Dəlilər (Osmanlı imperiyası)
Dəlilər (türk. deli, osman. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb.
== Tarixi ==
=== İlk vaxtlar ===
XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı:
İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.