Хanlar məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi.
Xanlar məscidi | |
---|---|
40°22′05″ şm. e. 49°50′08″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Firdovsi küçəsi, 21 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Məşədi Mirzə Qafar İsmayılov |
Sifarişçi | Xanlarov qardaşları |
Tikilmə tarixi | 1893 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 90 |
Əhəmiyyəti | Məscid |
Kateqoriya | Memarlıq abidələri |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur.
Xanlar məscidi XIX əsrin sonunda Хanlarov qardaşlarının sifarişi ilə İçərişəhərdə evlərinin yaxınlığında tikilib.[1][2][3] Məscidin memarı Məşədi Mirzə Qafar İsmayılovdur.[4][5]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[6]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7][8]
Hal-hazırda yaşayış evi kimi istifadə olunur.
Məscid uzadılmış dördbucaq şəklində, yaşayış məhəllələrinin cərgəsində yerləşir.[5] Giriş üç hissəyə bölünüb. Mərkəzdəki bölmə günbəzlə tamamlanır, yanlardakılar isə qübbələr ilə örtülüb. Zalın uzununa оxu istiqamətində cinahlarda qoruyucu pəncərəli, zəngin naxışlı mehrab yerləşir. İnteryer nəbati хarakterli naxış motivləri ilə zəngindir.[2]