Qleyli-sarı torpaqlar
Qleyli-sarı torpaqlar — Lənkəran zonasında atmosfer və qrunt sularının yüksək rütubətləndirici sahələrində formalaşmış torpaq tipi. Yaz-payız mövsümlərində qrunt sularının dərinliyi 1 m-dəm çox olmur. Yay aylarında isə bu səviyyə 2,-2,5 m-lə əvəz olunur.
Bu torpaqlar relyefin aşağı terraslarında və depressiya sahələrində əsasən dellüvial, allüvial-prolüvial çay və yarğan-bataqlıq çöküntüləri yayılmışdır. Bu çöküntülərin tərkibi mürəkkəb olmaqla çox vaxt laylı quruluşa malik olur.
Morfoloji təsvirdən göründüyü kimi ağır mexaniki tərkibə malik olub, podzollaşma və qleyləşmə profil boyu özünü göstərir. Bu, əsasən relyefdən daha çox asılıdır. çökək ərazilərdə qrunt sularının təsiri daha böyükdür. A1 horizontu boz, kəsəkvari-dənəvari, ot və ağac kökləri, qırmızı rəng seçilir, mexaniki tərkibi gillicəli, qalınlığı 0–11 sm; A2 horizontu daha çox açıq-boz, sıx köklər, qozvari-dənəvari, nisbətən yumşaq/, mexaniki tərkibi ağır gillicəli, qalınlığı 11–32 sm; B1 horizontu sarı-qonur, güclü gilləşmə, şaquli çatlar, gilli, qalınlığı 32–46 sm; C1 daha tünd, qonur-qəhvəyi, gilli, rütubətli. Qalınlığı 85–97 sm; C2 horizontu sarı, rütubətli, karbonat yoxdur.