hibrid sistem

ру гибридная система en hybrid system de Hybridsystem fr système hybride es sistema híbrido it sistema ibrido
hibrid kollektor
hidravlik müqavimət
OBASTAN VİKİ
Sistem
Sistem (yun. σύστημα, "təşkil edilmiş") — vahidliyə doğru çox sayda bir-biri ilə bağlı obyekt və resursların birliyi. Bu birlik digər birliklərə qarşı da yönəlmiş ola bilir. Sistem mühitin daxilində obyekt və subyektlərin müəyyən zamana və müəyyən məqsədə doğru nisbi müstəqil birliyidir. Sistem — təşkil edilmiş, vahid olan, daxilində fərdilik qorunub saxlanan və bir–biri ilə sıx bağlı olan obyektlər birliyidir. Sistematika Termodinamika Fəlsəfə Alexander Backlund (2000). "The definition of system". In: Kybernetes Vol. 29 nr. 4, pp.
Hibrid (biologiya)
Mələz olaraq da bilinən hibrid, iki fərqli heyvanın və ya bitkinin birləşməsindən yaranan yeni növdür. Fərqli növlər arasında aparılan hibridlər nəsil verməz, qısır heyvanlardır. Eyni növlərin müxtəlif cinsləri arasındakı hibrirləşmə zamanı, məhsuldarlıq davam etsə də, bəzi nəsillər valideynlərinin deyil, uzaq atalarının genetik xüsusiyyətlərində görünə bilər. Eyni cinsin iki növün arasında yaranan bir hibrid üçün (x) işarəsi növlərin ortasında göstərilir. Məsələn Picea x lutzii : Picea glauca × Picea sitchensis adlı iki növün təbii hibrididir. (×) işarəsi cins adından qabaq yer alırsa, iki ayrı cinsin növləri arasındakı hibridliyi ifadə edir. Məsələn: × Cupressocyparis leylandii hibridi: Cupressus macrocarpa × Chamaecyparis nootkatensis adlı iki cinsin növləri arasında formalaşmışdır.
Hibrid abutilon
Vətəni Cənubi Amerikadır. Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir. Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir.
Hibrid avtomobil
Hibrid (mələz) avtomobillərin məqsədi benzin sərfiyyatını azaltmaqdır. Buna nail olmaq üçün onlar tıxaclar zamanı və aşağı sürətlərdə hərəkət zamanı benzin mühərriki əvəzinə elektrik mühərrikindən istifadə edərək atmosferə buraxılan tullantıların qismən sıfır olmasını təmin edirlər. Elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. Ona görə də bu avtomobillərin elektrik enerjisinə qoşularaq enerji ilə doldurulmasına ehtiyac yoxdur. Tələb olunan zaman benzin, tələb olunduğu zaman elektrik mühərriki ilə idarə oluna bilən ilk avtomobili Ferdinand Porsche 27 yaşında olarkən hazırlanmışdır. 1902-ci ildə “Mixte-Wagen” (“Qarışıq maşın”) adlandırdığı avtomobilini təqdim etmişdir. Vyanalı fayton istehsalçısı olan Ludwig Lohner ilə işləyən Porsche, 4 silindrli Daimler mühərrikinə akkumulyatorlar, generator və elektrik mühərrikləri əlavə etmişdir. Bu vəziyyəti ilə Mixte, benzin mühərriki dayandırıldığı zaman, batareyalarla işləyən elektrik mühərriki ilə irəliləməyə davam edə bilirdi. Təxminən 10 ildən sonra hibrid avtomobillərin benzinlə işləyən avtomobilləri əvəz edəcəyi düşünülür. Toyotanın Toyota Prius modeli, Hondanın Honda Insight ilə başlayan və bu gün Honda Civic Hybrid ilə davam edən seriyası hibrid avtomobillərə misal ola bilər.
Hibrid kompüter
Hibrid kompüter (ing. hybrid computer) həm rəqəmsal, həm də analoq sxemləri olan kompüter. Rəqəmsal sxemlər ikilik ədədlərin sıfırlarını və birlərini "qoşmaq-ayırmaq" tipli diskret siqnallar şəklində göstərir; onlar praktiki olaraq bütün kompüterlərdə, o cümlədən fərdi kompüterlərə tətbiq olunur. Analoq sxemlər kəsilməz dəyişən fiziki kəmiyyətlərin (məsələn, gərginlik və cərəyan şiddətinin) qiymətlərini göstərmək üçün istifadə olunur; onlara texniki quraşdırma və başqa sahələrdə (çox zaman, sənayedə) tətbiq olunan bəzi xüsusi kompüterlərdə rast gəlmək olar. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hibrid müharibəsi
Hibrid müharibəsi (ing. hybrid warfare) - təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər. Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır. XX əsrin sonu - XXI əsrin əvvəllərindəki hibrid müharibələrinin klassik nümunəsi kimi Əfqanıstandakı müharibələr (SSRİ-nin Əfqanıstan müharibəsinin başlanğıc dövründəki hərəkətləri (1979-1989), həmçinin ABŞ, Pakistan, Çin və digər dövlətlərin mücahidlərə dəstək verməsi və Talibana qarşı silahlı mübarizə zamanı etdiyi hərəkətlər) göstərilir. Hibrid müharibəsindən əvvəl asimmetrik müharibə ola bilər. Üsyançıların döyüş bacarıqları böyüdükcə asimmetrik müharibə hibrid müharibəyə çevrilə bilər. Belə ki, N. Popesku hesab edir ki, 2000-ci ildə "Hizbullah"ın İsrail ordusuna qarşı hərəkətləri artıq hibrid müharibəsinin bir variantı idi. Hibrid müharibənin müntəzəm ("simmetrik") döyüş əməliyyatlarını asimmetrik müharibələrin elementləri ilə birləşdirən müharibə kimi başqa bir tərifi də var. Məsələn, C.Mak Kuin hibrid müharibəni "simmetrik və asimmetrik müharibələrin birləşməsi" olaraq izah edir.
Hibrid nüvə
Hibrid-nüvə (ing. Hybrid kernel) — modifikasiya olunmuş mikro-nüvələr (kompyuterin əməliyyat sisteminin əsas minimal funksiyalarının toplusu) əməliyyatın sürətləndirilməsi üçün nüvənin sahəsində “nəzərə çarpılmayacaq” hissəsini işlətmək üçün imkan yaradır. Nəzərdən keçirilmiş bütün əməliyyat sistemlərinin hazırlanması yanaşmalarının öz üstün və əskik cəhətləri var. Bir çox halda müasir ƏS-ləri bu yanaşmaların ayrı-ayrı kombinasiyalarından istifadə edir. Misal üçün, hal-hazırda, "Linux"un nüvəsi monolit sistem olmaqla ayrı-ayrı nüvə modullarından ibarətdir. Nüvənin kompilyasiyası zamanı bir çox modul adlandırılan komponentilərinin dinamik yüklənməsi və dayandırılmasına icazə vermək olar. Modulun yüklənməsi zamanı onun kodu sistem səviyyəsində yüklənir və nüvənin digər hissələri ilə əlaqəyə keçir. Modulun daxilində nüvənin ixrac etdiyi istənilən funkaiyalarından istifadə etmək mümkündür. GNU ƏS-nin (Debian/GNU Hurd) bir neçə variantında monolit nüvə yerinə Mach nüvəsindən istifadə olunur ("Hurd"dakı kimi) və onun üzərində – istifadəçi məkanında "Linux"un istifadəsi zamanı nüvənin bir hissəsi ola biləcək prosseslər işləyir. Qarışıq yanaşmanın başqa bir nümunəsi də monolit nüvəli ƏS-nin mikro-nüvə vasitəsilə yüklənməsi olardı.
Hibrid tərə
Hibrid tərə (lat. Chenopodium hybridum) - tərələr cinsinə aid bitki növü.
Hibrid çatıotu
Vətəni Cənubi Amerikadır. Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir. Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir.
Hibrid öskürəkotu
Petasites hybridus (lat. Petasites hybridus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öskürəkotu cinsinə aid bitki növü.
Hibrid ötürmə
Hibrid ötürmə müxtəlf enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidiir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsini buna misal göstərmək olar. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya parallel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulurlar. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına bir başa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilirlər.
Hibrid Giriş Şəbəkələri
Hibrid Giriş Şəbəkələri — lent genişliyini yaxşılaşdırmaq üçün iki fərqli şəbəkə texnologiyasının birləşdirildiyi genişzolaqlı giriş şəbəkələri üçün xüsusi bir arxitekturaya malikdir. Bu cür Hibrid Giriş Şəbəkələri üçün ən geniş yayılmış motiv bir xDSL şəbəkəsini LTE kimi simsiz şəbəkə ilə əlaqələndirməkdir. Texnologiya ümumi və DOCSIS, WiMAX, 5G və ya peyk şəbəkələri kimi müxtəlif növ giriş şəbəkələrini birləşdirmək üçün tətbiq oluna bilər. Genişzolaqlı Forum bu cür şəbəkələrin yerləşdirilməsi üçün xüsusi bir quruluş təyin etmişdir. Bu cür hibrid giriş şəbəkələri üçün əsas məqsədlərindən biri, küçə kabineti ilə ev arasında uzun məsafələri qət edə bilməyən G. Fast və ya VDSL2 kimi daha sürətli xDSL texnologiyalarının tətbiq olunmasının həmişə sərfəli olmadığı kənd yerlərində daha sürətli internet xidmətləri təmin etməkdir. Avropada, xüsusən də bəzi hökumətlər, şəbəkə operatorlarında 2020-ci ilədək bütün sakinləri minimum 30 Mbps sürətlə İnternet xidmətləri ilə təchiz etməyi tələb edirlər. İkinci istifadə məqsədi, həm xDSL şəbəkəsinin, həm də simsiz şəbəkənin eyni zamanda uğursuz olacağı ehtimalını nəzərə alaraq, giriş bağlantısının etibarlılığını təmin etməkdir. Üçüncü məqsəd isə sürətli xidmət dönüşü adlanır. Müştəri dərhal hibrid şəbəkə girişini qura bilər və şəbəkə operatoru simli hissəni quraşdırarkən simsiz ayağını istifadə edə bilər. Hibrid Giriş Şəbəkələri yaratmaq üçün Geniş Zolaqlı Forum tərəfindən bəzi üsullar müəyyən edilmişdir.
Hibrid qiymətli kağızlar
Hibrid varlıqlar (folklorda)
Hibrid / dimorf/ polimorf varlıqlar — müxtəlif canlıların xüsusiyyətlərini görünüşlərində birləşdirən miflərin, nağılların, əfsanələrin personajlarıdır; antropomorf və zoomorf xüsusiyyətlərin birləşməsi halında onlara yarıinsan deyilir. Demək olar ki, bütün qədim və ənənəvi mədəniyyətlərdə məlumdur. Polimorf obrazlarda, insan fantaziyası, gerçək heyvanların əsas xüsusiyyətlərini birləşdirərək, müxtəlif dərəcədə məşhur olan bir çox uydurma canlılar yaradıb. Bu cür canlıların yaşayış yeri olaraq çox vaxt sivilizasiyanın sonundakı əlçatmaz ərazilər - səhralar, dağların zirvələri, meşələr, dənizlər və s., eləcə də bu xalqın demək olar heç bir əlaqəsinin olmadığı uzaq ölkələr göstərilirdi. Yarı insan-yarı heyvan şəkilləri əsasən ibtidai xalqların mədəniyyətində rast gəlinir. Mesopotamiyada çox sayda polimorf heyvanlar yaradılmışdır. Onları yaratmaq üçün əsasən aslanın başından və pəncələrindən, zəhərli ilanların başlarından və ya quyruqlarından, yırtıcı quşların müxtəlif atributlarından istifadə edirdilər. Mesopotamiya mifologiyasında aslanların yırtıcı quşlar, digər heyvanlar və insanlar olan hibridləri məlumdur: "Babil əjdahaları" Siruşi və ya Muxşuşi, insan başlı qanadlı öküzlər Karubu, qapıları qoruyan şedu (lammassu), savaş tanrısı Ninurta qanadlı aslan kimi təsvir olunur. İkiçayarasında, qanadlı kentavrların şəkilləri də var. İki və dörd ayaqda gəzən polimorf canlılar üçün termin bölgüsü var idi.
Dairəvi sistem
Dairəvi sistem — idman yarışlarında mübarizə sistemi. Bu sistemlə keçirilən yarışlarda hər bir iştirakçı, bir-bir turnirin digər iştirakçıları ilə qarşılaşır. İdmanın populyar növləri (futbol, voleybol, basketbol), xüsusilə, mülli çempionatlar, dünya, yaxud kontintent çempionatlarının seçmə mərhələləri bu sistemlə keçirilir.
Ekstrapiramid sistem
Ekstrapiramid sistem ( və ya ekstrapiramidal sistem ) - piramiddən kənar sistem olub , hərəki funksiyaların icrasında mühüm rol oynayır. Bu sistemin əsasında bazal qanqlionlar durur. Bazal qanglionların hərəki , kognitiv və davranış funksiyaları var.
Geosentrik sistem
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Heliosentrik sistem
Heliosentrik sistem — Yer və başqa planetlərin öz oxu ətrafında fırlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimidir. Təbiət elmlərinin inkişafında geniş rol oynamışdır. O dünyanın geosentrik sistemi təlimini ləğv etmişdir. Banisi polyak alimi Nikolay Kopernikdir. O, "Göy sferalarının fırlanması" (1543) əsərində Yerin hərəkətini riyazi əsaslandırmış, Yer və digər beş planetin (XVI əsrdə 6 planet məlum idi) Günəş ətrafında eyni zamanda dolandığını sübut etmişdir. Kopernik planetlərin yerləşmə ardıcıllığını təyin etmiş, Günəşdən nisbi məsafələri təxmini hesablamışdır. Təlimi Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirmişlər.
Hüquqi sistem
Hüquqi sistem — hüquq sisteminin (o cümlədən qanunvericilik sisteminin), hüquq mədəniyyətinin və hüquq-mühafizə orqanlarının ümumi əlaqəsi. Hüquq sistemini yalnız bir hissəsi olan hüququn sistemi ilə qarışdırmaq olmaz. Çox vaxt hüquq sistemi anlayışı müxtəlif dövlətlərin və xalqların hüququndakı tarixi, hüquqi və etno-mədəni fərqləri xarakterizə etmək üçün istifadə olunur. "Hüquq sistemi" kateqoriyasının elmi dövriyyəyə daxil edilməsi bir çox mübahisələrə səbəb oldu, hətta S.S.Alekseyev aydınlığı tam qorumaq üçün hüquqi reallığın bütün normativ və sub-normativ elementlərini əhatə etməyin hansı konsepsiyanın mümkün olması ilə maraqlandı. obyektiv qanunu ifadə edən elmi kateqoriyanın “qarışıqlığı pozulmaz” və belə nəticəyə gəldi ki, hüquq sistemi anlayışı onun rolunu oynaya bilər. Bununla belə, əks fikir də mövcuddur: bəzi tədqiqatçılar hesab edirlər ki, “hüquq sistemi” anlayışı elmi statusa malik olmadığından, şərti və qeyri-müəyyən olduğundan, hüquq nəzəriyyəsinin kateqorik aparatına daxil edilməməlidir. Məsələn, V.S.Nersesyantsın nöqteyi-nəzərindən, “hüquq sisteminin bütün hüququ (bütün hüquq hadisələri və kateqoriyalarını) əhatə edən bir növ yeni hüquq anlayışı kimi şərhi mahiyyətcə ümumi hüquq anlayışının bəzi kifayət qədər şərti ( və təsadüfi) "hüquq sistemi" ifadəsini işlədir və daha sonra əlavə edir ki, hüquq sistemi bütün hüquqi hadisələrin və anlayışların məcmusu kimi başa düşülməyə başladı, yəni əslində marksizmdə yuxarıda ucalan "hüquqi üst quruluş" adlanan hər şey “hüquqi əsasdır”. Geniş mənada hüquq sistemi cəmiyyətin hüquqi təşkilatıdır, “məmur (ictimai) hakimiyyətin ictimai münasibətlərə tənzimləyici, təşkiledici və sabitləşdirici təsir göstərdiyi daxili ardıcıl və bir-biri ilə əlaqəli sosial homogen hüquqi vasitələrin (hadisələrin) məcmusudur. davranış." Bu tərif J.Karbonyenin rəyi ilə sıx uyğunlaşır, ona görə hüquq sistemi “eyni zamanda eyni məkanda cəmiyyətdə mövcud olan müxtəlif hüquqi hadisələrin anbarı, mərkəzidir”. Dar mənada hüquq sistemi obyektiv hüquqa endirilərək “daxili razılaşma əsasında hissələrə (hüquq institutları və hüquq sahələrinə) bölünən hüquqi aktların və milli hüquq normalarının vahid vəhdəti kimi qəbul edilir.
Paketdə sistem
Paketdə sistem (SiP) tək bir çip daşıyıcısı paketinə daxil edilmiş bir sıra inteqral sxemlərdir. SiP elektron sistemin bütün funksiyalarını və ya çoxunu yerinə yetirir və adətən mobil telefonu, rəqəmsal musiqi player və s. istifadə olunur. İnteqrasiya edilmiş sxemlər olan dies (İnteqral sxem) bir yarımkeçirici plastiklər üzərində şaquli şəkildə yapışdırıla bilər. Daxildən bir birinə incə tellərlə bağlanırlar. Paketdə sistem systems-on-chip (SoC) sistemlərinə bənzəyir, lakin daha az möhkəm birləşdirilir və tək yarımkeçirici die olmur. SiP die, daha az sıx multi çip modullardan fərqli olaraq şaquli və ya üfüqi bir şəkildə yapışdırıla bilər. Çox sayda standart çip die yığcam bir yerə yığılması üçün bir çox fərqli 3 ölçülü qablaşdırma texnikası hazırlanmışdır. SiP, bir neçə çip ola bilər - məsələn, ixtisaslaşdırılmış prosessor, DRAM, flash yaddaş - passiv komponentlərlə birləşdirilmiş rezistorlar və kondansatorlar - hamısı eyni yarımkeçirici plastiklərdə quraşdırılmışdır. Bu o deməkdir ki, tam funksional bölmə çox çip paketdə inşa edilə bilər ki, işləməsi üçün bir neçə xarici komponent əlavə olunsun.
Sistem administratoru
Sistem administratoru (System administrator, администратор системы) - çoxistifadəçi hesablama sisteminin, rabitə sisteminin, yaxud onların hər ikisinin idarə olunması və istifadəsinə cavabdeh olan şəxs. Sistem inzibatçısı istifadəçilərə kimlik nömrələri (identifikatorlar) və parollar vermək, onların əlçatanlıq səviyyələrini qurmaq və yaddaş həcmini bölüşdürmək kimi səlahiyyətləri yerinə yetirir, eləcə də başqa məsələlərə, məsələn, sistemə icazəsiz qoşulmaların və virusların düşməsinin qarşısını almağa məsuliyyət daşıyır. İnformasiya sisteminin inzibatçısı ilə sistem inzibatçısı arasında fərq ondan ibarətdir ki, ikincisi şirkətlərə məxsus böyük sistemlərlə işləyir, birincisi isə, adətən, hətta bir ev çərçivəsində kiçik sistemi idarə edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 833s.
Sistem biologiyası
Sistem biologiyası — biologiya ilə kompleks sistem nəzəriyyəsinin qovuşduğu yerdə yaradılan, canlı sistemlərdəki mürəkkəb qarşılıqlı təsirlərin öyrənilməsinə yönəlmiş bir fənlərarası elmi istiqamət. Bu termin ilk dəfə 1993-cü ildə W. Zieglgänsberger və TR Tölle tərəfindən hazırlanmış bir məqalədə istifadə edilmişdir . "Sistem biologiyası" termini 2000-ci ildən sonra geniş yayılmışdır. Keçən əsrlərdə biologiya üçün ənənəvi olan reduksionizm əvəzinə XXI əsrin biologiyasında nəticələrin şərhinə yeni bir yanaşma formalaşdırır və belə bir yeni yanaşma hal-hazırda holizm və inteqralizm (ing. integrationism) terminləri ilə ifadə olunur. Sistem biologiyasında əsas diqqət ortaya çıxan xüsusiyyətlərə, yəni bioloji sistemlərin yalnız tərkib hissələrinin xüsusiyyətləri ilə izah edilə bilməyən xüsusiyyətlərinə verilir. Sistem səviyyəsində (ing. insight) biologiyanı anlamaq həm fərdi hüceyrənin, həm də bütövlükdə orqanizmin quruluşunu, dinamikasını və funksiyalarını daha yaxşı başa düşməyə imkan verir, hüceyrənin və ya orqanizmin hissələri ayrı-ayrılıqda nəzərdən keçirildikdən daha çox. Sistem biologiyası riyazi biologiya ilə yaxından əlaqəlidir. Sistem biologiyası aşağıdakı kimi başa düşülə bilər: Bioloji sistemlərin tərkib hissələri arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsinə və bu qarşılıqlı təsirlər nəticəsində funksiyaların meydana gəlməsi mexanizmlərinin və sistem xüsusiyyətlərinin araşdırılmasına yönəlmiş bir tədqiqat sahəsi (məsələn, metabolik sistemlərdə metabolitlər və fermentlərin qarşılıqlı təsiri).
Sistem inteqratoru
Sistem inteqratoru (ing. Systems integrator) — ayrı-ayrı alt sistemləri vahid bütövlükdə birləşdirmək üzrə ixtisaslaşan şəxs və ya komanda və podratçı şirkətdir. Onlar həmçinin avtomatlaşdırma problemlərini həll edirlər. Həmin bu konsepsiya informasiya texnologiyaları sənayesində, müdafiə sənayesində, kütləvi kommunikasiyalarda istifadə olunur. Həmçinin korporativ sistemlərin inteqrasiyasında, biznes proseslərinin idarə edilməsində və fərdi proqramçıların işinin bir hissəsi kimi istifadə olunur. Gartner lüğətinə görə, sistem inteqratorunun işi fərqli təchizatçılar tərəfindən təchiz edilmiş sistemləri nizama salmaqdır. Xüsusilə, şirkətlər - sistem inteqratorları bu sadaladıqlarımla məşğul olurlar: planlaşdırma, əlaqələndirmə, həyata keçirmə, tərtibat, sınaqdan keçirmə, təkmilləşdirmə, informasiya sistemlərinin saxlanması. Spencer Smith və John Moore qeyd edir ki, sistem inteqratorları və əlavə dəyər satıcıları (Value Added Reseller) eyni olan kateqoriyalardır. Bu ikisinin arasındakı fərq odur ki, sistem inteqratorları iri korporasiyalarla (böyük İT sistemləri) və kiçik və orta biznesə əlavə dəyər verən satıcılarla (kiçik İT sistemləri) işləməyə yönəlmişdir. Verilənlərin elektron mübadiləsi "Definition of SI (System Integrator)".
Çoxagentli sistem
Çoxagentli sistem (МАС, ing. Multi-agent system) — bir neçə qarşılıqlı təsirli ağıllı agentlərin yaratdığı bir sistemdir. Çətin və ya qeyri-mümkün olan problemləri tək bir agent və ya monolit sistemlə həll etmək üçün çox agent sistemlərdən istifadə edilə bilər. Bu cür işlərə nümunə olaraq onlayn ticarət , təcili reaksiya və sosial strukturların modelləşdirilməsidir. Çox agent sistemində agentlər bir neçə vacib xüsusiyyətə malikdirlər: Muxtariyyət: agentlər, ən azı qismən müstəqildir Məhdud təmsil: agentlərin heç birinin bütün sistem haqqında bir təsəvvürü yoxdur və ya sistemin agent üçün praktik olaraq istifadə edilməsi üçün bilikləri üçün çox mürəkkəb deyil. Mərkəzdən kənarlaşdırma: bütün sistemi idarə edən agentlər yoxdur Tipik olaraq, çox agent sistemlər proqram agentlərini yoxlayır. Bununla birlikdə robotlar, insanlar və ya insanların komandaları da çox agent sistemin tərkib hissəsi ola bilər. Ayrıca, çox agent sistemlərdə qarışıq komandalar ola bilər. Çox agent sistemlərdə, hər bir agentin davranış strategiyası olduqca sadə olsa da, özünü təşkili və mürəkkəb davranış meydana gələ bilər. Bu sözdə ocaq zəkasının əsasını təşkil edir.
İkipartiyalı sistem
İkipartiyalı sistem - bir sıra ölkələrdə geniş yayılmış siyasi sistem. Bu zaman iki aparıcı partiya hakimiyyət uğrunda mübarizə aparır; məs.: ABŞ-də Respublikaçılar və Demokratlar partiyaları, Böyük Britaniyada Mühafizəkarlar və Leyboristlər partiyaları.