İLBƏİL
İLBİZŞƏKİLLİ
OBASTAN VİKİ
İlbiz
İlbiz — (Gastropod) dəstəsindan bir Molyusk növü. Onların bədənləri 3 əsas hissədən: baş, gövdə və ayaqdan ibarətdir. Əzələli ayaqları qarın hissədə yerləşir. İlbizlər şirin sularda, okeanlarda və bütün ətrafda görüləbilən heyvanlardır. Nəmli yerlərdə, yağışın bol olduğu və havanın tam soyumadığı payız aylarında tez-tez görünərlər. Bədənlərində bol miqdarda su olduğu üçün çox soyuq havalarda donarlar. Çox isti havalarda isə su itirərək quruyabilərlər. Keçdikləri yerdə iz buraxmalarının səbəbi parlaq rəngdə sümüksü bir maye istehsal etmələridir. Qabıqlarıyla gövdələrinin arasındakı qurumuş sümüksü maye, bədənlərindəki nəmi itirməmələrini etməyə imkan verir. Qışda torpaq altına ya da ağac gövdələrinə sığınaraq aktivliklərini sürdürürlər.
İlbiz Paul
Səkkizayaq Paul — "öncəgörən" səkkizayaq (lat. Octopus vulgaris), İtaliyanın Toskana şəhərinin vətəndaşı, Qərb xurafatı. Səkkizayaq Paul Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatı zamanı matçların nəticələri ilə bağlı verdiyi proqnozlarla məşhurlaşmışdır. Səkkizayağın bütün proqnozları doğru çıxmışdır. O, Almaniya yığmasının 6 oyununun və İspaniyanın çempion olacağının "dəqiq" proqnozunu vermişdir. Bununla da dünya xəbərlərinin baş mövzusuna çevrilmişdir. Paulun necə seçim etdiyi də maraqlıdır. Ona içərisi yeməklə dolu olan iki qab verilir və hər qabın üzərində qarşılaşacaq yığmaların ölkələrinin bayraqları əks olunur. Paul hansı ölkənin bayrağı olan qabdan yemək yesə, demək o ölkə "qalib"dir. Almaniyanın Oberhauzen şəhərindəki "Sea Life" adlı okeanariumda saxlanılan bu dəniz heyvanı 2010-cu il oktyabrın 26-da keçinib.
Dəhliz-ilbiz siniri
Dəhliz-ilbiz siniri —
İlbiz (orta qulaq)
İlbiz - lat. cochlea 2½ dəfə öz oxunun başına burulmuş spiral sümük kanal - lat. canalis spiralis cochleae. Uzunluğu 2 sm-ə bərabərdir. İlbiz kanalının bir ucu lat. apertura vestibularis deyilən dəlik vasitəsilə dəhlizdən başlazır və digər ucu isə kor surətdə tamam olur. İlbizin daxili qulaq keçəcəyinə baxan əsası - lat. basis concheae və təbil boşluğuna doğru baxan zirvəsi - lat. cupula concheae vardır. İlbizin sağı (istinadı) mil - lat.
İlbiz su quyusu
Maymayzu-ido (まいまいず井戸, hərf. "ilbiz su quyusu") – Yaponiyanın Musaşino regionuna xas olan qədim su quyusu növü. Bu su quyuları spiral formasında qazıldığı üçün bu cür adlanmışdır. Bənzər struktura İzu adalarında da təsadüf edilmişdir. "Maymayzu-ido" yapon dilinin Tama dialektindən tərcümədə "ilbiz su quyusu" deməkdir. Bu cür adlanmasının səbəbi quyunun spiral formasında qazılması və yuxarıdan ilbiz qabığına oxşamasıdır. Musaşino platosunun gilli toprağında şaquli formada quyu qazmaq topraq sürüşməsi təhlükəsinə səbəb olduğu üçün su quyuları spiral formasında qazılırdı. Maymayzu-idolar orta əsrlərdə Tokio və ətraf ərazilərin əsas içməli su mənbələrindən biri olmuşdur. Maymayzu-quyusu qazmaq üçün əvvəlcə yumşaq gil təbəqələrini dəf edərək spiral çuxur qazmaq və aşağıya uzanan cığır yaratmaq lazım idi. Bundan sonra ən dib nöqtədə suyu çıxarmaq üçün şaquli quyu qazılırdı. Prosesin çətinliyi səbəbilə orta əsrlərin əvvəllərində yaranmış "çətin qazılan quyu" (ほりかねの井, horikane-no-i) ifadəsi Musaşino regionu ilə əlaqələndirilən epitet olmuşdur.
Böyük ilbizcüllüt
Böyük ilbizcüllüt (lat. Tringa nebularia) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Bülbülü ilbizcüllüt
Bülbülü ilbizcüllüt (lat. Tringa erythropus) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Fiyu ilbizcüllüt
Fiyu ilbizcüllüt (lat. Tringa glareola) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Otluq ilbizcüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Qafqaz ilbizyeyən fışqırdanı
Qara ilbizcüllüt
Qara ilbizcüllüt (lat. Tringa ochropus) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Tənək ilbizi
Çay ilbizcüllütü
Çay ilbizcüllütü (lat. Tringa stagnatilis) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Üzüm ilbizi
Üzüm ilbizi (lat. Helix pomatia) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü. Tənək ilbizi ağciyərlilər yarımsinfinin saplaqgözlülər dəstəsinə daxildir. Təbiətdə geniş yayılmışdır. Ona üzüm bağlarında, kolluqlarda, otlaqlarda və digər yerlərdə rast gəlinir. Tənək ilbizlərində bədən spiralvari burulmuş bütöv çanaq içərisində yerləşir. Spiral sağtərəf istiqamətində bir neçə dövrə vurur. Onun zirvəsi distal tərəfdə, əks tərəfində isə çanağın ağzı yerləşir. Çanaq sarımtıl-qonur rəngdədir, üzərində uzununa zolaqlar olur, assimetrikdir. Çanağın içərisində ilbizin bədəni yerləşir.
İlbizcüllüt
İlbizcüllüt (lat. Tringa) — tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.. Azərbaycanda İlbizcüllüt cinsinə 6 növ daxildir: Qara ilbizcüllüt (Tringa ochropus Linn., 1758) Fiyu ilbizcüllüt (Tringa glareola Linn., 1758) Böyük ilbizcüllüt (Tringa nebularia Ginn., 1767) Otluq ilbizcüllütü (Tringa totanus Linn., 1758) Bülbülü ilbizcüllüt (Tringa erythropus Pall., 1764) Çay ilbizcüllütü (Tringa stagnatilis Bechs., 1803) Sahil daşçevirəni Adi caydaqcüllüt Sağsağanı alacüllüt Qara ilbizcüllüt Fiyu ilbizcüllüt Green Sandpiper (Tringa ochropus) 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
İlbizlər
İlbizlər (lat. Gastropoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi. Növlərin böyük əksəriyyəti dəniz və okeanlarda, qismən də şirin su hövzələrində və quru mühitdə yayılmışdır. Az bir qisim növlər isə parazit həyat tərzi keçirməyə uyğunlaşmışlar. Bədən ölçüləri müxtəlif olub, 2–3 mm-dən bir neçə santimetrə qədərdir. Ən iri formalarından biri önqəlsəməlilər yarımsinfinə aid olan Hemifusus proboscidiferus növüdür ki, çanaq ilə birlikdə ölçüsü 60 sm-dir. Qarınayaqlıların bədəni üç hissədən ibarətdir: baş, gövdə və ayaq Baş gövdədən aydın şəkildə ayrılır və üzərində bir cüt göz vardır. Gövdə əsasən kisə şəklindədir. Ayaq hissə əzələli olub, gövdənin altında yerləşmişdir. Pelagik həyat tərzi keçirən qarınayaqlı molyuskların ayağında üzməyə xidmət edən enli yan çıxıntılar vardır.

Digər lüğətlərdə