HİDROSFER

/ yun: hydor-su, sphaira-kürə/ atmosfer ilə litosfer arasında yerləşən, Yerin fasiləli su təbəqəsi. Okean, dəniz və qurunun səth sularının məcmusunu təmsil edir. H. yer səthinin 70,8%-i örtür. H. həcminin 94%-i okean və dənizlər, 4%-i yeraltı sular, təxminən 2%-i buz və qar (əsasən Antarktida, Arktika və Qrenlandiya), 0,4%-i səth suları təşkil edir. гидросфера hydrosphere
HİDROLAKKOLİTLƏR
HİPERGEN YATAQLAR
OBASTAN VİKİ
Hidrosfer
Hidrosfer (q.yun. Yδωρ — su və σφαῖρα — sfera-kürə, təbəqə) – Yerin su təbəqəsi. Bura okean və dənizlər, qurudakı su obyektləri olan buzlaqlar, yeraltı sular, çaylar və göllər daxildir. Su yerdə ən çox yayılmış mineraldır. Su ilə zənginlik Yerin kosmik xüsusiyyətidir. A.P.Vinoqradova görə Yer böyüyərək təqribən müasir kütləsinə çatdıqda qızmağa başlamış, mantiyadan maddələr əriyərək uçucu, tezəriyən və çətinəriyən komponentlərə ayrılmışdır. Çətin əriyən komponentlər mantiyada qalmış, tezəriyənlər bazalt şəklində Yer qabığını əmələ gətirmişdir. Uçucu komponentlərlə su buxarı da Yer səthinə qalxmışdır. Yer səthi tədricən soyuduqca su buxarından su təbəqəsi — hidrosfer formalaşmışdır. İlk vaxtlar mantiydan ayrılan maddənin 92%-ni bazalt və 8%-ni su kütləsi təşkil etmişdir.
Hidrosfera

Digər lüğətlərdə