaniyanın muxtar statusa malik Basklar ölkəsində yerləşən atom elektrik stansiyası. Lemoniz AES 1972-ci ildə tikilməyə başlanmış və tikinti işlər 1983-cü ildə İspaniya hökumətinin nüvə enerjisi üzrə apardığı dövlət proqramını ləğv etdikdən sonra dayandırılmışdır. Atom elektrik stansiyasının hər biri 900 meqavat gücündə olmaqla iki əsas nüvə reaktorundan ibarət olması planlaşdırılmışdı. Basklar ölkəsində mərkəzi hökumət tərəfindən atom elektrik stansiyasının tikilməsi bir çox millətçi təşkilatın ciddi etirazlarına səbəb olmuşdur. Nüvə enerjisindən istifadənin həmin ərazilərdə yaşayan insanların həyatı üçün ciddi təhlükə olduğu keçirilmiş bir çox nümayiş və mitinqlərdə səsləndirilmişdir. Basklar ölkəsi bölgəsinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatı ETA, atom elektrik stansiyasının inşaatına qarşı xüsusi şəkildə fəallıq göstərmişdir. == ETA-nın mövqeyi == Basklar ölkəsinin İspaniyadan ayrılıb, müstəqil dövlət olması üçün 1959-cu ildən bəri silahlı mübarizə aparan ETA təşkilatı baskların kompakt yaşadığı muxtar dövlətin sərhədləri daxilində mərkəzi hökumət tərəfindən atom elektrik stansiyasının tikilməsinə qarşı çıxmışdır. İspaniya hökuməti ETA təşkilatını rəsmən terror təşkilatı kimi tanımışdır və ETA-nın bir çox üzvü AES-in tikildiyi dövrdə dövlətin təhlükəsizlik orqanları tərəfindən həbs edilmişdi. ETA tərəfindən AES-ə qarşı ilk silahlı hücum AES-in təhlükəsizliyini təmin edən Guardia adlı ispan mülki və hərbi mühafizə xidmətinin əməkdaşlarına qarşı törədilmişdir.
Həmli buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.