HƏLL

1
I
сущ. решение:
1. разрешение, выполнение, осуществление чего-л. после размышления, обдумывания. Məsələnin həlli решение вопроса, problemin həlli решение проблемы, yarımçıq həlli nəyin половинчатое решение чего
2. способ воплощения чего-л. Pyesin səhnə həlli сценическое решение пьесы
3. нахождение искомого ответа к задаче, кроссворду и т.п. , а также ответ к ним. Məsələnin cəbri həlli алгебраическое решение задачи, misalın həlli решение примера, tənliyin həlli решение уравнения, orijinal mühəndis həlli оригинальное инженерное решение
4. принятие постановления, вынесение заключения в результате обсуждения и т.п. İşin məhkəmə tərəfindən iddiaçının xeyrinə həlli решение дела судом в пользу истца
5. определение. Kiminsə taleyinin həllində iştirak etmək участвовать в решении чьей-л. судьбы (участи); həll etmək решать, решить:
1. после размышления, обдумывания прийти к необходимости каких-л. действий. Səfər məsələsini həll etmək решить вопрос с отъездом (об отъезде)
2. в результате обсуждения вынести, принять постановление. Nazirlikdə tikinti məsələsini həll etdilər в министерстве решили вопрос о строительстве
3. уладить, урегулировать. Münaqişəni sülh yolu ilə həll etmək решить конфликт мирным путем
4. найти требуемый ответ, искомое. Tənliyi həll etmək решить уравнение
5. найти способ осуществления чего-л. Çox mürəkkəb texniki məsələləri həll etmək решить труднейшие технические задачи (вопросы)
6. стать определяющим моментом в чем-л. Bu görüş gəncin taleyini həll etdi эта встреча решила судьбу юноши; həll olunmaq решаться, быть решенным. Məsələ həll olundu задача решена, mənzil məsələsi həll olundu квартирный вопрос решен
◊ bu gün mənim taleyim həll olunur сегодня решается моя судьба
2
сущ. растворение. Duzun suda həlli растворение соли в воде, həll olan растворимый; həll etmək растворять, растворить; həll olmaq растворяться, раствориться
HƏLQƏVİ
HƏLLAC
OBASTAN VİKİ
Son həll
Son həll (alm. Endlösung‎) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage‎) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır. Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş, alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır. Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin Fələstin və Sibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı. 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi. == Arxa plan == "Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır. Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər.
Yəhudi məsələsində son həll

Çex məsələsində son həll
Çex məsələsində son həll (alm. Endlösung der tschechischen Frage‎) — Nasist Almaniyasının Bohemiya və Moraviya protektoratını tamamilə almanlaşdırmaq haqqında planı. Almaniya sosioloqu və antropoloqu Karl Valentin Müller Çexiya xalqının böyük bir hissəsinin ari irqinə mənsub olduğunu və almanlaşdırıla biləcəyini iddia etmişdi. Bu, Almaniyanın yəhudi məsələsinin son həlli ilə tamamilə ziddiyyət təşkil edirdi. Bununla belə, Müller iddia edirdi ki, almanlaşma məcburiyyət olmadan həyata keçirilməlidir və bunun əvəzinə sosial həvəsləndirmə sistemini təklif etmişdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Mikš, Ing. Josef. "Německo a řešení české otázky" [Germany and the Czech Question] (çex). Křesťanskosociální hnutí. February 2006.
Danyal bəy Həlləcov
Danyal bəy Hələcov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Birinci Dünya Müharibəsinin və Gəncə üsyanının iştirakçısı. Birinci Dünya Müharibəsində göstərdiyi şücaətə görə “2-ci dərəcəli müqəddəs Anna”, “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə təltif edilib. Azərbaycan Cümhuriyyəti Ordusunda I Artilleriya briqadasının komandiri olub. Aprel işağlına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və vəhşicəsinə öldürülüb. == Həyatı == Danyal bəy Abdulla bəy oğlu 1876-cı il sentyabrın 5-də də Balakəndə anadan olub. 1895-ci ildə Stavropol Realnı məktəbini bitirdikdən sonraPeterburqda yerləşən üç illik Mixayılovsk Artilleriya Məktəbinə daxil olub. == Xidməti == === Çar ordusunda === 1897-ci ildə Mixayılovsk Artilleriya Məktəbini “podporuçik” hərbi rütbəsi ilə bitirərək Aleksandropol şəhərində yerləşən Qafqaz ordu korpusunun 39-cu artilleriya briqadasına təyinat alıb. 1-ci Qafqaz atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət edib. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksəlib. 1909-cu ildə Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna təyinat alır.
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Mübahisələrin alternativ həlli
Mübahisələrin alternativ həlli — razılığa gələ bilməyən tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli prosesi və texnikası; üçüncü tərəfin köməyi ilə mübahisənin həll üsullarının məcmusu. Əksər məşhur mübahisə tərəfləri və onların vəkillərinin mübahisənin alternativ həllinə qarşı mübarizə aparmaqlarına baxmayaraq, yeni həll üsulları son zamanlar həm ictimaiyyət, həm də hüquqşünaslar tərəfindən qəbul edilmişdir. Əslində bəzi məhkəmələr tərəflərdən məhkəməyə gəlməzdən öncə mübahisələrin alternativ həlli üsullarına, xüsusən də mediasiyaya müraciət etmələrini tələb edirlər. Mübahisələrin alternativ həlli üsullarının bu qədər məşhurlaşmasının səbəbi ənənəvi məhkəmələrin iş yükünün artması, məhkəmələrlə müqayisədə xərclərin az olması, konfidensiallığın daha çox qorunması və tərəflərin qərar qəbul edəcək şəxsin və ya şəxslərin seçiminə nəzarət etmək imkanlarının olması ilə əlaqədardır. Bəzi yurisdiksiyalarda, xüsusilə də İngiltərə və Uelsdə yuxarı instansiya məhkəmələri mübahisənin həlli üçün mediasiyadan istifadəni tamamilə dəstəkləyirlər. == Xüsusiyyətləri == Mübahisələrin alternativ həlli adətən ən az dörd tipə bölünür: müzakirələr, mediasiya, əməkdaşlıq hüququ və arbitraj. Bəzən uzlaşdırma da beşinci kateqoriya hesab edilsə də, onu mediasiyanın bir forması da hesab etmək olar. Mübahisələrin alternativ həlli şəriət məhkəmələri, ümumi hüquq sistemi kimi mövcud hüquq sistemləri ilə yanaşı istifadə oluna bilər. Mübahisələrin alternativ həlli iki tipdə ola bilər. Birinci halda mübahisələrin alternativ həlli üsulları mövcud qanunvericilikdəki mexanizmlərdən irəli gəlir.
Mənsur Həllac
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.

Digər lüğətlərdə