İÇƏRİ


1. zərf Daxilə, daxildə. İçəri itələmək. İçəri gəl. İçəri buraxmaq.
– Şah rüsxət verdi, münəccimbaşı çıxmamış Xacə Mübarək içəri girib ərz elədi… M.F.Axundzadə.
[Sara xanım:] …Gəlib çıxaram, tıqqıldadaram qapını, açarlar, girərəm içəri… Qantəmir.
Hənifə qazanı içəri gətirib yerə qoydu, ətəyi ilə sininin üstünə tökülmüş külü sildi. İ.Hüseynov.

2. bax 1-ci mənada.
Evin içəri otaqlarının birisində (əndərunda) Rəna ilə anası yaşayırdı… E.Sultanov.

3. İsmin yönlük, yerlik, çıxışlıq hal şəkilçiləri ilə – 1) arasına, arasında, arasından. Meşənin içərisinə getmək. Uşaqların içərisində biri çox zirəkdir. Kitabların içərisindən ancaq birini seçdim.
– …Bu iki çiçək bu ailələr içərisinə girməklə, onlarda bir yenilik, şadlıq əmələ gətirdisə də, digər tərəfdən, nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu. S.S.Axundov.
Sən qoçaqlar içində qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir dağsan gözlərimdə. S.Rüstəm.
Kimsəsizlər içərisində … bu qocanın da siması … canlanırdı. Ə.Məmmədxanlı;

2) ərzində, müddətində, zərfində.
Dörd-beş aylıq bir zaman içərisində onunla belə üz-üzə gəlmədiyim birinci kərə vaqe olurdu. S.Hüseyn.

◊ İçəri atmaq dan. – birdən içmək, başına çəkmək.
Mirzə Kəmtər də, sanki müsahibindən geri qalmamaq üçün, stəkanında qalan arağı içəri atdı… Mir Cəlal.

İçəri salmaq məc. – mənimsəmək.
İçəridən qovrulmaq – ürəyində bərk hirslənmək, acığından qovrulmaq.
[Məhbusi] mister Tomasın hədələrini, qaş-qabağını yadına salır, içəridən qovrulurdu. M.İbrahimov.

İçəri(yə) ötürmək1) yemək, udmaq.
[Əmiraslan baba] … ağ lavaşı yarı bölərək, arasını balla doldurdu və bir göz qırpımında nər kimi içəriyə ötürdü. S.Rəhimov;

2) bax içəri salmaq.

Антонимы

  • İÇƏRİ İÇƏRİ – BAYIR Bayırı kaşı-çini, içərisi toyuq hini (Ata. sözü)

Этимология

  • İÇƏRİ İç və yer sözlərindən törəyib, iç yer sadələşib, içəri formasına düşüb. Bəzən əri hissəsi yönlük hal şəkilçisi hesab edilir, amma o, yer sözü ilə qohu
İÇƏİÇ
İÇHAİÇ

Значение слова в других словарях