İçmə çaxırı, açar paxırı.

Lit. What a person thinks sober, he says drunk. / What’s on a drunk’s tongue is in his mind when he’s sober. / Cf. What soberness conceals, drunkenness reveals. / Wine in, truth out. / Drink loosens the tongue. / Good ale (liquor) will make a cat speak. Вино развязывает язык. / Без вина правды не скажешь. / Пьяный, что малый: что на уме, то и на языке. / Хмельной, что прямой: рот нараспашку, язык на плече. / Чего трезвый не скажет, то пьяный развяжет. / Что у трезвого на уме, то у пьяного на языке. / Трезвого дума, а пьяного речь. / Вино входит - ум выходит. / Выпьешь много вина - поубавится ума.
içkiyə meylli olmaq
içmək (birlikdə)
OBASTAN VİKİ
Açar
Açar bu mənaları ifadə edə bilər:
Avtomat açar
Avtomat açar (ing. Circuit breaker, rus. Автоматический выключатель )— cərəyan yüklənməsi və qısa qapanma nəticəsində yarana biləcək zədələnmələrdən elektrik dövrəsini qorumaq üçün layihə olunmuş, avtomatik fəaliyyət göstərən elektrik açarı. Onun əsas funksiyası nasazlıq aşkar edildikdən sonra cərəyanın axınını kəsməkdən ibarətdir. Əriyən qoruyucudan fərqli olaraq, avtomat açarın normal iş fəaliyyəti bərpa edilib, yenidən işlədilə bilər (əllə və ya avtomatik). Avtomat açarlar müxtəlif ölçülərdə hazırlanırlar. Kiçik avtomat açarlar aşağı cərəyan dövrələrini və fərdi məişət cihazlarını qorumaq üçün nəzədə tutulur. Bütün şəhəri elektrik enerjisi ilə təmin edən yüksək gərginlik dövrələrinin qorunması üçün isə daha fərqli kontruksiyada açarlar istehsal olunur. DIN-reykaya montaj edilə bilən termal maqnetik modulyar avtomat açar aşağıdakı hissələrdən ibarətdir. Açma və qoşma üçün istifadə olunan ling.
Açar (musiqi)
Açar — hər bir not sətrinin əvvəlində qoyulan şərti işarədir. Açar not sətrində yazılan müəyyən bir notun yüksəkliyini və adını təyin edir. Bununla da həmin not sətrində yerləşən digər notların yazılması və oxunması üçün yol açılır. Not yazısında açar üçün oriyentir olaraq üç səsdən istifadə olunur: 1. kiçik oktavanın "fa" səsi – Bas açarı; o cümlədən, "Fa" sisteminə aid olan açarlar bunlardır: Basprofund açarı, bariton açarı. 2. birinci oktavanın "sol" səsi – Skripka açarı (və yaxud kaman açarı); o cümlədən, "Sol" sisteminə aid olan açar – qədim fransız açarı. 3. birinci oktavanın "do" səsi – Alt açarı; o cümlədən, "Do" sisteminə aid olan açarlar - Soprano açarı, Messo-soprano açarı, Tenor açarı, Bariton açarı.
Açar kadr
Açar kadr (keyframe,ключевой кадр, anahtar kare) — rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,467s.
Açar söz
Açar söz — (ing. keyword) mətnin əsas məğzini özündə əks etdirən söz. İnternetdə axtarış üçün əsas vasitədir. Proqramlaşdırma dillərində: qabaqcadan müəyyən olunmuş hərəkəti, yerləşik funksiyanı (BUILT-IN FUNCTION), yaxud əməli tanıdan söz. Məsələn, Basic dilində “print” və ya Pascal dilində “begin” belə sözlərdəndir. Bu sözlər dilin öz ehtiyacları üçün ayrılır və proqramçılar onlardan dəyişənlərin, funksiyaların, prosedurların və metodların adları kimi istifadə edə bilməzlər. Buna görə də, bu sözləri çox zaman “ehtiyat sözlər” adlandırırlar. Verilənlər bazasının idarəolunması sistemlərində: hər hansı yazıların, yaxud sənədlərin axtarışını aparmaq üçün istifadə olunan söz. Sənədin başlığında, yaxud mətnində olan və onun məzmunu haqqında daha çox informasiya daşıyan söz. Əsasən, sənədlərin indekslənməsi üçün istifadə olunur.
Dəyişdirici, açar
KVM açar
KVM switch ~ KVM-переключатель ~ KVM anahtar ~ KVM açar – (KVM – “keyboard, video, mouse” sözlərinin abreviaturası) bir dəst giriş-çıxış qurğularını bir neçə kompüter arasında kommutasiya etmək üçün nəzərdə tutulmuş qurğu. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Namizəd açar
Namizəd açar (candidate key)– verilənlər bazası cədvəlinin müəyyən əlaqələr sətrinin unikal idenfikatoru (tanıdıcısı). Namizəd açar həm sadə (bir atribut halında), həm də mürəkkəb (iki və daha artıq atribut halında) ola bilər. Tərifə görə, hər bir əlaqənin (münasibətin) heç olmazsa bir namizəd açarı olur. Əgər namizəd açar təkdirsə, onda o verilmiş münasibət üçün avtomatik olaraq ilkin açar olur. Əgər namizəd açar bir neçədirsə, istifadəçi onlardan birini ilkin açar kimi göstərməlidir. İlkin kimi göstərilməyən hər bir açar alternativ açar olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeliz Açar
Yeliz Açar (19 dekabr, 1997) — müdafiəçi kimi çıxış edən türk əsilli azərbaycanlı futbolçu. O, Fatih Vatan Spor klubunda müdafiəçi kimi çıxış edir. 17 yaşadək qızlardan ibarət Türkiyə millisinin, daha sonra isə Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvü olub. == Klub karyerası == Açar karyerasına 19 mart 2010-cu ildə Zeytinburnu Sporda başlayıb. O, 2011–12 Qadınların İkinci Liqası mövsümündə Akdeniz Nurçelik Sporda debüt etdi. Növbəti mövsüm klubun adı Akdeniz Nurçelik Spor olarak dəyişdirildi. Daha sonra 2013-cü ilin sentyabrında gənc idmançı Lüleburgaz 39 Sporla müqavilə imzaladı. Lakin klub liqadan çıxdı. Beləliklə Türkiyə Futbol Federasiyasının nizamnaməsinə əsasən, o 2013–14 mövsümündə başqa kluba transfer oluna bilmədi. Həmin mövsümün ikinci yarısında Karadeniz Ereğli Belediyespora transfer oldu.
Kilid və açar (serial, 2020)
Kilid və açar (ing. Locke & Key) — Qabriel Rodrigezin eyniadlı komiksinə əsaslanan 2020-ci ildə çıxarılmış ABŞ istehsalı fantaziya, qorxu və dram teleserialı. Rendell Lok köhnə şagirdi Sem Lesser tərəfindən öldürüldükdən sonra həyat yoldaşı Nina və üç övladı: Tayler, Kinsey və Bodi Sietldan Massaçusetsə köçürlər. Uşaqlar qısa müddətdə evin gizli sirlərini tapırlar. Beləcə açarlar vasitəsilə müvafiq kilidləri açıb açarların sirlərini kəşf edirlər. Amma pis əməllər üçün açarları istəyən şeytani varlıq onlarla savaşmağa başlayır. Darbi Stanşfild — ailə başçısı Nina Lok rolunda Konnor Cessap — ailənin ən böyük oğlu Tayler Lok rolunda Emili Cons — ailənin ortancıl uşağı və tək qızı Kinsi Lok rolunda Cekson Skott — ailənin ən kiçik oğlu Bodi Lok rolunda Petrik Cons — akademiyadakı ingilis rejissor tələbə Skot Kavendiş rolunda Laysla de Oliveriya — "gözəl qadın" fomrasındakı şeytani varlıq Doc rolunda Qriffin Qlak — Docun formasını aldığı və Kinsinin sevgilisi Qeb rolunda Aron Aşmor — Rendellin kiçik qardaşı Dunkan Lok rolunda (2-ci mövsüm) Halle Cons — iblis tərəfindən ələ keçirilən tələbə qız Eden Hokins rolunda Brenden Hins — akademiyadakı müəllim Fredrik Qidon rolunda (2-ci mövsüm) "Methesona xoş gəldiniz" "Tutucu / gözətçi" "Baş oyunları" "Açarların gözətçiləri" "Ailə ağacı" "Qara qapı" "Parçalanma" "Lənətə gəlmiş Günəş şüası" "Əks-səda" "Kölgələrin tacı" "Premyera" "Baş və ürək" "Kiçik dünya" "Məni unutma" "Keçmiş proloq" "Labirint" "Ən yaxşı planlar" "Oddakı ütülər" "Alfa və omeqa" "Kliffhanqr" Kilid və açar Netflix-də Kilid və açar — Internet Movie Database saytında.