Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vəlvələ
Vəlvələ (alət) — pərsəngli əyircək. Vəlvələ (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Vəlvələçay — Quba və Xaçmaz rayonlarında çay. Xəzər dənizinə tökülür.
Vəlvələ (Quba)
Vəlvələ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Vəlvələ oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Vəlvələ çayının sağ sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1942-ci ildən sonra yaranmışdır. İlk məskunları Zərqova,Əsparəsti,Kələnov,Xaspolad, İsnov və b. kəndlərdən çıxmış ailələr olmuşdur. Kəndin adı yaxınlığındakı Vəlvələçayın adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1482 nəfər əhali yaşayır.
Vəlvələ (alət)
Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər. == Quruluşu və istifadəsi == Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
Vəlvələ bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vəlvələçay
Vəlvələçay - Quba və Xaçmaz rayonlarından axıb Xəzər dənizinə tökülür. == Ümumi məlumat == Uzunluğu 98 km, hövzəsinin sahəsi 629 km²-dir. Böyük Qafqazın şimal-şərq hissəsindən axan Cimi və Babaçay çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyini Babadağın şimal yamacından (2940 m) alır. İllik axımının 26%-ni yağış, 40%-ni yeraltı və 34%-ni qar suları təşkil edir. Orta illik su sərfi 3,52 kub m/san-dir. Axımın 40%-i yazda, 30%-i yayda, 20%-i payızda, 10%-i isə qışda keçir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir. Suyunun bir hissəsi Samur-Abşeron kanalına axıdılır. Üstündə SES və su qovşağı tikilmişdir, suvarma işlərində istifadə edilir.
Zəlzələ
Zəlzələ — yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunur. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Yer səthində zəlzələlər yerin silkələnməsi, yerdəyişməsi və ya parçalanması ilə özünü göstərir. Böyük zəlzələnin episentri dənizdə yerləşdikdə, dənizin dibi sunamiyə səbəb olacaq qədər yerdəyişmə ola bilər. Zəlzələlər həmçinin sürüşmələrə səbəb ola bilər. Ən ümumi mənada zəlzələ sözü seysmik dalğalar yaradan hər hansı bir seysmik hadisəni - istər təbii, istərsə də insanlar tərəfindən törədilmiş hadisəni təsvir etmək üçün istifadə olunur. Zəlzələlər əsasən geoloji qırılmaların qırılması ilə yanaşı, vulkanik fəaliyyət, sürüşmə, mina partlayışları və nüvə sınaqları kimi digər hadisələrlə də baş verir. Zəlzələnin ilkin qopma nöqtəsi onun hiposentri adlanır. Zəlzələ mərkəzi hiposentrin birbaşa üstündə yer səviyyəsində olan nöqtədir.
Qansuda zəlzələ
Qansu zəlzələsi — Qansu əyalətində baş vermiş təbii fəlakət. Çinin Qansu əyalətində 16 dekabr 1920-ci ildə baş vermiş dəhşətli zəlzələ ölkə üçün böyük fəlakətə çevrildi. İnsan tələfatının miqyasları onunla izah edilir ki, bu yerlər "lyoss ölkəsi" adlanan ərazinin tən ortasında yerləşirdi. Xatırladaq ki, lyoss açıq sarı rəngli, kövrək, narın torpaqdır və buralara küləklər vasitəsilə Qobi səhrasından hələ dördüncü dövrdən gətirilmişdir. Güclü yeraltı təkan lyossdan ibarət təpəcikləri hərəkətə gətirərək, burada məskən salan və mağara evlər düzəldən insanları bir an içərisində elə evlərindəcə məhv etdi. Zəlzələyə məruz qalan rayonların biri sonralar Ölüm vadisi adını aldı, çünki zəlzələ nəticəsində ətraf dağlardan sürüşən torpaq qatları aşağıya doğru hərəkət edərək, yaşayış məntəqələrini və kənd təsərrüfatı sahələrini bir göz qırpımında yox etdi. Baş vermiş zəlzələ bir çox sürüşmələrə yol açdı. Lyoss süxurlarının sürüşməsi və çökməsi nəticəsində böyük ərazilər qalın qum qatı altinda qalaraq,böyük faciəyə yol açdı. 1920-ci ildə Çinin Qansu vilayətində baş vermiş bu qorxunc zəlzələ nəticəsində 200000-dən artıq insan həlak oldu, ölkəyə iri miqyasda maddi ziyan dəydi.
Sualtı zəlzələ
Sualtı zəlzələ — su hövzəsi, xüsusilə okean dibində baş verən zəlzələ. Bu cür zəlzələ tipi sunamiyə səbəb olur. Elmi cəhətdən də Rixter şkalası və ya Mercalli şkalası ilə ölçülə bilər. Hərəkətli plitələr tektonikası sualtı zəlzələlərin səbəbini izah etməyə kömək edir.
Zəlzələ Surəsi
99-cu surə
Zəlzələ adası
Zəlzələ adası (urdu زلزلہ جزیرہ) — Ərəbistan dənizində, Pakistana məxsus olan, 24 sentyabr 2013-cü ildə Paddi Zirr şelfində zəlzələdən sonra meydana gələn ada. Ada zəlzələdən sonra Qvadar şəhəri sahilindən 600 metr aralıda meydana gələn gəlmişdir. Onun uzunluğu 200 metr, eni 30 m, hündürlüyü 6 – 12 m-dir. Adanın suxurları narın qum və bərk suxurdan ibarətdir.
Zəlzələ ocağı
Zəlzələ ocağı – (rus. очаг землетрясения, ing. seismic focus, focus of earthquake) uzun müddət toplanmış enerjinin boşalması sayəsində kütlənin çox sürətlə yerdəyişməsinə səbəb olan, yeraltı təkanın yarandığı sahə. Z. o. yer qabığında və ust mantiyada yerləşir və adətən geoloji qırıl­malara uyğun gəlir.
Aleut adalarında zəlzələ
Aleut adalarında zəlzələ — 1946-cı il aprelin 1-də baş vermiş zəlzələ. Alyaska sahillərinin yaxınlığında, Aleut adaları rayonunda baş vermiş zəlzələ nəticəsində nəhəng dəniz dalğaları əmələ gəlib, Havay adalarına və Kaliforniyaya böyük ziyan vurmuşdur.
Azərbaycanda zəlzələ ocaqları
Zəlzələ — yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir . == Böyük Qafqazda zəlzələ ocaqları == Azərbaycan Respublikası ərazisi bütövlüklə 7 ballıq zəlzələ rayonu olmaqla yanaşı onun bir çox yerləri, o cümlədən, Abşeron yarımadası, Dağlıq Şirvan (xüsusilə Şamaxı), Şəki-Zaqatala zonası 8 ballıq zəlzələ rayonuna aid edilir. Şamaxı şəhərində daha çox dağıdıcı zəlzələlər olmuşdur. 1192-ci ildə baş verən zəlzələnin 7-8 bal gücündə olması və onun Şamaxını dağıtması haqqında tarixi məlumatlar vardır. Tezliklə bərpa olunub Azərbaycanın sənətkarlıq və ticarət mərkəzlərindən birinə çevrilən Şamaxı 1667-ci ildə olan zəlzələ zamanı yenidən dağıldı. O zamanlar 6-7 min ev olan bu şəhərdə 80 min nəfər həlak olmuşdur. Sonralar 1859-cu il mayın 31-də baş verən zəlzələ Şamaxını yenidən dağıtdı və bu vaxtdan Quberniya mərkəzi Şamaxıdan Bakıya köçürüldü. 1902-ci ilin yanvarın 31-də olan yeni zəlzələ zamanı şəhər tamamilə dağıldı. Respublikanın digər bölgələrində də müəyyən qədər dağıntılara səbəb olan zəlzələlər baş vermişdir.
Kraysterçdə zəlzələ (2016)
Kraysterçdə zəlzələ — 14 fevral 2016-cı ildə Yeni Zelandiyanın Kraysterç şəhərində 5,9 bal gücündə baş verən zəlzələ. == Hadisə == Yeraltı təkanlar Kraysterç şəhərindən 17 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Peruda zəlzələ (1970)
Ankaş zəlzələsi — 1970-ci ildə Peruda baş vermiş 7,9 ballıq zəlzələ. Zəlzələ nəticəsində 70 min insan həyatını itirmişdir.
Yalova zəlzələ abidəsi
Yalova zəlzələ abidəsi (türk. Yalova Deprem Anıtı) və ya 17 Avqust 1999 zəlzələ abidəsi (türk. 17 Ağustos 1999 Deprem Anıtı) ― Türkiyənin Yalova şəhərində İzmit zəlzələsi qurbanlarının xatirəsini qoyulmuş abidə. Yalovadaki 17 Avqust memorial parkında yerləşən abidə 17 Avqust 2000-ci ildə, zəlzələnin birinci ildönümündə açılmışdır. == Arxa fon == 1999-cu ilin 17 avqustunda Türkiyənin şimal-qərbindəki Yalova, Kocaeli və İstanbul illərində 7,4 bal gücündə güclü zəlzələ baş verdi və təxminən 18 000 adamın ölümünə səbəb oldu. Yalovada meydana gələn zəlzələnin ziyanının dərəcəsi rəsmi olaraq 2 508 nəfər ölü və sökülməli olan 13 939 ziyan çəkmiş ev olaraq qeyd edilmişdir. Qeyri-rəsmi hesablamalara görə isə ölənlərin sayı daha çoxdur. Zəlzələ nəticəsində 15 237 yikili orta dərəcədə, daha 12 878 tikili isə nisbətən daha az zərər görmüşdür. == Abidə == Zəlzələdən dərhal sonra Yalovada təmizlik və bərpa işləri başladı və dağılmış binaların dağıntıları birbaşa sahilindəki Mərmərə dənizinə atıldı. Təmizləmə işləri başa çatdıqdan sonra dənizə əlavə edilmiş quru sahəsi 65 000 kvadrat kilometr ərazini əhatə edirdi.5 iyun 2000-ci ildə Yalovadakı zəlzələ qurbanlarının xatirəsinə abidə tikilməsi üçün təməlqoyma mərasimi keçirildi.
İtaliyanın mərkəzində zəlzələ (2016)
İtaliyanın mərkəzində zəlzələ (it. Terremoto del Centro Italia del 2016) — 2016-cı ilin 24 avqust tarixində yerli vaxtla 03:36-da İtaliyanın mərkəzi Latsio və Umbriya vilayətlərində yerin 10 km dərinliyində 6.4 bal gücü təsirində baş vermiş zəlzələ. Zəlzələdən sonra 40-dan çox güclü təkan qeydə alınmışdır. Yeraltı təkanların 6.4 maqnituda səviyyəsində olduğu təxmin edilir. Hadisə nəticəsində Akkumoli şəhərində azı 6 nəfər ölüb, Arkuata del Trontoda 2, Amatriçedə 5 nəfər dünyasını dəyişib. Bundan əlavə, Peskara del Tronto şəhərində bir uşaq həyatını itirib. Hadisədən sonra 294 nəfərin həlak olduğu, 150 nəfərin itkin düşdüyü bildirlir. İtaliyanın mərkəzində baş vermiş zəlzələ nəticəsində Abruçço və ətraf bölgələrdə 65 mindən çox insan evsiz qalıb.
Şərqi Azərbaycanda zəlzələ (2019)
Şərqi Azərbaycan zəlzələsi (2019) — 2019-cu il 8 noyabr tarixində yerli vaxtla 03:17-də baş vermiş zəlzələ. Dərinliyi 20 km olan 5.9 bal gücündə təbii fəlakət. == Tektonik təyinatı == İran cənubda Bitlis-Zaqros qurşağından Böyük Qafqaz dağlarına, şimalda Abşeron-Balkan silsiləsindən Kopetdağ dağına qədər uzanan Ərəbistan plitəsi ilə Avrasiya plitəsi arasında yerləşir. Bu plitələrin toqquşması 3,000,000 km2 sahədə kontinental qabığın deformasiya olunmasına səbəb olur. Bu yer üzərində ən geniş ərazini əhatə edən konvergent deformasiyadır. İranın şimal-qərbində Ərəbistan plitəsi şimala doğru Avrasiya plitəsinə nisbətən ildə təxminən 20 mm sürətlə hərəkət edir. Təbriz yaxınlığında ərazidə deformasiyada Şimali Təbriz qırılması üstünlük təşkil edir, qərb-şimal-qərb – şərq -cənub-şərqdən sağa doğru hərəkət 858-ci ildən bəri 6 baldan yuxarı 7 tarixi zəlzələnin baş verməsinə səbəb olmuşdur. Digər aktiv qırılma zonası Əhər və Həriş şəhərləri arasında qərb- şərq meylliyidir. Bu zona isə 2012-ci ilin avqust ayında 6.4 bal gücündə zəlzələnin baş verməsinə səbəb olmuş və nəticədə ən azı 38 nəfər həlak olmuş, 3200 nəfər xəsarət almış, onlardan da 268 nəfəri xəstəxanada dünyasını dəyişmişdir. == Zəlzələ == 5.9 bal gücündə zəlzələ Ərəbistan və Avrasiya plitələri arasında sərhəddən təxminən 250 km şimal-şərqə doğru baş vermişdir.
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib.11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. == Siyahı == == Həmçinin bax == Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) == Xarici keçidlər == Xronologiya == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.183-də.
Hind okeanında zəlzələ və sunami (2004)
Hind okeanında zəlzələ və sunami — 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ. 2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb oldu. Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alındı. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tayland sahillərinə qədər çatdı. Dalğaların hündürlüyü 15 metrdən çox idi. Maraqlıdır ki, zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verdi. Bu hadisənin qeyri-adiliyi ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir. Hind okeanında baş vermiş zəlzələ nəticəsində yerin təkindən ixrac olunmuş enerji, təxminən, 2 ekocoul oldu. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılması üçün kifayətdir. Zəlzələ bütün planetə təsir etdi və hətta Amerika Birləşmiş Ştatlarında belə 3 mm vertikal tərpənmələrlə qeyd edildi.
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilən azərbaycanlıların siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib.11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. == Siyahı == == Həmçinin bax == Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) == Xarici keçidlər == Xronologiya == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.183-də.
Meyvələ
Meyvələ (fars. میوله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 407 nəfər yaşayır (135 ailə).
Red Velvet
Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir. Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir.
The Velvet Underground
The Velvet Underground (The Velvets olaraq da tanınır) — 1965-ci ildə Amerikada qurulan rok qrupudur. Lu Rid qrupun ən məşhur üzvüdür. == Üzvləri == Uilli Aleksandr (klaviatura, vokal 1971–1972) Con Keyl (müxtəlif instrumentlər, vokal 1965–1968, 1992–1994) Anqus Maklays (zərb alətləri 1965) Sterlinq Morrison (gitara, bas gitara, bek vokal 1965–1971, 1992–1994) Volter Pauers (bas gitara, bek vokal 1970–1972) Lu Rid (vokal, gitara, piano 1965–1970, 1992–1994) Morin Taker (zərb alətləri, vokal 1965–1972, 1992–1994) Duq Yul (bas gitara, klaviatura, gitara, bateri, vokal 1968–1973) == İlk illər == Qrupun adı «The Velvet Underground» Maykl Leyin sadomazoxizm haqqında yazdığı bir kitabın adıdır. Lu Rid 1965-ci ildə öyrənmək üçün üçün Nyu-Yorkda Con Keyl ilə tanış olur. Lu ilə Con dostlaşır və qrup yaratmağa qərar verirlər. Qrup üçün əvvəl müxtəlif adlara müraciət etsələr də (The Warlocks, The Falling Spikes), sonradan «The Velvet Underground» adlandırmağa qərar verirlər. Lunun dostu Sterlinq Morrison ve Keylin dostu Anqus Maklaysın qoşulması ilə qrup yavaş-yavaş özünü göstərməyə başlayır. Qrup səhnəyə çıxmaq üçün verilən pulu qəbul edəndə Maklays qrupdan ayrılır. Sənət üçün qrupa qoşulduğunu, pulu qəbul etməyəcəyini deyir. Daha sonra 21 yaşında olan qız Morin Taker 1965-ci ildə qrupa daxil olur.
Velle N'Diaye
Velle N'Diaye (5 aprel 1990-cı ildə anadan olub) — Yarımmüdafiəçi kimi çıxış edən Seneqal futbolçusudur. == Karyerası == Velle N'Diaye ilk peşəkar müqaviləsini 1 avqust 2010-cu ildə Sloveniya klublarından olan Qoritsa FK klubu ilə imzalamışdır. O, 2010-11 Sloveniya PrvaLiqa-sında heç bir görüşdə iştirak etməmişdir. 2011-ci ilin yanvar ayında Brda FK klubuna kirayələnmişdir. Geri döndükdən sonra yenidən Qoritsa klubunda çıxış etməyə başlamışdır. Velle 30 iyun 2014-cü ildə Maribor FK klubuna keçmişdir. Mariborda çıxış etdiyi dövr ərzində çoxlu sayda zədə almışdır. Müqalivəsi başa çatdıqdan sonra 2016-cı ilin iyun ayında klubu tərk etmişdir.