HƏRBİ
HƏRC-MƏRC
OBASTAN VİKİ
Mərc əl-Səffar döyüşü
Mərc əl-Səffar və ya Mərc əl-Suffar döyüşü, eyni zamanda Şaqhab döyüşü də adlandırılmaqdadır. 22 aprel 1303-cü ildə Məmlük ordusu ilə Elxani ordusu arasında müasir Suriyanın Kisve adlı məntəqəsi yaxınlığında baş vermişdir. Bu yer Dəməşqin cənubunda yerləşməkdədir. Döyüş həm İslam tarixində, həm də müasir dövrdə digər müsəlmanlara qarşı mübahisəli cihad və özü də döyüşə qatılan İbn Teymiyyənin Ramazan<nowiki>dakı bağlı fətvaları səbəbindən təsirli olmuşdur. Döyüş, Elxanilər üçün fəlakətli məğlubiyyət ilə nəticələndi, beləliklə də Elxanilərin Levanta hücumlarına son qoydu. == Əvvəlki Elxani-Müsəlman qarşıdurması == 1218-ci ildə Xarəzmi işğal etdikdən sonra monqolların bir sıra zəfərləri onlara tez bir zamanda İranın böyük bir hissəsinə,, həmçinin İraqda Abbasilər sülaləsinə və Kiçik Asiyanın Rum Səlcuq Sultanlığına nəzarət etmə imkanı təmin etdi. Kilikiya çarlığı və Gürcü çarlığı kimi vassal hakimliklərdən də ordu toplayan Elxani ordusu 1258-ci ildə Abbasilərin paytaxtı olan Bağdadı yağmaladılar. Bunun ardıyca 1260-cı ildə Hələb və Dəməşq də ələ keçirildi. Lakin həmin ilin sonrakı hissəsində monqol ordusu özlərinin ilk böyük məğlubiyyətini aldılar. Əyn Cəllud döyüşündə Məmlük ordusuna məğlub olan Elxanilər Dəməşq və Hələbdən çıxmağa, Fərat çayından şərqə doğru geri çəkilməyə məcbur oldular.

Значение слова в других словарях