icbar
icbarilik
OBASTAN VİKİ
İcbari tibbi sığorta sistemi (Azərbaycan)
İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və Xidmətlər Zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edən sistemdir. İcbari tibbi sığortanın əsas prinsipləri əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi, sığorta ödənişlərinin sığorta haqlarına mütənasibliyinin təmin edilməsi yolu ilə icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli və 2018-ci il 16 fevral tarixli Fərmanlarına əsasən 2017-ci ildən etibarən icbari tibbi sığortanın pilot layihə şəklində müvafiq olaraq Mingəçevir şəhəri və Yevlax rayonu, 2018-ci ildən isə Ağdaş rayonunun inzibati ərazilərində tətbiqinə başlanılıb. Pilot layihə 2019-cu ilin sonunadək davam edib. Layihə müddətində əhalidən sığorta haqqı tutulmamış və pilot ərazilərdə rəsmi qeydiyyatda olan 343 min 800 nəfər sığortaolunan baza zərfi (1829 adda tibbi xidmət) çərçivəsində ödənişsiz tibbi xidmətlərdən istifadə etmək hüququ əldə etmişdir. Baza zərfi (əsas xidmətlər) icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Pilot layihə dövründə baza zərfi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə ümumilikdə 101 203, 39 manat vəsait sərf edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli Qərarı ilə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı təsdiq edilib. Birinci mərhələdə, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi — Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Fərmana əsasən Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur. Agentlik tərəfindən icbari tibbi sığorta sisteminin tətbiqi pilot layihə olaraq 2017–2019-cu illər ərzində Mingəçevir və Yevlax şəhərlərində, Ağdaş rayonunda həyata keçirilmişdir. Pilot layihənin həyata keçirilməsi bu sahədə mümkün problemlərin aşkarlanmasına, səmərəli həll yollarının tapılmasına və təcrübənin əldə edilməsinə imkan vermişdir. Layihə müddətində əhalidən sığortahaqları toplanılmayıb. Pilot layihənin müvəffəqiyyətlə nəticələnməsi onun bütün ölkə üzrə tətbiqinin reallaşmasına zəmin yaratdı. Nəticədə Nazirlər Kabinetinin 10 aprel 2020-ci il tarixli 136 nömrəli Qərarına əsasən icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi təsdiqləndi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Azərbaycan)

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi — Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. == Tarixi == İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Fərmana əsasən Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur. Agentlik tərəfindən icbari tibbi sığorta sisteminin tətbiqi pilot layihə olaraq 2017–2019-cu illər ərzində Mingəçevir və Yevlax şəhərlərində, Ağdaş rayonunda həyata keçirilmişdir. Pilot layihənin həyata keçirilməsi bu sahədə mümkün problemlərin aşkarlanmasına, səmərəli həll yollarının tapılmasına və təcrübənin əldə edilməsinə imkan vermişdir. Layihə müddətində əhalidən sığortahaqları toplanılmayıb. Pilot layihənin müvəffəqiyyətlə nəticələnməsi onun bütün ölkə üzrə tətbiqinin reallaşmasına zəmin yaratdı. Nəticədə Nazirlər Kabinetinin 10 aprel 2020-ci il tarixli 136 nömrəli Qərarına əsasən icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi təsdiqləndi.

Digər lüğətlərdə