HİKKƏ

is.
1. Təşəxxüs, lovğalıq, iddia, mənəm-mənəmlik; tərslik. Hikkəsindən əl çəkməmək.
– Qartal qıyıltısı dumanı dəlir; İnsan hikkəsinin sahili yoxdur. M.Araz.
Dəyişmirsən fikrini; Lap bu dünya dağıla; Öz hikkəndə qalmısan; Sən boğula-boğula. B.Vahabzadə.

2. Acıq, hirs.
Aslan isə barıt kimi açılır, bəzən qəhərlənir və hikkəsindən ağlayırdı. S.Rəhimov.
[Zərnigar xanım] önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğulaboğula: – Gördünmü, ay bala, – dedi, – atan mənim başıma nə oyun açdı? İ.Şıxlı.

Синонимы

  • HİKKƏ qəzəb — qeyz — hirs — kin — hiddət
  • HİKKƏ hikkə bax 1. lovğalıq, iddia; 2. hiddət, acıq
HİFZÜSSƏHHƏ
HİKKƏLİ

Значение слова в других словарях