HƏLL

is. [ ər. ]
1. Ətraflı fikirləşib düşündükdən sonra çətin və ya dolaşıq bir məsələ haqqında bu və ya digər nəticəyə, qərara gəlmə, ona cavab tapma. Problemin həlli.
// Bir məsələ haqqında qərara gəlmə, nəticə çıxarma.
[Rüstəm bəy] həllinə aciz olduğu məsələlərdə məlumatlı adamlara və kitabxanalara müraciət edərdi. Çəmənzəminli.

□ Həll etmək – qərara gəlmək, nəticəyə gəlmək.
Yüz kari-müşkülə gər qoyasan əl; Göz yumub açınca səyin eylər həll. Q.Zakir.
[Rəhim bəy] Məşədibəylə ixtilafını biryolluq həll etmək bəhanəsilə qardaşı evinə getdi. M.Hüseyn.

2. Həyata keçirmə (keçirilmə), yerinə yetirilmə.
Məsələnin qoyuluşu, müzakirəsi və həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi. Mir Cəlal.

□ Həll etmək – həyata keçirmək, yerinə yetirmək. Çətin texniki məsələləri həll etmək.
[Nəsib dayı] …həmişə ən çətin, mübahisəli məsələləri də sakitliklə həll etməyi lazım bilirdi. İ.Şıxlı.

3. Axtarılan rəqəmi, cavabı və s. tapma. Krossvordun həlli. Tənliyin həlli.
□ Həll etmək – axtarılan cavabı, rəqəmi tapmaq.
[Nuriyyə:] Ən çətin məsələ-misallar seçib həll elədim. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏLL ərimə
  • HƏLL qərar — nəticə
HƏLQƏVİ
HƏLL₂
OBASTAN VİKİ
Son həll
Son həll (alm. Endlösung‎) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage‎) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır. Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş, alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır.Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin Fələstin və Sibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı. 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi. == Arxa plan == "Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır. Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər. Nasist Partiyası tərəfindən qəbul olunmuş Nürnberq qanunlarına görə yəhudilər və qaraçılar (daha az sayda olmalarına baxmayaraq) "Avropada yeganə əcnəbi insanlar" hesab edilirdi.
Yəhudi məsələsində son həll

Çex məsələsində son həll
Çex məsələsində son həll (alm. Endlösung der tschechischen Frage‎) — Nasist Almaniyasının Bohemiya və Moraviya protektoratını tamamilə almanlaşdırmaq haqqında planı. Almaniya sosioloqu və antropoloqu Karl Valentin Müller Çexiya xalqının böyük bir hissəsinin ari irqinə mənsub olduğunu və almanlaşdırıla biləcəyini iddia etmişdi. Bu, Almaniyanın yəhudi məsələsinin son həlli ilə tamamilə ziddiyyət təşkil edirdi. Bununla belə, Müller iddia edirdi ki, almanlaşma məcburiyyət olmadan həyata keçirilməlidir və bunun əvəzinə sosial həvəsləndirmə sistemini təklif etmişdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Mikš, Ing. Josef. "Německo a řešení české otázky" [Germany and the Czech Question] (çex). Křesťanskosociální hnutí. February 2006.
Danyal bəy Həlləcov
Danyal bəy Hələcov — Rusiya İmperiya Ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki, Gəncə üsyanının iştirakçısı. == Həyatı və təhsili == Danyal bəy Abdulla bəy oğlu 1876-cı ildə Balakəndə mülkədar ailəsində anadan olmuşdur. Ailəsində 6 övlad böyüdən Abdulla bəy onların hamısına ali təhsil vermişdir. Ailənin üçüncü oğlu olan Danyal bəy öz arzusu ulə hərb sənətini seçmişdir. Danyal bəy Stavropol realnı məktəbini bitirdikdən sonra 1895-ci ildə Peterburqda yerləşən üç illik Mixaylov Topçuluq Məktəbinə daxil olmuşdur. == Xidmət illəri == Artilleriya məktəbini əla qiymətlərlə bitirən podporuçik Daniyal bəy Qars vilayətinin Cəlaus şəhərciyində yerləşən otuz doqquzuncu artileriya briqadasında xidmətə göndərildi. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksələ bildi. Xidmətinin on ikinci ilində onu Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna dəyişdilər. Bir az sonra həmin polk Qamboriyə köçürüldü. Birinci Dünya Müharibəsindən yaralı qayıdan Daniyal bəy 1915-ci ildə uzun müddətli müalicə məzuniyyətinə buraxılır.
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər – 26 mart 922, Bağdad, İraq, Abbasilər) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Mübahisələrin alternativ həlli
Mübahisələrin alternativ həlli — razılığa gələ bilməyən tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli prosesi və texnikası; üçüncü tərəfin köməyi ilə mübahisənin həll üsullarının məcmusu. Əksər məşhur mübahisə tərəfləri və onların vəkillərinin mübahisənin alternativ həllinə qarşı mübarizə aparmaqlarına baxmayaraq, yeni həll üsulları son zamanlar həm ictimaiyyət, həm də hüquqşünaslar tərəfindən qəbul edilmişdir. Əslində bəzi məhkəmələr tərəflərdən məhkəməyə gəlməzdən öncə mübahisələrin alternativ həlli üsullarına, xüsusən də mediasiyaya müraciət etmələrini tələb edirlər. Mübahisələrin alternativ həlli üsullarının bu qədər məşhurlaşmasının səbəbi ənənəvi məhkəmələrin iş yükünün artması, məhkəmələrlə müqayisədə xərclərin az olması, konfidensiallığın daha çox qorunması və tərəflərin qərar qəbul edəcək şəxsin və ya şəxslərin seçiminə nəzarət etmək imkanlarının olması ilə əlaqədardır. Bəzi yurisdiksiyalarda, xüsusilə də İngiltərə və Uelsdə yuxarı instansiya məhkəmələri mübahisənin həlli üçün mediasiyadan istifadəni tamamilə dəstəkləyirlər. == Xüsusiyyətləri == Mübahisələrin alternativ həlli adətən ən az dörd tipə bölünür: müzakirələr, mediasiya, əməkdaşlıq hüququ və arbitraj. Bəzən uzlaşdırma da beşinci kateqoriya hesab edilsə də, onu mediasiyanın bir forması da hesab etmək olar. Mübahisələrin alternativ həlli şəriət məhkəmələri, ümumi hüquq sistemi kimi mövcud hüquq sistemləri ilə yanaşı istifadə oluna bilər. Mübahisələrin alternativ həlli iki tipdə ola bilər. Birinci halda mübahisələrin alternativ həlli üsulları mövcud qanunvericilikdəki mexanizmlərdən irəli gəlir.
Mənsur Həllac
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər – 26 mart 922, Bağdad, İraq, Abbasilər) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.

Digər lüğətlərdə

биокорре́кция битюго́вый жиро... командиро́вка отдава́ться полыхну́ть попасти́ распластова́ться утверди́ться зацвета́ние ингуши́ карбас кобыз ориенти́ровать си́тный сковырну́ться шёлко... войлок катара коломесить styrene бутерброд интуитивный линять португалка