HERÓQLİF
HERSÓQ
OBASTAN VİKİ
Alisa Hers-Sommer
Alisa Hers-Sommer, həmçinin Alisa Sommer (26 noyabr 1903[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan – 23 fevral 2014[…], London) — kimi tanınan Alisa Hers-Sommer, pianoçu, musiqi müəllimi, bir əsrdən artıq yaşamış Bohemialı və nasistlər tərəfindən yəhudi mənşəli olduğu üçün göndərilən olduğu Theresienstadt düşərgəsindən xilas olmuşdur. O, 1986-cı ildən həyatının sonuna qədər Londonda Belsize Parkda yaşamış və 110 yaşında dünyanın ən yaşlı Holokostdan sağ çıxmış biri kimi tanınmışdır. Hers Sommerin həyatı haqqında film The Lady in Number 6 (6 Nömrəli Qadın) hal-hazırda Ən Yaxşı Qısametrajlı Sənədli Film kimi Akademik Mükafata namizəd göstərilmişdir. == Həyatı == Hers 26 Noyabr 1906 cı ildə Praqada(Avstriya-Macarıstan) doğulmuşdur.Sommerin Mariana adlı əkiz bacısı da var idi. O, 1931-ci ildə biznesmen və həvəskar musiqiçi Leopold Sommer ilə evləndi. Onların Rafael Sommer adlı uşaqlarıı olduqdan sonra Leopold Auşvitsə göndərilir.Ölüm düşərgəsindən xilas olmağına baxmayaraq 1941-ci ildə Daxau şəhərində vəfat etdi. Alisa İsraildə yaşadığı müddətdə Yerusəlimdə musiqi müəllimi kimi çalışırdı.Sonralar 1986-cı ilde Londona köçdü.Alisin yeganə övladı violençel ifaçısı və dirijor Rafael Sommer 2001-ci ildə vəfat etmişdir. Alisa Hers-Sommer 23 fevral 2014-cü ildə məlum səbəblərdən 110 yaşında vəfat etmişdir.
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−1 1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. == Tarixi == Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Henrix Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857[…], Hamburq – 1 yanvar 1894[…], Bonn, Prussiya) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. == Mənbə == Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Hers reaksiyası
Hers reaksiyası -kimyaçı Riçard Hersin adını daşıyan Hers reaksiyası, anilin törəməsinin (1) disulfid dixlorid ilə Hers duzuna (2) kimyəvi çevrilməsidir, ardınca bu Hers duzu (2) natrium hidroksid ilə qarşılıqlı təsirdə olub natrium tiolata çevrilir (3):[1] == Tətbiqi == === Benzotiadiazollar === Hers duzları diazotizasiyaya uyğun olan aminotiofenolları almaq üçün hidrolizə uğradılaraq benzotiadiazolların sintezində istifadə olunur.[2] === Benzotiazollar === Natrium tiolat sink sulfatla aralıq maddə olan sink merkaptidinə çevrilə bilər, ardınca merkaptidin benzoil xloridlə reaksiyası ilə 1,3-benzotiazol alınır. == Boyalar == Anilin (5) üç mərhələdə (6)-cı birləşməyə çevrilir; 1. Hers reaksiyası (anilin (5) və disulfid dixlorid) vasitəsilə orto-aminotiola çevrilmə, ardınca 2. Orto-aminoariltioqlikol turşusuna çevrilməsi və 3. Sandmeyer reaksiyası vasitəsilə aromatik amin radikalının nitrilə çevrilməsi. 4. Son mərhələdə nitril hidrolizə uğradılır və nəticədə (6) birləşməsi alınır. Bu bir-ləşmə həlqənin bağlanması reaksiyası və dekarboksilləşmə üsulu ilə (7) birləşməsinə çevrilir. Alınmış birləşmə (tioindoksil(7)) bəzi boyaların üzvi sintezində mühüm aralıq məhsuldur. Asenaftoxinon ilə kondensasiyasından Ciba-Scarlet adlanan (8) boya, (7)-nin izatin ilə kondensasiyasından isə tio-İndiqo boyası (9) alınır.
Henrix Rudolf Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857[…], Hamburq – 1 yanvar 1894[…], Bonn, Prussiya) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. == Mənbə == Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Adolf (Lüksemburq böyük hersoqu)
Adolf Vilhelm Avqust Karl Fridrix fon Nassau (alm. Adolf Wilhelm August Karl Friedrich von Nassau‎; 24 iyul 1817, Bibrix sarayı[d] – 17 noyabr 1905, Lenqris[d], Bavariya) — 1839-cu ildən Nassau hersoqu, 1890-cı ildən Lüksemburq böyük hersoqu. == Həyatı == Adolf Vilhelm Avqust Karl Fridrix fon Nassau 24 iyul 1817-ci ildə anadan olmuşdur. 1866-cı il Avstriya–Prussiya müharibəsində o, Avstriyanı dəstəkləmişdir. Bu səbəbdən onun məğlubiyyətindən sonra Nassau hersoqluğu Prussiyaya ilhaq edilmişdir. Buna baxmayaraq, hersoq qalalarını saxlamış və əhəmiyyətli pul təzminatı almışdır. 1890-cı ildə Niderland kralı və Lüksemburq böyük hersoqu III Villemin ölümündən sonra Lüksemburq və Niderland arasındakı şəxsi birliyi dağılmışdır. Salik qanununa görə, III Villemin qızı Vilhelmina Lüksemburq taxtına iddia edə bilməzdi. Nassau xanədanının 1783-cü ildə bağlanmış müqaviləsinə əsasən, kişi varisləri olmadığı halda, böyük hersoqun tacı Oranj qolundan Veylburq qoluna keçmişdir. Beləliklə, Adolf Lüksemburqun dördüncü böyük hersoqu olmuşdur.
Alba hersoqları
Alba hersoqları (isp. Duques de Alba de Tormes) — İspaniya aristokratları və qrandları. Titul 1472-ci ildə kral IV Enrike Kastiliyalı tərəfindən təsis edilib və ilk dəfə Qarsiya Alvares de Toledoya verilib. Hersoginya Alba kimi tanınan 13-cü Alba hersoginyası Mariya Kayetana de Silvanın ispan rəssamı Fransisko Qoyanın "Çılpaq maxa" və "Geyimli maxa" əsərlərinin modeli olduğu güman edilir. == Alba hersoqları (1472-dən) == Don Qarsiya Alvares de Toledo (təxm. 1424-1488), 1-ci Alba hersoqu Don Fadrike Alvares de Toledo (1460—1531), 2-ci Alba hersoqu Don Fernando Alvares de Toledo (1507—1582), 3-cü Alba hersoqu Don Fadrike Alvares de Toledo (1537—1583), 4-cü Alba hersoqu Don Antonio Alvares de Toledo və Bomon, 5-ci Alba hersoqu Don Fernando Alvares de Toledo və Mendosa, 6-cı Alba hersoqu Don Antonio Alvares de Toledo və Pimentel, 7-ci Alba hersoqu Don Antonio Alvares de Toledo və Bomont, 8-ci Alba hersoqu Don Antonio Martin Alvares de Toledo Qusman, 9-cu Alba hersoqu Don Fransisko Alvares de Toledo, 10-cu Alba hersoqu Dona Mariya Teresa Alvares de Toledo, 11-ci Alba hersoginyası Don Fernando de Silva və Alvares de Toledo, 12-ci Alba hersoqu Dona Mariya del Pilar Teresa Kayetana de Silva və Alvares de Toledo (1762—1802), 13-cü Alba hersoginyası, onun birbaşa varisi olmadığı üçün titul onun ölümündən sonra qohumu Karlos Migel Fits-Ceyms Stüarta keçdi.
Apuliya hersoqluğu
Apuliya hersoqluğu — 1059-cu ildə Tankred Hoytvillin oğlu Robert Hoytvill tərəfindən əsası qoyulan hersoqluq. Əvvəllər qraflıq statusunu daşıyırdı. 1193-cü ildə V Rocerin ölümü ilə birbaşa Siciliya krallığına birləşdirildi. Hoytvill sülaləsi tərəfindən idarə olunurdu. == Hersoqlar == Robert Hoytvill I Rocer Borsa II Vilyam II Rocer III Rocer Ranulf- hersoqluğu ələ keçirmişdi.
Avstriya hersoqluğu
Avstriya hersoqluğu (Almanca: Erzherzogtum Österreich) — Müqəddəs Roma imperiyasına və Habsbuq monarxiyasına daxil olan dövlətlər arasında ən önəmlisi. Paytaxt şəhəri olan Vyana ilə birlikdə imperiya daha çox cənub-şərq bölgəsində mərkəzləşdirilmişdir. Habsburq ailəsi 1282-ci ildə Vyanada hakimiyyəti ələ aldı və 1453-cü ildə Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmi olaraq tanındı və hersoq elan edildi. XV əsrdən etibarən isə bir nəfər istisna olmaqla geridə qalan bütün Müqəddəs Roma imperatorları Avstriya hersoqu idi. 1526-cı ildə Bohemiya və Macarıstan torpaqlarının itirilməsiylə Avstriya hersoqluğu Avropada Müqəddəs Roma imperiyasının mərkəzinə çevrildi. == Mənbə == Heinz-Dieter Heimann, Die Habsburger. Dynastie und Kaiserreiche. 2010. pp. 38–45.
Avstriyalı Anna (hersoqina)
{ Avstriyalı Anna (d. 7 iyul 1528 — ö. 16 oktyabr 1590) — Bavariya hersoqinası. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci qızıdır. 1546-cı ildə Bavariya hersoqu V Albertlə evləndirildi. == Mənbə == Sutter Fichtner, Paula (April 1976). "Dynastic Marriage in Sixteenth-Century Habsburg Diplomacy and Statecraft: An Interdisciplinary Approach". The American Historical Review. Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage.
Avstriyalı Barbara (hersoqina)
Avstriyalı Barbara (ing. Archduchess Barbara of Austria) (30 aprel 1539, İnsbruk – 19 sentyabr 1572 və ya 1597, Ferrara) — Ferrara hersoqu Alfonso d'Estin xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Tasso, Torquato (1824). "Opere di Torquato Tasso" (in Italian). Milan: Societa tipografica de classici italiani. pp. 526, 546 Duchhardt H. (2007). Jahrbuch für Europäische Geschichte (in German). Vol.
Avstriyalı Elyanora (hersoqina)
Avstriyalı Elyanora (ing. Archduchess Eleanor of Austria) (2 noyabr 1534, Vyana – 5 avqust 1594, Mantova[d], Mantova əyaləti) — Mantuya hersoqu Quqlielmo Qonzaqanın xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Avstriyalı Mariya (hersoqina)
Avstriyalı Mariya (ing. Archduchess Maria of Austria) (15 may 1531, Praqa, Bohemiya tacı torpaqları[d] – 11 dekabr 1581) — Yulix-Klevez-Berq hersoqu Uilyamın ikinci xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen. p.
Avstriyalı Mariya Anna (hersoqina)
Avstriyalı Mariya Anna (alm. Maria Anna von Österreich‎) (13 yanvar 1610, Qras – 25 sentyabr 1665 və ya 28 sentyabr 1665, Münxen, Bavariya kürfürstlüyü) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru II Ferdinandın və xanımı Bavariya Anna Mariyanın qızıdır. 1635-ci ildə Bavariya kürfürstü olan dayısı I Maksimilyanla evləndirildi. Ərinin vəfatından sonra kürfürst seçilən 15 yaşlı oğlu Ferdinandın adına 3 il bölgəni idarə etdi. == Mənbə == Friedrich Anton Wilhelm Schreiber: Maximilian I. der Katholische, Kurfürst von Bayern und der dreißigjährige Krieg, Fleischmann, 1868, p. 707 C. Arnold: Grundriß der bayerischen Geschichte, Jaquet, 1853, p. 99 Roswitha von Bary: Henriette Adelaide. Kurfürstin von Bayern. Unveränderter Nachdruck der Original-Ausgabe München 1980.
Avstriyalı Yuanna (hersoqina)
Avstriyalı Yuanna (ing. Archduchess Joanna of Austria) (alm. Johanna von Österreich‎) (24 yanvar 1547, Praqa, Bohemiya tacı torpaqları[d] – 11 aprel 1578, Florensiya) — Böyük Toskana hersoqu Françesko Mediçinin ilk xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen.
Azərbaycan-Bosniya və Herseqovina futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 1. iyun 2008 Zenitsa YO Bosniya və Herseqovina – Azərbaycan 1:0 === U-21 === 3. iyun 2016 Sloveniya YO Bosniya və Herseqovina – Azərbaycan 0:0 19. noyabr 2018 Zenitsa YO Bosniya və Herseqovina – Azərbaycan 2:0 === U-19 === 12. oktyabr 2013 Landskruna, İsveç AÇSO Bosniya və Herseqovina — Azərbaycan 0:0 28. oktyabr 2014 Eysden, Belçika AÇİM Bosniya və Herseqovina — Azərbaycan 1–1 pen. 4:3 15. noyabr 2015 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Bosniya və Herseqovina 1:0 4. oktyabr 2016 Vilnüs, Litva AÇSO Bosniya və Herseqovina – Azərbaycan 2:1 23. avqust 2022 Bosniya və Herseqovina YO Bosniya və Herseqovina – Azərbaycan 1:0 25.
Azərbaycan–Bosniya və Herseqovina futbol matçları
== Kişilər == === Əsas milli komanda === 1. iyun 2008 Zenitsa YO Bosniya və Herseqovina – Azərbaycan 1:0 === U-21 === 3. iyun 2016 Sloveniya YO Bosniya və Herseqovina – Azərbaycan 0:0 19. noyabr 2018 Zenitsa YO Bosniya və Herseqovina – Azərbaycan 2:0 === U-19 === 12. oktyabr 2013 Landskruna, İsveç AÇSO Bosniya və Herseqovina — Azərbaycan 0:0 28. oktyabr 2014 Eysden, Belçika AÇİM Bosniya və Herseqovina — Azərbaycan 1–1 pen. 4:3 15. noyabr 2015 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Bosniya və Herseqovina 1:0 4. oktyabr 2016 Vilnüs, Litva AÇSO Bosniya və Herseqovina – Azərbaycan 2:1 23. avqust 2022 Bosniya və Herseqovina YO Bosniya və Herseqovina – Azərbaycan 1:0 25.
Azərbaycan–Bosniya və Herseqovina münasibətləri
Azərbaycan–Bosniya və Herseqovina münasibətləri — Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin fevral ayının 9-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində "Azərbaycan—Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Mübariz Qurbanlı olmuşdur. 4 mart 2016-cı il tarixindən Çingiz Qənizadə işçi qrupunun rəhbəridir.
Bavariya-Landsxut hersoqluğu
Bavariya-Landsxut hersoqluğu (alm. Teilherzogtum Bayern-Landshut‎) — 1353–1503-cü illərdə Müqəddəs Roma İmperiyasında mövcud olmuş dövlət. == Tarixi == Hersoqluq bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümündən sonra yaradılmışdı. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən 1447-ci ildə bütün Bavariya-İnqolştadt hersoqluğu Bavariya-Landsxut ilə birləşdirildi. Bavariya-Landsxut o zamanlar Rattenberq və Kitzbüeldəki mədənlərinə görə Bavariyanın ən varlı hissəsi idi və ən müasir idarəetmə üsuluna sahib idi.
Bavariya-Münhen hersoqluğu
Bavariya-Münhen (alm. Bayern-München‎) 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi. == Tarixi == Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.
Bavariya-İnqolştadt hersoqluğu
Bavariya-İnqolştadt hersoqluğu (alm. Bayern-Ingolstadt‎) və ya Yuxarı Bavariya-İnqolştadt (alm. Oberbayern-Ingolstadt‎) 1392–1447-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkibində olan bir dövlət idi. == Tarixi == Hersoqluğun yaradılmasının kökləri bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümünəcən uzanır. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. Bavariya-İnqolştadtın ilk hersoqu II Stefanın oğlu III Stefan olmuşdur.
Bosniya və Herseqovina bayrağı
Bosniya və Herseqovina bayrağı (bosn. zastava Bosne i Hercegovine) hərəkətli tərəfində geniş, mavi rəngli şaquli bir lent və lentin üst hissəsində yerləşən sarı düzbucaqlı üçbucaqdan ibarətdir. Bayrağın qalan hissəsi üçbucağın hipotenuzu boyunca yeddi tam beşbucaqlı ağ ulduz və yuxarıda və aşağıda iki yarım ulduzlu mavi rəngdədir. Üçbucağın üç təpə nöqtəsi Bosniya və Herseqovinanın üç əsas etnik qrupunu (və ya "yaradıcı xalqları"): Boşnaklar, xorvatlar və serbləri təmsil edir. Üçbucaq Bosniya və Herseqovina ərazisinin təxmini formasını təmsil edir. Avropanı təmsil edən ulduzların sayının sonsuz olması nəzərdə tutulur və beləliklə yuxarıdan aşağıya doğru davam edirlər. Bayraqda neytrallıq və barışıq ilə əlaqəli rənglər — ağ, mavi və sarı iştirak etmişdir. Bunlar həmçinin ənənəvi olaraq Bosniya mədəniyyəti və tarixi ilə əlaqəli rənglərdir. Mavi fon isə Avropa bayrağının təsiridir. Bosniyanın milli bayrağı Bosniya və Herseqovinanın təsis qurumlarından olan Bosniya və Herseqovina Federasiyası regional bayrağı kimi də istifadə olunur.
Bosniya və Herseqovina coğrafiyası
Bosniya və Herseqovina Avropanın cənub-şərqində yerləşir. Ölkənin sahəsi 51,1 min km²-dir. Şimal, cənub və qərb hissəsində Xorvatiya (932 км), şərqində Serbiya (357км), cənub-şərqində isə Monteneqro (249 км) ilə sərhədə malikdir. Sərhədlərinin ümumi uzunluğu 1459 km-dir. Sahəsinə görə dünya ölkələri arasıında 128-ci yerdədir. Ərazisinin 99,8% quru, 0,2% su sahəsidir. Bosniya-Herseqovinanın şimal ərazisi istisna olaraq Dinar öndağlığı daxilində yerləşir. Ərazisi bir-birinə paralel şəkildə şimal-qərbdən cənub-qərbə uzanır. Bu silsilələr arasında ölkənin iri şəhər və qəsəbələri yerləşir. Silsilələrin hündürlüyü mərkəzdən Xorvatiya sərhədinə doğru artır.
Bosniya və Herseqovina dinarı
Bosniya və Herseqovina dinarı (Bosniya dinarı) (bosn. Bosanskohercegovački dinar) — Bosniya və Herseqovina Respublikasında 1992—1998-ci illərdə istiadə edilən pul vahidi. == Tarixi == 1 iyul 1992-ci ildə Bosniya Və Herseqovina Xalq bankı özünün milli valyutası olan dinarı dövrüyəyə buraxır. Dövrüyəyə buraxılan 10, 25, 50, 100, 500 və 1000 dinar nominallarla yanaşı Yuqoslaviya dinarıda istifadə edilirdi. 10 noyabr 1992-ci ildə 10 dinar banknotları istifadəyə verilir. 15 avqust 1994-cü ildə denominasiya (10 000:1) gerçəkləşdirilir. Bosniya dinarı Bosniya və Herseqovina Respublikasının yeganə pul vahidi elan edilir. İkinci buraxılış banknotlar istifadəyə verilir (10, 20, 50, 100 və 500 dinar). Alman markasına uyğun məzənnə müəyyən edilir: 100 dinar = 1 marka. Dinar faktiki olaraq bosniya-müsəlmanlarının nəzarət etdiyi ərazilərdə istifadə edilir.
Bosniya və Herseqovina incəsənəti
Bosniya və Herseqovinanın incəsənəti dedikdə - Bosniya və Herseqovinanın əyalətində tarixdən əvvəlki dövrlərdən bu günə qədər yaşayan xalqların ( Boşnaklar, Serblər və Xorvatlar) incəsənəti nəzərdə tutulur. == Qədim miras == === Ümumi məlumat === İndiki Bosniya və Herseqovinanın hüdudlarında bir çox mədəni təbəqə yaranmışdır. Onların görünüşü və itməsi müxtəlif xalqların ölkə ərazisinə köçü ilə əlaqədardır.
Bosniya və Herseqovina kondominiumu
Bosniya və Herseqovina kondominiumu — 1878—1908-ci illərdə Avstriya-Macarıstan və Osmanlı İmperiyası (faktiki olaraq Avstriya-Macarıstanın inzibati tabeliyində idi) tərəfindən formal olaraq idarə olunan ərazi. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya olunmuşdur; 1919-cu ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının tərkibinə daxil oldu. Rusiya-Osmanlı müharibəsinin nəticəsində 1878-ci ildə imzalanan Berlin müqaviləsinin şərtlərinə əsasən Bosniya əyaləti Avstriya-Macarıstan qoşunu tərəfindən işğal olundu, lakin rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsi kimi qalırdı (bax: kondominium). İşğal illəri ərzində Avstriya-Macarıstan hakimiyyəti vilayəti imperiyanın iqtisadi və siyasi strukturuna daxil etmək və orada bir sıra əhəmiyyətli iqtisadi və mədəni dəyişikliklər keçirməyə nail oldu. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya oldu və ölkənin tərkibinə daxil edildi. == Tarixi == === İşğalı === 1877-1878-ci illərdə baş verən Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra Böyük güclər Berlin Konqresini təşkil etdilər, orada Bosniya vilayətinin Avstriya-Macarıstanın nəzarəti altına verilməsi qərara alındı. Ərazi Avstriya-Macar qüvvələri tərəfindən tutulmuşdur. Avstriya-Macarıstan həmçinin Sancak bölgəsinə də qoşunlarını yeritmişdir. Bosniyanın işğalı üçün Avstriya-Macarıstan komandanlığı 6-cı, 7-ci, 20-ci və 28-ci piyada diviziyaları, cəmi 82 113 əsgər və zabit, 13 313 at və 112 silah istifadə etmişdir. Qoşunların komandanlığını general Yozef Filipoviç həyata keçirirdi.
Bosniya və Herseqovina kondominiumu bayrağı
Bosniya və Herseqovina bayrağı (bosn. zastava Bosne i Hercegovine) hərəkətli tərəfində geniş, mavi rəngli şaquli bir lent və lentin üst hissəsində yerləşən sarı düzbucaqlı üçbucaqdan ibarətdir. Bayrağın qalan hissəsi üçbucağın hipotenuzu boyunca yeddi tam beşbucaqlı ağ ulduz və yuxarıda və aşağıda iki yarım ulduzlu mavi rəngdədir. Üçbucağın üç təpə nöqtəsi Bosniya və Herseqovinanın üç əsas etnik qrupunu (və ya "yaradıcı xalqları"): Boşnaklar, xorvatlar və serbləri təmsil edir. Üçbucaq Bosniya və Herseqovina ərazisinin təxmini formasını təmsil edir. Avropanı təmsil edən ulduzların sayının sonsuz olması nəzərdə tutulur və beləliklə yuxarıdan aşağıya doğru davam edirlər. Bayraqda neytrallıq və barışıq ilə əlaqəli rənglər — ağ, mavi və sarı iştirak etmişdir. Bunlar həmçinin ənənəvi olaraq Bosniya mədəniyyəti və tarixi ilə əlaqəli rənglərdir. Mavi fon isə Avropa bayrağının təsiridir. Bosniyanın milli bayrağı Bosniya və Herseqovinanın təsis qurumlarından olan Bosniya və Herseqovina Federasiyası regional bayrağı kimi də istifadə olunur.
Bosniya və Herseqovina konvertasiya olunan markası
Bosniya və Herseqovina markı (Bosniyaca, Xorvatca and Serbcə: konvertibilna marka, Kiril: конвертибилна марка) — Bosniya və Herseqovinanın valyutasıdır. Valyuta 100 feninqə bölünür. Valyutanın abreviaturası KM (latınca) və ya КМ-dir (kirilcə). 200 mark əsginas yalnız bir variantda hazırlanır və bütövlüklə Bosniya və Herseqovina üçün unikaldır. 50 feninqs əsginas 31 mart 2013-cü ildə, 1 mark əsginas 31 mart 2009-cu ildə, 5 mark əsginas isə 31 mart 2010-cu ildə dövriyyədən çıxarılıb. == Tarixi və etimologiyası == Valyuta 1995-ci ildə Deyton sazişi ilə yaradılıb və 1998-ci ildə Bosniya və Herseqovina valyutası kimi Serbiya Respublikası dinarı Xorvat kunasını və Bosniya və Herseqovina dinarını əvəz edib. Valyutanın adı alman dilində olan Mark və Pfeninq sözlərindən gəlir. == Sikkələr == 1998-ci ilin dekabrında 10, 20 və 50 nominalında sikkələr təqdim olunub. Sonralar isə 1,2 və 5 maraka sikkələr təqdim olunub. Sikkələr Bosniyalı dizayner Kənan Zekic tərəfindən tərtib olunub və Llantrisantda Kral sikkəxanasında zərb olunub.
Bosniya və Herseqovina markı
Bosniya və Herseqovina markı (Bosniyaca, Xorvatca and Serbcə: konvertibilna marka, Kiril: конвертибилна марка) — Bosniya və Herseqovinanın valyutasıdır. Valyuta 100 feninqə bölünür. Valyutanın abreviaturası KM (latınca) və ya КМ-dir (kirilcə). 200 mark əsginas yalnız bir variantda hazırlanır və bütövlüklə Bosniya və Herseqovina üçün unikaldır. 50 feninqs əsginas 31 mart 2013-cü ildə, 1 mark əsginas 31 mart 2009-cu ildə, 5 mark əsginas isə 31 mart 2010-cu ildə dövriyyədən çıxarılıb. == Tarixi və etimologiyası == Valyuta 1995-ci ildə Deyton sazişi ilə yaradılıb və 1998-ci ildə Bosniya və Herseqovina valyutası kimi Serbiya Respublikası dinarı Xorvat kunasını və Bosniya və Herseqovina dinarını əvəz edib. Valyutanın adı alman dilində olan Mark və Pfeninq sözlərindən gəlir. == Sikkələr == 1998-ci ilin dekabrında 10, 20 və 50 nominalında sikkələr təqdim olunub. Sonralar isə 1,2 və 5 maraka sikkələr təqdim olunub. Sikkələr Bosniyalı dizayner Kənan Zekic tərəfindən tərtib olunub və Llantrisantda Kral sikkəxanasında zərb olunub.

Значение слова в других словарях