İÇ

is.
1. Bir şeyin içərisi, daxili, iç tərəfi. Əvvəl evin içi, sonra çölü. ( Ata. sözü ).
Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq.
Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı, əli ilə kolun içini yoxladı. S.Rəhman.

// Bir şeyin ortası, arası. Otların içində uzanmaq.
[Məşədi İbad:] Sən kimi bir gözəli; Bağın içində görəsən. Ü.Hacıbəyov.

// Qapalı, örtülü, ya oyuq olan şeylərin boşluğu. Qutunun içi. Tabağın içi.
2. İnsan və heyvanların döş və qarın boşluğunda yerləşən üzvlər; içalat.
Musa kişi toğlunun içini təzəcə çıxarıb, Gülnazın əlindəki mis qaba qoymuşdu ki, həyət qapısı döyüldü. M.İbrahimov.

□ İç qovurması – cızbız. İçə qonaq eləmək.
İç yağı – bağırsaqları örtən piy təbəqəsi.
3. Məğz, ləpə, özək (qabıqlı meyvələrdə). Badam içi. İçi çürük qoz.
4. məc. Bir şeyin daxili və gizli, görünməz cəhəti; batin.
İçim özümü yandırır, çölüm özgəni. (Məsəl).

5. İçdən, içindən şəklində zərf – könüldən, ürəkdən, səmimi-qəlbdən. İçdən gələn sözlər. İçdən arzu etmək.
– Anası guya şikayət edər kimi oğlunun saydığı bu sifətlərinə içindən sevinir, fərəhlənir, bir parça da lovğalanırdı. Qantəmir.

6. İçində şəklində zərf1) daxilində, içərisində. Evin içində. Quyunun içində. Hovuzun içində.
– İnsan nəfəs alanda onun ağzından və burnundan çıxan hava bədənin içində xarab olmuş havadır. H.Zərdabi;

2) …ərzində, …zərfində, …müddətində, …içərisində.
Bir qız gördüm biçində; Sarı sünbül içində; Burda bir toy olacaq; Gələn ayın içində. (Bayatı).
Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən günün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür. C.Məmmədquluzadə.
[Cahanın] qoçaqlığını ondan bil ki, bu yaşında üç-dörd ayın içində savadlandı. Ə. Haqverdiyev ; Düşünürəm: – Nə qazandım; Otuz yeddi il içində? B.Vahabzadə;
3) …arasında, …içərisində, …sırasında.
Vaqif səni sevdi xublar içində; Bir təzə qönçəsən gülzar içində. M.P.Vaqif.
[Mərcan bəy:] Mənim təzə arvadım hələ üzün mənə göstərməyibdir və söz veribdir ki, qonaqların içində üzünü mənə göstərsin. Ü.Hacıbəyov.
Kamal da bu gənc modelçilər içində idi. M.Rzaquluzadə;

4) bir şeyin çoxluğunu, artıqlığını, yaxud hansı vəziyyətdə baş verdiyini bildirir. Qızdırma içində sayıqlamaq. Tər içində olmaq.
– Ehtiyac içində böyütdü onu; Böyütdü atalı, yetim oğlunu. B.Vahabzadə.
Həyətdə hər şey nur içində üzürdü. Ə.Vəliyev.

//
…içinə şəklində – …arasına, …içərisinə.
Nəçərnik öz qonaqları ilə çıxdı camaatın içinə. C.Məmmədquluzadə.

…içindən şəklində – …ortasından, …arasından. Maşın kəndin içindən keçdi.
// İçimizdə şəklində – aramızda, sıramızda. İçimizdə pis adam yoxdur.
7. sif. İçəridəki, daxili. İç qapı. İç qabıq.
□ İç qala – böyük qalanın içindəki kiçik qala; qalaça, ərk.
◊ İç üzü – bir şəxsin hələ heç kəsə məlum olmayan siması, xüsusiyyəti, mahiyyəti və s. keyfiyyəti. İç üzünü açmaq. İç üzünü bilmək.
– Məşədi Kazım ağa isə öz məqsədini bildirmək və özünün iç üzünü açmaq istəmirdi. M.S.Ordubadi.

// Bir şeyin həqiqi mahiyyəti, batini, gözə görünməyən daxili cəhəti, halı.
[Səyavuş:] Heç yalan deyilmiş anamın sözü; Başqa imiş sarayların iç üzü. H.Cavid.
[Nadir] sanki ayla danışıb, bütün bu sirlərin iç üzünü ondan bilmək istəyirdi. B.Talıblı.

İçi getmək – çox arzu etmək, son dərəcə istəmək, can atmaq, bir şeyin həsrətində olmaq.
İçi gülmək – ürəyində şad olmaq, məmnun olmaq, candan sevinmək, hiss etdirmədən sevinmək.
Ağsaqqallardan biri: – Kərbəlayı, bizim də məqsədimiz elə sənsən.
Yoxsa Safo azaylansa da, bu qohumluqdan içi gülür. S.Rəhimov.

İçi içini kəsmək – bax içi içini yemək.
[Hacı Əhməd:] …Dünən camaat o qərarı çıxaranda mənim içim içimi kəsirdi. C.Cabbarlı.

İçi içini yemək – arzusunu yerinə yetirə bilmədiyi üçün çox üzülmək, həyəcan və iztirab keçirmək.
İçi qan ağlamaq – halını büruzə vermədiyi halda, çox həyəcan və iztirab keçirmək.
İçi üzülmək – aclıqdan üzülmək, əldən düşmək.
Saat yeddiyə işləyirdi, lap içim üzülmüşdü. Mir Cəlal.

İçindən qovrulmaq (qırıla-qırıla qalmaq) – acığını, hirsini və ya başqa bir hissini üzə verə bilmədiyi üçün çox əzab və iztirab keçirmək.
Qumrunun mərmər kimi ağ vücudunu gördükcə atlı içindən qovrulur. Mir Cəlal.
Zeynal bəy içindən qırıla-qırıla qaldı. M.Hüseyn.

İçini arıtlamaq (arıtmaq) – bax boğazını arıtlamaq (“boğaz1”da).
Bu vaxt molla Qafar içini arıtlaya-arıtlaya (z.) daxil oldu. S.Rəhimov.
Bekar arvad ilə qabaq-qabağa oturub yeyir, içini arıdıb deyirdi: – Ye getsin, ay çörəkçi qızı! Mir Cəlal.

İçini çəkmək1) dərindən nəfəs almaq, köks ötürmək.
Qız dərindən içini çəkərək düşünməyə başladı. A.Şaiq;

2) həyəcanını, iztirabını, heyrətini dərin bir nəfəs çəkərək, büruzə vermək.
Məsmə heyrətlə içini çəkdi: – Bu nə deyir, lap küfr danışır, Mirzə qardaş! Mir Cəlal.
[Səməd] gəlinin qəfildən necə diksindiyini, hətta heyrətlə içini çəkdiyini hiss etdisə də, buna məna vermədi. İ.Hüseynov;

3) hıçqırıb ağlamaq.
Mülayim xala içini çəkib ağladı. S.Rəhimov.
Əminə ufuldaya-ufuldaya bir az susub durdu, sonra birdən içini çəkib, ağlamağa başladı. Ə.Əbülhəsən.

İçini gəmirmək – bax içini yemək 1-ci mənada.
İntiqam hissi canavar kimi Gəldiyevin içini gəmirirdi. Mir Cəlal.

İçini yemək1) acıq çəkmək, dərd çəkmək; dərd, qəm, qüssə içində qovrulmaq.
Qadın bu dərd ilə içini yedi; Bir axşam varlığa əlvida dedi. S.Vurğun.
Sərhəng Səfai isə gözünü mütəmadiyən baxışmaqda olan Şəmsiyyə və Şahpurdan çəkə bilmir və içini yeyirdi. M.İbrahimov;

2) çox qalmaqdan, ya da çox dəyməkdən içi boşalmaq (qarpız haqqında).

Синонимы

  • İÇ iç bax 1. daxil; 2. özək; 3. içalat
  • İÇ daxil — batil — içalat
  • İÇ ləpə — özək

Омонимы

  • İÇ İÇ I is. Hər hansı bir şeyin daxili. Şam kimi sakit durur; Şam tək içində yanır (B.Vahabzadə). İÇ II is

Антонимы

  • İÇ İÇ – BAYIR Əvvəl evin içi, sonra bayırı (Ata. sözü). İÇ – ÇÖL İçim özümü yandırır, çölüm sizi (A.Məmmədov)
İCZ
İÇ-İÇALAT

Значение слова в других словарях