İndeksləşdirmə

Indexing 1) İnvestisiya portfelinin müəyyən fond indeksinin (mə s., S&P 500 kimi) təmsil etdiyi qiymətli kağızlar və bu indeksin qiymətində onların çəkilərinə uyğun şəkildə formalaşdırıldığı passiv investisiya strategiyası. Başqa sözlə, investisiya portfelinin müəyyən fond indeksinə bağlanması (investisiyanın bu indeksin hesablanmasında nəzərə alınan qiymətli kağızlara qoyulması); 2) Əmək haqqı, pensiya, sosial yardımlar, kredit məbləğləri, faiz dərəcələri və s. bu kimi gəlirlərin (və ya xərclərin) inflyasiyadan müdafiə olunması üçün onların qiymət indeksləri ilə əlaqələndirilməsi.
İndekslə əlaqələndirilmiş istiqrazlar
İndiqator (göstərici)
OBASTAN VİKİ
İndeksləşdirmə
İndeksləşdirmə (iqtisadiyyat)
İqtisadiyyatda indeksləşdirmə (lat. index — müqavilənin, kreditin, əmək haqqının, pensiyanın, müavinətlərin, əmanətlərin və s.-nin məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir. Əhalinin gəlirlərinin indeksləşdirilməsi — istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində gəlirlərdə yaranan itkilərin tam və ya qismən kompensasiyası. Dünya təcrübəsində əhalinin gəlirlərinin indeksləşdirilməsinin iki əsas forması mövcuddur: avtomatik, burada əmək haqqının və digər gəlirlərin indeksləşdirilməsi qiymət artımına mütənasib olaraq artır; Avropa İttifaqı ölkələrində istifadə olunan yarı avtomatik (müqavilə əsasında). Bu indeksləşdirmənin mahiyyəti ekspert alimləri cəlb etməklə işəgötürənlər, həmkarlar ittifaqları və dövlət qurumlarının nümayəndələri ilə danışıqlar aparmaqdır. Danışıqların nəticəsi kollektiv müqavilələrin bağlanması üçün sosial müdafiənin aşağı həddi müəyyən edən tövsiyələrdir. Əmanətlərin indeksləşdirilməsi — ümumi qiymət səviyyəsi dəyişdikdə əmanətçiyə ödənilən faiz dərəcəsinin ölçüsünün avtomatik dəyişməsi. Vergi indeksasiyası — rəsmi istehlak qiymətlərinin artım indeksinə və ya əmək haqqı indeksinə uyğun olaraq gəlir vergisinin avtomatik dəyişməsidir. P n = P 0 ⋅ ( 1 + ∑ i = 1 n C P I i ) {\displaystyle P_{n}=P_{0}\cdot (1+\sum _{i=1}^{n}CPI_{i})} , burada Р — baza dövründə layihənin qiyməti; CPI — istehlak qiymətləri indeksi. Новый экономический словарь / Под редакцией А. Н. Азрилияна — М.: Институт новой экономики, 2006.

Digər lüğətlərdə