Su kəməri və kanalizasiya — İçərişəhərdə tapılmış ölkə əhəmiyyətli abidə.
Su kəməri və kanalizasiya | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Mirzə Mənsur küçəsi, 42 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
İstinad nöm. | 486 |
Kateqoriya | Su kəməri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1924-cü ildə arxeoloq Sısoyevin başçılığı altında aparılmış arxeoloji qazıntılar nəticəsində bu kəmərin Qız qalasından bir neçə metr şimal tərəfdə keçdiyi müəyyənləşmişdir.
1964-cü ildə Sıratağlı qədim abidənin həyətində Ö. İsmizadə və F. İbrahimovun başçılığı altında aparılan arxeoloji qazıntı və kəşfiyyat zamanı, eləcə də torpaq təmizlənməsi zamanı tüng (saxsı) borulardan səliqə ilə çəkilmiş yeraltı memarlıq tikilisi aşkar olunmuşdur.
Sıratağlı abidənin dini əhəmiyyət daşıyan müqəddəs bir yer olmasını nəzərə alsaq, bu qədim su xəttinin daha əvvəlki dövrlərə aid olduğu anlaşılır. Bu su kəməri şimal-qərb və cənub istiqamətində yerləşib Qız qalasına doğru davam edir.