ifrat soyutma

ру переохлаждение en supercooling de Unterkühlung fr superréfrigération es sobreenfriamiento it superraffreddamento
idarəetmə qurğusu
iki sıra kirəmitli dam
OBASTAN VİKİ
Soyutma
Qoyun əti - 217q, baş soğan - 30q, pomidor - 280q, xama 30q, duz, istiot. Qoyun əti 0,1-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətinin 2-3 mm qalınlığında doğrayır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.
Buxarlı soyutma
Buxarlı soyutma Bildiyimiz kimi, suyun mayedən qaz halına çevrilməsi istilik enerjinin udulması ilə müşayiət olunur. Bunun üçün suyu aktiv qaynama temperaturuna çatdırmaq mütləq deyil. Su maye halında qalana qədər effekt istənilən temperaturda özünü büruzə verir və bu temperatur diapazonu insanın rahatlığını təmin edən temperatur sahəsindən xeyli çoxdur. Beləliklə, buxarlanma prosesini sürətləndirdikcə su havadakı istini udacaq. Buxarlı soyutma prinsipi bu prosesin üzərində qurulubdur. İş prinsipi Əgər isti quru hava suyla hopdurulmuşbir neçə millimetr qalınlığı olan penoplast və ya lifli filtrdən keçirsə, suyun yarısı buxarlanır. Bunun nəticəsində filtrdən keçən hava bir neçə dərəcə soyuyur. Filtr üçün nəzərdə tutulmuş su mütəmadi olaraqdaima təmiz maye suyla (idealda – distilya olunmuş) doldurulan çəndən təmin olunur. Sadələşdirilmiş buxarlı soyutma sistemi adətən yastı damda quraşdırılır. Konstruktiv olaraq sistemtərəflərinin ölçüsü təxminən 1 metr olmaqla kub şəklində verilir.
İfrat axıcılıq
İfrat axıcılıq kapillyar borudan maye heliumun sürtünməsiz axmasıdır. Heliumun hər iki izotopu müəyyən təzyiqlərdə mütləq sıfır temperaturuna qədər maye halında qalır. Klassik fizikaya görə, isə bütün mayelər həmin temperaturda bərk hala keçməli idi. Bu, maye hallarına müvafiq temperaturda istilik hərəkətinə uyğun olan De-Broyl dalğalarının uzunluğunun atomlar arasındakı məsafə tərtibində olması və kvant effektlərinin yaranması ilə əlaqədardır. Belə mayelərə kvant mayesi deyilir. Helium mayesinin özlülüyünün 2,18°K-də sıfra yaxın olmasını və ifrat axıcılıq halına keçməsini ilk dəfə Pyotr Kapitsa kəşf etmişdir.
İfrat millətçilik
Ultranasionalizm — İfrat millətçilik "insanların maraqlarını bir dövlət və ya digərləri üzərində təşviq edən ifrat millətçilik" və ya "öz millətinə həddindən artıq sədaqət"dir.
İfrat sağ
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İfrat solçuluq
İfrat solçuluq (Radikal sol ya da ingilis dilindəki adı ilə far-left) — kommunist və sosialist siyasi partiyaların solunda yerləşən və parlament demokratiyasını rədd edən bütün inqilabçı hərəkatlar. Bunlar köklü struktur islahatların tərəfdarıdırlar. İctimai azadlıqlara görə sosializm; İstehsal və dəyişdirmə vasitələrinin kollektivləşməsinin tərəfdarı olan marksist-leninist-maoist kommunizm, ifrat solçuluğa bir nümunədir. Ümumiyyətlə Parlament sistemini rədd edir və birbaşa fəaliyyəti müdafiə edirlər. Bununla belə, Karl Marks kommunist sisteminə keçidin yalnız proletar inqilabı ilə mümkün olacağını, sonrakı dövrlərdə istehsal vasitələrinə və kütləvi informasiya vasitələrinə dövlət sahibliyi ilə bir egalitar (bərabərlik) cəmiyyətin qurulacağını və dövlətin bir müddət sonra yox olacağını bildirirdi. Digər tərəfdən, anarxistlər dövlətin ən qısa müddətdə məhv edilməsinin və insanların öz həmrəylik sistemlərində yaşamasının tərəfdarıdırlar. İfrat sol qanad siyasətində din və milliyyət arxa plandadır. Hər cür millətçiliyi rədd edir. Çünki bütün insanların bir dam altında həmrəylik içində yaşadığını müdafiə edir. Tam egalitardır.
İfrat Əliyeva
İfrat Əliyeva (İfrat Səlim qızı Əliyeva; 9 noyabr 1938, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor. İfrat Əliyeva 1938-ci ilin noyabr ayının 9-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1946-1956-ci illərdə Hüseyn Cavid adına orta məktəbi bitirmişdir. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil almışdır. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə «Bəxtiyar Vahabzadənin lirikası» mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi adına layiq görülmüşdür. 1987-ci ildə «Məmməd Rəhimin yaradıcılıq yolu» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında dosent (1980), daha sonra professor (1988) vəzifəsini tutmuşdur. ADU-nun filologiya fakültəsində dekan müavini (1979-1980; 1992-1994), universitetin qiyabi və orta ixtisas təhsili üzrə prorektoru (1994-1999) işləmişdir. Hazırda Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.
Kompüter soyutma sistemi
Maye soyutma sistemləri
Kompüter soyutması, kompüteri təşkil edən təchizatların bütün və ya qismən ortaya çıxardığı istiliyi aradan etmə texnikalarının tətbiqi əməliyyatıdır. Bir kompüter sisteminin parçaları iş əsnasında olduqca yüksək miqdarda istilik meydana gətirməkdədir. Bu istilik yüksək nisbətdə prosessor, yonqu, ekran kartı və sabit disklər kimi vahid dövrələr tərəfindən ortaya çıxarılsa da, əslində kassa içərisindəki bütün dövrələr tərəfindən da qatqı görməkdədir. Kassa içərisindəki istilik məqbul səviyyələrə azaldılmadığı müddətcə parçaların səmərəli və təhlükəsiz işləməsi təhlükəyə girməkdədir. İndiki vaxtda olduqca kiçilmiş kompüter ölçüləri və bunun yanında irəli istehsal texnologiyası istilik meydana gəlməsini və istiliyin aradan edilməsini asanlaşdırsa da, bu əməliyyat üçün xüsusi vahidlər istifadə ediməsi məşhurdur. Bu xüsusi vahidlər içində yenə məşhur olaraq istiliyin paylandığı səthin artırılması məqsədilə istifadə edilən istilik yayıcıları (heat sink) və hava sirkülasyonunun yaxşılaşdırılması məqsədilə istifadə əksəriyyəti təşkil etməkdədirlər. Son dövrlərdə istifadəçinin idarəsinə açılan bir digər texniki isə yazılım yönümlü soyutma (softcooling) adı verilən, təchizatın performansını salaraq ortaya çıxan istiliyi birbaşa azaldılması məqsədi daşıyan fabrik çıxışlı bir üsuldur. Yenə son dövrdə kompüterlə maraqlananlar tərəfindən, daha əvvəl motorlu nəqliyyat vasitəsilərdə istifadə edilən radiator, akvarium sistemlərində istifadə edilən nasos və ümumi məqsədli maye xortumları kompüter soyutma məqsədinə həsr olaraq istifadə edilməkdədir. Bu yanaşma nəticəsində, bir çox firma bu cür sistemləri parça əsasında və ya vahid həllər şəklində çıxararaq satışa çıxarmışdır. Bu üsula məşhur olaraq "maye soyutma" adı verilməkdədir.
İfrat yeni ulduz
İfrat yeni ulduz — güclü partlayış nəticəsində parlaqlığı kəskin artan ulduzdur. Bu ulduzların alışması zamanı maksimum mərhələdə onların mütləq ulduz ölçüsü -19m, hətta -21m olur. Beləliklə bu dövrdə ifrat yeninin işıqlığı Günəşinkindən 1010 dəfə böyük olur. Başqa sözlə bu ulduz sistemində bir ifrat yeni alışarsa onun işıqlığı aid olduğu ulduz sisteminin işıqlığı tərtibində olur. İfrat yeni alışanda 1042-1044 coul enerji ayrılı r, bu enerji yeni ulduz alışanda ayrılan enerjidən 10000-100000 dəfələrlə böyükdür. Müşahidə əlamətlərinə görə yeni ulduza bənzəyir, lakin alışması daha güclüdür. Parlaqlığı kəskin artaraq 2-3 həftədə maksimuma çatır (bu vaxt o, Günəşdən milyard dəfə parlaq ola bilir) və 5-20 min km/san sürətlə genişlənən örtük (təbəqə) kənara atılır. Genişlənmə nəticəsində örtüyün sıxlığı, bu səbəbdən də şüalanması zəifləyir. İfrat yeni ulduzla ətrafdakı ulduzlararası mühitin qarşılıqlı təsiri nəticəsində örtüyün genişlənmə sürəti azalır, təqribən yüz min ildən sonra örtük ulduzlararası maddə ilə tamamilə qarışır və onun kinetik enerjisi 1051 erqə çatır (bu, Günəşin 10 milyard ildə şüalandırdığı enerji qədərdir). Qalaktikalarda ifrat yeni ulduz böyük parlaqlığına görə müşahidə edilir.
Güc mənbəyi və soyutma sistemləri SFX/SFX 12 V güc mənbəyi