İnformatika və İdarəetmə Problemləri (jurnal)
İnformatika və İdarəetmə Problemləri — elmi-praktiki jurnal. İdarəetmə Sistemləri İnstitutunun elmi jurnalı.
Jurnal 1997-ci ildən etibarən ildə 2 cild nəşr olunur.
Nəzarət nəzəriyyəsi və sistem təhlili;
Riyazi modelləşdirmə və identifikasiya;
Siqnalların və təsvirlərin təhlili və sintezi;
İnformasiya ölçmə sistemləri;
İnformasiya emalı və nəzarət sistemləri;
İdarəetmə sistemlərində süni intellekt;
Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması.
Baş redaktor: Ağası Məlikov ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Redaksiya heyəti:
Əli Abbasov ─ texnika elmləri doktoru, professor, akademik
Telman Əliyev ─ texnika elmləri doktoru, professor, akademik
Ramiz Alıquliyev ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Ələkbər Əliyev ─ texnika elmləri doktoru, professor
Tahir Əlizadə ─ texnika üzrə fəlsəfə doktoru, dosent, məsul redaktor
Kamil Ayda-zadə ─ riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Asəf Hacıyev ─ riyaziyyat elmləri doktoru, professor, akademik
Vaqif İbrahimov ─ riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Qorxmaz İmanov ─ iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Məsumə Məmmədova ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Kamil Mənsimov ─ riyaziyyat elmləri doktoru, professor
Nailə Musayeva ─ texnika elmləri doktoru, professor
Əminağa Sadıqov ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Beynəlxalq redaksiya heyəti:
Ağamirzə Bəşirov (Şimali Kipr) ─ riyaziyyat elmləri doktoru, professor
Yuri Belyaev (Isveç) ─ riyaziyyat elmləri doktoru, professor
Alexander Dudin (Belarus) ─ texnika elmləri doktoru, professor
Gennady Falin (Rusiya) ─ riyaziyyat elmləri doktoru, professor
Nikolay Filimonov (Rusiya) ─ texnika elmləri doktoru, professor
Sharif Huseynov (Latviya) ─ riyaziyyat elmləri doktoru, professor
Sztrik Janos (Macaristan) ─ professor
Che Soong Kim (Cənubi Koreya) ─ texnika elmləri doktoru, professor
Achyutha Krishnamoorthy (Hindistan) ─ professor
Əfəndi Nəsibov (Türkiyə) ─ riyaziyyat elmləri doktoru, professor
Nozer D. Singpurwalla (Honkonq) ─ professor
Alexander Sladkowski (Polşa) ─ texnika elmləri doktoru, professor
Jiuping Xu (Çin) ─ professor
Texniki redaktor: Natalya Belyayeva
Tərcüməçi: Esmira Serova
Administrator: Vüsal Məmmədov
Nəşr etikası və sui-istifadə halları haqqında qaydalar
1. Redaktorların vəzifələri
Əlyazmanın nəşri haqqında qərarların qəbulu ─ Jurnalın redaktoru jurnalın redaksiyasına daxil olan məqalələrin seçilməsi ilə bağlı məsuliyyət daşıyır. Redaktor jurnalın redaksiya heyətinin siyasətini rəhbər tuta bilər və qanuni tələblərə uyğun olaraq böhtan, müəlliflik hüququnun pozulması və plagiatlıq kimi halları aşkarlaya bilər. Redaktor bu sahədə qərar verərkən digər redaktor və ya rəyçilərlə məsləhətləşə bilər.
Ədalətlilik ─ Redaktor müəllifin irqindən, cinsindən, cinsi mənsubiyyətindən, dinindən, etnik mənsubiyyətindən, vətəndaşlığından və siyasi baxışlarından asılı olmayaraq əlyazmaların intellektual məzmununu qiymətləndirir.
Konfidensiallıq ─ Redaktor və redaksiya heyətinin üzvləri qəbul olunan əlyazma haqqında məlumatı müəlliflər, rəyçilər, digər redaksiya məsləhətçiləri və nəşriyyatçıdan başqa heç kimə açıqlamamalıdır.