Maday imperiyası

Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-)[1] və ya Maday[2][3] (ivr.מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi,[4] eləcə də şimalda Araz çayıElbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan[5][6][7][8][9][10] və ya Şimali İran[11] ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir.[12] Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.[13]

Dövləti
Midiya dövləti
Maday
Bayraq
Bayraq
Midiya dövlətinin əhatə etdiyi ərazi
Midiya dövlətinin əhatə etdiyi ərazi
 
 
 
təq. e.ə. 678 — təq. e.ə. 550

Paytaxt Ekbatan
Ən böyük şəhər Hirbə, Raqa, Qazaka
Dilləri Midiya dili
Rəsmi dilləri Maday dili
Dövlət dini Politeizm,
Zərdüştilik
Ərazisi 2.800.000 km²
İdarəetmə forması Monarxiya
Sülalə Maday
Davamiyyət
 →

Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri[14][15][16][17][18][19] – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.[2][20][21]

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi.[22][23] Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir.[24] Midiya ərazisi b.e.ə. IX–VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi.[25]

Madalılar (midiyalılar) tarix səhnəsinə e.ə. I minilliyin əvvəlində çıxmışlar. Onların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (e.ə. 860–825) onların ölkəsini Amadai adlandırır. Sonralar Maday, Matay və Amaday.

Herodot qeyd edir ki, Midiyanın adı qədim yunan əfsanəsi olan "Yason və Arqonavtlar haqqında əfsanə"də Kolxida hökmdarı Eetin cadugər qızı Medeyanın adından götürülmüşdür.[26] O, həmçinin midiyalıların qədimdə arilər adlandığını yazır.[27] Hind-Avropa dillərinin heç biri vasitəsiylə Midiya sözünün mənasını müəyyənləşdirmək, etimologiyasını açmaq mümkün olmamışdır.[28] Bununla belə, Herodotun adını çəkdiyi altı Midiya tayfasının adının İran dilləri vasitəsiylə şərh olunmasına cəhdlər edilmiş, lakin yenə də heç bir uğurlu nəticə əldə edilməmişdir.[29][30]

Herodot qeyd edir:

"Deyok pərən-pərən halda olan Midiya tayfalarını bir yerə toplayaraq onlar üzərində hökmranlıq qurdu. İndi həmin ittifaqa buslar, paratagenlər, struxatlar, ariazantlar, budilər və maqlar daxildir".

Herodot, VII, 62

Laqaş hökmdarı Qudea (e.ə. 2143 – 2124) "Mada"dan "yaşıllıqlar ölkəsi" kimi bəhs edir.[31] III Ur sülaləsindən hökmdar Šulginin (e.ə. 2095–2048) Midiya qalası (şumercə "bád mada ki") adlı qala tikdirməsi qeyd edilir.[32] Mənbədə "bad mada ki" kimi qeyd edilən ifadədə "ki" hissəciyi coğrafi adları göstərmək üçün istifadə olunan hissəcikdir. Bu ifadədə "mada" hissəciyini əksər tədqiqatçılar "daxili ərazi" kimi tərcümə edirlər. Lakin Mada əksər hallarda Martu, Subaru, Anşan, Kimaş, Quti və s. adlar kimi kiçik əraziyə aid edilən coğrafi ad olmuşdur. III Ur sülaləsindən hökmdar Šu-Sin (e.ə. 2038–2030) Zaqroş ətrafındakı şəhərlərə və vilayətlərə ordu göndərmiş və bu zaman Madadan çoxlu miqdarda qızıl talamışdılar.[32]

Antoni Cenkinsonun tərtib etdiyi ingilis-holland xəritəsi

Q. Qeybullayev yazır:

"Maday (Matay) əvvəlcə türk mənşəli müstəqil bir böyük tayfanın, sonra tayfa ittifaqının və eramızdan əvvəl 673-cü ildən dövlətin və ölkənin adıdır. Deməli, Maday həm etnonim, həm də etnotoponimdir. Midiya dövləti yaranandan sonra Maday etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların, həm də başqa dillərdə danışan tayfaların ümumiləşdirilmiş midiyalı adına çevrilmişdir. Son araşdırmalar Maday, Matay etnosunun iranmənşəli yox, Altay, yaxud türkmənşəli olduğunu göstərmişdir".

Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991, стр. 274

Maday etnik adını daşıyanların türkmənşəli olması fikrini təsdiqləyən faktlardan biri indiyədək Qazaxıstanda Matay, Atalıq-Matay, Kapcaqay Matay, Gəncə-Matay,[33] Tuvada hələ XIII əsrdə Madı[34] (türk dillərində a-ı əvəzlənməsi səciyyəvi haldır), Madı-qoşun və Mat,[35] SibirdəAltayda Maadı, Madar və Maxtar[36] (Mada, Mata və türkmənşəli tayfaların, məsələn, avşar, avar, bolqar, qacar, kəngər, xəzər və b. adları üçün səciyyəvi ar, ər – kişi, igid, döyüşçü sözlərindən) tayfalarının mövcud olmasıdır.[37]

Madayların vətəni

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Midiya toponimləri
Madayların ilkin vətəni (tünd yaşıl rənglə göstərilmişdir)[38]

Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri tədqiqatçılar arasında mübahisəlidir. Assur mənbələrində madayların mannaların cənub-qərb sərhəddində, Parsua vilayətinin şimal–qərbində məskunlaşması göstərilir. Mənbələrdə madayların ilkin məskunlaşma ərazilərinin cənub sərhəddinin Bikni dağı olması qeyd edilir. Bikni dağını əksər tədqiqatçılar Dəmavənd dağı ilə eyniləşdirirlər. Bununla belə həmin dağı Həmədan şəhəri yaxınlığında yerləşən Əlvənd dağı ilə də lokalizə edənlər vardır. Lakin Həmədanın (Ekbatan) Maday dövlətinin paytaxtı olması nəzərə alındıqda paytaxt şəhərin sərhəd yaxınlığında salınması inandırıcı görünmür.[39]

Q. Qeybullayev madayların ilkin məskunlaşma ərazilər haqqında yazır: "İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, e.ə. 673-cü ildə öz dövlətini yaratmışdır".[40]

Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri ilə bağlı tədqiqatçılar arasında müəyyən mübahisələr olsa da, bir mənalı olaraq bütün tədqiqatçılar madayların məskunlaşma ərazisini tarixi Azərbaycan ərazisində lokalizə edərək, madayların ən qədim və yerli Azərbaycan tayfalarından olmasını və yerli əhalinin (Azərbaycan türklərinin) etnogenezinin formalaşmasında mühüm rol oynadığını qeyd edirlər.[41]

Dövlətin ərazisinin genişləndirilməsi

[redaktə | mənbəni redaktə et]

Midiya hökmdarı Kiaksar farsların tabe olunmasından, Şərqi İran ərazilərinin işğalından, geniş torpaqlara malik olan Aşşur dövlətinin darmadağın olunmasından, Mannanın, UrartununSak çarlığının fəth edilməsindən sonra Qərbdə Halis (müasir Qızılirmaq) çayınadək uzanan zəngin Lidiyanı və yunan ticarət şəhərlərini öz dövlətinə birləşdirməyə cəhd etdi.

Herodota görə, Lidiya ilə müharibə e.ə. 590-cı ildə başlandı. E.ə. 585-ci il mayın 28-də Halis döyüşü zamanı günəş tutulması hadisəsi baş verdi və bu hadisə döyüşən rəqiblər tərəfindən pis əlamət kimi qəbul edildi. Müharibə dayandırıldı. Sülh müqaviləsinə əsasən, Mada ilə Lidiya arasındakı sərhəd Halis çayı üzrə müəyyənləşdirildi.

Lidiya ilə müharibənin başa çatdığı ildə qədim dünyanın böyük dövlət xadimlərindən biri, Esxil tərəfindən "Asiya üzərində hökmranlığın banisi" adlandırılmış Kiaksar vəfat etdi. Onun yaratdığı dövlətin ərazisi böyük idi. Bu dövlət Mada çarlığından başqa Manna, Sak çarlığı, Urartu torpaqlarını, "Siro-Mada" adlanan ərazini (keçmiş Aşşur vilayətləri olmuş Zamuanı, Parsuanı, Kişessunu, Xarxarı və b.) əsil Aşşur torpaqlarını (Ksenofontdan məlum olduğu kimi), Hirkaniya və Parfiya ilə birlikdə İranın bütün şərq qismi (bu isə yunan ənənəsindən irəli gəlir) özündə ehtiva edirdi.

Beləliklə, Mada dövlətinin sərhədləri Şərqdə Orta Asiyadan qərbdə Halis çayınadək uzanırdı. Dövlətin şimal sərhədlərinin bir qismi Kolxidanın yaxınlığından keçirdi. Şübhəsizdir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin tərkibinə daxil idi. Mada dövlətinin tərkibində artıq sonralar fars hökmdarlarının yazılarında adları çəkilən satraplıqların ən azı bir qismi vardı.

İnzibati idarəetmə

[redaktə | mənbəni redaktə et]
Midiya dövlətinin ilkin yaranma ərazisi ellinizm dövründə Kiçik Midiya və ya Atropatena adlanırdı (müəllif: fransız kartoqraf Adrien-Hubert Brué (1839)

Güman edilir ki, Mada dövlətinin inzibati quruluşu sonralar Əhəməni imperiyasının quruluşu kimi Aşşur-Urartu sisteminin daha da inkişaf etmiş forması olmuşdur. Ehtimal olunur ki, inzibati idarəyə, məhkəməyə, maliyyə sisteminə başçılıq etmiş satrapların səlahiyyətləri prinsip etibarilə Aşşur vilayət rəislərinin (bçl pehate, pehatu) səlahiyyətlərinin oxşarı idi.[42]

Hər halda Mada satrapları Aşşurun və Urartunun "qubernatorlarının" yalnız bir qədər dəyişilmiş oxşarları idilər.

Bibliyada və başqa Qədim Şərq mənbələrində "Mada çarı""çarlarından", "Mada çarı""onun köməkçiləri olan çarlardan" danışılır.[43] Deyilənlər Mada çarının vassalları və yaxud satrapları olmuşlar.

Mada dövlətinin mövcudluğu dövrünün mahiyyətcə 6–8 onilliklə məhdudlaşmasına (e.ə. VII əsrin sonu – VI əsrin I yarısı) baxmayaraq, onun yaradılmasının İran yaylasıÖn Asiya tayfaları və xalqlarının tarixi üçün böyük əhəmiyyətə malik olması mübahisəsizdir.[44]

Maddi nemətlərin başlıca istehsalçıları əsasən azad icma üzvləri olmuşlar. Hər bir icma üzvü eyni zamanda döyüşçü idi. Mada cəmiyyətinin gücü xeyli dərəcədə bununla izah edilirdi. Kiaksar məhz bu cəhətə arxalanaraq özünün işğalçılıq müharibələrinə başlaya bilmişdi.

Madalılar Kiaksarın böyük işğalçılıq müharibələri zamanından etibarən Şərqin qədim mədəniyyətləri ilə təmasda oldular və uzunmüddətli olmasa da, Ön Asiyanın ən mühüm qüvvəsinə çevrildilər. Bölgənin sinifli cəmiyyətləri ilə əlaqələr Madada patriarxal dayaqların dağılması prosesini sürətləndirdi.

Samuel Butlerin 1907-ci ildə nəşr edilmiş "The Atlas of Ancient and Classical Geography" adlı atlasında Midiya, həmçinin onun qonşuları PersiaParfiyanın sərhədləri

Mədəni ölkələrdən daxii olmuş sinfi mədəniyyət Mada dövləti qüdrətinin istinad etdiyi hər şeyi sürətlə dağıdırdı. Azad icma üzvü ilə əyanlar arasında intensiv surətdə yaranmağa başlayan və güclənən fərq getdikcə kəskinləşirdi. Sıravi azad icma üzvlərinin istismarı güclənir, ölkənin təsərrüfat həyatında qul əməyinin xüsusi çəkisi artırdı. Qul əməyindən nəinki yalnız hökmdar təsərrüfatında (Herodotun buna dair məlumatları vardır), habelə əyanların təsərrüfatlarında və məbəd torpaqlarında istifadə edilirdi. Polien hələ Deyokun hakimiyyəti dövründə Madada məbəd təsərrüfatının mövcud olduğunu təsdiqləyir.[44]

Atəşpərəstlik etiqadı xidmətçiləri və qədim ənənələrin mühafizəçiləri olan maqlar – kahinlər əyanlarla yanaşı, Mada cəmiyyətində mühüm qüvvə idilər. Avestada məlumat verilir ki, maqlar qədimdən geniş torpaqlara malik idilər. Şübhəsizdir ki, böyük sərvətlərdən istifadə edən, xalq arasında böyük nüfuza malik olan möhkəm və mütəşəkkil qüvvəyə çevrilmiş maqlar hökmdarların həm xarici, həm də daxili siyasətinə təsir edirdilər.

Nəticədə cəmiyyətin əvvəlki strukturu xeyli dərəcədə sarsılır, patriarxal dayaqların dağılması prosesi sürətlənir, sinfi antaqonizm kəskinləşirdi. Mada dövlətinin yaranması ilə Mada nəsli-tayfa və hərbi demokratiya ölkəsindən qədim Şərq tipli dövlətə çevrilməyə başladı.

Herodotun məlumat verdiyi kimi, Mada cəmiyyətində sinfi mubarizə hələ dovlətin meydana gəldiyi zamandan əvvəlki dovrdə mövcud idi. Peyğəmbər İsayanın şəhadətinə görə, erkən dövrdə "gümüşü qiymətləndirməmiş və qızıla həris olmamış" madalılar inkişafın geniş yoluna çıxmışdılar.[45]

Böyük işğalçılıq müharibələri zahirən Madanı gücləndirsə də, onu inkişaf etmiş quldarlıq münasibətlərinə malik olan qüdrətli və qorxulu dövlətə çevirsə də, məhz bu müharibələr tezliklə gəlmiş sonun başlanğıcı idi. Şübhəsizdir ki, madalıların yaratdığı Mada dövlətinin, onun mədəni-tarixi irsinin, müxtəlif ənənələrin və institutların rolu və əhəmiyyəti böyük idi.

Mövcudluğunun qısamüddətli olmasına baxmayaraq, Mada dövləti İran yaylası hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş, İran aləminin mədəni və dini mərkəzinə çevrilmişdi. Strabon yazırdı ki, madalılar ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada hökmranlıq adətlərinin baniləridir.[46] Mada dövrü Cənubi Azərbaycan tayfalarının tarixində mühüm nailiyyətlər və müxtəlif dəyişikliklər zamanı olmuşdur. İranCənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu xüsusilə böyük idi.

border=none Əsas məqalə: Madaylar
border=none Əsas məqalə: Madayların şəxs adları

Midiya dövlətini yaradan və hakimiyyətdə olan tayfa madaylar olmuşdur. Əksər Avropa və Rusiya iranşünasları madayların farsdilli xalq olmasını güman edirlər.[47][48][49][50][51][52][53][54][55] Bəzi müəlliflər midiyalı və maday anlayışlarını ümumiləşdirərək bütün midiyalıların irandillilər olmasını yazmışlar. Hətta qədim fars dilində İrandilli tayfaların dialektlərinə mənsub olan, lakin o zamankı rəsmi fars dilindən fərqlənən dialekt sözlərini midizmlər adlandıraraq madayların irandilli olmasını göstərən faktlar kimi göstərmişlər.[56]

Qiyasəddin Qeybullayev qeyd edir ki: "Midiyalılar deyilərkən Midiya imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada irandillilər – müasir farsların, kürdlərin, talışların, giləklərin, tatların və b. ulu əcdadları da vardı. Lakin bütün dövrlərdə türkmənşəli Midiya dövlətinin, farsmənşəli ƏhəmənilərSasanilər dövlətlərinin ərazilərində heç vaxt irandilli əhali əksəriyyət təşkil etməmişdir. Əgər irandillilər mənasında ― midiyalı dedikdə, maday etnik adını daşıyanları nəzərdə tuturlarsa, bu doğru deyil və real tarixi faktlar qarşısında qondarma fikir kimi görsənir."[57]

Üç cildlik Azərbaycan tarixinin birinci cildində isə yazılır ki: "Midiya taryfaları irandilli tayfalar deyildilər, yalnız sonradan Midiya farslar tərəfindən işğal edildikdən sonra müəyyən qədər farslaşmaya məruz qalmışdılar….Fraortanın hakimiyyəti dövründə midiyalılar Mannanı özlərinə tabe etdilər. Manna dövləti süqut etdi. Bundan sonra ümumi "midyalılar" məfhumu Azərbaycanın cənub hissəsində yaşayan mannaları və başqa tayfaları da əhatə etdi."[58]

İqrar Əliyev isə Atropatenanın tarixinə dair əsərində E. A. Qrantovskiyə istinad edərək Mannada kifayət qədər irandilli ünsürlərin olduğunu yazmışdır.[59] Onun fikrincə Atropatenanın əhalisi əsasən irandilli idi.[60] Odur ki, S. Qasımova III–VII əsrlərdə Cənubi Azərbaycanda "qədim İran Midiya dialektləri" ifadəsini işlətmişdir.[61] Cənubi Azərbaycan ərazisində əhalinin irantipli azəri dilində danışması fikri də bununla bağlıdır.

Bu fikri söyləyən tədqiqatçılar X əsr ərəb müəllifi Yəqubinin Azərbaycanda yaşaması haqqında məlumata əsaslanırlar: "Azərbaycanın şəhər və mahallarının əhalisi əcəm azəriləri ilə Babəkin olduğu əl – Bəzz şəhərinin sahibləri qədim Cavidanilərin qarışığıdır".[62] Q. Qeybullayev qeyd edir ki, bu məlumatda atropatenlilərin hamısının azəri dilində danışması göstərilmir. Sübut olunmuşdur ki, azəri dilinə aid materiallar Cənubi Azərbaycanın şimal–şərq kuncünə – Ərdəbil mahalına aiddir.[63]

Tarix elmləri namizədi X. Xəlili isə yazır: "Bütün mənbə və tədqiqatlar madayların maddi və mənəvi mədəniyyətlərinin bütün çalarları ilə farslardan fərqlənməsi və mədəni cəhətdən onlardan üstün olması, gəlmə farsların madaylardan mədəniyyət əxz etməsi haqqında məlumat verir. Madayların mədəni üstünlüyünün nəticəsi idi ki, Əhəməni sülaləsinin süqutu ilə farslar müstəmləkə altına düşdüyü halda, madaylar müstəqilliyə nail olub öz dövlətini qurur və azad inkişaf yolu keçirirlər. Etno–mədəni inkişaf prosesində ölkənin və etnosun adında dəyişiklik yaranır. Midiya adından Atropatena adına keçilir".[64]

Hökmdar sülaləsi

[redaktə | mənbəni redaktə et]

Manna ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

E.ə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna kimmerlər, skiflərmadalılarla mövcud olan ittifaqı sayəsində xeyli dərəcədə gücə və qüdrətə malik idi. Lakin əsrin 70-ci illərinin sonlarına doğru skiflərin bir qisminin xəyanəti nəticəsində bu ittifaq dağıldı. Partatua başda olmaqla aşşurluların tərəfinə keçmiş skiflərin bir qismi Assur hökmdarı Asarxaddona mannalara zərbə endirməkdə yardım etdi. İşpakay başda olmaqla skiflərin digər qismi isə mannalılarla ittifaq münasibətlərini davam etdirdi. Aşşur hökmdarı "Mannalılar ölkəsi əhalisini pərən-pərən saldım…, mannalıları xilas etməmiş skif, (onların) müttəfiqi İşpakanın qoşunlarını silahla qırdım" – deyə öyünürdü.[65]

Artıq Aşşurbanipalın hakimiyyəti dövründə (e.ə. 668–627-ci illər), təqribən e.ə. 660-cı ildə aşşurlular Mannanı çox ağır məğlubiyyətə uğratdılar, onu əski qüvvəsindən qəti şəkildə məhrum etdilər. Manna Nineva hakimlərinin vassalı səviyyəsinə endirildi və o öz süqutuna qədər Nineva hakimlərinə sadiq qaldı. Bu hal ona səbəb oldu ki, madalılar indi əski müttəfiqləri olmuş mannalara tabe olmayaraq, onların gücünə güvənmir və özlərini müdafiə etməyə çalışırdılar.

Assur yürüşləri

[redaktə | mənbəni redaktə et]

Assur hökmdarları Manna kimi Midiya ərazisinə də yürüş edir, Midiya hakimlərini özlərindən asılı vəziyyətə salırdılar. E.ə. IX əsrin ikinci yarısında V Şamşi-Adad, sonra isə onun oğlu III Adadnirari Midiya ərazisinə yürüş etmişdilər.[66] E.ə. VIII əsrin ikinci yarısında III Tiqlatpalasar "güclü midiyalıların"[67] ərazisinə çatmış, Midiya hakimlərinin xəracını qəbul etmişdi. II Sarqon Manna yürüşü zamanı, Midiya ərazilərinə də soxulmuşdu. Məhz bu dövrdə, Midiya hakimlərindən sayılan, lakin Manna canişini olan Dayaukku Urartunun fitnəsinə uyaraq mərkəzi hakimiyyətə qarşı çıxırdı. II Sarqon Dayaukkunu ailəsi ilə birlikdə Hamat şəhərinə köçürdü.[68]

E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılması təşəbbüsü göstərilmişdi. Herodot bunu Deyokun (e.ə. 712–675) adı ilə bağlamışdı.[69] Məlumatlara görə Deyok Midiya tayfalarını birləşdirmiş və vahid dövlət yaratmışdı. O, Ekbatan şəhərini saldırmış, qala divarları çəkdirmiş və bu şəhəri Midiya dövlətinin paytaxtı elan etmişdi.[70]

Skiflərin hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

Skiflərin Güney AzərbaycanÖn Asiyaya gəlməsi ilə Midiya Assuriyaya qarşı fəallaşdı. Herodotun məlumatına görə bu mübarizəyə Fraorta (e.ə. 675–653) başçılıq edirdi. Mixi yazılarda o, Kaştariti adlandırılır.[71] Tarixçilər güman edirlər ki, Mannada məskunlaşan skiflər Assura qarşı mübarizədə madaylara kömək edirdilər. E.ə. 672-ci ildə Midiyanın Assuriyaya qarşı mübarizəsi uğurla başa çatdı. Midiya Assur böyunduruğunu atdı və müstəqil dövlətə çevrildi. Fraorta kiçik hakimlikləri də öz ətrafında birləşdirə bildi.[65][72]

İ. M. Dyakonov qeyd edir ki, e.ə. VII əsrin 50-ci illərində çox güman ki, Midiya yenə də Assur ilə toqquşmalı olur.[73] Herodotun verdiyi məlumata görə Fraorta (Kaştariti) Assura yürüş təşkil etmişdi. Skiflərin digər bir dəstəsi, başda Madiy olmaqla Assurun köməyinə gəlmiş və Kaştaritini məğlub etmişdi. Kaştariti döyüşdə həlak olmuşdu.[74] Beləliklə e.ə. 625–585-ci illərdə Midiya skiflərdən asılı vəziyyətə düşmüş və skiflərin rəhbəri Madiy Midiyanın III hökmdarı kimi hakimiyyətə gəlmişdir. Madiyin hakimiyyəti dövründə Midiyada daxili sabitlik olsa da ölkədə Assur yönümlü siyasət yeridilmiş, Midiya xarici siyasətdə demək olar ki, Assura tabe olmuşdur.[75]

Kiaksarın maday hakimiyyətini bərpa etməsi

[redaktə | mənbəni redaktə et]

Herodotun verdiyi məlumata görə skiflərin Midiyada ağalığına son qoyulması Kiaksarın (bu Midiya hökmdarı Bisitun yazısında Huvaxıştra, Babil qaynaqlarında Umakiştar adıyla xatırlanır[76]) adı ilə bağlıdır.[77] Kiaksar e.ə. 585-ci ildə altmış illik skif ağalığına son qoyaraq taxt–tacı maday sülaləsinə qaytarmış və hakimiyyətə gələrək Midiyanın IV hökmdarı kimi tarixə düşmüşdür.[78]

Herodota görə Kiaksarın hakimiyyəti dövründə özlərini şah adlandıran xırda vilayət hakimləri mərkəzi hakimiyyətə tabe edildi.[79] Ziya Bünyadov qeyd edir ki, yəqin Kiaksar bundan sonra "şahlar şahı" rütbəsi daşımışdı.[80] Ölkədə daxili sabitliyi bərpa etdikdən sonra Kiaksar Midiyanın ətrafında olan və özlərinin müstəqil hökmdarı olan xırda vilayətləri özünə tabe etməyə və dövlətin ərazisini genişləndirməyə başladı. Qısa müddətdə Midiyanın cənub-şərqində yerləşən farsların ölkəsini – Persia da Midiyaya tabe edildi. Mədəni cəhətdən madaylardan dəfələrlə aşağı səviyyədə olan farslar Midiya mədəniyyətini mənimsəməyə başladılar.[81]

Assura qarşı Midiya–Babil kompaniyası

[redaktə | mənbəni redaktə et]

Mərkəzləşmiş dövlət yaratdıqdan sonra Kiaksar Assura qarşı müharibəyə hazırlaşdı. Bu məqsədlə o, Midiya ordusunu yenidən təşkil etdi. Kiaksar ordusunu silahlarına uyğun olaraq nizəçi və oxçu dəstələrinə böldü, süvarilər dəstəsi yaratdı.[79] Ölkənin müxtəlif ərazilərində yaşayan tayfalardan qədim dünyanın ən güclü ordusunu topladı. Assurun gücünə yaxşı bələd olan Kiaksar güclü düşmənlə tək qarşılaşmaqdan çəkinərək, Midiya kimi daima Assurun dağıdıcı yürüşlərinə məruz qalan Yeni Babilistan hökmdarı Nabupalasar ilə ittifaqa girdi. Hər iki tərəfdən eyni zamanda düşmən üzərinə hücum eləməyi haqda razılıq əldə etdi.[82]

Assur ilə müharibə bir neçə il davam etdi. Öz ordusunun axıra kimi müqavimət göstərə bilməyəcəyindən qorxan Assur hökmdarı III Aşşur-Ubalit o zaman Assura tabe olan bütün xalqların ordusunu Midiya və Babil ordusuna qarşı yönəltməyə cəhd etdi. Lakin Qablin şəhəri yaxınlığında baş verən döyüş zamanı Assur ordusu məğlub edildi. E.ə. 615–612-ci illərdə Midiya və Yeni Babilistan ordusu tərəfindən Assurun Aşşur, Arbela, Kalat şəhərləri və paytaxtı Nineva tutularaq talandı. Beləliklə, əsrlərlə qədim şərq dövlətlərinin ən qorxulu düşməni olmuş nəhəng Assur dövləti e.ə. 604-cü ildə süqut etdi və onun torpaqları Midiya və Yeni Babilistan arasında bölüşdürüldü.[83]

Midiya–Lidiya müharibəsi

[redaktə | mənbəni redaktə et]
Midiya-Lidiya müharibəsindən sonra Midiyanın ərazisi

Assur dövlətinin süqutundan sonra işğalçılıq müharibələrinə ba‏şlayan Kiaksar Egey dənizi sahillərinə çıxa bilmək üçün ciddi işğalçılıq fəaliyyətinə başladı. Öncə hədəf artıq tənəzzül dövrünü yaşamaqda olan qədim Urartu dövləti oldu. Çünki bu dövlət Kiçik Asiyaya gedən yolun üzərində yerlə‏şirdi. Lakin Midiya ilə Urartu arasında yerləşən Manna dövlətinin aqibəti naməlum olaraq qalır. Ziya Bünyadov qeyd edir ki, ola bilsin, Manna rəsmən Midiyadan siyasi asılı vəziyyətdə olmuş və bununla da daxili idarəetmədə müstəqilliyini saxlaya bilmiş‏di. Manna, həmçinin müharibə meydanlarından da kənarda yerlə‏şirdi.[84]

Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə intiqam idi.[85] Midiyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə skiflər Kiaksarın oğlanlarından birini əsir götürərək özləri ilə birgə Lidiyanın paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də II Aliatt skifləri qaytarmaqdan imtina etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya ərazisinə yürüş etmişdir.[86]

Beş il davam edən müharibənin sonuncu döyüşü e.ə. 585-ci il 28 may tarixində baş vermişdir. Tərəflər indiki Türkiyə Cümhuriyyəti ərazisində, Halis (Qızılirmaq) çayının sahilində qarşılaşdılar. Tarixə Halis döyüşü adı ilə düşmüş bu döyüş zamanı çox gözlənilməz bir hadisə baş verdi. Döyüş zamanı baş verən günəş tutulmasından qorxan və bu hadisəni tanrıların qəzəbi sayan KiaksarII Aliatt döyüşü dayandırmaq və sülh bağlamaq qərarına gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən sahilində döyüş baş vermiş Halis çayı Midiya və Lidiya arasında sərhəd elan edilmiş,[87] II Aliattın qızı Aryenis isə Kiaksarın oğlu Astiaqa ərə getmişdir.[88]

Bu hadisə ilə bağlı Herodot yazır:

"Müharibənin altıncı ilində çay kənarındakı döyüşlərdən birində birdən-birə gündüz gecə oldu və hər yer qaranlığıa qərq oldu. Bunun tanrıların qəzəbi olduğunu başa düşən hər iki tərəf aralarında sülh bağlayaraq müharibəyə son qoydular. Sülh qərarı qohumluq əlaqələri ilə də möhkəmləndirildi və Aliattın qızı Aryenis, Kiaksarın oğlu Astiaqa ərə verildi. Bundan sonra tərəflər arasında hansısa bir toqquşma və ya anlaşmazlıq baş vermədi."

Herodot – Tarix, I, 73 – 74

Dövlətin tənəzzülü

[redaktə | mənbəni redaktə et]
Midiya döyüşçülərinin təsviri (Assur qabartısından)[89]

Halis döyüşündən qısa müddət sonra Midiyanın ən qüdrətli hökmdarı Kiaksar vəfat etdi. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585–550) gəlir. Astiaqın uzunmüddətli hakimiyyəti onun haqqında müxtəlif rəvayət və əfsanələrin yaranmasına səbəb oldu. Hakimiyyətinin ilk dövrlərində ölkənin tərəqqisinə, iqtisadi və sosial vəziyyətin gücləndirilməsinə böyük diqqət ayıran Astiaqın hakimiyyət dövrünü Midiya mədəniyyətinin müxtəlif sahələrinin inkişafı dövrü kimi də xarakterizə etmək mümkündür.[90]

Ona qayınları Lidiyalı Kroesus və Babilli Navoxadonnozor ilə birgə nəhəng imperiya miras qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Amitis idi, hansı ki, əri onun şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin asma bağlarını inşa etdirmişdi.

Astiaq özü isə iki imperiya arasında əldə edilmiş razılığa əsasən Lidiya hökmdarı Kroesusun bacısı Aryenis ilə evlənmişdi. Astiaqın tacqoyma mərasimi atasınn ölümündən bir il sonra keçirilmişdi. Onun qızı Mandana isə fars şahzadəsi, I Kambizə ərə verilmişdi.[91]

Astiaqın hakimiyyəti dövrü daha çox iki şeylə — daimi stabil vəziyyət və inkişafla yadda qalmışdır. Həmin dövrdə imperiya şərqində, dünyanın ən qədim ilahi dinlərindən olan zərdüştilik təşəkkül tapmış, Qərbində Kroesus tərəfindən tanınmış filosoflar (Tales, Solon, Aesop və s.) himayə edilmiş, həmçinin Navoxadonnozor Babil şəhərini inkişaf etdirərək qədim dünyanın ən böyük şəhərlərindən birinə çevirmişdir.

Lakin bir müddət sonra dövlət işlərini bir tərəfə buraxıb vaxtını yalnız eyş-işrət məclislərində keçirən Astiaqın yüksək rütbəli saray əyanları və maday zadəganları ilə əlaqələri pozuldu. Buna görə də o, hökmdar üçün çox vacib olan zadəganların dəstəyindən məhrum oldu. Məhz bu səbəbdən də Astiaqın hakimiyyətinin son illərində Midiyanın daxili və xarici vəziyyəti mürəkkəblə‏şməyə ba‏şladı.

Harran vilayətinə görə qon‏şu Yeni Babilistan dövləti ilə də münasibətlər gərginlə‏şmi‏di. Belə ki, hər iki dövlət Harran vilayətinə iddia edirdi. Astiaq daha cəld tərpənərək Harrana hərbi dəstələr yeritdi. Astiaqa qar‏şı olan saray əyanlarının bir qismi bu fürsətdən istifadə etdi. Daxili siyasətdə Astiaq nəsli zadəganların hüquqlarını məhdudlaşdırdığı üçün hökmdar ilə əyanlar arasında ziddiyyətlər ‏daha da kəskinləşdi.[92]

Midiya haqqında digər qaynqlarda olmayan məlumatları dövrümüzə çatdırmış Nabonidin salnaməsi

Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər.[93] Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.[94]

Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu. Astiaq qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı yuxu[95] gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçün Anşana göndərir. Harpaq isə əlini hökmdar nəslindən olan insanın qanına bulamaq istəmədiyi üçün uşağı (II Kir) Mitridat adlı bir çobana verir və o da uşağı öz övladı kimi böyüdür.[96]

Ön il keçdikdən sonra, Kirin sağ olmasını öyrənən Astiaq bundan qəzəblənərək Harpaqı cəzalandırır. O, onun yeganə oğlunu kəsdirərək, sarayda təşkil olunmuş ziyafətdə içində uşağın atası Harpaqın da olduğu saray adamlarına yedirdir. Harpaq ziyafət zamanı bunu öyrəndikdən sonra, heç bir reaksiya verməyərək sakitcə oğlunun qalıqlarını masalardan toplayaraq məclisdən çıxır və qalıqları dəfn edir. Astiaq daha sonra, maqlarla Kirin taleyini necə həll etmək haqqında məsləhətləşməyə başladı. Onlar, dağda yoldaşları ilə oyun oynayarkən tapılan uşağın kəhanəti gerçəkləşdirərək onun hakimiyyətini əlindən ala biləcəyini, ona görə də saraydan uzaqda saxlanması gərəkdiyini söylədilər. Onların məsləhəti ilə, Astiaq uşağı valideyinləri I KambizMandananın yanına, Anşana (xarablıqları Şiraz yaxınlığında yerləşən qədim şəhər) göndərdi.[97]

Kir e.ə. 559-cu ildə hakimiyyətdə öz atasnı əvəz edir və e.ə. 553-cü ildə çoxdan Astiaqdan qisas almaq istəyən Harpaqın məsləhəti ilə babaı Midiya hökmdar Astiaqa qarşı üsyan qaldırır.[98] Tərəflər arasında irili xırdalı bir neçə döyüş baş verir. Farslarmadaylar arasında gedən müharibənin üçüncü ilində, Pasarqad döyüşündə maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi devrilir.[99] Midiya dövlətinin varlığına son qoyulur. Kir Astiaqın hakimiyyətini əlindən alır və onu təhqir edir.[100]

Farsların hakimiyyəti altında

[redaktə | mənbəni redaktə et]
Midiya dövlətinə aid gümüş sikkə, Azərbaycan Muzeyi, Təbriz[89]

E.ə. 553-cü ildə Persia hakimi II Kir babası Midiya padşahı Astiaqa qarşı çıxaraq e.ə. 550-ci ildə ona qalib gəlir və hakimiyyəti ələ keçirir. Kirin hakimiyyəti ələ keçirməsində Astiaqın hakimiyyətdə olduğu illər ərzində buraxdığı səhvlər ucbatından Midiya zadəganlarının ondan üz döndərməsi də mühüm rol oynamışdı. Beləliklə Maday dövlətinin xarabalıqları üzərində tarixdə ilk fars dövləti olan Əhəmənilər dövləti quruldu.[101]

X. Xəlili yazır ki, "Madaylar siyasi hakimiyyətlərini itirsələr də, yüksək mədəni təsr gücünə, yaradıcılıq enerjisinə malik olduğundan, yad fars mədəniyyətinin təsirinə düşmədilər, əksinə, gəlmə farslara mədəniləşdirici təsir göstərdilər. Azərbaycanda mərkəzləşmiş dövlətin yaranması, Azərbaycan türklərinin ilkin təşəkkülü yad fars mədəniyyətinin, siyasi hakimiyyətnin dəf edilməsi şəraitində baş verdi. Midiya – Manna mədəniyyəti bütün komponentləri ilə fars mədəniyyəti üzərində dominantlıq göstərdi."[102]

Kirin əldə etdiyi qələbədən sonra madaylar daima onlara qulluq etmiş, həmişə özlərindən aşağı səviyyədə qəbul etdikləri[103] farslara tabe olmağa məcbur oldular. Həmin dövrdən madayların təhqir olunması, alçaldılması və talan edilməsi dövrü başladı. Kir madayların üstünə ağır vergilər qoydu. Yeni imperiyada farslar üstün mövqeyə sahib oldular. Madaylar isə birmənalı olaraq öz mövqelərini itirdilər. Orduda və şərəf düzümündə farslar madaylardan öndə durmağa başladılar, ölkədə bütün qayda – qanunlar farsların adət-ənənəsinə uyğunlaşdırıldı, hətta müqəddəs kitab olan Avestaya da dəyişiklər edildi.[104]

Midiyanın paytaxtı Ekbatan şəhərindən aşkarlanmış, Əhəmənilər imperiyası dövrünə aid qızıl öküz başlı riton

Bütün bunlara dözmək istəməyən madaylar, müxtəlif sərkərdə və qəhrəmanların rəhbərliyi ilə dəfələrlə azadlıq hərəkatına başlasalar da hər dəfə fars ordusu tərəfindən məğlub edilmiş, Herodotun "ləyaqətli insanlar" deyə tərif etdiyi[105] mərd madaylar qul halına salınmışdır. İlk qiyam elə II Kirin hakimiyyəti zamanı baş vermiş, Kiaksar adlı madalı sərkərdə Midiya dövlətini bərpa etməyə cəhd göstərmişdi. Lakin o, fars sərkərdələri tərəfindən məğlub edilmiş və Ekbatan şəhəri yenidən işğal edilmişdir. Qısa zaman ərzində baş vermiş ikinci qiyam e.ə. 409-cu ildə, II Daranın hakimiyyəti zamanı baş vermişdir.[106] Lakin Azərbaycanda Əhəmənilərə qarşı davamlı və ən uzun müddətdə mübarizə aparan Xəzər dənizi sahilində yaşamış kadusilər olmuşlar. Demək olar ki, əksər Əhəməni hökmdarları onların üsyanlarını yatırmaq üçün AzərbaycanaKürAraz çayları sahili ərazisi və Xəzər sahili ərazilərə yürüşlər təşkil etmişlər.[107] Kadusilərin üsyanına digər yerli tayfalar, xüsusilə onlarla qonşuluqda yaşayan türk mənşəli kaspilər böyük dəstək vermişlər.[108]

Fars hakimiyyəti altına keçdikdən sonra, Midiya iki hissəyə – satrapa bölündü: madayların ana vətəni olan Kiçik Midiya (Azərbaycan) və Midiya dövlətinə tabe olmuş digər əraziləri əhatə edən Böyük Midiya, I Daranın hakimiyyəti dövründə Böyük Midiya XI satrap,[22] Kiçik Midiya isə Zaqroş ətrafı ərazilər, Alardlar və Saspirlərin torpağı, eyni zamanda Armenia vilayəti ilə birgə VIII satraplıq adlandırıldı.[109]

Əhəmənilər imperiyasının çöküşü ərəfəsində kadussilər və digər dağlı tayfalar öz müstəqilliklərini elan etdilər, Ermənistan isə ayrıca satraplıq elan olundu. Lakin bu dövrdə Assuriya Kiçik Midiya ilə bir satraplıqda birləşdirildi. Bu səbəbdən də Ksenofon Anabazis əsərində Assuriya ərazisini də Midiya adıyla yad edir.[110]

Beləliklə Maday dövlətinin xarabalıqları üzərində tarixdə ilk fars dövləti olan Əhəmənilər dövləti quruldu.[101]

Qaumata üsyanı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qaumata üsyanı

Fars (pers) epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir.

Herodot bu etnik qarşıdurmanı Əhəməni sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir:

"Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın. Əgər bu dediklərimə əməl etsəniz, mən də diləyərəm ki, torpağınız sizə bərəkət, arvadlarınız evlad, sürüləriniz sərvət versin. Hər zaman azad yaşayın. Amma hakimiyəti geri almasanız və ya almağa cəhd etməsəniz, Tanrıdan dilərəm başınız bəlalardan qurtarmasın və yenə dilərəm ki, bütün iranlıların sonu mənimki kimi olsun"

Herodot, II, 65.

Əhəməniərin ikinci şahı Kambiz e.ə. 522 – inci ilin martında Misir yürüşündə olarkən belə bir bəd xəbər alır ki, kiçik qardaşı Bardiyanın adıyla bir maq (Qam – Ata) üsyan qaldırıb, saray çevrilişi edibdir. Tələsik geri qayıdarkən yolda Kambiz müəmmalı şəkildə ölür. Hakimiyəti ələ alan Qam-Ata paytaxtı Ekbatana köçürür. Beləliklə, şahlıq yenə Mada sülaləsinə keçir. Yeddi aydan sonra yeddi pers əyanı sui-qəsd hazırlayaraq, gecə ikən maqı öldürürlər. Sui-qəsdçilərdən biri – Dara şah seçilir. Əhəməni sülaləsinin başqa qoluna mənsub soydan olan Dara yenidən hakimiyəti perslərə qaytarır. Bütün bu hadisələri Dara üç dildə (qədim fars, elam və akkad) Baqastan qayasına həkk etdirmişdir. Həmin hadisələri Herodot və digər tarixçilər də azacıq fərqlərlə qələmə almışlar və bütün bu olaylar İran-Turan qarşıdurmasının kəskin çağlarını əhatə edir. Sonralar Avesta bu qarşıdurmaya dini don geydirmişdir.

Herodot yazır ki, Smerdisi (Qam-Atanı) xalq çox sevirdi, çünki xalq üçün çox iş görmüşdü, o öləndə "perslərdən başqa" bütöv Asiya ağlayırdı.[111]

Açıq mübarizəyə cəsarəti çatmayan Dara gecə qatili kimi hərəkət etdi.[112] Təsadüfi deyildi ki, Qam-Atadan sonra hakimiyətə keçən Daraya qarşı imperiyanın əksər əyalətləri üsyana qalxdı. Tarixdə misli görünməmiş belə geniş xalq üsyanı bütöv Ön Asiyanı bürümüşdü.

"Dədə Qorqud" qəhrəmanlarından biri Kam-büre (müqəddəs qurd) adlanır, hadisələrdə birbaşa iştirak etməsə də, boylarda adı hörmətlə tutulan Bayındır xan ulu şaman soyundandır, Qam-qan (Qam xan) oğludur. Ona görə də, oğuz başçıları Bayındır xanın məsləhətləri ilə oturub-durur, mühüm dövlət işlərində onun tövsiyələrinə uyğun hərəkət edirlər. Atillanın qurduğu hun dövlətində Ata-Kam sayılan bəylərdəndir. Quzey Qafqazda Kam-bulat adını Noqay xanı (XVII əsr) və Kabarda knyazı da daşımışdır.

Maq üsyanından bəhs edən İ. M. Dyakonov deyir ki, Qaumatanı ideallaşdırmaq olmaz,[113] bu münasibətdə daha irəli gedən M. A. Dandamayev isə, ümumiyətlə tarixdə Qaumata adlı üsyançının olmadığını yazır. Lakin Herodotun mada-pers olaylarını özündən uydurması fikri qəbul edilsə belə (Mada – fars müharibələrini təkcə herodot yox, bir çox antik tarixçilər təsvir etmişlər) pers şahı Daranın üç dildə Qam-Ata adını daşa həkk etdirməsi məsələsini izah etmək mümkün deyil.[114]

Qam-atanı öldürən 7 fars sırasında Dara daha məkrli şəxsiyətdir. Herodot onun sifətlərini aydın cizgilərlə verir. Dara sui-qəsdi təxirə salmamaq üçün həmkarlarını şantaja çəkir, onlara – əgər başladığımız işi bu gün bitirməsək, özüm gedib maqa xəbər verəcəyəm – deyir.[115] Yalançı olduğunu Dara özü də gizlətmir, saraya maneəsiz girə bilmək üçün belə plan cızır:

"Persiadan yeni gəldiyimi və şaha atamdan xəbər gətirdiyimi söyləyəcəyəm. Zira yalanın gərəkli olduğu yerdə yalan söyləməkdən çəkinməməliyik; istər yalançı olaq, istərsə doğrudan heç ayrılmamış olaq, eyni amacı güdmürükmü?"

Herodot, III, 72.

Dara altı farsla xəlvətcə saraya girib Qam-Atanı öldürür və bununla da madalılar yenidən Əhəməni hakimiyətinin məngənəsinə düşürlər. Doğrudur, Daraya qarşı imperiyanın digər əyalətlərində olduğu kimi, Madada da xalq hərəkatı başlandı, lakin bu, son azadlıq üsyanı güclü orduya qarşı davam gətirməyən bir hərəkat idi. Buna baxmayaraq düz 200 ildən sonra Madanın bir parçası – Atropatena imperiyadan qırılıb müstəqil dövlət ola bildi.

Ellinizm dövründə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Atropatena
Qaumata adının elam dilində mixi yazı ilə yazılış forması. Bu halda ad Kamatta kimi oxunur.

Arrian qeyd edir ki, e.ə. 330-cu ildə Makedoniyalı İskəndərin bütün Əhəməni imperiyası ərazisinə sahib olmasından sonra, e.ə. 328-ci ildə III Daranın sərkərdəsi, əslən madalı olan Atropat yenidən Midiya satrapı təyin edildi. Belə ki, İskəndər bütün fars satraplarını vəzifədən uzaqlaşdırsa da, yalnız Atropatı sadiqliyi qarşılığında öz vəzifəsinə – Midiya satrapı vəzifəsinə yenidən təyin etdi və daxili müstəqillik verdi.[116] Böyük Midiya ərazisi Makedoniyalı İskəndərin hakimiyyəti altına keçsə də, Kiçik Midiya – Azərbaycan ərazisi ondan vassal asılılığını qəbul etməklə daxili müstəqilliyini qorudu. Makedoniyalı İskəndərin ölümündən sonra, onun varisləri arasında çəkişmələr başladığı dövrdə, Kiçik Midiya ərazi bölüşdürülmələrindən uzaqda qaldı və bütün Azərbaycan tayfaları Atropatın vahid hakimiyyəti altında birləşdirildi.[117]

Lakin Ekbatanla birgə bütün Böyük Midiya ərazisi Selevkilər sülaləsindən olan I Antioxun hakimiyyəti altına keçdi, I Selevkin hakimiyyəti dövründə isə (e.ə. 310) Atropat Kiçik Midiyanın müstəqilliyini elan edərək nəhəng Midiya dövlətinin etnik və mədəni varisi olan, dövlətçilik ənənələrini davam etdirən Atropatena dövlətini qurdu.[117]

Artıq e.ə. I minilliyin ilk yüzilliklərində Cənubi Azərbaycandaİran Kürdüstanında qərarlaşmış madalıların dini görüşləri haqqındakı müəyyən təsəvvürü bizə onomastik material verir; bu, ilk növbədə, Aşşur mətnlərində xatırlanmış hökmdarların, tanrıların adlarıdır. Daha sonra erkən Mada ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış məbədlərdir.

Bu zonanın e.ə. IX–VIII əsrlərə aid olan onomastikasında spesifik mazdaistik anlayışlar mövcuddur. Bu cəhət erkən Mada vilayətlərində və ona qərbdən bitişik olan vilayətlərdə mazdaizm və yaxud bir sıra mazdaistik təlimlərinin yayılması haqqında alimlərə fikir söyləməyə imkan verir.

Lakin mütəxəssislər, bu erkən mazdaizmin "Avesta"da öz əksini tapmış zərdüşti mazdaizminə (daha doğrusu, mazdayasnizmə) nə dərəcədə uyğun olduğunu deməyə çətinlik çəkirlər.[118]

Madalıların dini təsəvvürləri Qərbi İran vilayətlərində (daha dəqiqi Güney Azərbaycanda) meydana gəlmiş‏ "Vidivdad"da əks olunmuş‏ cəhətlərə uyğundur. "Videvdat"ın tərtibçiləri isə Mada maqları ola bilərdilər. Diogen Laertli "maqların təlimi"ndən danışarkən məlumat verir ki, maqlar odu, torpağı və suyu tanrı hesab edirlər. Erkən zərdüş‏tilik kimi, maqların təliminə də bütpərəstlik yaddır. Maqlar tanrıların təsvirlərini tanımırdılar.

Qərbi İran vilayətlərində (Güney Azərbaycanda) hələ e.ə. I minilliyin başlanğıcında oda sitayiş‏ edirdilər. Bu ərazidəki atəşpərəstlik məbədləri, xüsusilə Nuşi-Cantəpədəki Mada məbədi bunu tam müəyyənliklə təsdiq edir (e.ə. VIII əsrə aiddir).

Madayların mənəvi mədəniyyətində dini görüşlərdən və mifologiyadan ba‏şqa habelə epik yaradıcılıq da mühüm yer tuturdu. Məlumdur ki, hələ çox qədim zamanlarda Kiçik Asiyada müxtəlif epik əsərlər mövcud idi. Həmin əsərlərin süjetləri çox zaman miflərlə bağlı olurdu.

Midiyalıların dini təsəvvür sistemləri onların ideologiyasının xarakterik amili kimi diqqəti cəlb edir. Din Midiya tarixində üç əsas mərhələ keçmişdir.[119] İlk dövrdə bütün Mada tayfaları üçün məcburi olan vahid dini sistem olmamışdır. Madalılar arasında sonralar müəyyən dərəcədə "Avesta"da öz əksini tapmış, habelə daha sonrakı dövrdə öz mövcudluğunu "bidətçi" təlimlər kimi davam etdirmiş müxtəlif dini təlimlər yayılmışdı. Mada tayfalarının dini təbiət qüvvələrinə sitayişdən törəmiş politeizm idi.

Birinci mərhələ e.ə. VII əsrdən əvvəlki dövrü, ikinci mərhələ isə e.ə. VII əsrdən sonrakı dövrü, e.ə. VI – V əsrləri əhatə edir. Üçüncü mərhələ isə e.ə. V əsrin II yarısından başlamışdır.[120]

Birinci dövrdə Zərdüştün dini görüşləri hələ ortaya çıxmamışdı. E.ə. IX – VIII əsrlərdə Şimali Midiya tayfalarının – kutilərin, lulubilərin, kassilərin çox qədim, şumerlərin dünyagörüşü ilə bağlı olan dini təsəvvürləri hökm sürməkdə idi. Hətta babillərin də dini etiqadları, Midiya mədəniyyətinə təsir göstərmişdir.

Mərkəzi Midiyanın bir rayonu Babilistanın, şumerlərdən gəlmə, xeyir, bərəkət və sevgi ilahəsi olan İştarın adı ilə əlaqədar olaraq Bit – İştar (İştarın Ev) adlandırılmışdı. Assurilər bu dövrdə, Midiyaya hücum edərkən, Midiyanın gələcək paytaxtı Ekbatanın yaxınlığında "Babil qalasına" və Babilistan tanrısı Mardukun, madaylar arasında kök salmış dini əqidəsinə rast gəlmişdilər. Əslən Qərbi Midiyadan olan hökmdarlar, çox vaxt ilahi şumer adları daşıyırdılar.

Bu dövrdə babillər və assurlar vasitəsiylə qədim şumerlərin mədəniyyəti və dini təsəvvürləri Qərbi Midiyaya qüvvətli təsir göstərirdi.[121]

E.ə. IX – VIII əsrlərdə Midiya tayfaları Ahura ("hökmdar", "ruh") Mazdanın ("çox ağıllı", "yaddaşlı") – xeyirxah, xilaskar əqidəsinə pərəstiş edir və onların dini politeizmə, tayfa tanrılarına (devalara) əsaslanırdı. Ayrı-ayrı tayfalar ilahi, xeyirxah ruhlara pərəstiş edirdilər. Midiya tayfalarının ilan toteminə pərəstiş etməsi, madayların "ilandan doğulmuş"[122] hesab edilməsi də bu dövrün məhsulu idi. Lakin dini təsəvvürlərin ikinci dövründə artıq monoteist Zərdüşt tərəfdarı olmuş madaylar ilan və başqa totemlərə olan keçmiş etiqadın qatı düşmənlərinə çevrildilər. Bu dövrdə Midiya qəbilələri arasında dini mifoloji rəvayətlər poetik şəkildə geniş surətdə yayılmışdı. Onlardan biri günəş tanrısı (Mitra – Mehr) haqqında olan mahnıdır. Zərdüştün öz dini poeziyasına daxil etdiyi bu mahnıda Mehr sülhpərvər ölkələrin ailə ocaqlarının müdafiəçisi, ölkələrə və ailələrə bədbəxtlik gətirənlərin düşməni kimi təsvir edilir.[123] Xeyir, bərəkət, artım və su ilahəsi Anahit və ibtidai icma quruluşunun yadigarı olan çoxlu totemistik qəbilə tanrılarına pərəstiş də bu dövrə aiddir.

Assur barelyefində madayların əsir edilməsi təsviri[124]

İkinci dövrdə, e.ə. VII – VI əsrlərdə Midiya Yaxın Şərqdə mədəni və dini mərkəzə çevrilir. E.ə. VI – IV əsrlərin sonları arasında Zərdüşt dininə həsr edilmiş Avesta adlı kitab aramey əlifbası ilə yazılır.[125] Bəzi tədqiqatçılar güman edirlər ki, bu kitab Atropatena ərazisində, Yuxarı Midiyada, midiya dilində, peyğəmbər Zərdüşt və onun tələbələri tərəfindən yazılmış, bundan sonra isə dəfələrlə dəyişdirilmişdir.[126]

E.ə. VI əsrdə ortaya çıxmış Zərdüşt peyğəmbər Zərdüştilik dininin yaradıcısı olmuşdur. O, Midiyada tayfa tanrılarını (politeizmi) ləğv edərək, təkallahlığı (monoteizmi) təbliğ etmişdir. Zərdüşt qədim tayfa tanrılarından yalnız Ahura-Mazdanı saxlayaraq, onu yeganə baş tanrı, "çox ağıllı hökmdar" (kamalidövlə) kimi irəli sürmüşdür. O, keçmiş qəbilə tanrılarını – xeyirxah ruhları (devaları – "devaizm") bədxah ruhların vəziyyətinə salaraq, onları "bədxah şeytanlar" kimi qələmə vermişdir. Bəzi kiçmiş "deva"lar saxlanılsa da, onlar öz müstəqilliyini itirmiş və universal xarakter alaraq, Ahura-Mazdanın çoxcəhətli fəaliyyətinin icraçılarına çevrilmişdilər. Bu icraçılardan Rtiş – məhkəmə işlərinə, Vohumana – xeyirxah fikir, əxlaq məsələlərinə, Armaiti – torpaq işlərinə, Xşatra-auka – digər məsələlərə baxırdılar. Sonralar Ahura-Mazdanın bu icraçıları qruplaşdırılaraq "ölməz müqəddəslər" (Əhəmənilər dövründə "Ameşa - Spenta") kimi yad edilirdilər.[127]

Zərdüşt dininin ən ali əxlaq prinsipi müqəddəs qanuna, dini ictimai qayda-qanuna tabe olmaqdan ibarət idi. Bu Avestada "ən ali nemət – Aşa" adlanır. Zərdüşt təliminə görə ən ali xeyirxahlıq torpaqda görülən işdir, zəhmətdir. Bu zəhmtə Avestada əsas xeyirxahlığın – qanuna itaətin başlıca forması kimi Ahura-Mazdanın fəaliyyəti (Aşa) kimi qiymətləndirilir. Zərdüşt tələb edirdi ki, əkinçilərin sülhpərvər əməyinə hörmət edilsin, bu zəhmət sevilsin və qiymətləndirilsin.[128]

Zərdüştün əxlaqi görüşləri qədim Azərbaycan əkinçi və çobanlarının əxlaqi görüşləri idi. Avestada göstərilir ki, "Zərdüşt bu torpaq islahatı ideyalarına görə böyük torpaq sahibkarları, varlılar və kahinlər tərəfindən mühakimə edildiyindən, o, öz doğma şəhərindən, Midiyanın Raqa (Rey) şəhərindən qaçmalı olur; onun əmlakı müsadirə, özü isə qanun xaricində elan edilir".[129]

Midiya Əhəmənilərin (e.ə. 550 – 331) əlinə keçdikdən sonra, fars şahları xalqı öz tabeliyində saxlamaq üçün Zərdüşt dinindən istifadə etmiş, onu öz siyasi mənafelərinə uyğunlaşdırmağa çalışmışlar. İlk Əhəməni şahları I Dara (e.ə. 552 – 486) və Kserks (e.ə. 485 – 465) Zərdüştün dini islahatlarını qismən qəbul edərək Ahura-Mazdanı yeganə tanrı kimi qəbul etmişlər.

Ksreks keçmiş qəbilə tanrılarına etiqad qadağan edərək, Mehr, Anahit, Vertraqna kimi qədim tanrıların məbədlərini dağıtdırmışdır. Əhəməni şahları Zərdüştün irəli sürdüyü təkallahlılıq ideyasını qəbul edir, lakin onun təliminin demokratik cəhətlərini, əkinçi və maldarların həyatlarının maddi cəhətdən yaxşılaşdırılmasına xidmət edən cəhətləri rədd edirdilər. Onlar Zərdüştü dinin peyğəmbəri kimi rədd edərək, özlərini "böyük hökmdar""dini lider" elan edirdilər.[130] Lakin bu dinə yalnız şah sarayları, məbədlər və quldarlar ibadət edirdi. Xalq isə həmişəki kimi, Zərdüştdən əvvəlki dini etiqadlarına sadiq qalmışdı. Odur ki, Əhəməni şahları I Artakserks (e.ə. 462 – 424) və II Dara (e.ə. 424 – 405) Zərdüştdən əvvəlki dini əqidələri bərpa etməyə, qanuniləşdirməyə məcbur oldular. Dinin bu üçüncü dövründə Ahura-Mazda ilə yanaşı Mitra (Mehr) və Anahit kimi qədim tanrı və tanrıçalara da itaət göstərilirdi. Bu yenilmiş köhnə tanrılar "yazat" adı ilə yad edilməyə başlamışdı.[131]

Dinin bu üçüncü dövründə atəşpərəstlər özlərini "mazdayasna" və "zərdüştilər" adlandırırdılar. Bu əsl Zərdüşt dini deyildi, sonrakı dövrlərin qarışıq, sinkretik bir dini idi. "Mazdayasna" qədim devaları (tayfa tanrılarını) lənətləyir, "yazatlara" dua edirdi. Əslində isə onlar hər ikisi dini mahiyyət etibarilə eyni bir şey idi.

Bu dövrdə (e.ə. 440-cı ilə yaxın) ilk dəfə mazdaist salnaməsi qeydə alındı və mazdaistlər tərəfindən Avesta ciddi redaktə edildi. Bu Avesta dövrün və hakim sülalə Əhəmənilərin tələbinə uyğun olaraq Zərdüşt monoteizmi ilə ondan əvvəlki politeizmi birləşdirmiş oldu. Beləliklə qədim tanrıların – "altı müqəddəsin" (farsca Ameşa spenta) keçmiş hüquqları bərpa edildiyindən Mehr, Anahit, Tiştriya, Rtiş, Vertraqna və Homa kimi qədim tanrıların hüquqları rəsmiləşdirildi.

Midiya mədəniyyəti

[redaktə | mənbəni redaktə et]
Madaylara məxsus olan və sonradan parslar tərəfindən mənimsənən geyim formaları

Midiyanın özünəməxsus mədəniyyəti olmuşdur. Sonradan madaylar digər Azərbaycan tayfaları ilə etnokonsolidasiya olunduğundan onların mədəniyyəti də Azərbaycan ərazisindəki digər türk tayfalarının mədəniyyəti ilə qarışmış və vahid Azərbaycan mədəniyyətini formalaşdırmışdır.[119][132]

Mövcudluğunun qısamüddətli olmasına baxmayaraq, Mada dövləti Azərbaycanın hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş‏, Yaxın Şərqin mədəni və dini mərkəzinə çevrilmi‏di. Strabon yazırdı ki, madaylar ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada hökmdarlıq adətlərinin baniləridir.[133] Şübhəsizdir ki, Mada dövrü Cənubi Azərbaycan tayfalarının tarixində mühüm nailiyyətlər və müxtəlif dəyi‏şikliklər zamanı olmuşdur. İranCənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu xüsusilə böyük idi.

Cənubi Azərbaycan əhalisinin mədəniyyəti və dini görüşləri bir çox qon‏şu xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqədə inki‏şaf edirdi. İrandilli tayfalar bu əraziyə gəlişləri zamanı sözsüz ki, öz mədəniyyətlərini də gətirmiş‏dilər. Lakin onlar mədəni inki‏şaf cəhətdən yerli türk tayfalar – madaylar və digərlərindən aşağı olduqlarından o qədər də böyük təsir göstərə bilməmi‏ş, əksinə özləri madaylardan bir çox mədəni keyfiyyətləri mənimsəmiş‏dilər. Onlar aborigenlərdən bir çox cəhətləri, xüsusilə erkən Mada geyimini əxz etdilər. Bizə A‏‏ssur relyeflərindən məlum olan həmin geyim lulubilərin geyimi əsasnda yaranmışdı. Mada parçaları haqqında da bunları demək lazımdır. Düzdür, sonralar madalılarda ba‏qşa geyim meydana gəldi; madaylar sonralar Persepol relyeflərində həmin geyimlə əks olunmu‏şlar. Görünür, əski geyim yalnız Azərbaycanın Xəzərsahili ərazilərində ya‏şayan kaspilərdə qalmışdı. Mada parçaları və geyimi bütün qədim dünya miqyasında məşhurlaşmışdı. Aristofanın "Qurbağalar" əsərində deyilir ki, Mada parçalarında at-xoruz, keçi-maral və ba‏qa fantastik heyvanlar təsvir edilirdi. Mada xlamidaları (bürüncəkləri) bütün Yaxın Şərqdə geniş‏ yayılmışdı.[134]

Madayların maddi mədəniyyəti haqqnda Mada qalalarının əks olunduğu Assur təsvirləri, Mada paytaxtı Ekbatan zonasında, Baba-CantəpədəNuşi-Cantəpədə[135] arxeoloji qazıntılar nəticəsində əldə olunmu‏ş dəlillər əsasında mühakimə yürütmək mümkün olmu‏şdur.[136]

Mada mədəniyyətinin daha erkən abidələri Luristanda, mə‏hur "Luristan tuncları" zonasıda a‏şkara çıxarılmışdır. Mövzularının bir qismi a‏şkar ş‏əkildə Avesta mən‏şəli olan Luristan tuncları əsil Mada mədəniyyəti və incəsənətinin meydana gəlməsi və inki‏şafıda müstəsna dərəcədə mühüm rol oynamışdır.

Midiya şəhərlərində arxeoloji qazıntılar aparılmadığından, Midiyanın yazılı abidələri hələ əldə edilməmişdir. Midiya Persia sərhəddində tapılmış I Daranın qaya üstündəki yazılarında da qədim Persia və Elam mətnləri olduğu halda, Midiya yazıları yoxdur. Bu çatışmazlıq mütəxəssislər tərəfindən onunla izah edilir ki, madaylar həm elam, həm də fars dilini bilirdilər.[119]

Tədqiqatçılar güman edirlər ki, e.ə. VII əsrdən mərkəzi və şərqi Midiyada mixi xətli yazılardan istifadə edimişdir.[137] Assur yazılarına əsasən müəyyən edilmişdir ki, e.ə. VIII əsrin sonlarında Manna hökmdarları da mixi xətli yazılardan istifadə etmişlər.[138] Bu zaman Midiyada heroqlif yazıları da işlədilirdi. Ziviyədən tapılmışgümüş sininin üstündəki yazılar bunu sübut edir.[139] Müəyyən edilmişdir ki, qədim parslar (farslar) öz mixi xəttli yazılarını madaylardan almışlar.[139]

Etnoqrafik xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
Midiya maqının təsviri[140]
Persopolda ənənəvi geyimdə olan madayların təsviri

Madayların bir sıra etnoqrafik xüsusiyyətlərini, geyim və bəzək formalarını, silah və nəqliyyat vasitələrini, istehsal alətləri və dini ayinlərini, əkinçi və döyüşçü, əyan və kahin (maq) surətlərini öyrənmək üçün təkcə Midiya ərazisində deyil, həmçinin qonşu ölkələrin ərazilərindəki abidələr də tədqiqata cəlb edilmişdir. Belə abidələrə misal olaraq AssurTəxti-Cəmşid qabartılarını, təsvirli möhürləri və digər arxeoloji tapıntıları göstərmək mümkündür.

E.ə. VII əsrə aid olan Ninevadakı bir Assur qabartısında madayların zorla köçürülməsi təsvir edilmişdir. Bu təsvirdə fiqurlar bir sırada çəkilmişdir. Sıranın əvvəlində və sonunda Midya kişiləri, Ortasında isə, Midiya qadınları və uşaqlar gedirlər. Üç assur əgəri bunları müşayət edir. Fiqurların ayaq və əl vəziyyətləri onların hərəkətdə olduqlarını, düz yol və əyri xətt boyu yuxarıdan aşağıya doğru istiqamətləndiyi üçün adamların hərəkətini daha da sürətləndirmişdir. Bu qabartı Midiyanın uşaq, qadın və kişilərinin uzun geyimləri, saçları və s. haqqında təsəvvür yaradır. Təsvirdəki kişilərin paxlavaya bənzər naxışlarla bəzədilmiş geyimləri, ön tərəfdən uzun bağla bağlanmış uzunboğaz ayaqqabıları olduğu görünür. Saç və saqqallarına əsasən Midiya kişilərinin surətlərini digər Assur qabartılarında da asanlıqla tanımaq olur.

E.ə. VIII əsrin sonuna aid olan Dur-Şarrukindəki assur qabartılarının birində nizə ilə silahlanmış və arabaya qoşulacaq iki atı aparan Midiya döyüşçüləri göstərilmişdir. Onlar da ənənəvi Midiya geyimindədir.

E.ə. V əsrə aid Təxti-Cəmşid qabartılarından birində, madayların qoşa at qoşulmuş döyüş arabası göstərilir. Bu təsvir əvvəlki qabartını tamamlayıb tədqiqatçılara madayların qoşqu qaydası haqqında məlumat vermişdir.

E.ə. V əsrdə yaradılmış bir Təxti-Cəmşid qabartısında Midiya padşahının nökərləri – qulları təsvir edilmişdir. Burda midiyalıların başqa geyim forması (mütəxəssislər bu geyimi Midiya zadəganlarına aid edirlər) təsvir edilmişdir. Belə Midiya geyimli fiqurlara Təxti-Cəmşid qabartılarının bir çox yerində rast gəlmək mümkündür. Lakin onlardan öz dəqiq və aydın təsviri ilə ən çox diqqət çəkəni yanaşı dayanmış üç madayın təsviri olan qabartıdır. Onlardan ortada dayanan insanın paltar forması Assur qabartılarında və Təxti-Cəmşiddəki bir çox maday təsvirləri ilə eyniyyət təşkil edir. Kənardakı iki insanın geyii və silahları isə Midiya varlılarınn surətini əks etdirən başqa bir Təxti-Cəmşid qabartısı ilə eyniyyət təşkil edir.

Midiya din xadimlərinin, kahinlərin–maqların da surətləri e.ə. V əsrə aid olan Təxti-Cəmşid qabartılarında öz əksini tapmışdır. Bu qabartılarda Midiya maqlarının geyim formaları və keçirmiş olduqları bir neçə dini ayin təsvir edilmişdir. Bu baxımdan iki Təxti-Cəmşid qabartısı diqqəti cəlb edir. Onlardan birində keçi balasını qoltuğuna vuraraq qurban (nəzir) verməyə aparan gənc bir midiyalının təsviri verilmişdir. İ. M. Dyakonov belə hesab edir ki, bu qabartıda keçi balasını qurban verməyə aparan maqın surəti verilmişdir.[141] Təsvirdə maqın baş geyimi aydın görünür. Bu başlığı maqın ağzını bağlayan qulaqlığı Avesta qanunlarına uyğun şəkildədir. Lakin bu təsvirdə maqın yığcam, dar və qısa geyimi onu Midiya sərdabəsi olan Qızqapan sərdabəsi və başqa Təxti-Cəmşid qabartılarında olan maq surətərindən fərqləndirir. Ona görə də bəzi tədqiqatçılar bu təsvirdə maqın özünün yox, od məbədinin kiçik xidmətçilərindən birinin – kahin köməkçisinin təsvir edildiyini güman edirlər.[142]

İkinci Təxti-Cəmşid qabartısında isə müqəddəs homa içkisi olan qabı aparan maqlar təsvir edilmişdir. Bu təsvirdəki maq üz sarğısı və yüngül ayaqqabıları ilə əvvəlki qabartıda olan kahin köməkçisini xatırlatsa da, uzun təpəli başlığı və gen-bol, dəbdəbəli palatarı ilə ondan fərqlənib Qızqapan sərdabəsindəki maqa daha çox oxşayır. Maqın əlində tutduğu homa içkisinin qabı qapaqlıdır. Homa içkisini qapaqlı qablarda ona görə saxlayırdılar ki, bu içkiyə bədxah, natəmiz ruhlar daxil olub, onun paklığına, saflığına xələl gətirməsin. Homa içkisi adətən slindrik gil qablarda saxlanırdı. Mütəxəssislər bu surətin əsl maq surəti olduğu qənaətindədirlər.[143]

Od məbədi xidmətçilərinin bu iki surəti realistik üslubda və ustalıqla hazırlanmışdır. Hər iki təsvirdən məlum olur ki, kahinlər qısa yüngül ayaqqabılar (çarıq) geyərmişlər. E.ə. IV əsrə aid olan, Orta Asiyanın Amu-Dərya dəfinəsindən tapılmış maqın gümüş heykəlciyi də əvvəlki qabartılardakı müvafiq sürətlərlə eynidir. Bu heykəlcikdə də maq, ağzı örtüklü, uzun başlıqda, gen və uzun əbad, yüngül ayaqqabılarda və belibağlı təsvir edilmişdir. Fərqləndirici cəhət odur ki, burada maqın qıçları xüsusi dolaq ilə sarınmışdır. Od məbədi xidmətçilərinin bu üç surətindən məlum olur ki, onların geyim formasındakı əsas əlamətlərdən biri də belbağı imiş.

İ. M. Dyakonov Təxti-Cəmşiddəki qabartı fiqurlarının alçaqboylu yaradılmasını Midiya heykəltəraşlıq ənənələri ilə əlaqələndirir. O, göstərir ki, bu təsvirlər Midiya ənənələri əsasında yaradılmışdır.

"Çox qədim Midiya qayalarında alçaqboylu insan fiqurlarının qabartılarını yaratmış Midiya ustalarının xələfləri, Təxti-Cəmşiddə işləyərkən, öz əcdadlarının yaradıcılıq ənənələrinə sadiq qalmışlar."

İ. M. Dyakonov, Midiya tarixi, 1965, səh 408-409

E.ə. VII – IV əsrlərə aid slindrik formalı möhürlərin təsvirlərində Midiya döyüşçülərinin silahları, geyimləri və döyüş vərdişləri ilə bağlı maraqlı məlumatlar qorunub saxlanmışdır. E.ə. VII–VI əsrlərə aid bir Elam möhüründə Ariazant adlı Midiya tayfasının atlı döyüşçüsü təsvir edilmişdir. Dinamik kompozisiyada təsvir edilmiş və çapan atın üstündə düşmənə qarşı hücuma keçmiş döyüşçü nizə ilə zərbə endirməyə hazırlaşmışdır. Döyüşçünün ikinci silahı ox və kamandan ibarətdir.

E.ə. V – V əsrlərə aid olan başqa bir möürdə isə Midiya döyüşçülərinin skiflərlə vuruşması təsvir edilmişdir. Burada sol tərəfdə Midiya piyada qoşunlarının əsgərləri, sağ tərəfdə isə skif döyüşçüləri görünür. Midiyalılar ox və kamanla silahlanmış, adi geyim üstündən, sinələrini düşmən zərbələrindən qoruyan zirehli bir köynək geymişlər. Qabartılarda olduğu kimi, burda da döyüşçülər yan tərəfdən hərəkətdə təsvir edilmişdir. Bu əsərdə Midiya döyüşçülərinin hakim mövqeyi xüsusilə diqqəti cəlb edir. Möhürlərdə Midiya piyada əsgərlərinin yunan piyada döyüşçüləri ilə vuruşmasını əks etdirən təsvirlər də vardır. Onlardan e.ə. V əsrə aid olan iki möhür təsvri məlumdur. Birinci təsvirdə yüngül silahlanmış və orijinal döyüş paltarı geymiş Midiya əsgərinin yunan döyüşçüsü ilə vuruşması təsvir edilmişdir. İkinci təsvirdə isə ənənəvi döyüş paltarı geymiş, kaman və nizə ilə silahlanmış Midiya əsgərinin yunan döyüşçüsünü özünə tabe etməsi, ayaqları altına salıb aman diləməyə məcbur etməsi göstərilmişdir. Herodot göstərir ki, Əhəməni döyüşçüləri öz geyim formaları və silahlarını madaylardan götürmüşlər.[144]

Midiya incəsənətinə qədim dini inanclarla birlikdə Avesta ideyaları da ciddi təsir göstərmişdir. Midiya dövrünə aid əsərlərin təsvir motivləri bu fikri təsdiq edir.[145]

Midiyanın əsas rayonlarında (Güney Azərbaycanda) arxeoloji qazıntı işləri aparılmadığından Midiya incəsənəti, yalnız onun ətraf rayonlarının arxeoloji materialları əsasında öyrənilməkdədir.

Fransa, ABŞ və son dövrlərdə İran arxeoloqlarının Damğan yaxınlığındakı Təpəhisar, Kaşan yaxnlığındakı Təpəsiyalk, Nəhavənd yaxınlığındakı Təpəgiyan, Urmiya yaxınlığındakı Göytəpə, Həsənlitəpə və Ziviyədə tapdıqları qədim sənət əsərləri Midiya incəsənəti haqqında müəyyən təsəvvürün yaranmasına imkan vermişdir. Həmin əsərlərin əksər hallarda daha qədim dövrə aid olması isə, Midiya tayfalarının hansı mədəni baza üzərində təşəkkül tapmasını göstərməkdədir. Digər qədim abidələr isə e.ə. I minilliyin başlanğıcına (e.ə. X – VIII əsrlərə), ən qədim Azərbaycan dövlətlərinin mövcud olduğu dövrə aid edildiyindən, Midiya incəsənətini öyrənməyə daha çox kömək edir.[146]

Qədim Manna və Midiya tayfaları həmişə yaxın siyasi, iqtisadi və mədəni əlaqədə olmuşlar. Manna Midiyaya tabe olduqdan sonra bu mədəni yaxınlıq ümumi bədii inkişaf prinsiplərinə əsaslanmış, daha da möhkəmlənmişdir. Midiya sənətkarları bir çox sahələrdə, Manna ustalarının sənət ənənələrini davam və inkişaf etdirmişlər.

Midiyanın ucqar rayonlarında aparılmış arxeoloji qazıntılar və tədqiqatlar bir sıra sənət əsərlərini aşkar etmişdir. Tədqiqatçıların fikirlərinə görə, bu əsərlərə əsasən demək olar ki, Midiyada dulusçuluq, bədii metal kimi dekorativ tətbiqi sənətlər və heykəltəraşlıq inkişaf etmişdir.

Dekorativ sənətlər

[redaktə | mənbəni redaktə et]
İrane Bastan Muzeyində saxlanan saxsı qab

İlkin dulusçuluq sənətinin ən qədim nümunələri Təpəsiyalkdan tapılmışdır. Onlar e.ə. 4200 – 340-cı illərdə, Eneolit dövründə yaradılmışdır. Bu boyalı gil qabların plastik formaları çox mürəkkəb ornamental bəzəkləri olduqca rəngarəngdir. Dulusçuluq məmulatları açıq rəngli (ağ, sarı, çəhrayı) olduğu üçün, onların üzərinə qəhvəyi, qara boyalarla çəkilmiş naxışlar yaxşı görünür. Naxışlar həndəsi, nəbati və heyvani ornamentlərdən tərtib edilmişdir. Onların ən sadələri ağzı gen, gövdəsi isə slindrik formada olan gil qablardır. Belə kiçik həcmli su qabları dalğavari, damarlara bölünmüş üçbucaq, paxlava, ağac şəkilli və s. naxışlarla bəzədilmişdir.

Bir çox qabların gövdəsi yuxar getdikcə daraldığı kimi, onların alt hissələri də aşağı getdikcə daraldılmış və beləliklə onlar bikonik bir şəkil almışdır. Oturacaqların konusvari yaradılması məmulatların plastik gözəlliyini artırmışdır. Bu bədii təsiri daha da qüvvətləndirmək üçün ustalar, gövdəsi bikonik şəkildə hazırlanmış qabları, dairəvi oturacağı olan silindrik dayaq üzərində hazırlayırdılar. Bəzən slindrik formalı qabların aşağı oturacaq hissəsi də təxminən bu tərzdə hazırlanırdı. Bu qabların yuxarı hissəsi ritmik şəkildə verilmiş üfüqi və dalğavari xəttlərlə, quş və keçi rəsmləri ilə, şahmat tipli naxışlar və s. ornament motivləri ilə bəzədilmişdir. Belə dekorativ vasitələr keramik məmulatların plastik gözəlliyini gözə çarpdırmağa, ortaya çıxarmağa yaxşı xidmət edir.

Bu dövrün dulusçuları həm plastik formalar, həm də dekoratv naxışlar sahəsində zəngin bədii irs qoyub getmişlər. Buna misal olaraq e.ə. III minillikdə Təpəsiyalkda və e.ə. II minillikdə Təpəgiyanda hazırlanmış boyalı gil qabları göstərmək olar. Təpəsiyalk ustalarının bu dulusçuluq məktəbi sonrakı dövrlərdə Midiya bədii keramikasına güclü təsir göstərmişdir. Bir qayda olaraq Midiya dulus məmulatları yerli, qədim dulusçuluq ənənələri əsasında yaradılırdı. Onlarda olan plastik formaların ahəngdarlığı, təsvir və ornament motivlərinin ritmik düzülüşü Eneolit dövrü ustalarının kəşfinin nəticəsidir.

Midiyanın şimal-qərb rayonundakı Nəhavənddə tapılmış tunc dövrünə (e.ə. II minillik) aid təkqulp slindrik formalı gil qabın üstündə fantastik bir heyvan təsvir edilmişdir. Qanadlı, təkbuynuzlu, ilan quyruqlu, şirəbənzər bu heyvan, tədqiqatıların fikrincə şər tanrısı, ölülər dünyasının padşahı sayılan Əhrimanın simvolik təsviridir. Əhrimanın təxminən bu tipli, lakin qanadsız təsvirinə Gədəbəy rayonundan tapılmış Midiya dövrünə aid tunc kəmərin üstündəki təsvirli yazıda da rast gəlinmişdir.[147]

E.ə. XII – X əsrlərə aid Təpəsiyalk dulusçuları plastik forma və dekorativ naxış sahəsindəki axtarışlarını davam etdirərək bir sıra yeni keramika nümunələri yaratmışlar. Onların içində belindən sızılmış silindr şəkilli qablar, gövdəsi kürəvi şəkilli, kiçik həcmli üstü şahmat naxışlı boyalı qablar və üçayaqlı təkqulp keramik məmulatlar diqqəti cəlb edir. Kiçikhəcmli, alçaq dairəvi oturacağı və geniş ağzı olan bu təkqulp boyalı qablar kütləvi şəkildə hazırlanırmış. Onların üstü yanakı çəkilmiş düz xəttlər, dama-dama naxışlar, günəşin rəmzi təsvirləri və s. ilə bəzədilirdi. Bu cür dulusçuluq məmulatlar məişətdə geniş işlədilirdi.

Dini mərasimlərdə istifadə etmək üçün Təpəsiyalk ustaları müxtəlif formalı camlar hazırlayırdılar. Onların alçaq oturacaqlı genişağızlı, uzun axıcılı və silindrik hündür dayaqlı, təkqulp formaları zoomorfik plastik surətlərlə təchiz edilirdi. Bu camların ağzında öküz, qoyun və maral başlarını andıran fiqurlar qoyulurdu. Bu cür qablardan xeyir və bərəkət ayinlərində istifadə edilirdi. Bu dövrdə belə ritonları Təpəgiyan dulusçuları da hazırlayırdı. Təpəsiyalk ustaları daha sadə formalı, üçayaqlı və kiçik həcmli qablar da hazırlayırdlar.

E.ə. I minilliyin əvvəlində (e.ə. X – VIII əsrlər) qədim dulusçuluq ənənələrinə sadiq qalan Midiya ustaları yeni-yeni plastik formalar və dekorativ vasitələr kəşf edirdilər. Lüləyinli Midiya qablarının ortaya çıxması da bu dövrə təsadüf edir. Bu lüləyinlər qabların ağzına bitişik şəkildə hazırlanırdı. Belə qabların daha sadə bəzəkli nümunələri Midiyanın qərb sərhədində – Rovanduzda, onlarn daha mürəkkəb formaları isə Təpəsiyalkda hazırlanırdı.

Təpəsiyalkda belə qabların üç tipi yaradılmışdır. Onların lüləyinləri bəzən şaquli və bəzən də üfüqi vəziyyətdə olurdu. Üçüncü halda isə üfüqi vəziyyətli lüləyin qabın ağzından aralı halda hazırlanırdı. Bu qablar əksər halda, günəşin simvolik təsviri və düzbucaqlı şahmat lövhəsi rəsmlərilə bəzədilirdi. Mütəxəssislər bu qabların dini-sehrkar xarakterli mərasimlər üçün hazırlanırdı.

Təpəsiyalkda hazırlanmış bu tipli qabların çoxunun üstündə at təsviri çəkildiyindən onların günəş tanrısı Mitraya (Mehrə) etiqad edənlərə xidmət etdiyi güman edilir. Bu qabların naxış və təsvirlərini Avestanın Mitraya həsr edilmiş X yaştında verilən məlumatlara əsasən müəyyənləşdirmək mümkün olmuşdur.[148]

Belə qablardan birinin üstündə at, onun başı üstündə günəş, yuxarıda sağ tərəfdə isə şahmat lövhəsinə bənzər bir düzbucaqlı rəsm edilmişdir. Qabın lüləyininin ətəkləri isə günəşin ziyalarını xatırladan naxışlarla bəzənmişdir.

Avestanın X yaştında Mitra "geniş otlaqlara malik", "sürü və uşaq bəxş edən", "torpaqları və atları düşməndən qoruyan" bir qəhrəman kimi təsvir edilir. Həmin qabın qulpu altındakı düzbucaqlı, çox güman ki, Mitranın himayəsində olan "geniş otlaqlar"ın təsviridir.[149]

Bu dövrün (e.ə. X – VIII əsrlər) Təpəsiyalk keramikasında nəzərə çarpan orijinal dulusçuluq formalarından biri də, gil qablarda qaulpların şaquli vəziyyətdə hazırlanması idi. E.ə. X – VIII əsrlərdə Təpəsiyalk dulusçuları dulusçuluq məmulatının plstik zənginliyinə xüsusi əhəmiyyət vermişlər. Bu dövrün keramik nümunələrində gövbələr düzbucaqlı, kürəvi, silindr və s. şəkillərdə olub, çox zaman üçayaq üzərində yerləşdirilirdi. Qabların boğazları qəsdən uzadılır, oyma və qabarıq halqalarla bəzədilirdi. Qabların gövdələri həm rəngli naxışlar, həm də qabarıq ünsürlərlə dekorativləşdirilirdi.

Midiyanın paytaxtı olan Ekbatandan tapılmış qızıl qablar, maday incəsənətinin ən gözəl nümunələri kimi dəyərləndirilir[150]

Tək qulplu və qulpsuz kuboklar zərif siluetə malik olurdu. Bu dövrün təpəgiyan dulusçuları kubokların siluetində əsaslı dəyişikliklər edərək, onların plastik quruluşunu daha da mürəkkəbləşdirmiş, dekorativ bəzəyinə isə, yeni, daha qabarıq ünsürlər əlavə etmişlər. Təpəsiyalk və Təpəgiyan dulusçularının bu nailiyyətləri bir-birinə çox yaxın olub, ümumi bir incəsənətin – Midiya incəsənətinin tərkib hissələridir.

Bu dövrə Təpəsiyalk dulusçuları dini əqidələrlə bağlı olan çoxlu zoomorf qablar hazırlamışlar. Onlar qoyun, quş, ördək fiqurları formasındadır. Bundan başqa boyalı keramikada uzun silindrik camların və konusvari, uzun axıcılı qabların qulpu üstündə qoç və maral başlarının fiquru da yaradılırdı. Əksər hallarda bu zoomorf ünsürlər genişağızlı, boyalı camların gövdəsinə yapışdırılırdı. Zoomorf fiqurların istiqaməti qabların bəzən içinə, bəzən də xaricinə tərəf yönəldilirdi. Bu "sehrkar" fiqurlar qabların içini, guya xarici "bədxah təsirlərdən qoruyurmuş".[151] Nadir hallarda zoomorf motivləri ilan, keçi və s. təsvirlər şəklində, boyalı qabların xaricində də çəkirdilər. Bu qabların dekorativ tərtbatında naxışalrın rəng kontraslığına, ritmik düzülüşünə və dinamik kompozisiya quruluşuna xüsusi diqqət yetirilirdi.

Babil-şumer xalqlarının mədəni nailiyyətlərindən qidalanmış Midiya dulusçuları orijinal dulusçuluq sənəti yaratmaqla, bu sahədə İran yaylasına köç etmiş farsdilli xalqların də mədəniyyətini böyük təsir etmişlər.

Midiya dövründə çoxlu bədii əhəmiyyəti olan metal əşyaların yaradılması madayların bu sahədə də geniş bilik və bacarığa malik olduqlarını sübut edir. Lakin Midiyanın mərkəzi şəhərlərində və böyük yaşayış yerlərində (Ekbatan, Hirbə, Raqa və s.) qazıntı və tədqiqat işləri aparılmadığından, belə əsərlər nadir tapıntılar hesab edilir.

Təpəhisardan e.ə. XX əsrə aid bir hökmdar əsasının tunc başı tapılmışdır. Bu əsanın başlığında boyunduruğa qoyulmuş yer şumlayan iki öküzlə bir əkinçinin plastik fiqurları sxematik şəkildə təsvir edilmişdir. Bu tunc fiqurlara əsasən mütəxəssislər güman edir ki, həmin əsa sehrkarlıq məqsədlərinə xidmət etmişdir.[152] Əsa güman ki, şahın olmuş, ya da ki, tayfa başçılarından biri ondan ovsun mərasimləri zamanı istifadə etmişdir.

Sinsinati İncəsənət Muzeyində saxlanan qızıl bir camı tədqiqatçı Helen Kantor inamla Midiya incəsənətinin ən maraqlı nümunələrindən biri sayır.[153] Bu camın üzərindəki şişuclu halmet yarpağı Ziviyə palmetlərinə, qoşa kəlləli daş keçilərin duruş vəziyyəti isə Əhəməni gümüş vazası üstündəki daş keçilərin təsvirinə çox oxşardır.

Təxti-Cəmşiddə Daranın (e.ə. 522 – 486) saray əmlakının içərisində Midiya sərkərdəsinə məxsus qızıldan hazırlanmış qılınc qını tapılmışdır.[154] Bu qın öz zəngin bəzək tərtibatı ilə dövrün eyni tipli qılınc qınlarından fərqlənir. Bu silah qını döymə üsulu ilə işlənmişdir. Onun üstündəki saray xidmətçiləri, heyvanlar və palma ağaclarının təsvirləri bir-birinə əks istiqamətdə olan qruplarda toplanmışdır. Hər qrupun fiqurları bir cərgədə və bir hərəkət istiqamətində verilmişdir. İki "keşikçi şir"in balalaları geriyə dönmüş haldadır. Onlardan aşağıda arxa ayaqları üstündə düz dayanmış, başları geri dönmüş keçilərin sırası qın boyunca uzanır və fiqurlar getdikcə kiçilir. Qının üçbucaq formalı ucu it təsvirlərinə bənzər naxışlarla bəzədilmişdir.

Midiyanın paytaxtı Ekbatan (Həmədan) şəhərindən tapılmış e.ə. V əsrə aid olan qızıl cam Midiya ustalarının sənətkarlığı haqqında yaxşı təsəvvür oyadır. Qızıl camın konusvari gövdəsində işıq və kölgə ləkələrini çoxaltmaq və camın dekorativliyini artırmaq məqsədi ilə Midiyalı usta onun sahəsini kiçik zolaqlara parçalamışdır. Zolaqların hamısında ritmik surətdə təsvir edilən aypara, oval trapes şəkilli çıxıntılar camın plastik gözəlliyini xeyli artırmışdır. Tehran İncəsənət Muzeyində saxlanan bu qızıl camın boğazında Əhəməni şahı Kserksin (e.ə. 485 – 465) adı ilə bağlı olan yazılar vardır. Bu yazılar pars, elam və babil dillərindədir.[155]

Heykəltəraşlıq

[redaktə | mənbəni redaktə et]

Midiya heykəltəraşlığını öyrənmək üçün əsas mənbə qaya üstündə yaradılmış qabarıq təsvirlərdir. Belə qabarıq təsvirlər Midiya padşahlarının qaya sərdabələrində və Bisütun qayalarında da çapılmışdır.

Midiyanın qayalarda çapılmış sərdabələrinin ən qədimi Kirmanşahdan cənubda, Sakavənd yaxınlığındadır. Bu sərdabədə qayanın içində meyit qoymaq üçün bir taxça da qazılmışdır. Onun yuxarı hissəsində od qurbangahı, onun ətrafında isə bir böyük və iki kiçik qabarıq insan fiquru çapılmışdır. Təsvirlər kobud və qeyri-proporsionaldır. Onlar traktovkaları və hazırlanma texnologiyalarına görə LulubiElam qabartılarını xatırladır. Həmin sərdabənin kimə məxsus olması isə mübahisəlidir.[156]

Kirmanşahla Həmədan arasında, Səhnə deyilən yerdəki qaya sərdabəsi isə dörd divarla qapanmış yaşayış yerini xatırladır. Onun qapısının üstündə qanadlı günəş lövhəsi qabarığı yonulmuşdur. Bu təsvir motivi qədim şumerlərdə geniş yayılmış işıq, günəş tanrısının simvoludur. Sonrakı dövrdə bu simvolu mənimsəyən parslar (farslar) ona müəyyən dəyişikliklər edərək daha da mürəkkəbləşdirmişdilər. Onlar bu günəş təsvirinə Ahura-Mazdanın (Hörmüzün) fiqurunu da əlavə etmişdilər. Başqa qaya sərdabələri kimi bu sərdabə də asma evi xatırladır. Bu iki qaya sərdabəsinin e.ə. VII əsrə aid olması güman edilir.[157]

Sonrakı Midiya qaya sərdabələrinə misal olaraq Dukani Davud və Qızqapan sərdabələrini göstərmək olar. Hər iki sərdabə e.ə. VI əsrə aiddir.[158]

Dukani Davud sərdabəsi Həmədandan Babilistana gedən yolun üstündəki çapılmışdır. İ. M. Dyakonov güman edir ki, bu sərdabə Midiya hökmdarı Astiaqın (e.ə. 584 – 550) Süleymaniyyə yaxınlığındakı Surdaş kəndinin yanında Şəhrizar dərəsindəki qayada çapılmış, Qızqapan isə Midiya hökmdarı Kiaksarın (e.ə. 625 – 584) sərdabəsidir. Bu qəbirlər quruluşu etibarilə də bir-birinə bənzəyir.[159]

Dukani Davud sərdabəsinin giriş hissəində qabarıq maq fiquru çapılmışdır. Maqın fiquru qarşısındakı sahədə isə təsvir yoxdur. Bu hissə ya yarımçıq, ya da işlənməmiş qalmış, və ya sonra kiminsə tərəfindən silinmişdir. Bu təsvirdə maq, əynində uzun köynək, başında başlıq, üzündə sarğı, əlində baresma tutduğu, əllərini irəliyə uzadıb dua oxuduğu vəziyyətdə yaradılmışdır. Maqların belə dua vəziyyəti haqqında Avestanın II kitabı olan Yasnada (29,5 və 50,8) məlumat vardır.[160] Maqlar barsema tutduqda, homa içkisi, yaxud od qarşısında olarkən ağızlarını sarğı ilə sarıyırdılar ki, öz nəfəsləri ilə müqəddəs varlıqları murdarlamasınlar. Bu təsvirdə də maq əlində homa içkisi tutduğu üçün ağzı sarğılıdır.

Qızqapan sərdabəsinin sütunları pilyastr şəklindədir. Pilyastrların arasında tanrıların simvolları qabarıq şəkildə təsvir edilmişdir. Burada üstündə dördqanadlı fiqur olan dairəvi lövhə, aşağısında ay şəkli və ortasında insan fiquru olan dairəvi lövhə, üstündə ulduz, təsvir edilmiş dairəvi lövhə kimi qabarıq təsvirlər yonulub hazırlanmışdır.

E. Hersfeld birinci və ikinci təsvirləri Ahura Mazda ilə Mitranın simvolları hesab edir. Üçüncü təsvir – ulduzlu lövhə qədim Şumerdə İştarı və Venera planetini təmsil edirdi. Bu abidədə isə onun Anahitin simvolu olması güman edilir.[161]

Bu sərdabənin qabarıq təsvirlərində solda xarakterik maq geyimində olan kahin dayanmışdır. Maq bu paltarın üstündən boş qolları sallanmış uzun əba geymişdir. Kahinin başında başlıq (Əhəməni dövründə bu geyim "patidana" adlanırdı), ağzında isə sarğı vardır. Maqın qarşısında üçpilləli od ibadətgahı görünür. Bu ibadətgahın sağ tərəfində dayanmış qısa geyimli padşahın da ağzında sarğı vardır. Həm padşahın, həm də maqın sol əlində kaman vardır. Burada kaman, qələbə, hökmranlıq rəmzidir. Onların sağ əllərinin hərəkətindən, ibadətgah qarşısında dua oxuduqları anlaşılır.[162] Bu qabarıq təsvir ciddi simmetrik kompozisiyada yaradılmışdır. Fiqurlar alçaqboylu göstərilsə də, dinamik təsvir edilmişdir. Od ibadətgahı isə daha təmtəraqlı və əzəmətli verilmişdir.

Bu əsərdə padşahın kahinin sol əllərində qələbə, hakimiyyət simvolu olan kaman göstərildiyi üçün, qurbangahın qarşısında qələbəyə təsvir edilmiş ayin keçirildiyi güman edilir. Qədim Lişir Piriniyə həsr edilmiş və Bisütunda I Daranı göstərən qabartılarda da kaman qalibiyyət simvolu kimi verildiyindən, mütəxəssislər Midiyanın Qızqapan sərdabəsindəki təsvirdə də kamanın ənənəvi olaraq qələbə rəmzi və hakimiyyət nişanı olduğunu qeyd edirlər.[163]

Dukani Davud və Qızqapan adları ilə məşhur olan bu iki qaya sərdabəsindəki qabarıqlar özünün traktovka kamilliyi, proporsiyaları və texnikası ilə məşhur Əhəməni qabartılarından heç də geri qalmır. İ. M. Dyakonov güman edir ki, Əhəməni qabarıqları Əhəməni şahlarının əsir tutub gətirdikləri Midiya ustaları, onların şagirdləri və başqa midiyalı ustalar tərəfindən hazırlanmışdır. O, göstərir ki, Bisütun dağındakı qabarıq kompozisiyada Midiya ustalarına tanış olan daha qədim Lulubilərin padşahı Anubaninin qabarıq süjetinin təkrar edilməsi də təsadüfi deyil. Təxti-Cəmşiddəki qabarıqlarda fiqurların bir qədər yastı, alçaq verilməsi də daha qədim Midiya qabarıqlarından gəlmə əlamətdir.[161]

Heykəltəraşlıq sənəti sahəsində Midiya ustalarının çox qədim və zəngin plastik ənənələri və sınaqdan çıxmış təcrübələri, səriştələri vardı.[164] Midiya padşahları üçün yonulmuş qaya sərdabələrinin qabarıqları da bunu təsdiq edir. Midiya qaya qabarıqları – heykəltəraşlıq sənəti isə daha qədim lulubikuti ənənələrinə əsaslanır. Bundan əlavə Midiya heykəltəraşlığına AssurElam qabarıqlarının da müsbət təsiri olmuşdur. Bu təsirin əksər hallarda əsir tutulmuş ustalar vasitəsiylə reallaşdırıldığı güman edilir.[165]

Midiyanın qaya sərdabələrinin memarlığı xalis xalq yaşayış binalarından alınmışdır. Həmin sərdabələrin qabarıqları Midiyanın saray və məbədlərini bəzəmiş daş heykəllərə nisbətən kobud və ibtidai idi. Bizə çatmamış bu heykəllər xüsusi emalatxanalarda hazırlanırdı. Midiyanın paytaxtı Ekbatanda və başqa şəhərlərində arxeoloji qazıntı işləri aparılmadığından, mütəxəssislər Midiya incəsənətini öyrənmək üçün qədim yunan tarixçilərinin məlumatlarına, AssurTəxti Cəmşid qabartılarına, oyma şəkilli möhürlərə, Midiyanın ucqar rayonlarında aşkarlanmış arxeoloji abidələrə və s. əsaslanmışlar.

Midiya tayfaları mannalar, babil və assurlar vasitəsiylə qədim şumerlərin dini etiqadları, incəsənəti və mədəniyyəti ilə yaxından tanış olmuş və ondan bəhrələnmişlər. Bu yaxınlığa Midiyanın Şumer ölkəsi ilə qonşuluqda yerləşməsi və madayların şumerlərin mədəni varisləri olan babilassur xalqları ilə iqtisadi, mədəni və hərbi münasibətlərdə olması imkan yaratmışdır. Midiya e.ə. VII–VI əsrlərdə öz dini etiqadları, incəsənəti və mədəniyyətləri ilə qonşu xalqlara təsir göstərə bilmişlər.

Baba-Cantəpə adlanan iri məskən Mada mədəniyyətinin, xüsusilə tikinti sənətinin və memarlığının maraqlı abidələrindən biridir. Bu məskən Luristanıın Pi‏-e-Kuh adlı yerində, bir neçə təpədə yerlə‏şmi‏şdir. Həmin məskən çoxtəbəqəlidir, II və III Dəmir dövrlərini (e.ə. X–VI əsrləri) əhatə edir. Məskənin erkən təbəqələri Madaya qədərki zamana aiddir. Abidənin yalnız yuxarı təbəqəsi erkən Mada dövrü ilə bağlıdır. Bu məskən mədəniyyət abidələrinə və memarlıq detallarna görə Mada memarlığının Həmədandan təxminən 70 kilometr cənubda, XX əsrin 60-cı illərinin sonlarında arxeoloji cəhətdən tədqiq olunan mühüm abidələrindən biri Nuş‏i-Cantəpə ilə yaxındır.

Nuşi-Cantəpə kompleksi geni‏ş vadi üzərində yüksələn təbii təpənin zirvəsində yerlə‏şmi‏şdir, əsasən, iki məbəddən, "qalaçadan" və sütunlu zaldan ibarətdir. Memarlıq baxımından çox mürəkkəb olan mərkəzi od məbədi daha maraqlıdı. Bu, səcdəgaha və minbərə malik olan, mərtəbəli romb ‏şəklində ucaldılmış hündür qüllədir. Həmin qüllədə "müqəddəs" od alovlanırdı və bu odun izləri qaralmış çiy kərpiclər üzərində qalmışdır. Görünür, bu məbəd Nu‏şi-Cantəpə ərazisində yalnız ən qədim tikili deyil, habelə Midiyada zərdü‏ştiliyin bütün tələblərinə cavab verən ilk mazdaistik obyekt idi.[166]

E.ə. VIII əsrin ortalarında Mada tayfa ittifaqı və Mada dövlətinin qüdrətli dövründə yaranmış, onun çiçəklənməsi dövründə də mövcud olmuş‏ Nuş‏i-Cantəpə kompleksi Selevkilər zamanınadək yaşayış yeri olmuşdur. Erkən Mada dövrünün bütün komplekslərində UrartuAssur mədəniyyətlərinin, xüsusilə memarlıq ənənələrinin təsiri nəzərə çarpır.[167]

Urartu hökmdarı II Sardurun (e.ə. VII əsrin ortaları) salnaməsinin məzmunundan bəlli olur ki, Midiyanın şimal-qərb vilayətlərində (Azərbaycanda) genişmiqyaslı inşaat işləri aparılmışdır. Salnamədə Azərbaycanın cənub-qərb vilayətləri sərhəddində iyirmi qalanın və yüz iyirmi yaşayış məntəqəsinin salındığı haqqında məlumat verilir.[168][169]

Midiya dövründən bizə bəlli olan bir çox tikinti tipləri əslində hələ çox əvvəl, Manna dövründə yaradılmışdı. Xüsusilə Urmiya gölü rayonunda bir sıra qaya sərdabələri, qayalar və Dur-Şarukkindən olan (e.ə. VIII əsrin sonları) məşhur Assur qabartılarında təsvir edilən tikintilər hələ Midiya dövründən əvələ aid edilməlidir.[170][171][172]

Midiya dövründə Azərbaycan memarlığı başlıca olaraq indiki Cənubi Azərbaycan ərazisində (Araz çayından cənubda) və Azərbaycan respublikasının cənub rayonlarında inkişaf etmişdir. Bu rayonun əsas mədəni inkişaf mərkəzi isə Urmiya gölü ətrafı ərazi olmuşdur. Midiya memarlığının inkişafına şübhəsiz ki, bir tərəfdən qaya məskənləri, digər tərəfdən ağac qurğuları müəyyən təsir göstərmişdir. Monumental memarlıq öz inkişafında başlıca olaraq daş tikintilərdən ibarət olmuşdur.

VII əsrdə böyük dövlət kimi formalaşan Midiya, Yaxın Şərq memarlığının inkişafında əhəmiyyətli rol oynamışdır.

Midiyanın qüdrəli imperiyaya çevrilməsi möhtəşəm saray tikintiləri üçün şərait yaratmışdır. Tarixi səlnamələr Midiyanın paytaxtı Ekbatanda salınmış böyük tikintilər haqqında geniş məlumat verir. Qədim müəlliflərdən HerodotPolibinin təsvirinə görə "bu şəhərin daxilində böyük saray var idi. O, halqaşəkilli qüdrətli qala divarlarına malik idi. Akropol elə tikilmişdi ki, bir halqaşəkilli qala divarı digərinin üzərində yüksəlirdi…Bütün divar halqaları yeddi idi ki, bunların da sonuncusunda padşahın sarayı və xəzinə yerləşirdi."[173]

Ekbatan saraylarını təsvir edən Polibi onların genişliyini və bəzək zənginliyini xüsusilə qeyd etmişdir. O, sər və sidr ağaclarından düzəldilən, üstü gümüş və qızıl vərəqləri ilə örtülmüş sütunlardan bəhs edir.[174]

Saysız-hesabsız istehkamlar və istehkam halına salınmış şəhərlər Midiya inşaatının digər tipini təmsil edirdi. Həcmi və siluetinə görə möhtəşəm və zəhmli təsir bağışlayan bu tikintilər dekorativ bəzəklərdən də xali deyildi. Tarixi mənbələr müxtəlif çıxıntıları olan Midiya qalaları haqqında məlumat verir. Ekbatan kremli Makedoniyalı İskəndərin yürüşü dövründə hələ abad vəziyyətdə olduğundan, İskəndər Təxti Cəmşiddən gətirdiyi pulları mühafizə üçün buraya göndərmişdi.[175] Ekbatan məbədlərində İskəndərə qurbanlar gətirilməsi və bu şəhərdə gimnastika yarışlarının keçirilməsi[176] də onun e.ə. IV əsrdə yaxşı vəziyyətdə olduğunu təsdiq edir.[136]

  1. Azərbaycan tarixi (yeddi cilddə). Bakı: 2007, I cild.
  2. 1 2 Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 70–92
  3. X. Xəlili. Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi. Bakı: 2007
  4. İqrar Əliyev. Midiya tarixi. Bakı: Elm, 1960, səh. 224. "Midiya Şərqin birinci imperiyası kimi tarix səhnəsinə çıxdı".
  5. Пахомов Е.А. Краткий курс истории Азербайджана. Баку: 1923
  6. İqrar Əliyev. Tarixi Azərbaycan ərazisində qədim dövlət – Midiya. Bakı: 1965
  7. Ф.А. Брокгауз, И.А. Ефрон. Энциклопедический словарь – Мидия – "Мидия – зап. часть Ирана, к В. от Загра и к С. от Сузианы. До Каспийского моря М. не достигала, будучи отделена от него племенами кадусеев, амардов и др. Страна делилась на собственную или Великую М. (теперь Иракаджеми) и Атропатену (Азербайджан)."
  8. Z. M. Bünyadov, Y. Yusifov. Azərbaycan tarixi. Bakı: 2007
  9. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: 1994. – "İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, er. əv. 673-cü ildə öz dövlətini yaratmışdır."
  10. Firudin Cəlilov. Azər xalqı. II nəşri. Bakı: 2006
  11. Encyclopedia İranica – Media – "At the end of the 2nd millennium BCE, Median tribes began to settle in the territory of the future Media in western Iran, where, at that time, are attested many small principalities and different linguistic and ethnic groups: Gutians (q.v.), Lullubians, Kassites (q.v.), and Hurrians."
  12. "Britannica Ensiklopediyası, Midiya məqaləsi". 2015-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-03.
  13. Azərbaycan tarixi (yeddi cilddə). Bakı: 2007, I cild. səh. 182
  14. Алиев И. Располагает ли наука доказательствами в пользу ирано-язычности мидян и атропатенцев? Можно ли считать мидян одними из предков азербайджанского народа? // ИАН АзССР, серия истории, философии, права, 1990, № 3–4.
  15. Алиев И. Роль мидийского элемента в этнической истории Атропатены//Кавказско-ближневосточный сборник, VIII, Тбилиси, 1988
  16. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 90–136,
  17. Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991, стр. 216–274
  18. Firudin Cəlilov. Azər xalqı. II nəşri. Bakı: 2006, səh. 161 – "Hər hansı bir ərazidə formalaşan xalq əvvəllər həmin ərazidə yaşamış tayfaların birbaşa və ya dolayı xələfidir. Mada əhalisi istər türk olsun, istər qeyri-türk, bugünkü Azərbaycan türklərinin soykökünü təşkil edən tayfalardandır. ".
  19. N. Rzayev. Əcdadların izi ilə. Bakı: ADN, 1992
  20. İ. M. Dyakonov. Midiya tarixi. Moskva–Leninqrad, 1956, səh. 330
  21. İqrar Əliyev. Midiya tarixi. Bakı: 1960, səh. 145.
  22. 1 2 Herodot, III, 92
  23. "Encyclopædia Britannica. Media". 2015-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-03.
  24. Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991, стр. 273
  25. S. Qaşqay. Manna dövləti. Bakı: 1992, səh. 63
  26. The Medes, History of Herodotus (7.62)
  27. History of Herodotus (7.62) "Предводителем мидян был Тигран из [рода] Ахеменидов. В древности все называли их ариями. После прибытия к этим ариям колхидянки Медеи из Афин и они также изменили свое имя. Так гласит о них мидийское предание"
  28. Diakonoff, I. M. "Media" in The Cambridge History of Iran, Vol. 2, Edited by Ilya Gershevitch, 36–148, Cambridge, England, Cambridge University Press, 1985, ISBN 0521200911, 9780521200912, p. 57
  29. Elena Efimovna Kuzʹmina, J. P. Mallory, The origin of the Indo-Iranians, Volume 3, published by: BRILL, 2007, ISBN 900416054X, 9789004160545, p.371
  30. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: 1994, səh. 76
  31. Gud Cyl A, XIV, 7–9 in SAK: 104. 105; Jacobson 1953, JCS 7: 40, n. 47.
  32. 1 2 RLA II: 141b-142a; SAK: 231 Jahr 35 u. 36; Lau 1996, Old Babylonian Temple Records: 3.
  33. Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991, стр. 252
  34. История Тувы. М., 1964, стр. 201, 215
  35. История Тувы. М., 1964, стр. 242–243
  36. Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991
  37. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: Elm, 1994, səh. 70–71.
  38. Azərbaycan tarixi atlası. Bakı: 2005
  39. Y. Yusifov. Qədim Şərq tarixi. Bakı: 2007, səh. 156
  40. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 65.
  41. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 65–90
  42. Liverani, Mario, "The Rise and Fall of Media", in : G. B. Lanfranchi, M. Roaf, R. Rollinger, eds., Continuity of Empire (?) Assyria, Media, Persia. Padova, published by: S.a.r.g.o.n. Editrice e Libreria, 2003, pp. 1–12, see p. 8–9
  43. "Prorok Nahum (BibleCentre.org)". 2015-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-03.
  44. 1 2 "Ensiklopediya İranica M. Dandamayev, İ. Medvedskaya – Midiya məqaləsi". 2017-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-03.
  45. Azərbaycan tarixi (yeddi cilddə). I cild Bakı: 2007, səh. 365
  46. Strabon, XII, 13, 9
  47. Andrew Dalby, Dictionary of Languages: the definitive reference to more than 400 languages, Columbia University Press, 2004, pg 278.
  48. Gwendolyn Leick, Who's Who in the Ancient Near East, Routledge, Published 2001. pg 192
  49. Ian Shaw, Robert Jameson, A Dictionary of Archaeology, Blackwell Publishing, 1999.
  50. Sabatino Moscati, Face of the Ancient Orient, Courier Dover Publications, Published 2001. pg 67
  51. John Prevas, Xenophon's March: Into the Lair of the Persian Lion, Da Capo Press, 2002. pg 20.
  52. I. M. Diakonoff, "Media" In Cambridge History of Iran (ed. William Bayne Fisher, Ilya Gershevitch), Volume 2. Pg 140 "Archaeological evidence for the religion of the Iranian-speaking Medes of the .."
  53. Amélie Kuhrt, "The Persian Empire, Volume 1", Chp 2: Medes, Routledge, 2007. excerpt from pg 19: "The early history of the western Iranians (Medes and Persian) is a thorny problem…"
  54. John Curtis, British Museum, 2000, 2nd edition. pg 34: "They were an Indo-European people who, like the related Persians, spoke an Iranian language"
  55. "Encyclopedia of Indo-European Culture or EIEC, edited by J. P. Mallory and Douglas Q. Adams, published in 1997 by Fitzroy Dearborn. pg 30: "..and the Medes (Iranians of what is now north-west Iran)"
  56. Касумова С. Ю. Азербайджан в III–VII вв. Баку: 1992, стр. 39–40
  57. Q. Qeybullayev. Bakı: 1994
  58. Azərbaycan tarixi. I cild. Bakı: Elm, 1961, səh. 50.
  59. Алиев И. Г. Очерк истории Атропатены. Баку: 1989, стр. 22.
  60. Алиев И. Г. Очерк истории Атропатены. Баку: 1989
  61. Касумова С. Ю. Азербайджан в III–VII вв. Баку: 1992, стр. 181.
  62. Əl Yəqubi, I, 34
  63. Миллер Б. В. К вопросу о языке населения Азербайджана до отюречения этой области. Уч. записки. ИЭНК, вып. I, М., 1930, стр. 208.
  64. X. Xəlili. Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi. Bakı: 2007, səh. 129.
  65. 1 2 S. Qaşqay. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı: 2006, səh. 56.
  66. Y. Yusifov. Qədim Şərq tarixi. Bakı: 2007, səh. 183.
  67. S. Qaşqay. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı: 2006, səh. 59.
  68. Schmitt, "Deioces[ölü keçid]," Encyclopaedia Iranica.
  69. Herodotus: The Histories, tr. Aubrey De Sélincourt (Penguin Books, 1954), p. 54.
  70. Дьяконов И. М. История Мидии. М.-Л., 1956, стр. 178.
  71. İ. M. Dyakonov. Midiya tarixi. M.-L., 1965, səh. 186.
  72. Labat R. Kastariti, Phraorte et les debuts de l'histoire mede. JA, CCXLIX, 1, 1968
  73. İ. M. Dyakonov. Midiya tarixi. M.-L., 1965, səh. 238.
  74. Herodot, I, 102
  75. "Гутонов Ф. Х. Скифские портреты". 2019-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-05.
  76. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı: ADN, 1994, səh. 83.
  77. "Medijci i prvo iransko kraljevstvo (Iranologie.com)". 2011-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-05.
  78. "(Britannica ensiklopediyası)". 2015-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-03.
  79. 1 2 Herodot, I, 104
  80. Z. Bünyadov, Y. Yusifov. Azərbaycan tarixi. Bakı: 2008, səh. 206.
  81. "Kijaksar (Cyaxares), AncientLibrary.com". 2012-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-05.
  82. Azərbaycan tarixi (yeddi cilddə). I cild. Bakı: 2007, səh. 346.
  83. "Kiaksar (Ensiklopediya Iranica". 2010-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-05.
  84. Z. Bünyadov, Y. Yusifov. Azərbaycan tarixi. Bakı: 2008, səh. 204.
  85. Herodot, I, 73–74
  86. Herodot, I, 74
  87. G. B. Airy, On the Eclipses of Agathocles, Thales, and Xerxes, Philosophical Transactions of the Royal Society of London, Vol. 143, 1853, pp. 179–200
  88. Nos ancêtres de l'Antiquité, 1991, Christian Settipani, page. 152.
  89. 1 2 Prof. M. T. Zehtabi – İran türklərinin əski tarixi, I cild, Tehran, 1998, səh 468
  90. Azərbaycan tarixi (yeddi cilddə). I cild Bakı: 2007, səh. 356.
  91. Herodotus correctly names Cyrus' parents, though he does not know that Cambyses was a king. cf. How, W. W., & Wells, J. (1991). A commentary on Herodotus with introduction and appendixes. Oxford [Oxfordshire]: Oxford University Press. i.107
  92. "Astiaq Livius.org, Jona Lendering". 2011-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-06.
  93. Herodot, 1.127.1
  94. Pierre Briant: "Od Kira do Aleksandra: Povijest Perzijskog Carstva" (From Cyrus to Alexander: A History of the Persian Empire), preveo Peter Daniels, Indiana: Eisenbrauns, 2002., str. 28.
  95. Herodotus correctly names Cyrus' parents, though he does not know that Cambyses was a king. cf. How, W. W., & Wells, J. (1991). A commentary on Herodotus with introduction and appendixes. Oxford [Oxfordshire]: Oxford University Press. i.107
  96. James Ussher, Larry Pierce i Marion Pierce, str. 109.
  97. Walter Burkert, Homo Necans, 1983:103–09.
  98. M. A. Dandamaev, A Political History of the Achaemenid Empire, tr. W. J. Vogelsang, (1989) Arxivləşdirilib 2014-09-10 at the Wayback Machine p. 17–18
  99. Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 350. London, Richard Bentley * Son (1881) p. 350.1.1
  100. Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 351. London, Richard Bentley * Son (1881) p. 351.8
  101. 1 2 From Cyrus to Alexander: A History of the Persian Empire, Pierre Briant, Eisenbrauns, 2006, p. 31
  102. X. Xəlili – Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi, Bakı, 2007, səh 69
  103. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, ADN, 1994, səh 179
  104. PLini, XXX, II
  105. Herodot, I, 114
  106. Ksenofon, II, XIX
  107. Rudiger Schmitt, "Cadusii" in Encyclopedia Iranica[ölü keçid]
  108. The encyclopædia britannica: a dictionary of arts, sciences, literature and general information, Volume 18, Edited by Hugh Crisholm, University Press, 1911, p. 21
  109. Herodot, III, 94
  110. The encyclopædia britannica:a dictionary of arts, sciences, literature and general information, Volume 18, Edited by Hugh Crisholm, University Press, 1911, p. 21
  111. Herodot, III, 80
  112. İ. Əliyev – Midiya tarixi, Bakı,1960, səh 246
  113. İ. M. Dyakonov – Midiya tarixi, Moskva – Leninqrad, 1956, səh 365
  114. F. Cəlilov – Azər Xalqı, Bakı, Çıraq, 2005, səh 165 – 166
  115. Herodot, III, 71
  116. Susan M. Sherwin-White, Amélie Kuhrt, "From Samarkhand to Sardis: a new approach to the Seleucid Empire", University of California Press, 1993. pg 78: – " The independence of the area Media Atropatene, named after Atropates, satrap of Media under Darius and Alexander (now Azerbaijan), under local Iranian dynasts, was pre-Selecuid"
  117. 1 2 "Chaumont, M. L. "Atropates", Encyclopaedia Iranica, vol. 3.1, London: Routledge & Kegan Paul, 1989". 2012-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-06.
  118. N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 10
  119. 1 2 3 N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 11
  120. İ. Əliyev – Midiya tarixi, Bakı, 1960, səh 148
  121. M. M. Dyakonov – Qədim İran tarixi oçerkləri, Moskva, 1961 səh 245
  122. Леонард Вулли – Ур Халдеев, Москва, 1961, ст. 41
  123. M. M. Dyakonov – Qədim İran tarixi oçerki, Moskva, 1961, səh 299
  124. Prof. M. T. Zehtabi – İran türklərinin əski tarixi, I cild, Tehran, 1998, səh 165
  125. İ. M. Dyakonov – Midiya tarixi, Moskva – Leninqrad, 1956, səh 383 – 384
  126. А. О. Маколевски – Авеста, Баку, 1690 ст 45 −46; 49 – 51
  127. А. О. Маколевски – Авеста, Баку, 1690 ст 108–109
  128. А. О. Маколевски – Авеста, Баку, 1690 ст 96 – 107
  129. İ. Əliyev – Midiya tarixi, Bakı, 1960, səh 22
  130. А. О. Маколевски – Авеста, Баку, 1690 ст 109–110
  131. İ. M. Dyakonov – Midiya tarixi, Moskva – Leninqrad, 1956, səh 326
  132. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, Elm, 1994, səh 76
  133. Strabon, XI, 13, 11
  134. Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991, səh 453.
  135. Bivar A. D. H. A hoard of ingot-currency of the Median period from Nush-i jan. Iran, 9, 1971, page 31
  136. 1 2 Rawlinson H. C. Memoir on the site of the Atropatenian Ecbatana. JGS, X, 1841
  137. V. Q. Lukonin – Qədim İran incəsənəti, Moskva – Leninqrad, 1977, səh 65
  138. S. Qaşqay – Manna dövləti, Bakı, Elm, 1993, səh 86
  139. 1 2 İ. M. Dyakonov – Midiya tarixi, Moskva – Leninqrad, 1956, səh 336
  140. Prof. M. T. Zehtabi – İran türklərinin əski tarixi, I cild, Tehran, 1998, səh 426
  141. İ. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, 1956, səh 396
  142. N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 24
  143. E. Porada – Qədim İran, London, 1965, səh 239
  144. İ. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, 1956, səh 103
  145. N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 20
  146. Ghirshman R. Fouilles de Sialk pres de Kashan, 1933, 1934, 1937, 1–11. Paris, 1938–1939.
  147. N. Rzayev – əsrlərin səsi, Bakı, Azərnəşr, 1974, səh 77
  148. İ. S. Braginski – İran və tacik ədəbiyyatı tarixindən, Moskva, 1972, səh 72 – 76
  149. N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 31
  150. E. Porada – Qədim İran, London, 1965, səh 140 – 142
  151. N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 33
  152. İ. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, 1956, səh 140
  153. E. Porada – Qədim İran, London, 1960, səh 140
  154. E. Porada – Qədim İran, London, 1965, səh 140
  155. N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 35
  156. İ. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, 1965, səh 406
  157. İ. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, 1965, səh 407
  158. N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 36
  159. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, 1965, səh 407
  160. A. O. Makolevski – Avesta, Bakı, 1960, səh 51
  161. 1 2 İ. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, səh 408–409
  162. İ. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, səh 408
  163. N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 36 – 38
  164. V. Q. Lukonin – Qədim İran incəsənəti, Moskva, 1977, səh 30–65
  165. İ. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, səh 409–410
  166. Azərbaycan tarixi (yeddi cilddə), I cild, Bakı, 2007, səh 348
  167. Azərbaycan tarixi (yeddi cilddə), I cild, Bakı, 2007, səh 350
  168. S. Qaşqay – Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə, Bakı, 2006, səh 156
  169. N. Rzayev – Əcdadların izi ilə, Bakı, ADN, 1992, səh 40
  170. S. Qaşqay – Manna dövləti, Bakı, 1992, səh 65–68
  171. İ. Əliyev – Midiya tarixi, Bakı, 1960, səh 120–124
  172. İ. Əliyev – Tarixi Azərbaycan ərazisində qədim dövlət – Midiya, səh 56–61
  173. Herodot, Tarix, I cild, Moskva, 1988, səh 54
  174. Polibi, V–VI
  175. Арриан – Поход Александра, Москва, 1962, səh 121
  176. Арриан – Поход Александра, Москва, 1962, səh 223–224
  • Herodot – "Tarix", I kitab, səh 94 – 144
  • Ktesi – "Persika" IV – VI kitablar
  • Beros – "Babilonika"
  • Dəməşqli Nikolay – "Ümumi tarix"
  • İqor Dyakonov – Midiya tarixi, Moskva – Leninqrad, 1956
  • Bruno Genito – The Medes: A Reassessment of the Archaeological Evidence, 1986
  • David Stronach – Midiya abidəsi Nuşi-Cantəpə, Kembric, 1985
  • İqrar Əliyev – Midiya tarixi, Bakı, 1960
  • İqrar Əliyev – Tarixi Azərbaycan ərazisində qədim dövlət – Midiya, Bakı, 1965
  • Gunnar Heinsohn – Cyaxares: Media’s Great King in Egypt, Assyria & Iran, 2006
  • Max Duncker – The History of Antiquity, London, 1881
  • Robert Anderson Edward – The Story of Extinct Civilizations of the East, 1904
  • George Rawlinson – The Seven Great Monarchies of the Ancient Eastern World, New York, 1885 (təkrar nəşr 2007)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]