İBRAHİMXƏLİL

dost İbrahim, sevimli İbrahim.
İBRAHİM
İBREYİM
OBASTAN VİKİ
İbrahimxəlil Axundlu
İbrahimxəlil Axundlu - (1897,Ordubad ş. – 8.7.1958,Naxçıvan ş.) – marif və idman xadimi.Nax.MR-in əməkdar müəllimi (1957), "SSRİ bədən tərbiyəsi əlaçısı". Ordubadda yeni üsullu ibtidai məktəb bitirmişdir (1913).1917 ilin sonu -1918 ilin birinci yarısında Ordubadda erməni quldurlarına qarşı yerli müdafiə dəstəsi yaratmışdı.Azərb.Xalq Cümhuriyyəti dövründə milli orduda xidmət etmiş,Gəncə hərbi məktəbini bitirib milliordunun zabiti olmuşdur.Naxçıvanda bədən tərbiyəsi və idman təşkilatçılarından biri kimi səmərəli fəaliyyət göstərmişdir.Böyük Vətən müharibəsinin(1941-45)iştirakçısıdır.1945-58 illərdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində və müəllimlər in-tunda bədən tərbiyəsindən dərs demişdir.
İbrahimxəlil Tamıyev
İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev (10 may 1957, Marneuli rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997) İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev Gürcüstanda anadan olub. Ali təhsilini Bakıda almış, ixtisasca filoloq olan İbrahimxəlil uzun illər müəllimlik etmişdir. Hazırda Marneulidə nəşr olunan “Regionpress” qəzetinin əməkdaşıdır. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dörd övladı var. Bolnisi rayonunun Kazreti qəsəbəsində yaşayır. İbrahimxəlil “80-cilər” ədəbi nəslinin istedadlı nümayəndələrindəndir. Müxtəlif illərdə “Adiloğlu”, “Qanun” və “Universal” (Tbilisi) nəşriyyatlarında işıq üzü görən “Cəllad günü”, “Yar”, “Ucqar havası”, “Durna diasporu” poeziya kitablarının müəllifidir. Yazıları "Gənclik", "Ulduz", "Azərbaycan", "Xəzər", "Şans" jurnallarında, "Gürcüstan", "Yeni Azərbaycan", "525-ci qəzet", "Kaspi", "Ədalət", "Ekspress", "Sənət" qəzetlərində, "mediaforum.az Arxivləşdirilib 2017-02-19 at the Wayback Machine" saytında və s. dərc olunmuşdur.
İbrahimxəlil xan
İbrahimxəlil xan Cavanşir (1732—12.6.1806) — Qarabağ xanlığının ll xanı. İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı.
İbrahimxəlil xan Cavanşir

İbrahimxəlil xan Lək
İbrahimxəlil xan Hacı İsmayıl xan oğlu Lək (?-?)—Qacarlar dövlətinin sərkərdəsi, general-mayor. İbrahimxəlil xan Hacı İsmayıl xan oğlu Xoy vilayətinin Salmas mahalında anadan olmuşdu. Atasından sonra Lək tayfasına başçılıq etmişdi. II rus-İran müharibəsinin iştirakçısı olmuşdu. Abbas mirzə Qovanlı-Qacar tərəfindən dəfələrlə təşəkkür almışdı. 1835-ci ildə Fətəli şah Qacar vəfat edərkən qardaşları və əmiləri tərəfindən müqavimətə rast gələn Məhəmməd şah Qacara yardım etmişdi. Mirzə Məhəmmədtağı Sipehr (1801-1880) "Nasex ət-təvarix" adlı əsərində Xorasan hadisələrindən danışarkən onun adını çəkir.
İbrahimxəlil xan sarayı
İbrahimxəlil xan sarayı və ya İbrahimxəlil xanın qəsri — Şuşa şəhərinin cənub-şərq hissəsində, Daşaltı kəndi yaxınlığında yerləşən tarixi saraydır. Bəzi mənbələrdə saray həm də Qarabağ xan sarayı adlandırılır ki, bu da İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayın xan igamətgahı olması ilə əlaqədardır. Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı. Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi. Qarabağ tarixçisi Mir Mehdi Xəzani Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala daxilində sarayların inşa edilməsini də vurğulayır: Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında "Qafqaz" (rus.
Molla İbrahimxəlil Dodui
Molla İbrahimxəlil Dodui (tam adı: Molla İbrahimxəlil Məhəmməd oğlu, d. 1860, Şəki - ö.1900, Şəki) — “İbrahim” və ya “Dodui” təxəllüslü Şəki şairi. == Haqqında == Molla İbrahimxəlil Məhəmməd oğlu 1860-cu ildə Şəki şəhərinin Dodu məhəlləsində anadan olub. Dodu məhəlləsində doğulduğuna görə də təxəllüsünü Dodui qoyub. Şeirlərini “İbrahim” və ya “Dodui” təxəllüsü ilə qələmə alıb. Ərəb, fars dillərini mükəmnəl bilmiş, məhəllə mollası təyin olmuş, ruhani şair kimi tanınıb. Molla İbrahimxəlil klassik şeirin ayrı-ayrı şəkillərində şeirlər yazıb, lakin əsərləri divan halında toplanmayıb. Şairin əsərlərində diqqət çəkən məqamlardan biri də odur ki, özü ruhanilik etsə də, bəzi mollaların, ruhanilərin naqisliyini, eyiblərini açıq tənqid edib. Buna baxmayaraq o Küdudlu qәryәsindә prixod mollalığına tәyin olunub, ruhanilәr silkinә də daxil olmuşdur. Molla İbrahimxəlil Dodui 1900-cu ildə 40 yaşında vəfat edib.
İbrahimxəlil xan Sarıcalı-Cavanşir
İbrahimxəlil xan Cavanşir (1732—12.6.1806) — Qarabağ xanlığının ll xanı. İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı.
Soyxan İbrahimxəlilov
Qəribə Süleyman qızı İbrahimxəlilova
Qəribə Süleyman qızı İbrahimxəlilova(3 mart 1929, Şəki rayonu)―Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Qəribə İbrahimxəlilova 3 mart 1929-cu ildə, Azərbaycan Respublikasının, Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə Böyük Vətən Müharibəsi illərində (1947-1953), Azərbaycan SSR-in, Nuxa (Şəki) rayonunda yerləşən, Lenin adına kalxozda başlamışdır. O, daha sonra həmin kalxozda tütünçülük sektorunun rəhbəri vəzifəsinə təyin olunmuşdur. 1949-cu ildə onun rəhbərlik etdiyi sektor 3 hektarlıq sahədən hər hektardan 25,9 sentner olmaqla Trapezond növlü tütün məhsulunun yığımını həyata keçirmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 iyun 1950-ci il Fərmanına əsasən, 1949-cu ildə bütün növ kənd təsərrüfatı məhsulları üzrə icbari tədarükləri yerinə yetirdiyinə və yüksək tütün məhsulu əldə etdiyinə görə İbrahimxəlilova Qəribə Süleyman qızı "Lenin ordeni" və "Oraq və Çəkic" qızıl medalı ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının ictimai rifahının yüksəldilməsində fəal iştirak etmiş, 1959-cu ildən, 1963-cü ilədək Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırışının deputatı olmuşdur. == Şəxsi həyatı == Ailəlidir, 2000-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır. O əvvəlcə Timiryazevski rayonunda yaşayıb, hal-hazırda isə Moskvanın Oçakovo-Matveevo rayonunda yaşayır.
Qəribə İbrahimxəlilova