İBRAHİM
İBREYİM
OBASTAN VİKİ
İbrahimxəlil Axundlu
İbrahimxəlil Axundlu - (1897,Ordubad ş. – 8.7.1958,Naxçıvan ş.) – marif və idman xadimi.Nax.MR-in əməkdar müəllimi (1957), "SSRİ bədən tərbiyəsi əlaçısı". == Həyatı == Ordubadda yeni üsullu ibtidai məktəb bitirmişdir (1913).1917 ilin sonu -1918 ilin birinci yarısında Ordubadda erməni quldurlarına qarşı yerli müdafiə dəstəsi yaratmışdı.Azərb.Xalq Cümhuriyyəti dövründə milli orduda xidmət etmiş,Gəncə hərbi məktəbini bitirib milliordunun zabiti olmuşdur.Naxçıvanda bədən tərbiyəsi və idman təşkilatçılarından biri kimi səmərəli fəaliyyət göstərmişdir.Böyük Vətən müharibəsinin(1941-45)iştirakçısıdır.1945-58 illərdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində və müəllimlər in-tunda bədən tərbiyəsindən dərs demişdir.
İbrahimxəlil Tamıyev
İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev (10 may 1957, Marneuli rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997) == Həyatı == İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev Gürcüstanda anadan olub. Ali təhsilini Bakıda almış, ixtisasca filoloq olan İbrahimxəlil uzun illər müəllimlik etmişdir. Hazırda Marneulidə nəşr olunan “Regionpress” qəzetinin əməkdaşıdır. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dörd övladı var. Bolnisi rayonunun Kazreti qəsəbəsində yaşayır. == Fəaliyyəti == İbrahimxəlil “80-cilər” ədəbi nəslinin istedadlı nümayəndələrindəndir. Müxtəlif illərdə “Adiloğlu”, “Qanun” və “Universal” (Tbilisi) nəşriyyatlarında işıq üzü görən “Cəllad günü”, “Yar”, “Ucqar havası”, “Durna diasporu” poeziya kitablarının müəllifidir. Yazıları "Gənclik", "Ulduz", "Azərbaycan", "Xəzər", "Şans" jurnallarında, "Gürcüstan", "Yeni Azərbaycan", "525-ci qəzet", "Kaspi", "Ədalət", "Ekspress", "Sənət" qəzetlərində, "mediaforum.az Arxivləşdirilib 2017-02-19 at the Wayback Machine" saytında və s. dərc olunmuşdur.
İbrahimxəlil xan
İbrahimxəlil xan Cavanşir (1732—12.6.1806) — Qarabağ xanlığının II xanı. == İbrahimxəlil xan == İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı.
İbrahimxəlil xan Cavanşir

İbrahimxəlil xan Lək
İbrahimxəlil xan Hacı İsmayıl xan oğlu Lək (?-?)—Qacarlar dövlətinin sərkərdəsi, general-mayor. == Həyatı == İbrahimxəlil xan Hacı İsmayıl xan oğlu Xoy vilayətinin Salmas mahalında anadan olmuşdu. Atasından sonra Lək tayfasına başçılıq etmişdi. II rus-İran müharibəsinin iştirakçısı olmuşdu. Abbas mirzə Qovanlı-Qacar tərəfindən dəfələrlə təşəkkür almışdı. 1835-ci ildə Fətəli şah Qacar vəfat edərkən qardaşları və əmiləri tərəfindən müqavimətə rast gələn Məhəmməd şah Qacara yardım etmişdi. Mirzə Məhəmmədtağı Sipehr (1801-1880) "Nasex ət-təvarix" adlı əsərində Xorasan hadisələrindən danışarkən onun adını çəkir.
İbrahimxəlil xan sarayı
İbrahimxəlil xan sarayı və ya İbrahimxəlil xanın qəsri — Şuşa şəhərinin cənub-şərq hissəsində, Daşaltı kəndi yaxınlığında yerləşən tarixi saraydır. Bəzi mənbələrdə saray həm də Qarabağ xan sarayı adlandırılır ki, bu da İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayın xan igamətgahı olması ilə əlaqədardır. == Tarixi == Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.Qarabağ tarixçisi Mir Mehdi Xəzani Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala daxilində sarayların inşa edilməsini də vurğulayır: == Memarlıq xüsusiyyətləri == Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında "Qafqaz" (rus. Кавказ) qəzetində yazılır: "Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir."Tarixi bilinməyən baş plana əsasən müəyyən edilmişdir ki, demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə müdafiə qüllələri yerləşdirilmişdi.
İbrahimxəlil xan Sarıcalı-Cavanşir
İbrahimxəlil xan Cavanşir (1732—12.6.1806) — Qarabağ xanlığının II xanı. == İbrahimxəlil xan == İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı.
Soyxan İbrahimxəlilov
Söyxan Eldəniz oğlu İbrahimxəlilov (6 avqust 2001; Ağzıbir, Ağdaş rayonu, Azərbaycan — 29 sentyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Söyxan İbrahimxəlilov 2001-ci il avqustun 6-da Ağdaş rayonunun Ağzıbir kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Söyxan İbrahimxəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Söyxan İbrahimxəlilov sentyabrın 29-da şəhid olub. Ağdaş rayonunda Ağzıbir kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Söyxan İbrahimxəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Söyxan İbrahimxəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Söyxan İbrahimxəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Söyxan İbrahimxəlilov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
бэтээ́р злонра́вно ларингологи́ческий малоподви́жный обры́знуть парабе́ллум впрессо́вывание перепе́ть предстоя́щий ретрансля́ция хроно́граф хурма arboreal bumbailiff cuspidor foolscap greediness laugh getter pistol-whip rag bolt spoon-meat накопительство предварительно шляпа экспансивный